TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
6-12-2024, 16:36
Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi oldu


Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi oldu

Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub.
Bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.
6-12-2024, 15:45
Üç gün leysan olacaq - XƏBƏRDARLIQ


Üç gün leysan olacaq - XƏBƏRDARLIQ

Bu gün axşamdan dekabrın 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Azərbaycanın rayonlarında dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.
6-12-2024, 15:39
Bakıdakı separatçılar ailələri ilə danışdılar


Bakıdakı separatçılar ailələri ilə danışdılar

Dekabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", məlumatda deyilir.
6-12-2024, 15:33
Ceyhunun ölümünə görə rəis də məsuliyyətə cəlb edildi


Ceyhunun ölümünə görə rəis də məsuliyyətə cəlb edildi

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı həbs edilən komandirinin ibtidai istintaqı tamamlanıb.
İstintaqın gedişində komandir polkovnik Samir Həziyevdən əlavə, hərbi-hissənin tibb xidməti rəisi Aydın Quliyev də cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham verilib.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Bu ilin iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi 2 gün sonra səhər saatlarında tapılıb.
6-12-2024, 15:29
Putin Belarusa getdi


Putin Belarusa getdi

Rusiya prezidenti Vladimir Putin Belarusa səfər edib.
Putinin təyyarəsi Minsk hava limanına enib.
Rusiya prezidenti Minskdə Belarus prezidenti Aleksandr Lukaşneko ilə İttifaq dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcək.
6-12-2024, 15:05
Azərbaycan mahnılarının erməni musiqisi kimi təqdimatının qarşısı alındı


Azərbaycan mahnılarının erməni musiqisi kimi təqdimatının qarşısı alındı

Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının (“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və “Bayram şamları”) yutubda erməni musiqisi kimi təqdimatının qarşısı alınıb.
Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ş.Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi yutubun “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi araşdırma zamanı müəyyən edilib.
Qeyd olunub ki, mərhum müğənninin yutubda əmlak hüquqlarının idarəçiliyini Bakıda fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Əqli Mülkiyyət Agentliyi həmin şirkəti işə cəlb etməklə görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan dörd videonun yutubun “BehrooZ Abshar” səhifəsindən silinib.
Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısının yutubun “BehrooZ Abshar” səhifəsində erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb və silinməsinə nail olunub.
6-12-2024, 14:14
Əməkdar artist qızından imtina etdi: "Mən ölsəm, ölümün üstünə gəlmə!"


Əməkdar artist qızından imtina etdi:"Mən ölsəm, ölümün üstünə gəlmə!"

"Mən böyüdüb, boya-başa çatdırdığım qızımdan daha doğrusu bacım qızından rəsmi şəkildə imtina etmişəm. O artıq mənim qızım deyil. Bitdi... 35 il saxladım, böyütdüm, maddi və mənəvi yanında oldum. Halal xoşu olsun. Bundan sonra onun adında insan yoxdur mənim üçün. Ola da bilməz! Bundan sonra mən öz həyatımı və anam üçün yaşamaq istəyirəm. Artıq mən məsuliyyət daşımıram. Özüm üçün heç nə etmədən, bir qarnım ac bir qarnım tox, dostlardan kömək istəyib illərlə bir insanı saxlayasan sonra da o böyüyüb bir gün desin ki, sən nənə yox, "nənəliksən" (ağlayır). Bu sözləri kim qəbul edər? Bitdi! Bu da son".
Bu sözləri Əməkdar artist Mehriban Xanlarova eskpert qismində iştirak etdiyi ATV-nin "Bizimləsən" verilişində deyib.
Aktrisa uşaqlıqdan yanında saxladığı bacısı qızı ilə aralarında yaşanan qalmaqaldan söz açıb.
Xanlarova mübahisənin səbəbini üstüörtülü şəkildə belə nəql edib:
"Mən bu sözləri elə belə demir. Nələrsə bilirəm ki, deyirəm. Sabah bir söz olanda alnım açıq olsun ki, biri var idi orada, məndə ondam imtina etmişdim. İstəmirəm də... Allah xoşbəxt eləsin. 19 yaşından gedib artıq məsuliyyəti o ailə daşıyır. Bundan sonra mənim məsuliyyətimdə elə bir insan yoxdur. Jurnalistlərdən də xahiş edirəm Mehriban Xanlarovanın qızı yox, bacısı qızı yazsınlar. İmkanım olsa anamı götürüb, çıxıb gedərəm, çünki artıq heç kimi görmək istəmirəm. Mən ömürümü və həyatımı ona vermişəm. Bir otağım yox 50 dənə otağım olardı. Onları da kirayə verib ayağımı ayağımın üstünə qoyub keyf edərdim. Və yaxud da özümdən böyüklərin yanına gedib onlardan mənə kömək və dəstək olun deməzdim. Mən ölsəm ölümün üstünə gəlmə! Bu mənim son sözüm oldu. Görürsünüz onun adını belə məm almıram ağzıma. O insan artıq yoxdur mənim üçün. Mən sadəcə bacımın vəsiyyətini yerinə yetirərək 35 il ona baxdım. Onun yaşı 40-a çatmamış artıq hər şey bitdi. Mən bilirəm və Allah bilir nələrin baş verdiyini. O istəsə bu gün də gəlib uşaqları apara bilər. Mən uşaqları zəncirləməmişəm. Amma bilirəm ki, uşaqlar onların yanında getsə təhsilsiz, savadsız bir küncdə qalacaqlar. Qızları evdə işlədəcəklər oğlandakı... Bilmirəm, bəlkə də onlar getməzlər. Bəlkə uşaqlar mənim yanımda qalmaq istəyəcəklər. Bunu da bilmirəm. İstəsə getsin götürsün uşaqlarını. O dörd uşağı mən dişimlə böyütmüşəm. Yenə də təkrarlayıram mən bacım qızından imtina edirəm və məsuliyyət daşımıram. O nə etdiyini özü yaxşı bilir. Mən "nənəliksən" sözünə ayıldım. Məni sanki elə bil ki, sillələdilər. Mən sillə ilə ayıldım ki, sən demə mən "nənəlik" imişəm. Bu sözü həyatımda birinci dəfə idi ki eşidirdim".
6-12-2024, 14:08
Makron istefa verməyəcəyini bəyan etdi


