Bura “İran İslam Respublikası”dır, yoxsa “Məddahlar Respublikası”? .....                        Mehriban Əliyevadan Milad münasibətilə təbrik .....                        Bu ölkə də BRİKS-in üzvü oldu .....                        İki tələbə dəm qazından zəhərləndi .....                        Trüdo istefa qərarını açıqladı .....                        Prezidentin sağ qalan təyyarə bələdçiləri ilə görüşünün VİDEOSU .....                        Prezidentin sağ qalan təyyarə bələdçiləri ilə görüşünün VİDEOSU .....                        Vardanyanın məhkəməsinin vaxtı AÇIQLANDI .....                        Çindən yayılan yeni virus nə qədər qorxuludur? - Qorunmaq üçün tövsiyələr .....                       
3-01-2025, 16:38
Əsəddən sonra ölkəsinə qayıdan suriyalıların sayı - BMT AÇIQLADI


Əsəddən sonra ölkəsinə qayıdan suriyalıların sayı - BMT AÇIQLADI

Ölkəsinə qayıdan suriyalıların sayı məlum olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat paylaşıb.
Bildirilib ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu ölkələrdə yaşayan 115 mindən artıq suriyalı ölkələrinə geri qayıdıb.
3-01-2025, 16:13
Balakəndə ev yandı - Xəsarət alan var


Balakəndə ev yandı - Xəsarət alan var

Balakən rayonunun Hənifə kəndində yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
3-01-2025, 15:35
Bu paytaxt sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edəcək


Bu paytaxt sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

Serbiyanın paytaxtı Belqradda ictimai nəqliyyatla bağlı yeni qərar verilib.
Yanvarın 1-dən etibarən paytaxt sakinləri ictimai nəqliyyatdan ödənişsiz istifadə etməyə başlayıb.
Belqrad bələdiyyəsinin sədri Aleksandr Sapic bir müddət əvvəl mətbuata açıqlamasında ictimai nəqliyyatla bağlı qərarın şəhərin nəqliyyat sistemini modernizazsiya etməyi hədəfləyən əhatəli strategiyanın tərkib hissəsi olduğunu bildirib.
Belqrad üç il içərisində ictimai nəqliyyat arsenalını yeniləməyi və bütün vasitələri dəyişdirməyi plnalaşıdırır. Bələdiyyə sədrinin sözlərinə görə, 2025-ci ilin sonuna qədər fəaliyyətdə olan bütün nəqliyyat vasitələri iki yaşdan balaca olacaq.
Lakin bəziləri qərara etiraz ediblər. Nəqliyyatın maliyyələşdirilməsinin yüksək vergilər hesabına olacağını və praktikada ödənişsiz olan xidmətin əslində pulsuz olmayacağını deyənlər də var.
3-01-2025, 15:27
"Telegram" cərimələndi


"Telegram" cərimələndi

Moskvanın Taqanski Məhkəməsi "Telegram" messencerini İŞİD terror təşkilatının təbliğatını aparan kanalları, habelə saxta sənədlərin satışı ilə bağlı məlumatı silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.
Bu barədə TASS məlumat yayıb.
"Telegram"ın məlumatları silməkdən imtina etməsindən sonra məhkəmə tərəfindən şirkətə 4 milyon rubl dəyərində cərimə kəsilib.
3-01-2025, 14:48
ABŞ Çinin elektromobil sənayesindən narahatdır


ABŞ Çinin elektromobil sənayesindən narahatdır

ABŞ Çinin elektrikli avtomobil sənayesinin inkişafı üçün lazım olan texnologiyanın ixracını məhdudlaşdırmağı planlaşdırır.
Məlumata görə, Pekinlə texnoloji rəqabətin kəskinləşməsi fonunda Vaşinqton bu ölkəyə batareya katod texnologiyasının ixracını qadağan etməyi düşünür.
Çinin bu təklifi litiumun qlobal emalı üzrə 70% nəzarətini saxlamağa da kömək edəcək.
Beynəlxalq Enerji Agentliyi isə bildirir ki, dünya 2035-ci ilə qədər litium tələbatının yalnız 50%-ni qarşılaya biləcək.
3-01-2025, 14:40
Avropa üçün Azərbaycan qazının dəyəri artır


