İmişlidə ağır qəza: piyada öldü .....                        Azərbaycanda zəlzələ oldu .....                        Təcili yardım maşını piyadanı vurub öldürdü .....                        Qarlı hava ilə bağlı rəsmi açıqlama .....                        Mina qurbanlarının sayı açıqlandı .....                        Xocalıda mina partladı - Yaralı var .....                        Qırğızıstanla Tacikistan arasında tarixi saziş .....                        Qarlı hava olsa da, qatarlar qrafik üzrə işləyir .....                        Dil ilahi bir qüvvədir! .....                       
20-02-2025, 13:01
Dərələyəzdən deportasiya edilmiş deputat Sona Hüseynovanın həyat həqiqətləri

Dərələyəzdən deportasiya edilmiş deputat Sona Hüseynovanın həyat həqiqətləri

SSRİ-də müsəlman və türk xalqlarına qarşı həyata keçirilən deportasiyaların içərisində qədim türk yurdu Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizə qarşı gerçəkləşdirilmiş bu akt səciyyəvi xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Qəribə də olsa Ermənistan SSR ərazisində öz doğma yurdlarında yaşayan yüz minlərlə əhalinin deportasiyası yeganə belə aktdır ki, SSRİ-də rəsmi qərarla həyata keçirilib. İ.Stalin Kür-Araz ovalığında pambıqçılığın inkişafı ilə əlaqədar Qərbi Azərbaycandan əhalinin köçürülməsini o vaxtkı Azərbaycan və Ermənistan rəhbərlərinin müraciətləri əsasında həyata keçirilməsini əsaslandırmışdır. Lakin, sonradan bəlli oldu ki, Azərbaycan rəhbərliyi adından göndərilmiş müraciətdə fəaliyyəti birmənalı qarşılanmayan Mircəfər Bağırovun imzası yoxdur. Lakin, Türk dünyasının quru sərhədlərinin pozmağa yönəlmiş süni Ermənistan dövlətinin yaradılması (xristian bufer zolağı) layihəsinin növbəti mərhələsi İ.Stalin tərəfindən “uğurla” davam etdirildi. Kolxozçuların köçürülməsi adı ilə eyni zamanda, Qərbi Azərbaycanda yaşayan böyük bir ziyalı kütləsi öz doğma yurdlarından deportasiya edildilər.

Bu gün yüz yaşını qeyd etdiyimiz Sona Əli qızı Hüseynovada belə şəxslərdəndir. Ermənistan SSR Ali Sovetinin deputatı olmuş Sona Əli qızı Hüseynova 20 fevral 1925-ci ildə Dərələyəz mahalının Çivə kəndində anadan olub. 1932-1939-cu illərdə 7 illik Çivə kənd məktəbini əla qiymətlərlə bitirib. Məktəbi bitirdikdən sonra kolxozda işə başlayıb. Tütünçülük üzrə manqa başçısı kimi, 1950-ci ildə Ermənistan SSR Ali Sovetinə Mikoyan rayonunun Çivə, Qovuşuq, Ağkənd, Ələyəz, Qabaxlı, Gədikvəng, Gülüdüz kəndlərinin kolxozçuları özlərinin seçkiqabağı yığıncaqlarında Sona Əli qızı Hüseyinovanı 229 nömrəli Şadin seçki dairəsindən Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərmiş, o 29 fevral 1951-ci ildə Ermənistan SSR Ali Sovetinə deputat seçilib.

1950-ci ildə “Sovet Ermənistanı ” qəzeti Sona xanım haqqında geniş məqalə də vermişdir.
SSRİ Nazirlər Soveti № 4083 23 dekabr 1947-ci il, Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqındakı bədnam qərarı ilə, onun Ermənistan SSR Ali Sovetinin deputatı olması nəzərə alınmadan 1951-ci ilin sonlarında, ailəsi ilə birlikdə sovet Azərbaycanına deportasiya olunub. Bərdə rayonunun İmirli kəndində bir müddət yaşadıqdan sonra, ailəsinin iqlim şəraitinə uyğunlaşmaması səbəbindən yenidən Çivə kəndinə qayıdan ailə, ermənilər tərəfindən xoş qarşılanmırlar. Bir müddət Çivə kəndində yaşayan Sona xanım, övladlarının təhsil və iş problemi səbəbindən 1976-cı ildə, təkrar sovet Azərbaycanına üz tutur. Bir müddət İmirli kəndində yaşadıqdan sonra, 1979-cu ildə Gəncə şəhərində məskunlaşırlar. Ömrü deportasiyalarda, köçlərdə yollarda keçmiş yurd həsrətli Sona xanımın ən böyük və son arzusu doğulduğu, uşaqlıq və gəncliyinin ən gözəl illərini keçirtdiyi Çivə kəndinə qovuşmaqdır. Sona xanım , hal-hazırda Qərbi Azərbaycanlıların kompakt yaşadıqları, Bərdə rayonunun İmirli kəndində yaşayır. 3 övladı, 8 nəvəsi, 16 nəticəsi var.
Sona xanımın doğulduğu Çivə kəndi Azərbaycan xalqına bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. 1918-ci ildə Çivə kəndinin əhalisi xalq qəhrəmanı Balo bəy Vəkilovun komandanlığı ilə könüllü tabor təşkil edərək Andranikin qoşunları ilə şücaətlə vuruşmuş, ermənilərə ciddi itki yaşatmışdır. Onlar kəndi erməni quldurlarına heç vaxt təslim etməmişlər. Kənd camaatı yalnız Qərbi Azərbaycan əhalisi kütləvi şəkildə Cənubi Azərbaycana keçmək məcburiyyətində qaldıqdan sonra yurdlarını tərk etmişlər. Çivə kəndinin əhalisi II Dünya müharibəsində də 29 say-seçmə övladlarını müharibəyə göndərmiş, onlardan on nəfəri qəhrəmanlıqla həlak olmuş, digərləri isə şücaətlə döyüşərək müxtəlif orden və medallarla təltif edilmişlər.
Sona Hüseynovanın fəaliyyətinin tədqiq olunmasında Prezident Qvardiyasının ehtiyatda olan polkovniki Kamil Dərələyəzlinin də adını qeyd etməyi borc bilirik.

