Astarada faciə: iki azyaşlı yanaraq öldü .....                        Hazırda qar yağan rayonlar .....                        Ukrayna müharibənin ilk saniyəsindən sülhə can atır - Zelenski .....                        Sürücülərin nəzərinə! - Bu yollarda sürət həddi endirildi .....                        Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması .....                        Arayik məhkəmədə nələri danışdı: "Son 34 il ərzində..." .....                        Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən CAVAB .....                        Yük maşınları yeni qaydada yoxlanılacaq .....                        Azərbaycanda bu təyyarələrin məhv edilməsinə icazə veriləcək - Yeni qərar .....                       
15-02-2025, 15:31
Bakıda yanğına görə tıxac yarandı


Bakıda yanğına görə tıxac yarandı

Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bu səbəbdən Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
15-02-2025, 15:25
Paşinyan Şoltsla Azərbaycanı müzakirə etdi


Paşinyan Şoltsla Azərbaycanı müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında yazıb.
Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşün müzakirə mövzuları arasında Azərbaycanla münasibətlərin normallaşması prosesi olub.
15-02-2025, 15:18
Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi


Bakıda beşmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
15-02-2025, 14:46
Avropanın silahlı qüvvələri yaradılmalıdır - Zelenskidən ÇAĞIRIŞ


Avropanın silahlı qüvvələri yaradılmalıdır - Zelenskidən ÇAĞIRIŞ

Rusiya dialoqa hazırlaşmır, demək olar ki, hər gün yüz və ya daha çox “Şahid” göndərir.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransının əsas sessiyasında bildirib.
“Adi raket hücumları da həyata keçirilir və hava zərbələri daha tez-tez baş verir. Bu il isə 15 yeni bölmə yaratmağı planlaşdırır. Putin bunu ödəyə bilər, çünki enerji qiymətləri kifayət qədər yüksəkdir”, - Zelenski qeyd edib.
O, Avropa hərbi qüvvələrinin yaradılmasına çağırıb:
“Bir çox liderlər Avropanın öz hərbi qüvvələrinə – Avropa ordusuna malik olmasının zəruriliyindən danışıblar. Düşünürəm ki, vaxt yetişib. Avropanın silahlı qüvvələri yaradılmalıdır. Bu, Rusiyanın hücumlarına qarşı möhkəm dayanmaqdan çətin deyil. Lakin söhbət təkcə ÜDM-ə nisbətdə müdafiə xərclərinin artırılmasından getmir. Biz öz evlərini qorumaq ehtiyacını anlayan insanlardan danışırıq."
15-02-2025, 14:30
Gözəllik salonlarında gigiyena qaydalarına nəzarət edilmir - AÇIQLAMA


Gözəllik salonlarında gigiyena qaydalarına nəzarət edilmir - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə bəzi gözəllik salonlarında sanitar-gigiyena qaydalarına riayət olunmaması ilə bağlı şikayətlər artır. Müştərilər əsasən dırnaq və saç baxımı zamanı istifadə olunan alətlərin təmizlənmədən digər müştərilərə tətbiq edildiyini iddia edirlər.
Mütəxəssislər bildirirlər ki, bu cür hallar müxtəlif dəri və infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Ekspertlər müştərilərə xidmət göstərilməzdən əvvəl istifadə olunan alətlərin dezinfeksiya edildiyinə əmin olmağı tövsiyə edirlər.
Müştərilərin dövlət qurumlarının sözügedən gözəllik salonlarına nəzarət etmədiyini bildirir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, 20 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununu qəbul edilib.
Qanuna əsasən, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığı üçün Dövlət sanitariya xidməti tərəfindən bərbərxana və gözəllik salonlarında müvafiq nəzarət tədbirləri həyata keçirilmir. Sahibkarlıq subyektində yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlakına şikayətlər daxil olduqda aparıla bilər.
Qurumdan bildirilib ki, insan həyatı və sağlamlığına zərər vurulması, insanın əmək qabiliyyətinin itirilməsi və ölümü, yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması, ekoloji tarazlığın pozulması, dəyəri 50 000 manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi kimi hallarda dayandırılır. Dövlət sanitariya xidməti tərəfindən bərbərxana və gözəllik salonlarında nəzarət tədbirləri həyata keçirilmir. Sahibkarlıq subyektində yoxlama sadaladıqlarımız barəsində şikayətlər daxil olduqda aparıla bilər.
15-02-2025, 14:17
ABŞ ənənəvi xarici siyasət alətlərindən imtina edir - Səbəb


