Vardanyanın məhkəməsinin vaxtı AÇIQLANDI .....                        "Beşiktaş"ın yeni prezidenti .....                        Təbrik təbrik üstündən.. .....                        Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir - Prezident .....                        Talibanın Pakistan qanadına son qoymağın zamanı çatıb - Şahbaz Şərif .....                        Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır .....                        "AZAL" təyyarəsinin qəzası: İlkin hesabat yanvarın sonunda açıqlanacaq .....                        İsrail Qəzzada 100-dən çox hərbi obyektə hücum etdi .....                        Qəzzada ölən fələstinlilərin sayı 46 minə çatır .....                       
4-01-2025, 13:44
Rusiyada vurulan Azərbaycan təyyarəsi barədə müəmmalı QƏRAR


Rusiyada vurulan Azərbaycan təyyarəsi barədə müəmmalı QƏRAR

Rusiyanın Qroznı şəhərində hücum məruz qalan Azərbaycan təyyarəsinin Aktauda qəza enişi etməsi ilə bağlı araşdırmanın "hərbi hissəsi" məxfiləşdirilib.
Bu barədə rus dilində fəaliyyət göstərən nüfuzlu "ВЧК-ОГПУ" teleqram kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr bu anlaşılmaz qərarın səbəbini açıqlamayıb.
Kanalın mənbələri deyir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistana getməsinə baxmayaraq, əslində hərbçilərlə bağlı bütün istintaq hərəkətləri Komitənin Çeçenistanda yerləşən 505-ci Hərbi İstintaq Şöbəsinin müstəntiqləri tərəfindən həyata keçirilir.
Məqalədə bildirilir ki, sözügedən şöbənin rəisi təyyarəyə raket zərbələri endirən “Pantsir” hava hücumundan müdafiə sisteminin ekipajını dindirib.
"Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, burada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləməyə davam edir. Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur", - kanal qeyd edib.
Mənbələrin sözlərinə görə, təyyarənin qəza enişi etməsinə təsir göstərə bilən digər amillər də araşdırılır.
"Məsələn, GPS texnologiyası məşhurlaşmamışdan əvvəl təyyarələrin enişi CGS sistemindən (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemi) istifadə edilərək həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə olunur, lakin hələlik məlum olmayan səbəbdən Qroznı hava limanında aparılan genişmiqyaslı yenidənqurma zamanı bu sistem sökülüb", - deyə Rusiya mənbəsi bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
4-01-2025, 13:20
Sabahın havası - Yağış yağacaq


Sabahın havası - Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gecə və səhər zəif duman olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.
4-01-2025, 12:43
Bakıda dəhşətli qəza: sərnişin avtobusu maşına çırpıldı - ÖLƏN VAR


Bakıda dəhşətli qəza: sərnişin avtobusu maşına çırpıldı - ÖLƏN VAR

Bakıda 149 nömrəli avtobus qəza törədib.
Hadisə bu gün səhər saatlarında Qaradağ rayonunda baş verib.
Faktla bağlı Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.
"99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb", - açıqlamada bildirilir.
3-01-2025, 19:10
Fransada qarşıdurma: 5 nəfər girov götürüldü


Fransada qarşıdurma: 5 nəfər girov götürüldü

Arles penitensiar mərkəzində bir məhbus həbsxananın 4 tibb işçisini və 1 gözətçini girov götürüb.
Fransada səhər saatlarında baş verən hadisədən sonra böhran iclası çağrılıb. Bildirilir ki, girov götürən məhbusun 37 yaşı var və cinsi təcavüzə görə həbs edilib. Onun 2031-ci ildə azadlığa buraxıla biləcəyi və psixi problemləri olduğu qeyd edilir.
Ədliyyə naziri J.Darmanın X hesabında bütün vasitələrin səfərbər edildiyini bildirib.
3-01-2025, 18:45
Təyyarə qəzasında yaralananların son durumu AÇIQLANDI


Təyyarə qəzasında yaralananların son durumu AÇIQLANDI

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 8 nəfərin (3 kişi, 5 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, onların hər biri ixtisaslı həkim mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal-cərrah, infeksionist) tərəfindən zəruri instrumental-diaqnostik müayinə olunublar, hazırda həkim müşahidəsindədirlər:
"Dekabrın 30-da Yeni Klinikaya hospitalizasiya olunan pasiyentlərdən 1 nəfərin vəziyyəti orta ağır stabildir.
Travmatik koma vəziyyətində gətirilən xəstələrdən 2-nin vəziyyəti isə kritik ağır stabil olaraq qiymətləndirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmo-hemotoraks diaqnozu ilə hər iki xəstənin protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən 5 nəfərin də hazırda Yeni Klinikada stasionar müalicəsi davam etdirilir. Onların vəziyyətləri qənaətbəxşdir.
Ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumlarının aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılması üzrə müvafiq tapşırıqlar verilib, yaşayış ünvanlarına qayıtmış şəxslər ərazi üzrə tibb müəssisəsinin həkim və psixoloqundan ibarət heyət tərəfindən ziyarət edilib".
Qeyd edək ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
3-01-2025, 18:30
Türkiyədə ötən il rekord qırılıb - Ərdoğan AÇIQLADI


