İran rejiminin Azərbaycan Respublikasına qarşı düşmənçiliyinin kökündə nə dayanır? .....                        Müdafiə Nazirliyi məlumat yaydı .....                        ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı .....                        Kipr məsələsinin həlli yolunda davam edəcəyik - Hakan Fidan .....                        XİN-dən Paşinyana cavab .....                        "Şuşa" restoranının yanındakı digər obyektlər də sökülür .....                        Saakaşvili ilə bağlı yeni qərar .....                        DİN-dən həbsdə olan qubalı fermerin ailə üzvlərinin iddialarına cavab .....                        İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verdi .....                       
7-12-2024, 17:43
İsrail Suriya ilə sərhədə əlavə qoşun yığır


İsrail Suriya ilə sərhədə əlavə qoşun yığır

Suriya müxalif qüvvələri İsrailin nəzarətində olan Qolan təpələri yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürdüklərini bəyan ediblər.
Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
İsrail yerli mətbuatında yayılan xəbərlərdə də hökumət qüvvələrinin Quneytradan geri çəkildiyi qeyd edilib.
İsrail ordusu son irəliləyişlərə cavab olaraq Suriya ilə sərhədinə əlavə qüvvələr yerləşdirməyə qərar verdiyini açıqlayıb.
İsrail ordusunun bəyanatında deyilir: “Vəziyyətin qiymətləndirilməsindən sonra Suriya sərhədi yaxınlığındakı Qolan təpələrində müdafiə əməliyyatları üçün əlavə qüvvələrin cəlb edilməsi qərara alınıb”.
Xatırladaq ki, bundan əvvəl etirazçı qüvvələrin Dera və Suveydaya nəzarəti ələ keçirdiyi barədə məlumat verilmişdi.
7-12-2024, 17:28
Bu tarixdək Arktika dənizlərində buzlar tamamilə yox olacaq - Ehtimal


Bu tarixdək Arktika dənizlərində buzlar tamamilə yox olacaq - Ehtimal

Şimal Buzlu okeanında buzun olmayacağı tarixi 3 faiz ehtimalla proqnozlaşdırmaq olar. Bu, təxminən bir ildən sonra və ya bir neçə il ərzində baş verəcək. Buna baxmayaraq, Arktikanın Yer üzündən tamamilə yox olacağını söyləmək olmaz.
Bu barədə “Təbiət və insanlar” Fondunun iqlim üzrə eksperti Aleksey Kokorin bildirib.
Onun sözlərinə görə, Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin iki il əvvəl dərc etdiyi iqlim dəyişikliyi ilə bağlı üçüncü qiymətləndirmə hesabatında bu ehtimal 2030-cu il üçün 5 faiz qiymətləndirilirdisə, artıq 2015-ci ildə cəmi 0,5 faiz olub.
Kokorin xatırladıb ki, Arktikada yay dövrü maydan sentyabr ayına qədər davam edir.
7-12-2024, 17:20
Konsulluqlarla bağlı qaydalar dəyişir


Konsulluqlarla bağlı qaydalar dəyişir

Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.
Bu barədə məsələ Azərbaycanın Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycanın Konstitusiyasını, Azərbaycanın və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycanın Qanununu, bu Nizamnaməni və Azərbaycanın digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycanın və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu.
7-12-2024, 17:12
FHN Tovuzdakı partlayışla bağlı məlumat yaydı


FHN Tovuzdakı partlayışla bağlı məlumat yaydı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verməsilə bağlı məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
7-12-2024, 16:58
Dünya bu reallığı qəbul etməyə məcburdur - Əli Əhmədov


Dünya bu reallığı qəbul etməyə məcburdur - Əli Əhmədov

Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanırlar. Öz gücümüzü daha inamla dünyaya nümayiş etdirmək imkanı qazanmışıq.
Bu barədə “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan dünya birliyində qüvvətli dövlətlər kimi tanınır.
“Bugünki tədbirdə dostluq və qardaşlığımızın bir ifadəsidir. Parlament sadəcə olaraq, qanunları qəbul etmək üçün deyil, eyni zamanda dövlətlər arasında əlaqələrin və münasibətlərin inkişaf etməsi üçün böyük əhəmiyyət kəsb edir”,- deyə o bildirib.
“İkinci Dünya Müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. Düşünürəm ki, dünya bu reallığı qəbul etməyə məcburdur”, - o deyib.
Ə.Əhmədov vurğulayıb ki, ayrı-ayrı dövlətlərin içərisində olduğu proseslərdə parlamentlərin rolunu artırmağa ehtiyac var:
“Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad etməyib, həm də təcavüzə qarşı ədalətli müharibə aparmaq nümunəsi göstərib. Nəticədə Qafqazda sülh və əməkdaşlığın güclənməsi üçün real imkan yaranıb. Dövlətlərin daxili işlərə qarışmasından nə qədər insanın əziyyət çəkdiyini görürük. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün səylərin artırılmasına ehtiyac var”.
Qeyd edək ki, bu gün Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.
7-12-2024, 16:38
ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırdı


ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırdı

ABŞ vətəndaşlarına fövqəladə vəziyyət və qeyri-sabit şərait riski səbəbindən Suriyanı tərk etmələri tövsiyə olunub.
Müvafiq məlumat ABŞ-nin Suriyadakı səfirliyinin saytında dərc olunub.
"Suriyada təhlükəsizliklə bağlı vəziyyət qeyri-sabit və gözlənilməz olaraq qalır, ölkədə silahlı qruplaşmalar arasında aktiv toqquşmalar davam edir. Nə qədər ki Dəməşqdə kommersiya reysləri mümkündür, Dövlət Departamenti ABŞ vətəndaşlarını Suriyanı indi tərk etməyə çağırır", - deyə paylaşımda bildirilib.
Suriyanın paytaxtı Dəməşqdə ABŞ səfirliyinin olmaması səbəbindən vətəndaşların Çexiya səfirliyi ilə əlaqə saxlaya biləcəkləri qeyd edilir. Ölkəni tərk etməmək qərarına gələnlər üçün ABŞ səlahiyyətliləri fövqəladə hallara hazırlaşmağı və uzun müddət sığınacaqda qalmağa hazırlıqlı olmağı tövsiyə ediblər.
Həmçinin, nəzərə çatdırılıb ki, Suriyada təcili köməyə ehtiyacı olan, lakin Çexiya səfirliyinin ABŞ-nin maraqları şöbəsi ilə əlaqə saxlaya bilməyən ABŞ vətəndaşları İordaniyanın Əmman şəhərindəki ABŞ səfirliyi ilə əlaqə saxlaya bilərlər.
7-12-2024, 16:25
Qətərdə 22-ci Doha Forumu başlayıb