ABŞ ənənəvi xarici siyasət alətlərindən imtina edir - Səbəb

Tramp administrasiyası ABŞ hökumətinin xərclərini optimallaşdırır.
Bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) sədri, politoloq Fərhad Məmmədov bildirib.
O qeyd edib ki, xarici siyasət insturmenti kimi onlar USIAD və media qurumlarının maliyyələşdirilməsini dayandırılar.
"Bu media qurumları ABŞ hökumətindən daha çox, hakimiyyətdə olan Demokratlar partiyasının xidmətində dururdu və onların gündəliyini həyata keçiridi. Digər tərəfdən bu media qurumları böyük şəbəkələrə malikdir. ABŞ-da demokratlar adminisitrasiyaları öz xarici siyasətlərində təzyiq mexanizmi kimi də istifadə edirdilər. Hazırda düşüncə tərzi fərqlidir. Xarici siyasət məqsədlərinə çatmaq üçün ABŞ fərqli alətlərdən istifadə edir. Ona görə də ənənəvi alətlərin maliyyələşməsinə son qoyulur".
F.Məmmədov söyləyib ki, ABŞ-nin indiki administrasiyasına görə iqtisadi alətlər daha səmərəlidir: "Bu istiqamətdə uğurlu olub-olmayacağını zaman göstərəcək".
15-02-2025, 13:58
Türk dövlətləri arasında muzeylər pulsuz olacaq


Türk dövlətləri arasında muzeylər pulsuz olacaq

Son illərdə türk dövlətləri arasında mədəni əlaqələrin inkişafı nəzərəçarpacaq dərəcədə inkişaf edir. Bu sahədə TÜRKSOY təşkilatının gördüyü işləri xüsusi ilə vurğulamaq lazımdır, bundan əlavə Türk Dövlətləri Təşkilatı tərəfidən bu birliyə daxil olan ölkələrin ortaq əlifba, bayraq və xəritəsinin yaradılması ölkələr arasında mədəni, siyasi, iqtisadi və sosial əlaqələrin daha da genişləndiyinin bariz göstəricisidir.
Eyni tarixi köklərə, adət-ənənələrə sahib türk dövlətlərinin əlaqələrinin genişləndirilməsi və mədəni bağların daha da möhkəmləndiriliməsi üçün türk dövlətlərinə rahat səyahət və həmin ölkələrin tarix, mədəniyyət və sənət aləmini daha yaxından öyrənməyə imkan verən muzeylərə girişin eyni kökdən gələn vətəndaşlar üçün əlçatan olması məsələsi aktuallaşır.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bildirib ki, artıq bu sahədə konkret işlərin həyata keçməsi üçün danışıqlar başlanıb.
“TÜRKSOY təşkilatı türk dövlətləri arasında mədəniyyət sahəsində fəaliyyət göstərən yeganə təşkilatdır. Biz də mədəniyyətin hər bir sahəsi üzrə fəaliyyət göstəririk. Bu sahəyə həmçinin muzeylərlə bağlı tədbirlər də daxildir. Bu sahədə fəaliyyət göstərən qurum – Türk Dünyası Muzeylər Birliyi də var. Bu birliyə daxil olan üzv ölkələrin müxtəlif muzeylərinin rəhbərləri iştirak edir, müəyyən fəaliyyət planları, iş birliyi, əməkdaşlıq sahəsində işlər görülür, eyni zamanda müxtəlif problemlərin həlli üçün görüşlər təşkil edilir və qarşılıqlı olaraq ölkələr bir-birləri ilə təcrübəsini bölüşür. Həmin tədbirlərdə də biz bir neçə dəfə türk dövlətlərinə daxil olan ölkələr arasında muzeylərə girişin pulsuz həyata keçirilməsi ilə bağlı təkliflər vermişik”.
Əksər ölkələrdə muzeylər yerli vətəndaşlar və turistlər üçün fərqli qiymətlər tələb olunur və təbii ki, xarici turistlərdən bəzən 3-4 qat daha çox pul tələb olunur. Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi vurğulayıb ki, Türkiyədə hər gün bu cür hallarla qarşılaşır:
“Türkiyədə muzeylərə giriş “yabancı”lar üçün fərqli qiymətlər nəzərdə tutulur və düşünürük ki, Türk Dövlətlər Təşkilatına daxil olan ölkələrin vətəndaşları nə Türkiyə, nə də digər türk dövlətləri üçün “yabancı” sayılmamalıdır. Türk Dünyası Muzeylər Birliyinin iclaslarında bu məsələ daim diqqətdə saxlanılır, eyni zamanda sözügedən sahə ilə bağlı protokollar hazırlanır”.
“TÜRKSOY –un Nazirlər Şurası ildə bir dəfə toplanır və burada mədəniyyət nazirlərinin toplantısı keçirilir və mövzu nazirlik səviyyəsinə çatdırılır. Sözsüz ki, orada alınan qərarlar da ölkələrin mədəniyyət nazirlərinə göndərilir və onlar da hökumətləri qarşısında bu məsələni qaldırırlar. Sözsüz ki, biz də bunun tərəfdarıyıq - Avropa Birliyində bu birliyə daxil olan vətəndaşlar həmin birliyə daxil olan ölkələrin muzeylərinə xüsusi güzəştlə gedir, biz də eyni ilə belə tendensiyanın olması müsbət hal olardı. Düzdür, biz Avropa Birliyi kimi bir təşkilat yaratmasaq da, gələcək bu prosesə doğru gedir və gələcəkdə Turan Birliyinin yaranması ilə sözsüz ki, bir çox iqtisadi, sosial, mədəni əlaqələrin inkişafı, güzəştlər tətbiq olunacaq. Mədəni sahədə birlik isə bugünlərdə müzakirə olunan mövzudur. TÜRKSOY bu kimi məsələləri qaldırır və onun qəbul edilməsi artıq ölkələrin öz üzərinə düşən məsələdir”,- deyə sonda Elçin Qafarlı qeyd edib.
15-02-2025, 09:18
HƏR ZİYALI BİR TARİXDİ