Makron istefa verməyəcəyini bəyan etdi

Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər Fransa prezidenti olaraq qalacağını bildirib.
Makron hökumətin istefasına baxmayaraq, özü vəzifəsini tərk etmək fikrində olmadığını bir daha bəyan edib.
“Demokratik şəkildə mənə həvalə etdiyiniz mandat beş ildir. Mən bunu sona qədər tam şəkildə həyata keçirəcəyəm”, – Makron hökumətin istefasından sonra fransızlara müraciətində deyib.
Onun müraciəti Yelisey sarayının X-dəki rəsmi hesabında verilib.
Yelisey Sarayının məlumatına görə, Fransa prezidenti dekabrın 6-da yeni baş nazirin namizədliyi ilə bağlı partiyalarla məsləhətləşmələr aparacaq.
Çərşənbə günü deputatların əksəriyyəti Fransanın baş naziri Mişel Barnyeyə etimadsızlıq səsverməsinin lehinə çıxış edib. 577 deputatdan 331-i ona etimad göstərməyib.
Cümə axşamı Barnier istefa ərizəsini təqdim edib və Makron onunla razılaşıb. Fransa hökuməti 1962-ci ildən sonra ilk dəfə buraxılıb. Hökumət cəmi 90 gün işlədi və bu ölkə tarixində ən qısa müddətdir.
Müxalifət dərhal Makronun özünü istefaya çağırıb.
6-12-2024, 13:56
Türkiyənin 60-dan çox deputatı Azərbaycana gəlir


Türkiyənin 60-dan çox deputatı Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.
Bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı "Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.
Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.
6-12-2024, 13:34
Üsyançılar Əsəd ordusunun müdafiə bazasını, qırıcılarını ələ keçirdi


Üsyançılar Əsəd ordusunun müdafiə bazasını, qırıcılarını ələ keçirdi

Suriyada prezident Bəşər Əsədin ordusunu sıxışdıran "Heyət Təhrir əş-Şam" (HTŞ) müxalif silahlı qruplaşması hakimiyyət qüvvələrinə ciddi zərbə vurub.
Xarici KİV-lərin məlumatına görə, Hama şəhərini tutan HTŞ Suriynın hökumət ordusunun 66-cı hava hücumundan müdafiə bazasını ələ keçirib.
Üsyançılar “Pantsir-С1” zenit-raket komplekslərinin batareyasına, eləcə də bir neçə digər hava hücumundan müdafiə sistemlərinə yiyələniblər.
Yerli mənbələrin və monitorinq qruplarının məlumatına görə, ələ keçirilən bazada 4 ədəd MiQ-21 qırıcısı da aşkar edilib.
Bu arada İram İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın İran mediası iddia edir ki, Suriya ordusunun 87-ci Xüsusi Təyinatlı Qüvvələri əks-hücumla Hama hərbi hava limanı və Cəbəl Zeyn əl-Abidin bölgəsinə nəzarəti ələ keçirib.
Həmçinin bildirilir ki, Rusiya aviasiyası Hama ilə Homs arasında nəqliyyat əlaqəsində əsas rol oynayan Rastan şəhərindəki körpüyə hava zərbəsi endirib. Zərbənin əsas məqsədi cənuba doğru irəliləyişlərini davam etdirmək istəyən üsyançıların hərəkətini ləngitməkdir.
“Anadolu” isə xəbər verir ki, HTŞ qüvvələri Homs əyalətində hücum əməliyyatlarını uğurla inkişaf etdirir. Dekabrın 6-da üsyançılar ölkənin paytaxtı Dəməşqə yol açan strateji əhəmiyyətli Homs vilayətinin Rasten və Telbise rayonlarını ələ keçirib.
Rasten və Telbise rayonları Hələb, Həma, Homs şəhərlərini birləşdirən və Dəməşqə çatan M5 magistral yolunda yerləşir.
Suriyanın cənubunda müxalif qrupları dəstəkləyən “Cənub Cəbhəsi” adlı yeni qruplaşmanın aktivləşdiyi də qeyd edilir.
Ölkənin cənubundakı Dəra şəhərinin ələ keçirildiyi və Bəşər Əsəd qüvvələrinin oradan çıxarıldığı bildirilir.
Suriyanın cənubundakı Nəva şəhəri yaxınlığında Əsəd ordusunun rejim müxaliflərini artilleriya atəşinə tutması barədə də xəbərlər var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!