ABŞ bizim regionla bağlı səhv mövqe tutub - Ərdoğan .....                        Şolts siyasətdən gedir .....                        Gədəbəydə "Tofaş" aşdı: yaralılar var .....                        Məmur arvadını və ustanı öldürən kişiyə ömürlük həbs .....                        MSK bələdiyyə seçkilərinə yekun vurdu .....                        Azərbaycanla Ermənistan razılığa gəldi .....                        "Putin-Tramp görüşünü təşkil etməyə hazırıq" .....                        Putin Təhlükəsizlik Şurasının iclasını keçirib .....                        Azərbaycanda universitet rektoru istefa verdi .....                       
1-02-2025, 20:00
Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü


Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranda səfərdədir.
Bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" səhifəsindəki paylaşımında qeyd edib.
O, İran Prezidenti Məsud Peşekianın müşaviri Mehdi Sənayi ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.
1-02-2025, 19:32
Azyaşlı qidadan zəhərlənib öldü


Azyaşlı qidadan zəhərlənib öldü

2016-cı il təvəllüdlü Şamaxı rayon sakini Cəbrayıllı Maqsud vəfat edib.
Azyaşlı qidadan zəhərlənərək ölüb.
Məlumata görə, M.Cəbrayıllı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
1-02-2025, 19:19
Türkiyədəki təlimlərdən yeni görüntülər


Türkiyədəki təlimlərdən yeni görüntülər

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.
Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
Görüntülərdə təlim iştirakçılarının qarlı və dağlıq ərazilərdə yerinə yetirdiyi çətin tapşırıqlar əks olunur.
Nazirlik bəyan edib ki, təlim uğurla davam edir.
Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.
1-02-2025, 18:30
Məşhur erməni keşiş öldürüldü


Məşhur erməni keşiş öldürüldü

Livanda erməni keşiş öldürülüb.
Bu barədə Livan Erməni Yeparxiyası məlumat yayıb.
Hadisə Bsalim şəhərində baş verib. Belə ki, erməni keşiş Anania Qujanyan öz evində öldürülüb.
Keşişin evində oğurluq zamanı öldürüldüyü bildirilir.
1-02-2025, 18:16
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Qubada 3,2 maqnitudada zəlzələ olub.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.
Yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.
1-02-2025, 17:48
Pakistan sərhədində 18 əsgər öldürüldü


Pakistan sərhədində 18 əsgər öldürüldü

Pakistanın cənub-qərbində gedən döyüşlərdə 18 əsgər və 24 yaraqlı öldürülüb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, silahlılar gecə saatlarında iğtişaşların yaşandığı Bəlucistan əyalətində yollarda maneələr qurmağa cəhd ediblər.
Hücum edənlərin hansı qruplaşmaya aid olduğu məlum deyil.
İran və Əfqanıstanla həmsərhəd olan Bəlucistan əyaləti on ildir ki, Bəluc separatçı etnik qrupların iğtişaşlarına səhnə olub və burada islamçı yaraqlılar da fəallıq göstərir.
1-02-2025, 17:15
Sudanda bazarda partlayış - 40 nəfər öldü


Sudanda bazarda partlayış - 40 nəfər öldü

Sudanın Omdurman şəhərindəki bazarda baş verən partlayış nəticəsində ən azı 40 nəfər həlak olub.
Mənbələr partlayışın arxasında Çevik Dəstək Qüvvələrinin durduğunu bildiriblər.
Digər təfərrüatlar hələlik açıqlanmır.
Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri və ordu komandanı Əbdül Fəttah əl-Bürhan ilə Çevik Dəstək Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında yaranmış fikir ayrılığı səbəbindən gərginləşib.
Onlar arasındakı əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması müddəti və metodları, həmçinin baş komandan vəzifəsini peşəkar hərbçinin yoxsa seçilmiş mülki prezidentin icra etməli olması məsələləri ilə bağlıdır.
1-02-2025, 17:08
Xalq artisti Reabilitasiya Mərkəzinə köçürüldü


Xalq artisti Reabilitasiya Mərkəzinə köçürüldü

Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzinə köçürülüb.
Bu barədə Xalq artistinin ailə üzvləri məlumat veriblər.
Qeyd edək ki, Xalq artisti bir müddət əvvəl səhhətində yaranan narahatlıqlar səbəbi ilə xəstəxanaya yerləşdirilib.
1-02-2025, 16:58
Seçki məntəqəsində icazəsiz çəkiliş qadağan edilə bilər


Seçki məntəqəsində icazəsiz çəkiliş qadağan edilə bilər

Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparıla bilməz.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O, partiyaların buna etiraz edəcəyini istisna etməyib:
“Bu proses bizi tamamilə qadağaya getməyə məcbur edə bilər. Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil”.
1-02-2025, 16:51
"Qarabağ" UEFA reytinqində gerilədi


"Qarabağ" UEFA reytinqində gerilədi

Çempionlar Liqasının və Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.
Azərbaycan təmsilçisi "Qarabağ" Avroliqada "Olimpiakos"a uduzub - 0:3.
Nəticədə Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib. Aktivində 32,000 xalı olan Qurban Qurbanovun komandası 1 pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.
"Qarabağ"ı geridə qoyan komanda isə Danimarka “Midtyulland”idir - 32,750 xal.
Digər Azərbaycan təmsilçilərindən “Neftçi” 8,000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu yeri bölüşürlər. “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 329-cu yeri paylaşırlar.
Reytinq cədvəlinə 138,500 xalla “Real” liderlik edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!