Onu da qeyd edək ki, Dərələyəz mahalı Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynovanın tapşırığı ilə 100 yaşlı Sona Hüseynovanın yaşadığı Bərdə rayonu, İmirli kəndində yubileyi qeyd edilir.
Bizdə yüz yaşlı yurd həsrətli Sona Hüseynovaya doğulduğu Çivə kəndinin şəfalı sularından dadmagı, elinin yollarında addımlamağı, dağlarının havasını udmağı arzu edirik.

Səməd Vəkilov
tədqiqatçı-hüquqşünas
Leyla Calalova
ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri,
tarix üzrə fəlsəfə doktoru


20-02-2025, 01:55
Məşhur vulkan yenidən püskürdü


Məşhur vulkan yenidən püskürdü

İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb.
Bu barədə Antara agentliyi məlumat yayıb. Bildirilib ki, Vulkan 2 kilometr yüksəkliyə kül sütunu atıb.
Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 4 kilometr radiusda olan əraziyə getməməyə və vulkanın ətrafında yaşayan insanlara külün yaratdığı təhlükələrdən qorunmaq üçün açıq havada olarkən maskalar taxmağa çağırıb.
20-02-2025, 00:43
Amerikadan Zelenskiyə iki xəbərdarlıq


Amerikadan Zelenskiyə iki xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin artan ritorikasına dözmək niyyətində deyil.
Bunu “Fox News” telekanalında ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts deyib.
Onun sözlərinə görə, yardımın verilməsi müqabilində Vaşinqtonun faydalı qazıntılarından istifadəyə dair təklif etdiyi razılaşma ilə bağlı Ukrayna tərəfində təəccüblü müqavimət və ritorikanın artması müşahidə olunur:
“Biz inanırıq ki, Amerika vergi ödəyiciləri investisiyalarından daha çoxunu geri almağa layiqdirlər. Bu isə Ukraynaya imkan verir, onlar bunun əslində nə olduğunu başa düşməlidirlər. Ancaq bunun əvəzinə biz Prezident Trampın dözmək niyyətində olmadığı ritorika və müqavimətin artması alırıq”.
Eyni zamanda ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Volodimir Zelenskinin Donald Trampa qarşı hücumları arzulananın əksini yaradacaq: “O, indi ölkəsinin ümumiyyətlə mövcud olmasının yeganə səbəbinə açıq şəkildə hücum edir. Və bu hədsizdir. Bu, biabırçılıqdır və Amerika Birləşmiş Ştatlarının prezidentini yerindən tərpətməyəcək. Əslində bunun əks təsiri olacaq.
Zelenski çox pis tövsiyələr alır və kimdən aldığını da bilmirəm. O, artıq ABŞ-nin keçmiş prezidenti Co Bayden və Bayden administrasiyası ilə yox, Donald Tramp və Tramp administrasiyası ilə iş görür”.
20-02-2025, 00:13
Putindən Ər-Riyad görüşü barədə ilk açıqlama


Putindən Ər-Riyad görüşü barədə ilk açıqlama

Rusiya Prezidenti Vladimir Putin Ər-Riyadda keçirilmiş danışıqların nəticəsini yüksək qiymətləndirib.
Jurnalistlərlə söhbəti zamanı o, Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında etimad səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb. V. Putin əlavə edib ki, Rusiya Ukrayna üzrə danışıqlar masasına oturmağa hazırdır, lakin orada həm Moskva, həm də Kiyev iştirak etməlidir.
SHS-3 müqaviləsi ilə bağlı suala cavab verən Vladimir Putin bildirib ki, Rusiya və ABŞ bu müqavilənin müddətinin başa çatması ilə əlaqədar məsələləri həll etməlidir.
Rusiya Prezidenti Donald Trampla görüşə hazır olduğunu da bəyan edib. Qeyd edib ki, bu görüş diqqətlə hazırlanmalıdır. Belə ki, Ukrayna münaqişəsinin nizamlanması da daxil olmaqla, bəzi vacib məsələlər üzərində işləmək lazımdır.
V.Putin bildirib ki, Rusiya və ABŞ Yaxın Şərq, o cümlədən Suriya və Fələstin məsələləri üzrə əməkdaşlığa doğru ilkin addımları atıb.
Tərəflər razılaşıblar ki, Ukrayna üzrə danışıqların uğurlu keçməsi üçün təkcə görüş keçirmək kifayət deyil, vacib məsələlərin həllinə də nail olmaq lazımdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!