TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
2-02-2025, 20:25
“Barselona”dan minimal hesablı qələbə


“Barselona”dan minimal hesablı qələbə

İspaniya La Liqasında XXII turun növbəti oyunu keçirilib.
"Barselona" "Alaves"lə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 61-ci dəqiqədə Robert Levandovski vurub.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Barselona" 3-cü pillədə qərarlaşıb.
2-02-2025, 20:07
Gürcülər yenidən etiraza başladı: tutulanlar var


Gürcülər yenidən etiraza başladı: tutulanlar var

Gürcüstanda etirazçılar “Tbilisi Mall”un girişində aksiyaya başlayıb.
Etirazçılar yol boyu yürüşə başlayıblar.
Tbilisi polisi müxalifətin şəhərin mərkəzi magistral yolunu kəsməsinə mane olub.
Gürcüstan müxalifətinin liderlərindən Nika Melia və başqa şəxslər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi bazar günü bəyanat yayaraq müxalifətə xəbərdarlıq edib ki, beynəlxalq əhəmiyyətli magistral yolu bağlamaq cinayətdir və qaydanı pozanlar müvafiq hüquqi tədbirlər görəcəklər.
2-02-2025, 19:22
"Yuventus" 4 qolla geridönüş etdi


"Yuventus" 4 qolla geridönüş etdi

İtaliya A Seriyasında 23-cü turun növbəti oyunu keçirilib.
“Yuventus” doğma meydanda "Empoli"ni qəbul edib. Görüş ev sahibinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı qonaqlar açsa da, Turin klubu 4 qol vuraraq qələbəyə sevinib.
Bu nəticədən sonra xallarını 40-a çatdıran "Yuventus" 4-cü pilləyə yüksəlib.
2-02-2025, 19:00
Azərbaycanda Kiçik çillə başlayıb


Azərbaycanda Kiçik çillə başlayıb

Fevralın 1-dən Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başlayıb.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.
Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, fevralın 1-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur.
Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır.
Qeyd edək ki, Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 13:01-dən başlayacaq. Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 25-nə təsadf edəcək. Martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
2-02-2025, 18:36
ABŞ Somalidə 48 İŞİD yaraqlısını öldürüb


ABŞ Somalidə 48 İŞİD yaraqlısını öldürüb

ABŞ-nin Somalinin şimalında İslam Dövləti mövqelərinə endirdiyi hava zərbələri nəticəsində azı 48 yaraqlı öldürülüb.
Bu barədə Somalinin "Garowe" xəbər portalı Puntlend ştatının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, məhv edilənlər arasında 5 səhra komandiri və 12 əcnəbi döyüşçü də var.
2-02-2025, 18:20
Kanada ABŞ-nin 51-ci ştatı olmalıdır - Tramp


Kanada ABŞ-nin 51-ci ştatı olmalıdır - Tramp

Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün ABŞ-yə 51-ci ştat kimi qoşulmalıdır.
Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
“Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Onların heç nəyinə ehtiyacımız yoxdur”, o yazıb.
"Böyük subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Acıdır, amma həqiqətdir! Beləliklə, Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Heç bir tarif tətbiqi də olmayacaq” - Tramp fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, şənbə günü Tramp Kanadadan gələn enerji məhsullarına 10%, digər mallara isə 25% tariflər tətbiq edən sərəncam imzalayıb. Bu tədbirlər fevralın 4-dən qüvvəyə minəcək.
2-02-2025, 17:56
Fidan: Qəzzada atəşkəs daimi olmalıdır


Fidan: Qəzzada atəşkəs daimi olmalıdır

Qəzza zolağında atəşkəs daimi olmalı və humanitar yardımlar fasiləsiz bölgəyə çatdırılmalıdır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
"Bizim prioritetimiz Qəzzada daimi atəşkəs və bölgəyə humanitar yardımların fasiləsiz çatdırılmasını təmin etməkdir. Bu istiqamətdə atılması lazım olan addımlarla çətinliklərin yarandığını görürük. İsrail dağıdıcı mövqeyindən əl çəkməlidir. Ankara Qəzzaya humanitar yardımın çatdırılması üçün Misir də daxil olmaqla region ölkələri ilə koordinasiyalı hərəkət edir", - o söyləyib.
Fidan həmçinin bildirib ki, Türkiyə Fələstin xalqının öz torpaqlarından qovulmasının qəti əleyhinədir.
Türkiyənin xarici işlər naziri, həmçinin Fələstin probleminin iki dövlət prinsipi əsasında həll olunacağına ümid etdiyini bildirib.
"Əks halda münaqişələrin yenidən alovlanması regionda qeyri-sabitliyə gətirib çıxaracaq", - Fidan qeyd edib.
2-02-2025, 17:46
Ağdərədə evdə yanğın


Ağdərədə evdə yanğın

Ağdərə rayonunda evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Ağdərə rayonunun Şıxarx kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2-02-2025, 17:05
Azad edilən fələstinli məhbusları qəbul etməyə hazırıq - Fidan


Azad edilən fələstinli məhbusları qəbul etməyə hazırıq - Fidan

Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları öz ərazisində qəbul etməyə hazırdır.
Bunu Dohada Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
"Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının şərtlərindən biri fələstinli məhbusların azadlığa buraxıldıqdan sonra Fələstin torpaqlarında qalmaması ilə bağlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, digər ölkələrlə birlikdə azad edilmiş fələstinliləri qəbul etməyə hazırıq. Sazişin həyata keçirilməsinə digər ölkələr də öz töhfələrini verəcəklər", – o deyib.
2-02-2025, 16:50
Poltavada raket zərbəsi - Ölənlərin sayı 14-ə çatıb


Poltavada raket zərbəsi - Ölənlərin sayı 14-ə çatıb

Fevralın 1-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Poltava şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Bu barədə “RBK-Ukraina” Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti və vilayət hərbi administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, qismən dağılmış beşmərtəbəli binanın dağıntıları altından daha bir neçə meyit çıxarılıb. Ölənlər arasında iki uşaq var.
Bundan başqa, qurumun məlumatına görə, raket hücumu nəticəsində 17 nəfər, o cümlədən dörd uşaq xəsarət alıb. FVDX əməkdaşları 22 nəfəri xilas ediblər. Raket zərbəsi yerində axtarış işləri davam edir.
Əvvəllər yeddi nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, fevralın 1-də Rusiya qüvvələri Ukraynaya 123 dron və 42 müxtəlif növ raket buraxmaqla kombinə edilmiş zərbə endirib. Poltavada raket beşmərtəbəli binaya düşüb, nəticədə bütöv bir giriş dağılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!