Miraslan BƏKİRLİ
yazıçı-yurnalist

HƏR ZİYALI BİR TARİXDİ
(Tapdıq Novruzov-“Yaşanmış ömür” kitabını vərəqləyərkən)
Ziyalıların bəziləri yaşayan tarixdi və çox təəssüflər olsun ki, sağ olanda onu dəyərincə qiymətləndirə bilmirik; bir də dünyadan köçmüş ziyalılarımız – tarixin, zamanın ozü onu “ələyindən” keçirəndən sonra kimliyini ortaya qoyur, ziyalılıq içində, əslində, kökündə, genində ziya olan və bu ziyanı milli mənlik üçün “xərcləyənlərdi”. Bu baxımdan ziyalılarılar və ziyalılıq nə yersiz təriflərlə, nə saxta diplom, nə də elmi ad almaqla olmur. “Yaşanmış ömür” kitabını vərəqlədikcə düşünürsən ki, canında aristokratlıq, yurd sevgisi olan insan bütün təpkiləri, qadağaları adlayıb istədiyini eliyə bilər, Tapdıq Həmid oğlu kimi...
Son vaxtlar tez-tez eşitdiyim bir xoşagəlməyən fikrin şahidi oluram: “Hərə özündən, öz dədəsindən bir kitab yazır”... Düşünürəm ki, öz kök-nəslini öyrənməyən, tanımayan nə özünə, nə özgəsinə qiymət verə bilməz. “Yeddi arxa dolananı (yeddi babasını) tanımayan əsilsiz olar”, – deyiblər. Sovet dönəmində də, car Rusiyası vaxtında da özümüzü öz kökümüzdən ayırmağa çalışdıqlarından nə babalarımızı, nə tariximizi öyrənməyə qoymadılar.
Hər ailə, hər nəsil özlüyündə millətin, dövlətin bir parçasıdı – fərdlərdən millət, dövlət yaranır və aryı-ayrı fərdlər insanlar belə dövlətin, millətin “sütunu” ola bilər. Bu baxımdan biz özümüzü, ata-babalarımızı öyrənmədən nə tariximizi öyrənə, nə də öyrədə bilərik... Bu yaxınlarda böyük hörmət və ehtiram göstərdiyim dəyərli ziyalılarımızdan, ağsaqqallarımızdan biri – Vahid Novruzov mənə bir kitab verdi. Kitabda ata yurdu Böyük Ayrım kəndinin fonunda, atası Tapdıq Novruzovun timsalında öz ellərinin, bölgələrinin məişəti, yaşantıları, tarixi gerçəkliklər baxımlı bir film kimi oxucunu yaxın keçmışə – babaların ayaqladığı izlərə aparır... Mərkəzdən aralı – “gözdən, könüldən uzaq” ellər-obalarda elə kişilər olub ki, yurda olan məhəbbətinin nurunda, işığında yaşadığı dövrdə elədikləri əslində gələcək nəslin nurlu sabaha gedən parlaq ulduzlu “karvan yolu”du.
Belə kənd ziyalılarından biri də Tapdıq əmi, Tapdıq kişi, Tapdıq müəllimdi. İnternetin olmadığı, get-gəlin çətin olduğu vaxtda öz ziyası, daxili milli potensialı ilə elinə, millətinə, sözün əsl mənasında, xidmət edənlərdən biri olub. Qərbi Azərbaycanın Böyük Ayrım elində torpağa bağlılığı, əsl müəllim fəaliyyəti, eldə barmaqla göstərilən el adamı, qayğıkeş ailə başçısı kimi ömür sürməyib, həm də kəndin, bölgənin siyasi, mənəvi həyatında ziyalı kimi, maarifçi kimi, jurnalist kimi yorulmadan fəaliyyət göstərib. İndı hər hansı bir məqaləni, yazını bir neçə dəqiqənin içində ünvanına çatdıra bilirsən – istər redaksiyaya, istərsə də oxuculara. Ucqar dağ kəndində, türk olduğuna görə bir az da diqqətdən kənarda qalan bir eldə insanların yaşam tərzini və fəaliyytlərini gündəmə gətirmək, “biz də varıq”ı öz ziyalı-müəllim fəhmi, fəaliiyəti ilə İrəvana, yeri gələndə Bakıya çatdıra bilən insan – gənc Tapdıq yorulmaq bilmədən müqəddəs baba ruhumuzu yaşadanlardan biri olub. İrəvanımızda əvvəl “Qızıl Şəfəq”, sonra “Sovet Ermənistanı” qəzetinin səhifələrində zamanın tələbinə uyğun problemləri çözüb mətbuat səhifələrinə çıxarmaq gənc Tapdığın o zamanın (indi min cür məlumat, informasiya var) əsil aydınlarından biri olmasına dəlalət edir. Dəfələrlə əlifbamızın dəyişdirilməsi, tariximizin saxtalaşdırılması, türklərin türk olduğuna görə dədə-baba yurdlarından dəfələrlə didərgin salınması, millətimizin adının belə dəyişdirilməsi kimi çox ağır təpkiləri yaşayan millətin belə nümayəndələrinin olması və onların həyat-fəaliyyətinin kitablada, filmlərdə təbliği, öyrənilməsi də tariximizin, ziyalılarımızın öyrənilməsi və təbliğidi. Tapdıq Novruzov kimi fədəkar insanların gördüyü işlərin kitab şəkilində təbliği milli məfkurəmizə hörmət və qayğı kimi qiymətləndirilməlidir. Bəli, Tapdıq Həmid oğlu kimi fədəkar bir ailə başçısının təlim-tərbiyə verib böyütdüyü övladlarının içindən sabah millətinə, dövlətinə sədaqətlə qulluq edən vətəndaşların yetişdirilməsi deməkdir və Tapdıq Həmid oğlunun ailəsində, şəcərəsində ziyalı, fədəkar insanlar yetişdi.

