İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
5-02-2025, 14:49
Romao da "Qarabağ"dan getdi


Romao da "Qarabağ"dan getdi

Braziliyalı futbolçu Julio Romao "Qarabağ"la müqaviləsini vaxtından əvvəl pozub.
Bu barədə 27 yaşlı yarımmüdafiəçinin agenti xarici mətbuata açıqlamasında deyib.
Təcrübəli oyunçu Macarıstanın "Ferentsvaroş" klubuna keçmək üçün bu addımı atıb. Hazırda Budapeştdə olan futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Julio Romao 2022-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.
5-02-2025, 14:40
İlham Əliyev Ərdoğana məktub yazdı


İlham Əliyev Ərdoğana məktub yazdı

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Məktubda deyilir:

"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.
Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrdən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.
Bu gün güclü və qüdrətli Türkiyə dövləti Sizin rəhbərliyiniz altında fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirir. Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq.
“Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.
Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu anım günündə bir daha Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
5-02-2025, 14:25
Xamenei “Hizbullah” liderini özünə nümayəndə təyin etdi


Xamenei “Hizbullah” liderini özünə nümayəndə təyin etdi

İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei “Hizbullah”ın baş katibi Şeyx Nəim Qasemi Livandakı nümayəndəsi təyin edib.
Bu barədə İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, bununla əlaqədar İranın Ali Lideri sərəncam imzalayıb.
Qeyd edək ki, əvvəllər bu vəzifədə “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah idi.
5-02-2025, 14:20
Putin-Tramp görüşünə hazırlıq gedir - Peskov təsdiqlədi


Putin-Tramp görüşünə
hazırlıq gedir - Peskov təsdiqlədi


Rusiya ilə ABŞ arasında təmaslar ayrı-ayrı departamentlər xətti ilə intensivləşib.
Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən ayrı-ayrı departamentlər arasında əlaqələr var və onlar son zamanlar fəallaşıblar. Ancaq başqa təfərrüat verə bilmərəm, başqa deyəcək bir şey yoxdur”, - Kreml sözçüsü bildirib.
O, ABŞ-ın həm Rusiya, həm də Ukrayna ilə fəal danışıqlar apardığını bəyan edən Trampın sözləri ilə bağlı sualı belə cavablandırıb.
"ABŞ lideri Ukrayna ilə bağlı danışıqların məhsuldar keçdiyini təkid edib".
5-02-2025, 14:08
Kreml vurulan Azərbaycan təyyarəsi ilə bağlı susdu


Kreml vurulan Azərbaycan təyyarəsi ilə bağlı susdu

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etmək istəməyib.
O, bu barədə susmağa üstünlük verib.
“Əlbəttə, bizim aidiyyatı idarələrimiz bunu (hesabatı - red.) çox diqqətlə, lazımi diqqətlə öyrənəcəklər. Rusiya Prezident Administrasiyasının bu mövzuda şərh verməsi mümkün deyil, biz bunu mümkün hesab etmirik”, - deyə Peskov bildirib.
"Rosaviasia" isə bildirib ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatla bağlı dərc etdiyi hesabat ilkin xarakter daşıyır. Qeyd olunub ki, nəticələr yekun hesabatda təqdim olunacaq.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib.
Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb. Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.
5-02-2025, 14:05
Rəsmi Tehrandan Tramp-Pezeşkian görüşünə reaksiya


Rəsmi Tehrandan Tramp-Pezeşkian görüşünə reaksiya

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ABŞ prezidenti Donald Trampın bu ölkə barədə açıqlamalarına cavab verib.
Məhəmməd Rza Arif jurnalistlərə açıqlamasında deyib ki, İranın nüvə strategiyası dəyişməyib.
"İran İslam Respublikasının strategiyası həmişə sabit olub. Biz inanırıq ki, bütün ölkələr dinc nüvə fəaliyyətlərindən maksimum dərəcədə faydalanmalıdır. Bununla belə, nüvə silahının istifadəsi ilə bağlı dini fətvamız var və bu fətva tamamilə məcburidir, xüsusən də şiə müsəlmanlar üçün. İran nüvə silahı istehsal etməyəcək".
Arif həmçinin bildirib ki, İran yüksək texnologiyalı layihələrə üstünlük verməkdə davam edir, hazırda müdafiə və enerji sektorlarında yeni layihələr həyata keçirir.
Məhəmməd Rza Arif ABŞ prezidenti Donald Trampla İran prezidenti Məsud Pezeşkian arasında görüş ola biləcəyi ilə bağlı iddialara da toxunub. İranın bu mövzuda rəsmi gündəminin olmadığını deyən Arif "belə bir görüş gündəmdə deyil. Ancaq sonda iki şəxsin bir araya gəlməsi mümkündür" deyə, bu mövzuda imkanları açıq qoyub.
5-02-2025, 13:47
Elman Paşayev həbsdə qaldı


Elman Paşayev həbsdə qaldı

Rusiyanın ikinci Qərb Dairə Hərbi Məhkəməsi dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevi həbsdə saxlayıb.
Bu barədə TASS məlumat yayıb.
Məhkəmə onun həbs müddətini martın ortalarına qədər uzadan Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
"Moskva Qarnizonu Hərbi Məhkəməsinin 13 yanvar tarixli qərarı qanuni sayılır", - hakim elan edib.
Paşayevin müdafiəçisi bildirib ki, vəkil ona qarşı irəli sürülən ittihamların heç birində təqsirli olduğunu etiraf etmir.
5-02-2025, 12:45
Qar yağacaq, 14 dərəcə şaxta olacaq - Sabahın havası


Qar yağacaq, 14 dərəcə şaxta olacaq - Sabahın havası

Fevralın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.
5-02-2025, 12:29
Tramp İran prezidenti ilə görüşə razılıq verdi


Tramp İran prezidenti ilə görüşə razılıq verdi

ABŞ prezidenti Donald Tramp İran prezidenti Məsud Pezeşkianla görüşə razılıq verib.
Tramp bu barədə çərşənbə axşamı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı müvafiq bəyanatla çıxış edib.
ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək üçün sərəncam imzaladıqdan sonra Tramp ümid etdiyini bildirib ki, o, bu vasitədən tez-tez istifadə etmək məcburiyyətində qalmayacaq.
"İran prezidenti ilə görüş və ya birbaşa əlaqə barədə düşünəcəkmi" sualına Tramp “hə” cavabını verib.
“Baxacağıq ki, İranla razılığa gələ bilərik, yoxsa sövdələşəcəyik”, - Amerika lideri qeyd edib.
Mümkün razılaşmanın təfərrüatları ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Tramp vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz.
“Biz İrana və ya başqasına qarşı sərt mövqe tutmaq istəmirik, lakin onlar nüvə silahına malik ola bilməzlər”, - ABŞ prezidenti bildirib.
Trampdan ona və ya komandasının üzvlərinə qarşı sui-qəsd olarsa, İranın hansı nəticələrlə üzləşə biləcəyi də soruşulub.
“Bunu etsələr, məhv olacaqlar. Mən göstərişlər vermişəm, onlar bunu etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”, - Amerika lideri vurğilayıb.
5-02-2025, 12:13
İtkin düşən daha 3 şəhid dəfn ediləcək


İtkin düşən daha 3 şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.
Məlumata görə, itkin düşən hərbçilərin qalıqları fevralın 7-də dəfn olunacaq.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!