Avropa üçün Azərbaycan qazının dəyəri artır

Yanvarın 1-dən Rusiya qazının Ukrayna üzərindən Avropaya satışı dayandırılıb. Avropada hərraclarda qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb. Ancaq hələlik qitədə ciddi böhran müşahidə edilmir, çünki İttifaq qazın kəsiləcəyinə hazırlaşırdı.
Avropa ölkələrində təbii qaz çatışmazlığı ehtimalı az olsa da, bazarda alıcılar təzyiqlə üzləşəcək. Xüsusilə Uraynada müharibə başlayandan bəri Rusiyadan intensiv şəkildə təbii qaz almağa davam edən Avstriya, Slovakiya və Macarıstan kimi Avropa İttifaqı (Aİ) ölkələri üçün alternativlərin daha baha başa gələ biləcəyi ehtimal edilir.
Avstriya keçən ay "Qazprom" ilə müqaviləni dayandırdığını və alternativ mənbələrə müraciət etdiyini açıqlayıb. Ukrayna xəttini açıq saxlamağa çalışan Macarıstan isə təbii qaz ehtiyacının böyük hissəsini “Türk axını” vasitəsilə təmin etməyə davam edir. Ukraynanın qərarına ən sərt reaksiya verən Aİ ölkəsi Slovakiyada da indiki mərhələdə böyük problem yoxdur.
Qərardan ən çox təsirlənəcəyi gözlənilən Avropa ölkəsi Aİ üzvü olmayan Moldovadır.
Avropada təbii qaz ehtiyatına mənfi təsir göstərən əsas amil soyuq havadır. Avropa Qaz İnfrastrukturunun (GIE) məlumatlarına görə, 2024-cü ilin noyabrında Aİ-nin orta təbii qaz ehtiyatı 95 faiz olduğu halda 2025-ci ilin əvvəlində bu rəqəm 72 faizə enib. Ehtiyatlarda azalma əvvəlki illərin eyni dövrlərində də müşahidə olunub. Lakin azalma sürəti cari məlumatlardan daha məhdud idi. Ehtiyatlarda azalma tendensiyası növbəti aylarda da davam edəcək. Bununla belə, həyəcan təbili çalmaq üçün heç bir səbəb olmadığı bildirilir.
Brüsselin məlumatlarına görə, 2021-ci ildə Aİ-nin təbii qaz idxalının 40 faizi Rusiya boru kəmərlərindən əldə edilən enerjinin payına düşüb. 2023-cü ildə bu nisbət səkkiz faizə düşüb.
Rusiyadan asılılığın tədricən azaldığı eyni dövrdə Aİ-nin ABŞ-dan LNG idxalı təxminən üç dəfə artaraq 50 faizə çatıb. Yanvarın 20-də ABŞ prezidenti kimi andiçmə mərasimi keçiriləcək Donald Tramp Aİ-nin ABŞ-dan daha çox LNG idxal etməsini tələb edir. Aİ Komissiyası da bu ideyanı alqışlayıb.
Qeyd edək ki, Avropanın 10-dan çox ölkəsinə qaz satan Azərbaycanın da bu xüsusda rolunun artacağı müşahidə edilir.



Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, Avropa artıq Rusiya qazının Ukrayna üzərindən daşınmasına qoyulan qadağını hiss etməyə başlayıb:
"Ötən il bu marşrutla Avropaya təxminən 15 milyard kubmetr qaz ixrac edilib. Rusiya qazının Ukrayna üzərindən Avropya ixracının dayandırılması artıq birjalardakı qaz qiymətlərində öz əksini tapıb. Qazın qiyməti əvvəlcə 450 dollar həddini keçdi və artıq 31 dekabrda qaz 530 dollara qədər bahalaşmışdı. Misal üçün 2025-ci ilin ilk hərraclarında qazın qiyməti mütəmadi olaraq, 550 dollar həcmindən aşağı ticarət edib. Bu onun göstəricisidir ki, Avropa Rusiya qazının Ukrayna üzərindən verilişinin dayandırılmasını ehtiyat anbarlarda kifayət qədər qazın olmasına baxmayaraq, hiss etməyə başlayıb. Ukrayna üzərindən günlük 41-42 milyon kubmetr qaz ixrac olunurdu. Avropa martın sonuna qədər bu ehtiyat anbarlarından istifadə etməklə, özünün istilik məsələlərini, qaza olan tələbatını ödəmək iqtidarındadır. Qaz qiymətləri 2023-cü ilin noyabrından indiyə qədər yaşanmamış həddə gəlib çatdı. Bu o deməkdir ki, cari ildən yeraltı qaz anbarlarından istifadə edəcəklər. Martın sonuna qədər artıq oradakı ehtiyytlar, bəlkə, yarıdan çox azalıb. Bir il bundan öncə 58 faiz qismində orada qaz vardı. Ondan əvvəlki dövrdə bu göstərici,təqribən 65 faiz idi. Cari ildə isitmə dövrü başa çatanda orada 45 faiz qaz qalsa, demək, daha çox yaz-yay aylarında qaz ixrac etməyə məcbur olacaqlar ki, oktyabr ayının birinə 90 faizdən az olmayaraq ehtiyat toplasınlar. Bu da bazarda tələbatın yüksək olmasına gətirib çıxaracaq. Tələbatın yüksək olması isə qaz qiymətlərində öz əksini tapacaq. Yəni 2023-cü ildə qazın bazarda orta qiyməti 460 dollar olmuşdu. 2024-cü ildə isə bu təqribən 430 dollardan bir qədər artıq olub. Ancaq mən cari ildə, həm ötən il, həm də 2023-cü il səviyyəsindən qaz qiymətlərinin daha baha, yəni 530 dolların altında olacağını gözləyirəm".
İ.Şaban vurğulayıb ki, Avropa bazarına ildən-ilə qaz həcmlərini artıran Azərbaycan üçün bu qərar gəlirlərin artımı deməkdir:
"Biz energetika naziri Pərviz Şahbazovun açıqlamasından çıxış etsək, ötən il Azərbaycan Avropa bazarında 12,9 milyard kubmetr qaz satmağa müvafiq olub. 2023-cü ildə isə bu həcm 11,8 milyard kubmetrə yaxın idi. Yəni il ərzində 1,1 milyard kub metr həcmində qaz ixracımızı artırmışıq. Cari ildə təbii ki, biz artıq 13 milyard kubmetr həcmini keçə biləcəyik. Bunun üçün qaz həcmlərimiz və alıcılarımız da var. Azərbaycan hökuməti artıq açıqlayıb, 2027-ci ilə qədər Avropada qaz satış həcmlərimizi 16 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Görünən odur ki, biz bu hədəfə inamla, özümüzə, ehtiyatlarımıza, infrastrukturlarımıza güvənərək Avropa ölkələri ilə imzaladığımız müqavilələr əsasında bu həcmləri artırmağa müvəffəq olacağıq".
3-01-2025, 14:04
Nazarbayev Kremllə əlaqələrə malikdir - Tokayevdən reaksiya