Dövlətin, dövlətçiliyin möhkəmlənməsində, milli-mənəvi dəyərlərin qorunması və inkişafında, təbliğində, dünyanın siyasi, iqtisadi, mədəni müstəvisində bizim də yerimizin olmasında, ata-babalarımızın əsrlərlə qoruyub saxladıqlarını yaşatmaq üçün hər kəndin, hər nəslin, hər insanın öz payı, öz töhvəsi var – kimin az, kimin çox. Belə baxanda, hər kök-nəsil, hər şəxs özlüyündə bir tarixdi və ümumi milli dəyərlər üçün heç nə eləməmiş olsa belə, nəsil artıqmaqla öz soyuna, millətinə xidmət etmiş olur və bu təbii bir harmoniyadır. Millətin nümayəndəsi adi bir insan da, ulduz kimi parlayanda o millətin nümayəndəsi kimi millətə xidməti onun harada yaşamağından, hansı işin qulpundan asılı olmayaraq içində milli qürur və yurd sevgisi varsa, əkinçi olsa belə, torpağa bir ovuc dən atmaqla öz tarixi missiyasını yerinə yetirir, öz bacardığı işi ilə nurlu sabaha öz töhvəsini verir – gənc Tapdıq, Tapdıq müəllim, ağsaqqal Tapdıq kişi kimi...
“Yaşanmış ömür” kitabını oxuduqca atamla eyni yaşda olan Tapdıq əminin kənddəki, bölgədəki aydınlardan olmasını elə atamla müqayisə etdim özlüyümdə. Atam orda yaşadığımız son vaxtlarda öz təkidli mübarizəsi ilə İrəvandan rəsmi şəkildə kənddə Novruz bayramının qeyd olunmasına icazə almışdı. Demək istəyirəm ki, atalarımızın, babalarımızın yaratdıqlarını, yaşam tərzlərini, həyat-fəaliiyətlərini öyrənmək, onlar haqda yazmaq tariximizi öyrənmək, tariximizi öyrətməkdi. Ata-babalarımızın, ana-nənələrimizin adi məişətindən, gördüyü işlərdən yazmağın özü adət-ənənələrimizin, milli mənliyimizin, məişət mədəniyyətimizin, mətbəximizin və. s. və i.a. gələcək nəsilə çatdırılması ilə yanaşı dünya mədəniyyətində bizim də yemizin olduğunu göstərən bir sübut, bir dəlildir. Həm də tarixin güzgüsüdür.
“Yaşanmış ömür” kitabının 111-ci səhifəsində “Pis işləyir” adlı kişik bir məqalədə hələ 1951-ci ildə türklərin yaşadığı Qaçağan kəndinin, şovinist ermənilərin diqqətdən kənarda saxladığını, “Alaverdi rayonunun Mədəni-maarif şöbəsinin müdiri Q.Antosyan bu klubun işi ilə ciddi məşğul olmalıdır”, – yazmaqla kəndin mədəni, mənəvi inkişafına mane olanları qorxmadan, cəsarətlə rəsmi təmbeh edir (o zaman partiya qəzetlərində çap olunan hər yazı rəsmi sənəd kimi qəbul olunurdu). Bu kişik məqalədə əslində o kənd haqqında geniş informasiyanı ehtiva edir – kənddə klubun və kitabxananın, 1500 nüsxə kitabın olması.
“Yaşanmış ömür” kitabındakı məqalələrdə, yazılarda ötən əsrin 30-40-cı illərindəki kəndlərimizin hələ dəyişdirilməmiş adları, Tapdıq Novruzovun məqalələrindəki informasiyalar tədqiqat obyekti kimi də maraqlıdır. Ona görə də Qərbi Azərbaycanla bağlı yazılan hər kitab, hər cümlə belə bu gün adi görünsə də sabah üçün qiymətli bir mənbə ola bilər. Bu kitab təkcə Novruzovlar ailəsinin arxivi, xatirə kitabı deyil, bu gün müvəqqəti də olsa, itirilən torpaqlarımızın səlnaməsinin, acılı-şirinli yaşam dastanının bir səhifəsidir. Burda Tapdıq əminin iki yarpaq şeiri də yer alıb və ikisi də yer-yurd sevgisindən qaynaqlanandı – biri doğma kəndinə, biri də qopqoca Ləlvərə həsr olunub.
Tapdıq Novruzov köçkünlükdən sonra – yaşının ahıl çağında da maarifpərvər əməllərini, Qərbi Azərbaycanda yaşayan insanlara qarşı haqsızlıqlardan yazmaqla öz jurnalist fəaliyyətini davam etdirib. Qərbi Azərbaycanda məktəblərimizin inkişaf tarixindən (“Azərbaycan məktəbi” jurnalında), ata-baba yurdlarımızda başımıza gətirilən müsibət və haqsızlıqları (“Respublika” qəzetində) gündəmə gətirməyə çalışıb. Bəli, hər ziyalı, mənsub olduğu millətin sabahı naminə “külünc çalan” insan bizim milli tariximizin bir parçasıdır və biz ona qiymət verməyi bacarmalıyıq. Sağ olanda dəstəkləməli, yeri gələndə kömək etməli, dünyasını dəyişəndə isə hörmətlə xatırlamalı və millət üçün, dövlət üçün elədiklərini təbliğ etməliyik ki, yeni nəsillər işıqlı sabaha gedən yolda büdrəməsinlər.
15-02-2025, 09:08
Şuşa;  “Sızma” əməliyyatı