Türkiyədə ötən il rekord qırılıb - Ərdoğan AÇIQLADI

Ötən il Türkiyədə ixracatdan əldə edilən gəlirlər 2023-cü ilə nisbətən 2,5 faiz artaraq 262 milyard ABŞ dollarına çatıb. İl ərzində ixracat göstəricilərində respublika tarixinin rekordu qırılıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident Ərdoğan 2024-cü ilin üçüncü rübündə 2,1 faiz artım göstərən ölkə iqtisadiyyatının tam 17 rübdür ki, fasiləsiz böyüdüyünü, 2025-ci il üçün xalis ixracat və sabit sərmayə yatırımlarının da dəstəyi ilə bu böyümənin 4 faizədək artmasının hədəfləndiyini deyib.
Türkiyə Statistika Komitəsi tərəfindən 2024-cü il üçün açıqlanan inflyasiya göstəricilərinin tətbiq olunan siyasətin düzgünlüyünü təsdiqlədiyini bildirən Ərdoğan, ötən ilin yanvar-oktyabr ayları ərzində ölkədə işsizlik səviyyəsinin son 23 ilin ən aşağı səviyyəsinə enərək, orta hesabla 8,8 faizə çatdığını vurğulayıb.
3-01-2025, 17:55
Rusiyaya gedənlərin diqqətinə - Bu sənədlər tələb olunacaq


Rusiyaya gedənlərin diqqətinə - Bu sənədlər tələb olunacaq

30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən istənilən buraxılış məntəqəsindən keçdikləri zaman barmaq izlərini və üz təsvirini təqdim etməli olacaqlar.
Müvafiq qaydalar hökumətin qərarı ilə təsbit edilib.
Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşadək uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilməyəcək.
Rusiyaya vizasız giriş üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları, öz məlumatlarının və səfərin məqsədinin əks olunduğu ərizəni təqdim edə bilərlər.
3-01-2025, 17:51
Alman nazir Suriyanın yeni lideri ilə görüşdü


Alman nazir Suriyanın yeni lideri ilə görüşdü

Almaniyanın xarici işlər nazirləri Annalena Berbok Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilə görüşüb. Görüş Dəməşqdə baş tutub.
3-01-2025, 17:36
Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı


Məşhur filmin çəkildiyi malikanə 5,25 milyona satıldı

Dünyaca məşhur "Evdə tək" filminin çəkildiyi malikanə 5,25 milyon dollara satılıb.
Satış Milad bayramından öncə baş tutub.
1990-cı ildə "Evdə tək" filmi və 1992-ci ildə çəkilən "Evdə tək 2" filmlərində nümayiş olunan Çikaqonun şəhərətrafı malikanəsi may ayında sarışa çıxarılıb. 2012-ci ildə bir alıcı ev üçün 1,58 milyon dollar ödəyib.
İki mərtəbəli kərpic ev 2018-ci ildə müasir üslub nəzərə alınmaqla təmir edilib.
850 m²-lik malikanədə dörd kamin, beş yataq otağı, altı vanna otağı, iki camaşırxana, qaraj, istirahət zonası, idman zalı, kinoteatr otağı və qapalı idman meydançası var.

3-01-2025, 17:25
Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- AÇIQLAMA


Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq?- AÇIQLAMA

Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətirilməsi ilə bağlı xəbərlər paylaşılıb.
Həmin kartların müəllimlər üçün hansı üstünlükləri olacaq?
Təhsilin İnkişafı Fondunun ictimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova qeyd edib ki, tələbə plus layihəsi çərçivəsində artıq 20 ali təhsil müəssisəsinin 170 min tələbəsinə kartlar verilib:
“Buraya həm Bakıda, həm də regionlarda yerləşən ali təhsil müəssisələri daxildir. İlk mərhələdə yalnız Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri bu layihəyə qoşulub. Artıq nazirliyin tabeliyində olmayan universitetlər və özəl ali məktəblərlə də müqavilələr imzalanır. Bundan əlavə, növbəti mərhələdə kolleclərdə və peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün də “Tələbə Plus” kartlarının verilməsi planlaşdırılır.
Bu, təxminən 70 min tələbəni əhatə edəcək. Proses yekunlaşdıqdan sonra növbəti ildən etibarən “Təhsil Kartı” layihəsinə start verilməsi planlaşdırılır.
Lakin layihə çərçivəsində görüləcək işlər hələ çoxdur. Hazırda “Təhsil Kartı” müzakirə mərhələsindədir. Layihə təsdiqlənsə də, onunla bağlı konkret addımlar hələ atılmayıb. 2025-ci ildən etibarən “Təhsil Kartı”nın icrasına başlanılacağı gözlənilir,” – deyə qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!