Nazarbayev Kremllə əlaqələrə malikdir - Tokayevdən reaksiya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinin respublikanın birinci prezidenti Nursultan Nazarbayevlə Moskvada keçirdiyi görüşə münasibət bildirib.
Bu barədə o, “Ana Dili” qəzetinə müsahibəsində danışıb.
Tokayev siyasətçilərin danışıqlarını dostluq görüşü kimi qiymətləndirib.
O qeyd edib ki, Vladimir Putinin Nursultan Nazarbayevlə dekabrda keçirdiyi görüş ötən ilin ikinci görüşü olub. “Onlar köhnə dostlar və həmkarlardır, ortaq tarixləri var. Belə görüşlər adətən Nursultan Abişeviçin təşəbbüsü ilə keçirilir. Bu, onun üçün vacibdir”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Tokayev qeyd edib ki, Nazarbayev Moskvada çox vaxt keçirdiyindən Kremllə sıx mənəvi və siyasi əlaqələrə malikdir, o, qurultayların və plenumların iclaslarında iştirak edib, bir sıra işgüzar səfərlər edib.
Xatırladaq ki, Vladimir Putin dekabrın 13-ü axşam Novo-Oqarevoda Nursultan Nazarbayevlə görüş keçirib. Siyasətçilər arasında görüşün təfərrüatları açıqlanmayıb.
3-01-2025, 13:33
Sabah 10 dərəcəyə qədər şaxta gözlənilir


Sabah 10 dərəcəyə qədər şaxta gözlənilir

Sabah bəzi bölgələrdə 10 dərəcəyədək şaxta olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
3-01-2025, 13:04
Bayden gizli toplantı keçirdi: İrana zərbə endiriləcək?


Bayden gizli toplantı keçirdi: İrana zərbə endiriləcək?

ABŞ Prezidenti Co Bayden və komandası gizli toplantı keçirib.
Bu barədə məlumatı "Axios" portalı yayıb.
Ağ Evdə baş tutan gizli görüşdə İranın nüvə obyektlərinə zərbələr endirmək planı müzakirə olunub.
Bildirilir ki, müzakirə təxminən bir ay əvvəl baş tutan və gizli saxlanılan görüş zamanı aparılıb.
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Tehranın yanvarın 20-dək nüvə silahı yaratmaq istiqamətində ata biləcəyi addımlara qarşılıq ABŞ-nin potensial hücum variantlarını təqdim edib.
Sallivan hesab edir ki, İranın hava hücumundan müdafiə (HHM) və raket imkanlarının zəifləməsi uğurlu zərbə ehtimalını artıracaq, həmçinin İranın cavab tədbirləri və regional eskalasiya riskini azaldacaq.
Nəşrdə qeyd edir ki, Bayden bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib.
3-01-2025, 12:52
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək


Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək

Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin ediləcək.
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Qeyd edək ki, təqaüd elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) təyin edilir.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!