44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm
qələbəsinin 5-ci ildönümü


Şuşa; “Sızma” əməliyyatı

44 günlük Vətən müharibəsində Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevin komandanlığı ilə Xüsusi Təyinatlı Qüvvələrin Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə həkk olan rəşadəti fonunda Şuşanın işğaldan azad edilməsi zamanı peşəkar hərbçi kimi şücaət göstərən Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynovun həyatı və qəhrəmanlığına həsr olunan poema-prozadan parçalar

Şuşa bir incidir, Şuşa bir zərdir,
Şuşa Qarabağın zümrüd qaşıdır...
Şuşa torpağında, ormanlarında,
dağında, daşında, qayalarında
pozulmaz, əbədi tarix yaşadır.
Şuşa neçə-neçə qanlı-qadalı
savaşa şahiddir,
O... bu dünyanın
çeşmə suyu kimi büllur, qənirsiz,
bakirə gözəli, can sirdaşıdır.
Şuşa qəlbi, ruhu birgə çırpınan
Güneyli – Quzeyli Azərbaycanın,–
Təbrizlə Bakının qan qardaşıdır.

Şuşa Pənahəli xandan yadigar,
Əbədiyaşarlıq, xanlıq rəmzidir,
Şuşa Qarabağın milli tamğası,
sonrakı nəsilə qalan izidir.
Şuşa – yenilməzlik, ərlik türbəsi!
Tarixin bizlərə daş məktubudur,
Şuşa – yaddaşımın daş kitabəsi!..

Qərargah...
General-leytenant Hikmət Mirzəyev
vəziyyəti çözür, var-gəl edərək:
Çünki qərar düzgün verilə gərək!..


Səngimək bilməyən qanlı savaşın
bu dar macalında, gərgin anında,
Dərin düşüncələr burulğanında,
qəlbinin hökmünə hakim kəsilir.
Bu hökmü zamanın diktəsi bilir:
“Nəyin bahasına olursa-olsun,
Şuşanı düşmənin məngənəsindən
(şəhid olsaq belə!..) qoparmalıyıq!
Bu vacib, bu məsul əməliyyatı
“bir atış-bir hədəf!” ilə və həm də...
Az itki verməklə aparmalıyıq!”
General-leytenant Hikmət Mirzəyev
məlumatlı idi, dəqiq bilirdi;
düşmənin Şuşada canlı qüvvəsi,
silah-sürsatı var, topu, tankı var,
texnikası vardır kifayət qədər.
Ancaq...
buna rəğmən köksündə bir səs
deyirdi: “General, əmin ol, sizin
Xüsusi Təyinatlı Qüvvələr bu gün
hər şeyə qadirdir.Yaxındır Zəfər!”
General dəyərli bilib hər anı,
istəmirdi getsin vaxt, zaman hədər...

Bu əminlik onu rahatlatsa da,
Yenə də təmkinlə, alnında vüqar
əllərin masaya dayayıb durdu.
Xəritəyə baxdı...
Əməliyyatı
icra eləməkçün Komandanlığın
önündə dörd əsas məsələ vardı;
1.Arxaya sızmaq!
2.Düşmənə gözləmədiyi məqamda gözlənilmədən həmlə etmək!
3.Ermənistan Silahlı Qüvvələrinin təminat və təchizat yolu olan Laçın dəhlizinə nəzarəti tam təmin etmək!
4.Əməliyyata cəlb edilən qruplarla ardıcıl əlaqə saxlamaq!

Demək... bu naxələf, murdar,
bu nankor,
bu şərəfsiz millət hara baxırsa, -
biz olamayan yerdə biz görünürük.
Dumanlı dağlarda, sıx ormanlarda,
Yarğanda, çökəkdə, daşda, divarda,
səmada, səngərdə biz görünürük.
Yuxusu irzikib...
Hər ötən anda, -
Axşamda, səhərdə biz görünürük.

