Malıbəyli qətliamından 33 il keçdi .....                        Azərbaycan səfirindən beynəlxalq ictimaiyyətə çağırış .....                        HƏMAS girovların azad edilməsini təxirə salıb .....                        Ermənistan-Türkiyə sərhədi açılır? - RƏSMİ .....                        III kurs tələbəsi vəfat etdi .....                        Paşinyan Makronla sülhü müzakirə etdi .....                        Elmar Məmmədyarov "rus casusu" iddialarına cavab verdi: "Kiminsə qarnı ağrıyır" .....                        “Neftçi” səfərdə “Zirə”yə qalib gəldi .....                        Vardanyanın məhkəməsində nələr danışıldı? .....                       
Dünən, 15:38
Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir! - Ərdoğan


Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir! - Ərdoğan

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir.
Bu barədə bazar ertəsi Malayziyada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar ziyanı ödəmək üçün vasitələr axtarmalıdır”, - Türkiyə lideri deyib.
Yanvarın 19-dan etibarən İsrail və Fələstinin HƏMAS hərəkatı arasında İsrail həbsxanalarında olan fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair əldə olunmuş razılaşma çərçivəsində Qəzza zolağında atəşkəs rejimi qüvvədədir.
42 gün ərzində 33 israilli girov və 1000-ə yaxın fələstinli məhbusun azad edilməsini nəzərdə tutan sazişin birinci mərhələsi çərçivəsində artıq beş mübadilə həyata keçirilib. Bu mübadilələr nəticəsində İsrail tərəfi 21 girovu geri qaytarmağa nail olub.
Dünən, 15:36
Bakıda bağçada azyaşlıya şiddət göstərilib? - Polis araşdırma aparır


Bakıda bağçada azyaşlıya şiddət göstərilib? - Polis araşdırma aparır

Bakıda yerləşən bağçalardan azyaşlıya şiddət göstərilməsi barədə iddialar yayılıb.
Görüntülər sosial şəbəkədə paylaşılıb.
İddiaya görə, hadisə "Qara Qarayev" metrostansiyası yaxınlığında yerləşən bağçada qeydə alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Dünən, 15:25
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!


Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur. Tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.
Dünən, 14:53
Ceyhun Bayramov Sloveniyanın dövlət katibi ilə görüşdü


Ceyhun Bayramov Sloveniyanın dövlət katibi ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb.
Bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Nazir Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində həmkarı Tanya Fayon ilə keçirilmiş görüşü xatırlayaraq, bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsinə töhfə verməsi baxımından əhəmiyyətini və bu istiqamətdə dialoqun inkişafının vacibliyini qeyd edib.
Ötən il, həmçinin ölkəmizin Sloveniyada keçirilən Bled Strateji Forumunda xarici işlər nazirinin müavini səviyyəsində təmsil edildiyi, Forumun dövlət rəsmiləri, beyin mərkəzləri nümayəndələri və media təmsilçiləri arasında fikir mübadiləsi üçün vacib platforma olduğu qeyd edilib.
Görüşdə iki ölkə arasında enerji təhlükəsizliyi, ticarət, biznes, nəqliyyat-kommunikasiyalar sahələri üzrə əməkdaşlığın mövcud perspektivlərindən istifadənin zəruriliyi, xüsusilə Azərbaycanın Orta Dəhlizdə tutduğu strateji mövqenin bu imkanlardan yararlanmağa təkan verdiyi diqqətə çatdırılıb.
Ölkələrimiz arasında təhsil və humanitar istiqamətlər üzrə əməkdaşlıqdan bəhs olunub, o cümlədən İkinci Dünya müharibəsi zamanı Sloveniyanın azad edilməsinə mühüm töhfələr verən soydaşlarımız, xüsusilə əfsanəvi Mehdi Hüseynzadə (Mixaylo) kimi qəhrəmanların olmasının müasir dövrdə xalqlarımız arasında əlaqə və yaxınlığın əsasında dayandığı qeyd edilib.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə səyləri barədə ətraflı məlumatlandırılıb, xüsusilə humanitar minatəmizləmənin əməkdaşlıq üçün yeni istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.
Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyinin hazırkı vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, əldə olunan bir sıra irəliləyiş və razılaşdırılan müddəalara baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə davam edən ərazi iddiaları, habelə bu ölkənin revanşizm ruhunda sürətli silahlanmasının regional sülh quruculuğuna təhdid törətdiyi qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dünən, 14:44
Lenin mavzoleyi bağlanır


Lenin mavzoleyi bağlanır

Moskvada Qırmızı meydanda yerləşən Lenin mavzoleyi təxminən iki ay müddətinə profilaktik işlər üçün bağlanacaq.
Bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
"Vladimir İliç Leninin mavzoleyinə və Kreml divarı yanındakı nekropola bu il fevralın 18-dən aprelin 14-dək profilaktik işlərin aparılması ilə əlaqədar ziyarətçilərin girişinə icazə verilməyəcək", - məlumatda bildirilib.
Mavzoleydə planlı profilaktik işlər təxminən iki ildən bir aparılır, lakin onların təfərrüatları adətən açıqlanmır. Bu cür işlər xüsusilə 2017, 2019, 2022, 2023-cü illərdə aparılıb.
Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb.
Dünən, 14:35
Şabranda ev yararsız hala düşdü - Ailə çadıra yerləşdirildi


Şabranda ev yararsız hala düşdü - Ailə çadıra yerləşdirildi

Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, FHN-ə Şabran rayonunun Sincanboyad kəndində Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.
Dünən, 14:13
Bakıda gənc qız özünü çoxmərtəbəli binadan atdı


Bakıda gənc qız özünü çoxmərtəbəli binadan atdı

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda intihar hadisəsi baş verib.
17-18 yaşlı qız özünü çoxmərtəbəli binadan atıb.
O, hadisə yerində ölüb.
İntihar edən qızın kimliyinin və hadisənin təfərrüatının müəyyən edilməsi üçün iş aparılır.
Dünən, 12:52
Müəllimlərin sayı azalacaq, maaşı artacaq - Nazir


Müəllimlərin sayı azalacaq, maaşı artacaq - Nazir

"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.
"Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - deyə nazir əlavə edib.
Dünən, 12:23
20 il əvvəl təhsildə yol verilən səhvlərin nəticəsini görürük


20 il əvvəl təhsildə yol verilən səhvlərin nəticəsini görürük

"Realist olmaq lazımdır – PISA 2029 reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.
"Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük", - deyə E.Əmrullayev əlavə edib.
Nazir qeyd edib ki, cəmiyyətin də buradakı məsuliyyəti böyükdür: "Təhsildə irəliləyiş əldə etmək üçün valideynlər və məktəb icmaları fəal iştirak etməlidir. Əsas diqqət böyük problemlərə deyil, sinif otaqlarına yönəlməlidir. Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, həmin anda səsinizi çıxarın, nəticələri görəndən sonra yox. Çünki bu, təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ – hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır".
Dünən, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!