Qətərdə 22-ci Doha Forumu başlayıb

Bu gün Qətərdə “İnnovasiyanın zəruriliyi” mövzusunda 22-ci Beynəlxalq Doha Forumu başlayıb.
İki gün davam edəcək forumun açılış mərasimində Qətər Dövlətinin, Seneqal, Dominikan, Namibiya, Bosniya-Herseqovina, Qazaxıstan, Ruanda və Mərkəzi Afrika respublikalarının dövlət başçıları, ümumilikdə 150-dən çox ölkədən 4 min 500-dən çox nümayəndə, o cümlədən hökumət başçıları, nazirlər, parlament üzvləri, akademiklər, biznes dairələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif ölkələrdən ekspertlər iştirak edib.
Azərbaycanın da təmsil olunduğu forum zamanı 80-dən çox iclasda qlobal miqyasda ən aktual və təhlükəli çağırışlar üçün innovativ həll yolları müzakirə ediləcək. Müzakirələr geosiyasi gərginliklərdən və qlobal təhlükəsizlikdən tutmuş, humanitar böhranlar və texnoloji inkişaflara qədər geniş mövzuları əhatə edir.
Forumun builki sessiyaları mövcud çağırışlar və siyasət, iqtisadiyyat, təhlükəsizlik və texnologiya sahələrindəki qlobal dəyişikliklər fonunda xüsusi əhəmiyyət daşıyır. Sessiyaların əsas mövzularına “Ağıllı iqtisadiyyatlar dövründə rəqabət”, “İnnovasiyanın zəruriliyi: Qlobal inkişaf üçün texnologiyanın idarə olunması”, “Mədəniyyətlərarası dialoqun sülh şəraitində birgəyaşayışa töhfəsi” və “Platformaların gücü: Qlobal böhranlarda sosial şəbəkə influenserlərinin artan rolu” daxildir.
Forum, həmçinin mövcud böhranlara və onların yaratdığı çağırışlara diqqət yetirir. Bu kontekstdə “Beynəlxalq humanitar hüququn və məsuliyyətin gücləndirilməsi”, “Sülh müqavilələri hələ də qüvvədədirmi?” və “Qəzzada müharibə fonunda ərəb ictimai rəyinin dəyişən tendensiyaları” kimi mövzular ətrafında müzakirələr aparılır. Bundan əlavə, “Qlobal sülh və davamlı inkişaf naminə BMT Nizamnaməsinin gələcək üçün gücləndirilməsi” mövzusunda sessiyalar təşkil olunur.
Forumun diqqət çəkən digər sessiyalarına “İqtisadi təhlükəsizliyin gücləndirilməsi: Qlobal əməkdaşlıq və texnologiya suverenliyi arasında tarazlığın əldə edilməsi”, “Qlobal idarəetmə və siyasət: Seçkilərdən bir il sonra mümkün irəliləyişlər” daxildir.
“Dəyişiklik üçün birlik: Yoxsulluq və aclığa qarşı qlobal alyans” adlı sessiyada Braziliyada keçirilmiş G20 zirvəsində elan edilən alyansın aspektlərinə diqqət çəkilir. “Davamlılıq və innovasiya: münaqişə və postkonflikt dövrlərində qadın və qızlara dəstək” mövzusunda keçiriləcək sessiyada isə münaqişə bölgələrində qadınlara dəstək yolları müzakirə ediləcək.
Forumun mühüm mövzularından biri də müasir geosiyasi çağırışlara qarşı çevik diplomatik strategiyalar, qlobal sərmayələr və strateji tərəfdaşlıqlar vasitəsilə dayanıqlılığın və inkişafın təmin edilməsidir. “Koordinasiya olunmuş humanitar diplomatiya strategiyası qlobal böhranlara reaksiyada dönüş yarada bilərmi?” sualı ətrafında müzakirələr aparılır.
Builki tədbirdə təhsil, mədəniyyət və müvafiq çağırışlarla bağlı məsələlərə də xüsusi diqqət yetirilir. Əsas sessiyalarda “Qarışıqlıq dövrlərdə təhsilin beynəlmiləlləşməsi: İmkanları, çağırışları və riskləri anlamaq”, “Mədəniyyətin gücü: XXI əsrdə qlobal diplomatiya”, “Sənət vasitəsilə dialoq və müxtəlifliyin təşviqi” və “Təhsil böhranını həll etmək üçün gələcəyin maliyyələşdirilməsi” mövzuları müzakirə olunur.
İştirakçılar, həmçinin Asiya-Sakit okean regionunun Yaxın Şərqdə sülh və münaqişələrin həllində rolu, kriptovalyutalar və süni intellekt kimi yeni alətlərin kibercinayətkarlıqda istifadəsinə qarşı mübarizə, Mərkəzi Asiya və qlobal enerji təhlükəsizliyində yeni dövr, kosmos yarışında rəqabət və texnoloji innovasiya kimi məsələləri də müzakirə edirlər.
Forum çərçivəsində Qətərin vasitəçilik və qlobal sülh quruculuğu sahəsindəki səylərini əks etdirən “Sülhə aparan yol” adlı sərgi də keçirilir.
Doha Forumunun missiyası, siyasətçilər, biznes liderləri və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm platforma yaradaraq qlobal çağırışlara birgə həll yolları tapmaq üçün fikir mübadiləsi aparmaqdan ibarətdir.
21-ci Doha Forumu 2023-cü ilin dekabrında baş tutub. Tədbirdə 120 ölkədən 3 min 500-dən çox qonaq və 270-dən çox spiker iştirak edib.
7-12-2024, 16:11
Ukrayna Danimarkadan F-16 qırıcılarını alıb -  Zelenski


Ukrayna Danimarkadan F-16 qırıcılarını alıb - Zelenski

Danimarka F-16 qırıcı təyyarələrinin ikinci partiyasını Ukraynaya göndərib.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.
“Danimarkanın Ukrayna üçün göndərdiyi F-16 qırıcılarının ikinci partiyası artıq ölkədədir”, - deyə dövlət başçısı bildirib.
İkinci partiyada Kiyevə tədarük olunan qırıcıların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, noyabr ayında Danimarkanın Baş naziri Mette Frederiksen altı ədəd F-16 qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını elan edib.
7-12-2024, 16:03
Tovuzda partlayış - Xəsarət alanlar var


Tovuzda partlayış - Xəsarət alanlar var

Tovuz rayonunda "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.
Çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
7-12-2024, 15:46
Paşinyan referendum təklifini dəstəklədi


Paşinyan referendum təklifini dəstəklədi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına (Aİ) üzvülüyünə dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.
Bu barədə “Ermənistanın Avropa Partiyası”nın rəhbəri Tiqran Xzmalyan açıqlama verib.
Deputat bildirib ki, ölkənin Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını yekunlaşdırıb və yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq.
T. Xzmalyannın sözlərinə görə, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan baş tutacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!