Demək... bu ədalət, haqq savaşında
təkcə Ordu döyüşməyir şəhərdə...
Ona görə zatıqırıq tayfanın
artıq ...içdiyi su, udduğu hava
ona zəhərdi!
Demək... haray salıb nərə çəkərək
Şuşa sinəsini sipər edərək
özü də döyüşür... varlığı ilə,
Üzü tüpürcəkli düşməni isə
ən çox ağrıdır
Şuşanın vurduğu natərəs şillə...

Raport:
Məlumat verirəm, cənab General!
“Sızma” əməliyyatı bitdi, Komandan!
Bizə dayaq durdu ulu Yaradan!
Uzun illər dözən, səbri tükənən,
Yadın tapdağında qalan Şuşanı
azad eləmişik!...
Cənab General!
Qürurla döyünür bu an qəlbimiz.
Artıq “təmizləmə” aparırıq biz.

General fərəhlə, köks ötürərək,
dərin nəfəs alıb “Afərin!...” dedi,
Dedi və üstündən sanki bu anda
zillətli, çox ağır yük götürüldü.
“Nəhayət bacardıq!.. Bu çox möhtəşəm!..”
dedi, sevinərək gözləri güldü;
“Biz. təkcə Şuşanı azad etmədik,
Onun namusunu, ləyaqətini,
onun qeyrətini geri qaytardıq!
Biz cənnət diyarın vuran qəlbini, -
ulu Məmləkətim Azərbaycana
ləkə götürməyən zəri qaytardıq!”

Müharibənin 44-cü günüydü..
Sanki nur libası geymişdi şəhər,
Zər idi torpağım, daşım bu gecə.
Yaxın da, uzaq da işıq saçırdı,
Nura qərq olmuşdu Şuşam bu gecə.


Kölgə dolaşırdı dar küçələrdə,
Yaman daralmışdı yeri düşmənin.
Kölgə elə parlaq görünürdü ki,
Gözü qamaşırdı qarı düşmənin.

Qəfil nur selinə ürcah gələndə,
Yağılar daha da ümidsizlənir,
bağrı yarılırdı, çaş-baş qalırdı.
Atəş açılsa da, açılmasa da,
qorxudan ölürdü... qımıldanmayır,
nəfəsi tıncıxır, bərbad durdu.

Bu gün Qarabağda, bu gün Şuşada,
Açılan hər güllə hədəfə dəydi.
Bu gün Ordumuzun hər bir əsgəri,
nurlu anaların kölgələriydi...

Şuşam azad oldu yadd!.. tapdağından,
Hava təmizləndi yad nəfəsindən.
Şuşam bir qərinə ötdükdən sonra,
Ürpənmirdi daha yadın səsindən.

Bu gün qapıları insan əli yox,
Bir qərib həsrətin ruhu döyürdü.
Sanki xalq şairi Səməd Vurğun da
"Havalansın Xanın səsi"deyirdi.


Bu payız günündə sanki duyurdun,
qönçənin ətrini, gülün iyini.
Sanki heç atəş yox, mərmi səsi yox,
Cabbarın, Seyidin zəngulələri
pozurdu gecənin səssizliyini.

Sanki Molla Pənah heyrət edərək
deyirdi: " Nə şahə, nə xinxarə bax,
gərdişi-dövrani-kəcrəftara bax!"
Sanki Pənahəli xan da fərəhlə
deyirdi:"Müzəffər, yenilməz Ordu,
alqışa layiqdir ey ana torpaq!..”

Şuşam azad oldu.
Bu gerçək anın
özüylə üz-üzə durmaq nə gözəl.
Bu tarixi anda göz yaşlarını
Şuşamın gözündə görmək nə gözəl.


Buna inanan da, inanmayan da
heyrət içindəydi...
Bu gün, bu anda
sanki bir-birinə gözaydınlığı
verirdi sevinclə torpağım, daşım.
Sanki bircə gündə, bir an içində
silkinib libasın dəyişdi Şuşam...

Zaur top-tüfəngin susub-səngiyən
bu müthiş, qürurlu, məğrur gecədə,
Nur libası geyən Pənəhabadı,
dumanlı dağları seyr eləyirdi.
Yenə də xəyala dalmışdı...
Onu
içində qorranıb atəşə dönən
nurlu xatirələr silkələyirdi;


...Məmləkətim!
Heç inanma yüzillərlə
Xalq çəkdiyi acıları
(Haqq yerini aldı deyə) unudacaq.
Əsla!... Bil ki,
bizə asi düşənlərin
qurulanda Haqq divanı,
qarşısında dimdik, məğrur
duracaqdır bu Qələbə.
Bəlli bil ki, bax o zaman
Yapışaraq əsrlərin yaxasından,
heç kəs sora bilmədiyi
çox cavabsız sorğuları
soracaqdır bu Qələbə!

