Malıbəyli qətliamından 33 il keçdi .....                        Azərbaycan səfirindən beynəlxalq ictimaiyyətə çağırış .....                        HƏMAS girovların azad edilməsini təxirə salıb .....                        Ermənistan-Türkiyə sərhədi açılır? - RƏSMİ .....                        III kurs tələbəsi vəfat etdi .....                        Paşinyan Makronla sülhü müzakirə etdi .....                        Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi: "Kiminsə qarnı ağrıyır" .....                        “Neftçi” səfərdə “Zirə”yə qalib gəldi .....                        Vardanyanın məhkəməsində nələr danışıldı? .....                       
27-01-2025, 17:56
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər


Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər

Erməni qadın Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.
Bu barədə xarici KİV məlumat yayıb.
AŞPA Arusyak Julhakyanın vitse-prezident vəzifəsinə namizədliyini təsdiq edib.
Xatırladaq ki, Teodor Russopulos bu gün yenidən AŞPA-nın prezidenti vəzifəsinə seçilib.
27-01-2025, 17:40
Sosial şəbəkələrdə əcnəbinin 17 min manatını ələ keçirdi


Sosial şəbəkələrdə əcnəbinin 17 min manatını ələ keçirdi

Naxçıvanda polis sosial şəbəkələrdə dələduzluq edən şəxsi saxlayıb.
Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində “TikTok" və “Instaqram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb. Araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
T.Ağazadənin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102” Xidməti Zəng Mərkəzinə və polis orqanlarına məlumat verə bilərlər.
27-01-2025, 17:35
Prezident hərbidə çalışan mülki işçilərin də maaşını artırdı


Prezident hərbidə çalışan mülki işçilərin də maaşını artırdı

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşən aşağıdakı dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılıb.

1.1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

1.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

1.5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;

1.6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;

1.7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

1.8. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

1.9. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

1.10. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;

1.11. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

1.12. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

1.13. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

1.14. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
27-01-2025, 17:32
Səfərbərlik hərbçilərinin maaşları da artacaq - 10 FAİZ


Səfərbərlik hərbçilərinin maaşları da artacaq - 10 FAİZ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
27-01-2025, 17:31
DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin hərbçilərinin maaşı artırıldı


DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin hərbçilərinin maaşı artırıldı

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.
27-01-2025, 17:30
FHN əməkdaşlarının maaşı qaldırılır


FHN əməkdaşlarının maaşı qaldırılır

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Fövqəladə Hallar və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
27-01-2025, 17:27
Polisin maaşı ilə bağlı FƏRMAN VERİLDİ


Polisin maaşı ilə bağlı FƏRMAN VERİLDİ

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
27-01-2025, 17:27
Polisin maaşı ilə bağlı FƏRMAN VERİLDİ


Polisin maaşı ilə bağlı FƏRMAN VERİLDİ

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
27-01-2025, 17:17
5 qurumun əməkdaşlarının maaşı artırılır - RƏSMİ


5 qurumun əməkdaşlarının maaşı artırılır - RƏSMİ

Prezident İlham Əliyev hüquq-mühafizə orqanlarının maaşlarının artırılması barədə fərmanlar imzalayıb.
Fərmanlara əsasən aşağıdakı şəxslərin maaşları orta hesabla 10 faiz artırılacaq:

- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları

- Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları

- Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları

- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşları

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.
27-01-2025, 17:06
Prezident bu şəxslərin maaşları ilə bağlı fərman imzaladı


Prezident bu şəxslərin maaşları ilə bağlı fərman imzaladı[/size]

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!