20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
13-02-2025, 19:03
“Sonsuz” filmi xüsusi mükafata layiq görülüb


“Sonsuz” filmi xüsusi mükafata layiq görülüb

Güney Azərbaycanlı Rza Camalinin rejissoru olduğu “Sonsuz” filmi Fəcr Film Festivalında münsiflər heyətinin xüsusi mükafatı olan “Kristal Simurğ”a layiq görülüb. Kinoşünasların fikrincə, “Sonsuz” bu ilki Fəcr festivalında ən çox diqqət çəkən və fərqli əsərlərdən biri olub, o, kənd icmalarında qadın sonsuzluğu kimi həssas və nadir hallarda rast gəlinən bir məsələyə toxunmaqla tamaşaçıların və tənqidçilərin diqqətini cəlb etməyi bacarıb.
"Sonsuz" Rza Camalinin Ərdəbildə və türkcə çəkilmiş ilk bədii filmidir. Film qadın sonsuzluğu ilə bağlı yanlış fikirləri tənqid etmək üçün yumoristik, lakin acı-şirinli üslübdan istifadə edən komediyadır. Tənqidçilərin fikrincə, “Sonsuz”un özünəməxsus xüsusiyyətlərindən biri də ona müəyyən orijinallıq və mədəni kimlik verən türk dilindən istifadə olunmasıdır.
“Atabay” və “Ev” kimi filmlərin son illərdəki uğurlu təcrübəsi göstərdi ki, türk dili filmləri daha cəlbedici edə, daha geniş tamaşaçı kütləsi cəlb edə bilər.
13-02-2025, 18:59


Şərqi Azərbaycan yenə də zülmə məruz qaldı

İdarəetmə və Planlaşdırma Təşkilatının qarşıdakı büdcə ilində əyalətin bəzi layihələri üçün ayırdığı vəsait təhqiramizdir. Bu sözləri Şərqi Azərbaycan Əyaləti Nümayəndələr Məclisinin başçısı Əlirza Novin deyib.
"İnanmaq olmur ki, İdarə və Planlaşdırma Təşkilatı prezidentin əyalətinə bu məbləğdə büdcə ayırıb. Azərbaycan keçmişdə olduğu kimi yenədə zülmə məruz qalıb və biz bunu qəbul etməyəcəyik",- millət vəkili etiraz edib.
Məsələ ilə bağlı əyalət valisi Bəhram Sərməstə məlumat verdiyini deyən Əlirza Novin, problemin həlli və ayrılan vəsaitə etiraz etmək üçün Prezidentlə görüşəcəklərini bildirib. O, Nazirlər Kabinetinin əyalətlər arasında fərq qoyduğunu söyləyib.
Qeyd edək ki, bundan əvvəl İran parlamentinin Komitə üzvlərinin Təbrizə səfəri zamanı Şərqi Azərbaycan əyalətinin tikinti layihələri üçün xüsusi vəsaitin nəzərdən keçirilməsi qərara alınsa da, bu, qarşıdan gələn günəş ili büdcəsində əks olunmayıb.
13-02-2025, 18:28
Hacı İsmayılovla “Asan könüllüləri”n görüşü keçirilib

Hacı İsmayılovla “Asan könüllüləri”n görüşü keçirilib

"ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət carçısı" proqramının təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüş keçirilib.
"Milli və mənəvi dəyərlər" layihəsi çərçivəsində keçirilən görüş zamanı sənətkarın teatr və kino yaradıcılığı, sənətdəki uğurları, təcrübəsi ilə bağlı könüllülərlə müzakirələr aparılıb. "Sənətçinin ən vacib missiyası" mövzusunda keçirilən görüşdə gənclərə maraqlı olan suallar cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkilib.
Hazırladı: Mina RƏŞİD
13-02-2025, 17:10
20-yə yaxın şagird məktəbdən uzaqlaşdırılıb - Səbəb AÇIQLANDI


20-yə yaxın şagird məktəbdən uzaqlaşdırılıb - Səbəb AÇIQLANDI

Göyçay musiqi məktəbindən 20-yə yaxın şagird uzaqlaşdırılıb.
Məktəb şagirdlərinin valideynləri iddia edib ki, şagirdlərə bu barədə heç bir rəsmi xəbərdarlıq edilməyib.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, ötən il təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin davamiyyətini bərpa etmək üçün 2 dəfə monitorinq aparılıb:
"Bu il də keçirilən yoxlama zamanı bəzi şagirdlərin dərsə davamiyyətinin və bilik göstəricilərinin qənaətbəxş olmadığı ortaya çıxıb. Nəticədə, 15 nəfər şagird məktəbdən uzaqlaşdırılıb, 22 nəfərə isə xəbərdarlıq edilib".
13-02-2025, 17:02
İran yenə Ermənistana dəstəyini nümayiş etdirdi


İran yenə Ermənistana dəstəyini nümayiş etdirdi

İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi bu gün Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyanla görüşüb.
Görüşdə Məcid Təxt Rəvançi İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı dəqiq mövqeyinə toxunaraq, “İranın regionda geosiyasətinin dəyişməzliyi ilə bağlı mövqeyi aydındır” deyib.
Taxt Revançi Ermənistanla əlaqələrin İranın xarici siyasətində xüsusi əhəmiyyət kəsb etdiyini və bunun üçün bütün ilkin şərtlərin mövcud olduğunu qeyd edib.
Ermənistanın Tehrandakı səfiri Qriqor Hakopiyan isə İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə təbrik edib və deyib: “İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin dərinləşdirilməsi Ermənistan hökuməti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bu görüşdə Ermənistan və İran arasında siyasət, iqtisadiyyat, infrastruktur, enerji və regional inkişaf sahələrində əməkdaşlıq da müzakirə edilib.
13-02-2025, 16:47
Avropa Parlamenti Zurabişvilini Gürcüstan kimi tanıyan qətnamə qəbul etdi


