Məktəb direktoru da insandır, onun da emosional durumu var - Emin Əmrullayev .....                        Ən çox Ərdoğanla fotomu bəyənirlər .....                        Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi .....                        Putin 30 günlük atəşkəsə razıdır, amma.. .....                        Məşhur türk aktyor vəfat etdi .....                        Bakı Forumunun açılış mərasimindən görüntülər - VİDEO .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı .....                        Rəsmi Bakı sülh sazişinə dair bəyanat yaydı .....                        Qukasyandan etiraf - Qondarma rejimin “büdcə”sini Ermənistan formalaşdırırdı .....                       
27-01-2025, 17:00
Azərbaycanda hərbçilərin maaşları ARTIRILDI - FƏRMAN


Azərbaycanda hərbçilərin maaşları ARTIRILDI - FƏRMAN

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
27-01-2025, 16:41
Avtomobil yolları istifadəçilərinin məsuliyyəti artırıldı


Avtomobil yolları istifadəçilərinin məsuliyyəti artırıldı

Prezident İlham Əliyev "Avtomobil yolları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Yyenilənmiş qanuna aşağıdakı yeni anlayışlar daxil edilib:

- ödəniş məntəqəsi – ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır;

- buraxılış məntəqəsi – ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.

Bundan başqa, yeni qanunla bundan sonra avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, eləcə də buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyacaqlar.
27-01-2025, 16:27
Narkotikə görə tutulan gənc aktyor azadlığa çıxdı


Narkotikə görə tutulan gənc aktyor azadlığa çıxdı

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov (Həsən Ağa) ev dustaqlığına buraxılıb.
Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Həsənağa Məmmədov istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib:
"Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi".
27-01-2025, 15:44
Şəkidə məktəbdə yanğın


Şəkidə məktəbdə yanğın

Şəkidə məktəbdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəhərinin Küdürlü kəndində birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
27-01-2025, 15:29
"Kamaz" sürücüsü özünə xəsarət yetirib polisə şər atdı


"Kamaz" sürücüsü özünə xəsarət yetirib polisə şər atdı

Bəzi sosial şəbəkə səhifələrində Bakıda "KamAZ" markalı yük avtomobilinin sürücüsünün hərəkətləri ilə bağlı qərəzli iddialar yayılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən açıqlama verilib.
Qeyd edilib ki, əslində isə o, özünə xəsarət yetirib, avtomobili zədələyib məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd edib.
DYP-dən bildirilib ki, paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə "saxla" işarəsi verilib. Qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.
27-01-2025, 14:57
Bu marşrut xətti “Xaliq Faiqoğlu”na verildi


Bu marşrut xətti “Xaliq Faiqoğlu”na verildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibini müəyyən edib.
170 nömrəli marşrut üzrə hüquqi şəxs “Xaliq Faiqoğlu” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Yaxın günlərdə xətt üzrə avtobusların yenilənməsi və 170 saylı xətdə hazırda mövcud olan nağd ödəniş sisteminin əvəzinə elektron ödənişin tətbiq ediləcəyi gözlənilir.
27-01-2025, 14:53
Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılaşıb


Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılaşıb

Bu gün - yanvarın 27-də Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı növbəti dəfə razılığa gəlməyə çalışacaq. Macarıstan da bu qərarı dəstəkləməyə hazırdır.
Bu barədə “Bloomberg” agentliyi və “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.
Bu gün Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşü baş tutacaq.
“Politico” yazır ki, Macarıstan “enerji təhlükəsizliyi” ilə bağlı narahatlıqlarını qeyd edəcək və bəyanatın müqabilində güzəştə gedəcək.
Aİ-nin sanksiyalar rejimi hər altı aydan bir uzadılma tələb edir və heç bir ölkə buna etiraz etmir. Sanksiyaların uzadılması 15 paketə təsir edir, o cümlədən Rusiyanın suveren aktivlərində təxminən 200 milyard avronun bloklanmasına.
Macarıstan Baş naziri Viktor Orban xəbərdarlıq edib ki, Ukrayna bir neçə şərti yerinə yetirərsə, Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılıq verəcək. Bu şərlər aşağıdakılardı:
- Rusiya qazının tranzitini bərpa etmək; “Türk axını”nın infrastrukturuna hücum etməmək və Rusiya neftinin öz ərazisi ilə Avropaya nəqlinə mane olmamaq.
Siyasətçi hərəkətlərini Donald Trampın ABŞ prezidenti postuna qayıtması ilə əlaqələndirib.
27-01-2025, 14:43
İlham Əliyev Lukaşenkonu təbrik etdi


İlham Əliyev Lukaşenkonu təbrik etdi

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç.

Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.
Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
27-01-2025, 14:34
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO


Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO

Bakının Nərimanov rayonunda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb, 6 kiloqram narkotik vasitə və 6 ədəd odlu silah aşkarlanıb. Bu barədə DİN-dən bildirilib.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.
Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.
Bundan başqa, Nərimanov rayonunda 2500 manat dəyərində moped oğurlayan əvvəllər məhkum olunmuş Şamil Şıxaliyev və Şirin İsmayılov da saxlanılıblar. Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı isə son bir neçə gün ərzində vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü polisə təhvil verilib.

27-01-2025, 14:26
Oskanyan Paşinyanı satqın adlandırdı - QALMAQAL


Oskanyan Paşinyanı satqın adlandırdı - QALMAQAL

Ermənistanın baş naziri Nikol Paşinyan son
açıqlamaları ilə faktiki olaraq qondarma “erməni soyqırımı”nı və onun miqyasını şübhə altına alıb.
Paşinyanının qondarma “erməni soyqırımı”na dair açıqlamaları Ermənistanda çoxlarını şoka salıb, qalmaqala səbəb olub. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, Paşinyanın bəyanatları bir lider kimi onun mənəvi nüfuzunu sarsıdır.
Xatırladaq ki, Nikol Paşinyan İsveçrənin Sürix şəhərində erməni icması ilə görüşündə qondarma “erməni soyqırımı”nı barədə danışarkən deyib: "Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? Niyə 1939-cu ildə "soyqırımı" gündəmdə yox idi, amma artıq 1950-ci ildə ortaya çıxdı?”.
Vardan Oskanyan Paşinyanı Türkiyəyə yarınmaqda, satqınlıqda ittiham edib.
Onun fikrincə, Paşinyanın “nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır” ifadəsi Türkiyənin inkar təbliğatı ilə həmahəng səslənir.
Oskanyan qeyd edib ki, ermənilərin “soyqırımın” niyə baş verdiyini araşdırıb başa düşmələrini təklif etməklə, Paşinyan məsuliyyəti qurbanların üzərinə atmış olur.
Oskanyan baş nazirin bəyanatını xəyanət hesab edib.
“Belə mövqe bildirən şəxs bütöv bir xalqı təmsil edə, onun rəhbəri ola bilməz. Bu, bağışlanması və ya diqqətdən kənarda qalması mümkün olmayan bir xəyanətdir”, - Oskanyan hiddətini ifadə edib.
Eks-nazir deyib ki, “erməni soyqırımı” ermənilərin kimliyini və dünyadakı yerini formalaşdıran bir “hadisədir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!