Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
9-01-2025, 18:30
Müdafiə Nazirliyi məlumat yaydı


Müdafiə Nazirliyi məlumat yaydı

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.
Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.
9-01-2025, 17:59
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı


ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketini təqdim edəcək. Onun məbləği 500 milyon dollardır.
Müvafiq bəyanatla o, vəzifədən getməzdən əvvəl sonuncu dəfə Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupuna (“Ramştayn”) rəhbərlik etmək üçün gəldiyi Almaniyada çıxış edib.
Ostinin sözlərinə görə, yardım paketinə Ukraynanın hava hücumundan müdafiəsi üçün əlavə raketlər, daha çox döyüş sursatı, daha çox “hava-yer” raketləri və Ukrayna F-16-larını dəstəkləmək üçün digər avadanlıqlar daxildir.
“Burada, “Ramştayn”da mən Ukraynanın azadlıq və təhlükəsizlik şəraitində yaşaması, daha ədalətli və daha ləyaqətli dünya yaratmaq üçün əlimdən gələni etməyə qərarlıyam. Birgə işimiz davam etməlidir”, - deyə Pentaqon rəhbəri bildirib.
O vurğulayıb ki, əsas həqiqət ondan ibarətdir ki, Ukraynanın mübarizəsi bütün müttəfiqlər üçün vacibdir.
Ostin təmas qrupuna sədrlik etməyin həyatının ən şərəfli vəzifələrindən biri olduğunu bildirib və əlavə edib ki, “daha bir çox məhsuldar görüşü səbirsizliklə gözləyir”.
9-01-2025, 17:40
Kipr məsələsinin həlli yolunda davam edəcəyik - Hakan Fidan


Kipr məsələsinin həlli yolunda davam edəcəyik - Hakan Fidan

Türkiyə Şimali Kiprin həmişə yanında olub və məruz qaldığı təcriddən ən az təsirlərlə çıxması üçün bütün dəstəyi göstərib. Türkiyə bundan sonra bütün sahələrdə əməkdaşlığı artırmağa davam edəcək.
Bu fikirləri Şimali Kiprdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Ersin Tatar ilə birgə yanvarın 9-da keçirilən mətbuat konfransında səsləndirib.
“Dünya ölkələri Şimali Kiprun müstəqilliyini tanımalıdırlar. Dünən bizi bu gələcək gözləyirdi, amma bu düsturu həyata keçirmədiyimiz üçün uduzduq. Gələcəyimizi itirməyək”, - deyə Hakan Fidan vurğulayıb.
Türkiyənin XİN rəhbəri Kipr məsələsinin beynəlxalq diplomatiya və dinc üsullarla daha konstruktiv şəkildə həllinə çalışacaqlarını da diqqətə çatdırıb.
Onun sözlərinə görə, iki dövlətli həlldən başqa, adada Türkiyənin varlığının qeydə alınmasından ayrı variant yoxdur.
9-01-2025, 17:05
XİN-dən Paşinyana cavab


XİN-dən Paşinyana cavab

“Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.
Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir:
"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".
N.Paşinyan bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir:
"Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".
9-01-2025, 16:57
"Şuşa" restoranının yanındakı digər obyektlər də sökülür


"Şuşa" restoranının yanındakı digər obyektlər də sökülür

Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur "Şuşa" restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.
Həmin ərazidə yerləşən "Green cafe", "Bakı restoranı", "Ciyərxana" kimi obyektlər də söküləcək.
Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu onların səlahiyyətində deyil.
Qeyd edək ki, "Şuşa" restoranının sökülməsi barədə məlumatı Nərimanov Rayon İcra Hakimiyyəti yaymışdı.
Xatırladaq ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumatda "Şuşa" restoranının ərazisinin park statusu daşıdığı, buna görə restoranın söküldüyü bildirilmişdi.
9-01-2025, 16:44
Saakaşvili ilə bağlı yeni qərar


