Malıbəyli qətliamından 33 il keçdi .....                        Azərbaycan səfirindən beynəlxalq ictimaiyyətə çağırış .....                        HƏMAS girovların azad edilməsini təxirə salıb .....                        Ermənistan-Türkiyə sərhədi açılır? - RƏSMİ .....                        III kurs tələbəsi vəfat etdi .....                        Paşinyan Makronla sülhü müzakirə etdi .....                        Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi: "Kiminsə qarnı ağrıyır" .....                        “Neftçi” səfərdə “Zirə”yə qalib gəldi .....                        Vardanyanın məhkəməsində nələr danışıldı? .....                       
27-01-2025, 12:15
İlham Əliyev qəbul keçirdi - FOTO


İlham Əliyev qəbul keçirdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır, bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.
Qonaqlar Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Onlar ölkəmizə səfər çərçivəsində, həmçinin Quba rayonuna da gedəcəklərini və oradakı yəhudi icmasının yaşayış şəraiti ilə yerində tanış olacaqlarını dedilər.
Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiklərini vurğulayan qonaqlar həmin ərazilərimizdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin onlara böyük təəssüratlar bağışladığını qeyd etdilər.
Bu səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən çoxsaylı yəhudi iş adamlarının ölkəmizə gəldiyini deyən qonaqlar Azərbaycanın biznes və investisiya üçün cəlbedici ölkə olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etdilər.
Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.



27-01-2025, 04:13
TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!


Bu Mustafayeva Fərəh Qurban qızıdır. Yanvarın 27-də Fərəhin 5 yaşı tamam oldu. Fərəh Bakıda doğulsa da, əslən Zəngəzur mahalının Qafan rayonunun Müsəlləm kəndindəndir.
Babası Mustafayev Əkrəm Murtuz oģlu da yüz minlərlə soydaşımız kimi erməni faşistlərinin təzyiqi altında Qərbi Azərbaycandakı ata ocağını tərk etmək məcburiyyətində qalıb. O, Qərbi Azərbaycan İcmasınun Qafan rayonu Müsəlləm kəndinin koordinatoru kimi yurda qayıdış uğrunda yorulmadan mübarizə aparır. Gənc nəslin nümayəndələrini də doğma yurdlarımız barədə məlumatlandırır, o yerlərə qayıtmağa səfərbər edir.

Fərəh bala da nənəsi Fatma Səlim qızının baba yurdu Müsəlləm kəndinin əsrarəngiz təbiəti, mehriban insanları, min illəri aşan gözəl adət-ənənələri haqqında nağıllarını dinləyə-dinləyə boy atır. Tez böyüyüb baba yurdunu ziyarət etməyin xəyallarını qurur.

Bu gün Fərəhin əmisi Mustafayev Turan Əkrəm oğlu da qardaşı qızının ad gününə gəlib, ona ən xoş arzularını bildirir. Babası Əkrəm isə Fərəh mənim həm şəkərim, həm də şəkər və təzyiq dərmanımdır, -deyir. Balasına atalı, analı böyüyüb, xoş günlər görməsini, firavan ömür sürməsini arzulayır. Bir də arzu edir ki, babasının əlindən tutub baba yurdu Zəngəzura, Müsəlləm kəndinə getmək nəsibi olsun! Amin!


26-01-2025, 22:53
Ər-arvad dəm qazından zəhərləndi


Ər-arvad dəm qazından zəhərləndi

Mingəçevirdə dəm qazəndan zəhərlənmə olub.
Hadisə Nizami küçəsi 21 ünvanında baş verib. Belə ki, 2005-ci il təvıllüdlü Gülər Quliyeva və 2002-ci il təvəllüdlü Kamal Qocayev dəm qazından zəhərlənib. Zəhərlənən ər-arvad xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
26-01-2025, 22:25
Ermənistanda rus hərbçinin meyit tapıldı


Ermənistanda rus hərbçinin meyit tapıldı

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti tapılıb.
Bildirilir ki, yerli vaxtla saat 17:20 radələrində Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyitin tapılması barədə məlumat verib.
Polis və müstəntiqlər binadakı mənzildə Rusiyanın 102-ci bazasının hərbi qulluqçusu, 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin meyitini aşkar ediblər.
Faktla bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi açılıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.
26-01-2025, 22:16
Qurbanovdan xəbərdarlıq: "Hər şey əldən gedə bilər.."


Qurbanovdan xəbərdarlıq: "Hər şey əldən gedə bilər.."

İstəməzdik ki, məğlub olaq.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, futbolçuları 90 dəqiqə ərzində üstün mübarizə aparıblar: "Lakin futbolun belə acı tərəfləri olur. Daha hazırlıqlı olmaq lazımdır. Çempion olmaq çətindir. Bir neçə oyunda da xal itirsək, hər şey əldən gedə bilər. Arxayınlaşmaq olmaz. Üç xala yaxın idik, iki dəqiqə içərisində hesab dəyişdi".
Baş məşqçinin sözlərin görə, 20 gün öncə iki futbolçu ilə danışıqlar olub: "Danışıq oldu, lakin məsələ orada da qaldı. Transfer xətrinə futbolçu gətirmək istəmirik".
26-01-2025, 21:40
Lukaşenko 7-ci dəfə prezident seçildi


Lukaşenko 7-ci dəfə prezident seçildi

Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.
Exit-poll 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirilib.
İlkin nəticələrə görə, Lukaşenko 7-ci dəfə ölkənin prezidenti olub.
Qeyd edək ki, Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.
26-01-2025, 21:18
"Roma"dan səfər qələbəsi


"Roma"dan səfər qələbəsi

İtaliya A Seriyasında XXII turun növbəti oyunu keçirilib.
"Roma" səfərdə "Udineze"nin qonağı olub. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Roma"nın qollarını Pelleqrini və Dovbik vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Lorenzo Luçça imza atıb.
Bu nəticədən sonra xallarını 30-a çatdıran "Roma" 9-cu pillədə qərarlaşıb. Udine klubu isə 26 xalla 11-ci yerdədir.
26-01-2025, 21:18
"Roma"dan səfər qələbəsi


"Roma"dan səfər qələbəsi

İtaliya A Seriyasında XXII turun növbəti oyunu keçirilib.
"Roma" səfərdə "Udineze"nin qonağı olub. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Roma"nın qollarını Pelleqrini və Dovbik vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Lorenzo Luçça imza atıb.
Bu nəticədən sonra xallarını 30-a çatdıran "Roma" 9-cu pillədə qərarlaşıb. Udine klubu isə 26 xalla 11-ci yerdədir.
26-01-2025, 15:56
HƏMAS atəşkəs razılaşmasını pozub - İsrail


HƏMAS atəşkəs razılaşmasını pozub - İsrail

İsrail rəsmiləri HƏMAS-ın Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozduğunu bildirib.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, geri qaytarılması nəzərdə tutulan girovlardan biri olan Arbel Yehud azad edilməyib. Həmçinin girovların siyahısı təqdim olunmayıb.
Bildirilib ki, buna görə də Qəzza sakinlərinin anklavın şimalına qayıtmasına icazə verilməyəcək.
Xatırladaq ki, bundan əvvəl HƏMAS atəşkəsin pozulmasına görə İsraili ittiham etmişdi.
Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə fələstinli 90 məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.
26-01-2025, 15:41
Belarusda prezident seçkiləri baş tutmuş elan edildi


Belarusda prezident seçkiləri baş tutmuş elan edildi

Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.
Bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.
Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.
Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.
2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!