Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək .....                        Baş nazirdən digər dövlətdə yerləşən aviasiya personalı ilə bağlı qərar .....                        "Neftçi" baş məşqçisi ilə yollarını ayırdı .....                        18 vətəndaşımız Eritreyada girov saxlanılır - Təfərrüatlar AÇIQLANDI .....                        Ermənistan Avropa missiyasını sərhəddən çıxarmaq istəmir .....                        Peyvənd üçün müraciət edənlərin sayı artıb .....                        Ermənistan-Türkiyə sərhədi açılsa... - Mirzoyan cavab verdi .....                        "Pensiya və müavinətlərin artırılmasına daim diqqət göstərəcəyik” .....                        Prezident iqtisadi vəziyyətdən danışdı .....                       
3-01-2025, 12:52
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək

Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin ediləcək.
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Qeyd edək ki, təqaüd elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) təyin edilir.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.
3-01-2025, 12:20
"Bakı və İrəvanla işləməyə hazırıq" - Vaşinqtondan mesaj

"Bakı və İrəvanla irəliləyişi təmin edəcək istənilən formatda işləməyə hazırıq".
Bu barədə ABŞ-nin Dövlət Departamentindən “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.
“ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın Cənubi Qafqazın təhlükəsizliyi və çiçəklənməsi üçün əhəmiyyət daşıyan dayanıqlı, eləcə də layiqli sülh sazişinin əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onlar üçün irəliləyişi təmin edəcək istənilən formatda işləməyə hazırıq”.
3-01-2025, 12:03
Azərbaycanda qazın yeni qiymətinin tətbiqinə start verildi

"Azəriqaz" İstehsalat Birliyinin abonent uçotu sistemlərində (öncədən ödənişli və mexaniki sayğaclar) artıq yeni tariflərin tətbiqinə start verilib.
“Azəriqaz”dan verilən məlumata görə, proqram təminatında dəyişikliklər tam tətbiq olunanadək öncədən ödənişli sayğaclar üzrə 2 yanvar tarixindən alınan qazın dəyəri yeni tariflərlə hesablanaraq növbəti ödənişlərdə nəzərə alınacaq.
Mexaniki sayğaclar üzrə göstəricilər 2025-ci ilin ilk oxunuşunda yeni tariflərə uyğun olaraq hesablanacaq.
Məlumata görə, istehlakçılar tərəfindən yeni tariflə hesablamalar barədə yaranacaq sual və ya şikayətlərə Birliyin Tarif Komissiyasında müvafiq qaydada baxılacaq.
Xatırladaq ki, ölkəmizin təbii qaz təsərrüfatında rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması məqsədilə Tarif (qiymət) Şurası tərəfindən yeni tariflər müəyyənləşdirilib. Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Dəyişikliklərə əsasən əhali üzrə illik istehlak həcmi:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12 qəpikdən 0,5 qəpik (4,2%) artırılaraq 12,5 qəpik;

1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 20 qəpikdən 2 qəpik (10%) artırılaraq 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün 25 qəpikdən 5 qəpik artırılaraq (20%) 30 qəpik məbləğində təsdiqlənib.

Həmçinin 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7%) artırılıb. Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir:

48% abonent üzrə - 32 qəpik;

39% abonent üzrə - 1 manat 43 qəpik;

13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Eyni zamanda qeyd olunmalıdır ki, təbii qazın qaz paylayıcısına topdansatış qiyməti də 1 kub metr üçün 11,8 qəpikdən 13,5 qəpiyə, başqa sözlə 9,4% artırılıb.
Qeyri-əhali sektorunda təbii qaz tariflərində də dəyişikliklər edilib. Belə ki, sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üzrə 1 kub metr təbii qazın tarifi 16,5 qəpikdən 2 qəpik artırılaraq 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində, digər sahələrdə (ticarət, iaşə və s.) isə 25 qəpikdən 3,5 qəpik (14%) artırılaraq 28,5 qəpik məbləğində müəyyənləşdirilib.
Qərar 02 yanvar 2025-ci il tarixdən qüvvəyə minir.

3-01-2025, 11:15
Koreya prezidentini həbs edə bilmədilər

Koreya prezidentini həbs edə bilmədilər

Cənubi Koreya Prezidenti Yun Sek-Yula qarşı həbs orderinin icrası mümkün olmayıb.
Bu barədə Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi məlumat yayıb.
Müstəntiqlər əvvəllər dövlət başçısının iqamətgahına daxil olsalar da, hərbi qulluqçuların müqaviməti ilə üzləşiblər.
“Biz müəyyən etdik ki, davam edən qarşıdurma səbəbindən həbs qərarı icra etmək mümkün deyil. İşçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə onun icrası dayandırılıb", - açıqlamada bildirilir.
3-01-2025, 11:08
Saxta plastik cərrahlarla bağlı komissiya yaradıldı - 1 aydan az vaxtları var

Azərbaycan Respublikasınının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib.
Bu barədə nazirlik məlumat yayıb.
Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb.
Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb:
"Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər".
Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
2-01-2025, 21:12
Fərdi Tayfur vəfat etdi

Fərdi Tayfur vəfat etdi

Türkiyənin məşhur müğənnisi Fərdi Tayfur vəfat edib.
Bu barədə TRT kanalı məlumat yayıb.
O, Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Müğənni bir müddətdir burada müalicə alırdı.
2-01-2025, 20:06
Dəhşətli qəzada yaralanan azyaşlı xəstəxanada öldü

Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında xəsarət alan 7 nəfərdən biri ölüb.
Saat 15 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınan qəzada xəsarət alanlardan 9 yaşlı Yusif Qəhrəmanvoun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması zamanı "VAZ-2107" idarə etmədən çıxaraq yol kənarındakı "Hyundai Sonata", "Hyundai Tucson" və "KİA" markalı minik maşınlarına çırpılıb. Qəza nəticəsində Yusif Qəhrəmanov, Günel Qəhrəmanova, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov, Elgün Sarıyev, Elvin Sarıyev və Günel Sarıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Yaralılardan üçü ağır vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
2-01-2025, 19:57
Ukrayna Kurskda hərbi obyekti vurdu

Ukrayna Kurskda hərbi obyekti vurdu

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində komanda məntəqəsinə zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri Kursk vilayətinin Maryino kəndində rus qoşunlarının komanda məntəqəsinə yüksək dəqiqliklə zərbə endiriblər.
Bundan əvvəl regional hakimiyyət Maryinonun yanında yerləşən Rılski rayonunun İvanovskoye kəndinin atəşə tutulduğunu açıqlayıb.
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynin sözlərinə görə, itki yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!