Saakaşvili ilə bağlı yeni qərar

Gürcüstan parlamentində sabiq prezident Mixail Saakaşvilinin "cinayətlərini" araşdırmaq üçün komissiya yaradılacaq.
Bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze məlumat verib.
"Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının birinci həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimi və həbsdə olan şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq”, - deyə icraçı katib bildirib.
9-01-2025, 16:21
DİN-dən həbsdə olan qubalı fermerin ailə üzvlərinin iddialarına cavab


DİN-dən həbsdə olan qubalı fermerin ailə üzvlərinin iddialarına cavab

Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, törətdiyi cinayət əməllərinə görə məhkəmə qərarı ilə 11 il 6 ay azadlıqdan məhrum olunan qubalı fermer kimi təqdim olunan Rəşid Məmmədovun cinayət işi üzrə ailə üzvlərinin iddiaları yayılıb.
İddialara cavab olaraq, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Quba rayon sakini, əvvəllər xuliqanlıq, qəsdən sağlamlığa zərər vurma maddələri ilə məhkum edilən Rəşid Məmmədovun qanunsuz əməllərindən zərər çəkmiş vətəndaşlar tərəfindən daxil olan çoxsaylı şikayətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılaraq istintaq hərəkətləri aparılıb.
İstintaqla müəyyən olunub ki, 43 yaşlı R.Məmmədov müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların 68.000 manat, 34.000 manat, 10.000 manat, 11.900 manat, 13.090 manat, 23.800 manat və 7.500 manat məbləğində pul vəsaitlərini özlərinin və ya ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərəcəyi və ya əmlaklarını məhv edəcəyi ilə hədə-qorxu gəlməklə ələ keçirib. Onun qanunsuz əməlləri istintaqla təkzibolunmaz dəlillərlə sübuta yetirilib.
R.Məmmədova zərər çəkmiş şəxslərin pulunu hədə-qorxu ilə tələb etməsi faktları üzrə ittiham elan edilərək cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Törətdiyi qanunsuz əməllərə görə məhkum edilən R.Məmmədovun ailə üzvlərinin həqiqətə uyğun olmayan iddiaları tam əsassızdır, barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir, qərəzlidir, həqiqəti əks etdirmir.
9-01-2025, 16:12
İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verdi


İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,
Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
9-01-2025, 15:45
“Qarabağ”dan böyük hesablı qələbə


“Qarabağ”dan böyük hesablı qələbə

Qış hazırlıq prosesini davam etdirən "Qarabağ" və "Kəpəz" komandaları arasında yoxlama oyunu keçirilib.
“Azərsun Arena”da təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində qolları 5, 14, 35-ci dəqiqələrdə Aleksey Kaşuk, 38-ci dəqiqədə Emmanuel Addai, 64-cü dəqiqədə isə Davud Məsumov vurublar.
Gəncə klubunun yeganə qoluna isə 67-ci dəqiqədə Ehtiram Şahverdiyev imza atıb.
Qeyd edək ki, “Qarabağ” yanvarın 12-də ikinci yoxlama görüşündə "Zirə"ni sınağa çəkəcək.
9-01-2025, 15:26
Ukrayna-Rusiya danışıqları bu tarixdə baş tuta bilər


Ukrayna-Rusiya danışıqları bu tarixdə baş tuta bilər

Ukrayna və Rusiya arasında danışıqlar 2025-ci ilin birinci yarısında baş tuta bilər.
Bu barədə CNN Ukrayna və Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Kiyev və Moskva arasında danışıqlar 2024-cü ilin noyabrında Kəmalə Harris qalib gəlsə belə, bu ilin birinci yarısına planlaşdırılıb.
“Həm Amerika, həm də Ukrayna administrasiyası Moskva ilə danışıqların 2025-ci ilin birinci yarısında – ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq – baş tuta biləcəyini gözləyirdi və onların məqsədi potensial danışıqlardan əvvəl Ukraynanın mövqeyini daha da genişləndirmək idi”, – CNN bildirib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə nümayəndəsi Keyt Kelloq çərşənbə günü Fox News-a deyib ki, Trampın vəzifəyə başlamasından sonra 100 gün ərzində iki tərəf arasında müharibəyə son qoymaq üçün həll yolu tapacağına ümid edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!