Sabir Arazlı Özgün,
“Yaddaş” milli müakafat laureatı
15-02-2025, 08:43
BİR DƏMİRÇİ NƏSLİNİN  QISA TARİXİ XRONOLOGİYASI

BİR DƏMİRÇİ NƏSLİNİN QISA TARİXİ XRONOLOGİYASI
YA DƏMİRÇİ MUZEYİ


İsmayıllı respublikamızda cofrafi mövqeyinə, əsrarəngiz təbii sərvətlərinə, şərəfli keçmişinə, zəngin tarixinə, həmçinin elm, mədəniyyət, incəsənət, ictimai-siyasi, sosial və digər sahələrdə yetişdirdiyi adamların, yenilikçi, qurucu insanların sayına-sanbalına görə öncül rayonlardandır. Qədim-qayın yaşayış məskənlərindən biri olan rayonun Sulut, eləcə də ətrafındakı bəzi yurd yerlərinin könüloxşayan mənzərələri, təbii sərvətləri, maddi mədəniyyət nümunələri, abidələr, türbələr, istehkamlar, qalalar, çaylar, bulaqlar, dağlar, dərələr, meşələr, yaylaqlar, qışlaqlar...kino lenti kimi göz önündən gəlib keçir.
Azərbaycanda misgərlik sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olduğu söylənir. Həmin sənətkarlıq ənənəsini özündə yaşadan məskənlərdən biri də Sulut kəndidir. Sulut kəndi Azərbaycanın ən qədim və ən gözəl yaşayış məntəqələrindən biridir. Sulut İsmayıllı şəhərindən 36 km şərqdə, Şamaxı şəhərindən 39 km şimali-qərbdə Fit dağının ətəyində, Böyük Qafqaz dağlarının cənubunda yerləşir. Kənd sənətkarlıqmərkəzi olan Lahıc, Basqal, Mücü, Xankəndi, Ağsu rayonunun bir neçə kəndi ilə -Sanqalan, Quzay, Qırlar, Kalva, Hacman, Şamaxı rayonunun bəzi kəndləri ilə əhatə olunub. Kəndin ərazisində olan qala, tikili qalıqları, tapılan maddi mədəniyyət nümunələri, müxtəlif dövrlərdə zərb edilmiş pullar burada eramızın ilk əsrlərindən yaşayış olmasını sübut edir.

Kəndin tarixi çox qədim olsa da, dəqiq müəyyənləşdirilməmişdir. Bir neçə min il tarixə malik Sulut kəndinin əcdadları Dağıstan, Quba, Şamaxıdan gələrək burda məskunlaşdığı, əkinçilik, maldarlıq, sənətkarlığın müxtəlif sahələri ilə məşğul olduğu tarixdən məlumdur. Bu kənddə olan məhəllələr elə insanların məşğul olduqları sənətlə əlaqədar olaraq və ya ayrı- ayrı nəsillərin soyadı ilə adlanırdı. Əlibəyli məhəlləsi, Orta məhəllə, Çarıqçılar məhəlləsi, Dəmirçilər (Usta Kərimlilər) məhəlləsi, Qubalı məhləsi, Quşçu məhləsi, Dərə məhəlləsi, Ləzgilər məhəlləsi, Səbətçilər məhəlləsi, Kömürçülər məhəlləsi, Dulusçular məhəlləsi, Mövlamlılar məhəlləsi, Qurbanlılar məhəlləsi, İsrafillilər məhəlləsi,Yuxarı baş məhəlləsi.
Bu məqalədə Dəmirçilər-Usta kərimlilər məhəlləsinin keçmişi və bu günü, o nəslin davamçılarından olan Rafiq Kərimovun babalarından yadigar qalmış dəmirçi sexinin əsasında yaratdığı “Dəmirçi muzeyi” haqqında oxuculara geniş məlumat çatdırmağı qarşımıza məqsəd qoymuşuq.
Sulutda tarixən onlarla dəmirçi sexləri olsa da bu günə gəlib çıxan Kərimlilər nəslinin dəmirçi sexidir. Bu gün o sexi yaşadan kənd orta məktəbinin sabiq direktoru, tarix müəllimi Rafiq Kərimovdur. Rafiq Kərimov 1977-ci ildə Azərbaycan Dölət Pedaqoji İnstitutunu (indiki ADPU) fəqlənmə ilə bitirmiş və öz doğma kəndində tarix müəllimi kimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əlindən gələni əsirgəməmişdir. Müəllimliklə yanaşı ata-babasının da dəmirçi sənətini davam etdirmiş, bu sənətin qorunub saxlanmasında xüsusi əməyi olmuşdur. Rafiq müəllim həmçinin bir sıra xeyriyyə işləri də görmüşdür. Belə ki, 4 km-lik məsafədən su çəkdirərək xeyriyyə bulağı, avtobus dayanacağı, kənd qəbirsitanlığında cənazə namazı qılmaq üçün xüsusi yer və s. düzəltmişdir.