Avropa Parlamenti Zurabişvilini Gürcüstan kimi tanıyan qətnamə qəbul etdi

Avropa Parlamenti Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə qəbul edib.
“Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlı qətnaməni 400 deputat dəstəkləyib, 63-ü əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb.
Qətnamənin müəllifi Avropa Parlamentindəki 5 siyasi qrupdan - Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasından olan 57 deputatdır.
Qətnamədə Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. Sənəddə həmçinin Avopra İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir.
Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.
13-02-2025, 16:39
Şahnaz Bəylərqızı həbsdə qaldı


Şahnaz Bəylərqızı həbsdə qaldı

Məhkəmə "Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində qərar verib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Şahnaz Bəylərqızı bu ilin fevral ayının 5-də saxlanılıb. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
13-02-2025, 16:16
Ərdəbildə işçilər maaş ala bilmirlər


Ərdəbildə işçilər maaş ala bilmirlər

Ərdəbilin 2 saylı Sənaye Şəhərciyində yerləşən “Merac Ticarət” dəmir əritmə zavodunun istehsalat xəttində çalışan işçilər 6 aydan çoxdur ki, aylıq maaşlarını ala bilmirlər. Təhlükəsizliyə görə adının çəkilməsini istəməyən fabrik işçilərindən biri bildirib ki, yeni ilin yaxınlaşması, iqtisadi təzyiqlər və inflyasiyanın artmasına baxmayaraq, 3 növbəli, məcburi iş saatı ilə işləyən fabrikin istehsalat xidmətinin işçilərinin aldıqları son maaş 2024-cü ilin iyun ayına təsadüf edir. Həmçinin, dəmir əritmə sobalarının yanında, ağır şəraitdə çalışan bu işçilərin sığorta haqları, müavinətləri, zərərli iş sığortası ödənilmir.
Bununla belə, əgər işçi ödənilməmiş əmək haqqının ödənilməməsinə etiraz edərsə, o, birbaşa işəgötürən və bu kompleksin baş direktoru cənab Tağı Bəhrami Noşar “Noşəhr” tərəfindən işdən çıxarılır.
“Merac Ticarət” Kompleksi ticarət, tikinti, mədənçıxarma, istehsal və s. sahələrdə uzunmüddətli fəaliyyət tarixinə malikdir. Bu şirkət ticarət və istehsal sektorunda Ərdəbil Dəmir və Polad Fabriki ilə uzunmüddətli istismar müqaviləsi bağlayıb.
13-02-2025, 16:14

Rejimdən Təbrizdə xəbərdarlıq

Narazılığın artdığı və cəmiyyətin tədricən öz etirazlarını bildirməyə hazırlaşdığı bir vaxtda İran rejimi ictimai etirazların formalaşmasından ehtiyat etdiyi üçün Təbriz şəhərində xəbərdarlıq bülletenləri yaymağa başlayıb. Təbrizdən gələn xəbərlər göstərir ki, şəhərin bəzi sıx məskunlaşma olan məhəllələrində gecə evlərə xəbərdarlıq bülletenləri atılıb. Bülletenlərdə insanlar hökumətin əmrlərinə tabe olmağa və İran rejimini dəstəkləməyə çağırılıb.
"Zühur yaxındır” kimi başlıqlarla nəşr olunan bu bülletenlər İran rejiminin qarşıdakı günlər və həftələrlə bağlı güclü qorxusunu və Güney Azərbaycanda milli etiraz dalğasının formalaşmasını əks etdirir.
Qeyd edək ki, son günlər bir qrup azərbaycanlı milli fəal 21 fevral (Beynəlxalq Ana Dili Günü) ilə bağlı çağırış edib və insanlardan bu gün saat 21:00-dan başlayaraq koordinasiyalı hərəkətə keçməyi və mövcud vəziyyətə etirazlarını bildirməyi xahiş ediblər.
13-02-2025, 16:13
“İçərişəhər”in yeni rəhbəri kimdir


“İçərişəhər”in yeni rəhbəri kimdir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni sədr təyin edilib. Prezident İlham Əliyev sərəncamı ilə sözügedən vəzifəyə Rüfət Mahmud gətirilib.
Qeyd edək ki, qurumun sabiq sədri Şahin Seyidzadə Milli Məclisin deputatı seçildikdən sonra vəzifəsindən azad edilmişdi və sədr postu 4 aya yaxındır boş idi.
Rüfət Mahmud Xəzər Universitetinin bakalavr, İqtisad Universitetinin (UNEC) magistratura pillələrini bitirib. 2006-2007-ci illərdə Sirakuz Universitetinin Maksvell Məktəbində təhsil alıb.
O, əvvəllər İqtisadiyyat Nazirliyində şöbə müdiri, departament rəhbəri, “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifələrində çalışıb.
Rüfət Mahmud yeni təyinatadək SOCAR-ın Rusiyadakı strukturuna təhbərlik edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!