Canlı tarix olan Rafiq müəllimin öz dəmirçi nəsli haqında dediklərini olduğu kimi qələmə aldıq:
“Atam usta Rəhim söyləyirdi ki, təxminən 8-ci babamız olan usta Rəhim dağıstandan məlum olmayan səbəbdən köçüb burada yurd salmışdır. Təxminən XIV əsrdən usta Kərimlilər adlanan bu nəslin nümayəndələri bu günə qədər dəmirçi sənətini davam etdirmişlər. Bizim nəslin bir qolu dəmirçi sənətini qoruyub saxlamış, digər qolları isə başqa sahələrdə də çalışmışlar.
Babalarım Rəhim, Cəlil, Ağanəbi, Əhməd, Sədulla, Ağakərim, Ağababa, atam Rəhim dəmirçi olublar. Onların sənətini müxtəlif dövrlərdə yaşamış nəsl davamçıları olan övladları-Ağasadıq, Hidayət, Abdulmahmud, Bağı, Rəhman, Tahir, Zayıd, Kamal, Kamran davam etdirmişdilər.
Babam Ağababanın öz həyətində ikimərtəbəli dükanı, dəmirçi sexi və su dəyirmanı olub. Sovet hakimiyyəti qurulanda bütün bunları könüllü olaraq təhvil verib ki, qolçomaq siyahısına salınıb həbs olunmasın.

Atam Rəhim uşaqlıqdan anası Badamı itirir, ögey ananın yanında qala bilmir, əmisi Ağasadıq gildə qalmağa məcbur olur. Vaxtının çoxunu əmisinin dəmirçi sexində keçirir və bu qədim sənətin sirlərini öyrənir. Artıq 10 yaşı olanda sərbəst surətdə dəmirçiliklə məşğul olur. Bir müddətdən sonra qonşu rayonlarda onu bir dəmirçi kimi qəbul edib, ona iş verirdilər.
Atam 1940-cı ildə hərbi xidmətə çağrılır, Yaponiya müharibəsində iştirak edir, digər Sovet əsgərləri kimi o da şərəfli döyüş yolu keçir. Hərbi xidmətən qayıdandan sonra çəkməçi, dülgər və dəmirçi kimi çalışır. Amma üstünlüyü dəmirçiliyə verir və axıra kimi bu sənətin yaşamasına, nəsildən-nəslə ötürülməsinə çalışır. 2001-ci ildə vəfat edir, onun işini üç oğlu, davam etdirir. Hər üçü ali təhsilli olub ixtisasları üzrə işləməklə bərabər dəmirçiliklə də məşğul olurlar. Qardaşım Kamran dəmirçiliklə bərabər, ixisasca mühəndis kimi Bakıda Azərbaycan Dövlət Filarmoniyasının təmiri, Alov qüllələrinin təməlinin tökülməsi və Ələt dəniz limanının tikinti işlərinə başçılıq etmişdir.
Digər qardaşım Kamil isə Azərbaycan İstesalat Birlinində trest rəsi kimi fəaliyyət göstərmişdir. Amansız ölüm 26 iyun 2020-ci ildə onun ömrünü yarımçıq qırmışdır...

Çox təssüflər olsun ki, mənim işimi davam etdirəcəyini gözlədiyim yeganə oğlum Ramili fələk əlimdən çox tez aldı....Bəlkə də, o yaşasaydı bu sənət ocağı muzeyə çevrilməzdi...”
Rafiq müəllim dəmirçilik işini davam etdirməklə bərabər kənddə qalan sonuncu dəmirçi sexinin gələcək nəslə qalması üçün xeyirxah bir iş görmüş oldu. O, atasından qalan dəmirçi sexini müzeyə çevirmişdi.
Muzeydə dəmirçilik sənətinə məxsus olan bütün əşyalar, alətlər, tarixin sınaqlarından keçib bu günə gəlib çıxmış və işlək vəziyyətdə olan körük nümayiş etdirilir. Ekspozisiyada həmçinin özünün topladığı arxeoloji nümunələr- balta, düsər, müxtəlif dövrlərə aid çoxlu qədim mis, gümüş sikkələr, kağız pul əskinazları, saxsı qablar, kiçik heykəllər, mis sinilər, oraq, çin, xış, boyunduruqıar, vəl, cəhrə, yun darağı, dəmirçi zindanı, ox, nizə ucluqlar və s. nümaiş etdirilir, Bir otaqlı bu mzey tezliklə kəndə gələn qonaqların və turistlərin diqqətini cəlb edəcək. Əlbəttə Rafiq müəllim öz vəsaiti hesabına, yəni gücü çatacaq dərəcədə bu muzeyi yaratmışdır. Yaxşı olar ki, Respublika Mədəniyyət Nazirliyi, rayonun əlaqədar təşkilatları bu muzeyə diqqət göstərib onun dövlət qeydiyyatına alınmasına və daha mükəmməl formada yenidən qurulmasına diqqət və qayğı göztərəydilər.Belə bir ocağın qorunub saxlanması Azərbaycan mədəniyətinə olan çox sahəli qayğının bir nümunəsi olardı.
Inaniriq ki, ucqar bir kənddə tarixi, ənənəvi bir sənətin qorunub saxlanılmasını, təbliğini və gənclərin vətənpərvərlik tərbiyəsini qarşısına məqsəd qoymuş bu muzey diqqətdən kənarda qalmayacaq.

Əjdər Yunusov,
Tarix elmləri namizədi, dosent
Arif Əlizadə,
Tarix üzrə fəlsəfə doktoru, dosent


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!