İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
27-02-2025, 23:50
36 yaşlı Elvin Kurskda itkin düşdü


36 yaşlı Elvin Kurskda itkin düşdü

Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.
Onun Rusiyanın Kursk vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.
Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.
Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.
Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.
1989-cu il təvəllüdlü E. Nuriyev ailədir, iki övladı var.
27-02-2025, 23:39
Ərdoğan rus spikerlə bir arada


Ərdoğan rus spikerlə bir arada

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib.
Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutan görüş mətbuata qapalı şəraitdə keçirilib.
Valentina Matviyenko səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Toplantıdan sonra iki sədr mətbuata birgə açıqlama veriblər.
Bildirilib ki, görüşlərdə mühüm qarşılıqlı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müzakirələr məhsuldar keçib.
Türkiyə ilə Rusiya arasında uzun müddətdir davam edən mühüm strateji tərəfdaşlıq əlaqələrindən danışan Kurtulmuş iki ölkə arasındakı ticarət dövriyyəsinin 54 milyard dolları keçdiyini, lakin ortaq hədəfin 100 milyard dollar olduğunu deyib.
“Ümid edirik ki, bu hədəfə mümkün qədər tez çatacağıq. 2024-cü ildə 6,7 milyon rus turist Türkiyəni ziyarət edib, bu il isə bu rəqəmin 7 milyonu aşacağını gözləyirik. Akkuyu Atom Elektrik Stansiyasında işlər bir qədər gecikmiş olsa da, ilk reaktorun bu ilin sonuna qədər fəaliyyətə başlaması planlaşdırılır”, - deyə Matviyenko öz növbəsində Rusiya-Türkiyə münasibətlərinin vacibliyini vurğulayaraq, iki ölkənin dialoq vasitəsilə bütün məsələləri həll edə biləcəyinə inamını ifadə edib.
O, iki ölkə arasında ticarətin milli valyutalarla aparılmasının mümkün olduğunu və alternativ ödəmə mexanizmlərinin nəzərdən keçirildiyini bildirib.
27-02-2025, 23:17
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı


Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Məmmədov Rusiya vətəndaşlığından çıxarılıb.
Bu barədə TASS məlumat yayıb.
“Araşdırmalarla Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı alarkən özü haqqında yalan məlumatlar təqdim etməsi müəyyən edilib. Bu səbəbdən o, Rusiya vətəndaşlığından məhrum edilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, Sübhan Məmmədovun hazırda BƏƏ-də olduğu deyilir. Blogerin İnstaqram hesabının 13,5 milyon abunəçisi var.
27-02-2025, 22:52
Tramp sözünü geri götürdü: "... bunu mən demişəm?"


Tramp sözünü geri götürdü: "... bunu mən demişəm?"

ABŞ prezidenti Donald Trampa Ukrayna prezidenti Volodimir Zelenskini “diktator” adlandırması ilə bağlı sual ünvanlanıb.
Bu barədə o, mətbuat konfransında jurnalistin sualını cavablandırıb.
"Bunu mən demişəm? Bunu dediyimə inana bilmirəm", - Tramp qeyd edib.
Xatırladaq ki, o, bir müddət əvvəl Zelenskini seçkidən imtina etdiyinə görə diktator adlandırıb.
27-02-2025, 22:16
Tramp Rusiyaya qarşı sanksiyaları uzatdı


Tramp Rusiyaya qarşı sanksiyaları uzatdı

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş bəzi sanksiyaların müddətini daha bir il uzadıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Qərar 2014, 2018 və 2022-ci illərdə Vaşinqtonun Rusiyaya qarşı tətbiq edilən sanksiyalara şamil edilib.
Tramp vurğulayıb ki, o, bütün bu məhdudlaşdırıcı tədbirlərin 2025-ci ili martın 6-dan sonra da qüvvədə qalmalı olduğu qənaətinə gəlib.
27-02-2025, 21:39
Silahlı mübarizə artıq əhəmiyyətini itirib - Bərzanidən dəstək


Silahlı mübarizə artıq əhəmiyyətini itirib - Bərzanidən dəstək

İraq Kürdüstanı PKK terror təşkilatının üzvlərinin silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir.
Bu barədə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani deyib.
O, bu çağırışı müsbət qarşıladıqlarını bildirib: “PKK bu çağırışa sadiq qalmalıdır. Bu addımın sabitliyə töhfə verəcəyinə ümid edirik. Beləliklə, daha yaxşı nəticə əldə etmək olar. Silahlı mübarizə artıq əhəmiyyətini itirib”.
B.Barzani qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyası (AK Parti) hakimiyyətə gəldiyi ilk gündən etibarən sabitlik üçün çalışır.
27-02-2025, 21:23
Bakıdakı ermənilər məhkəmədə nələrdən danışdı... - FOTO


Bakıdakı ermənilər məhkəmədə nələrdən danışdı... - FOTO

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 27-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında təsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
İclasın əvvəlində hakim Zeynal Ağayev məhkəmə prosesinə erməni dilinə yeni tərcüməçi qoşulduğunu elan edib. Tərəflər tərcüməçiyə etiraz etməyib.
Budəfəki məhkəmə iclasında təqsirləndirlən şəxslər sərbəst ifadə veriblər.
Məhkəmə iclasında sədrlik edən dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər birinə onlara elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.
Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan ifadə verib. O, Ermənistanın Azərbaycana qarşı apardığı təcüvüzkar hərbi müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı həyata keçirilən çoxsaylı cinayət əməllərinin törədilməsində iştirak etdiyinə görə ittiham olunur.
A.Qukasyan deyib ki, Ermənistan Respublikası Qarabağın qarantı kimi çıxış etmişdi: “Təbii ki, bu həll olunmamış məsələlər qrupunda kiçik Qarabağ öz müdafiəsini konflikt həll olunana qədər təkbaşına həyata keçirə bilməzdi”.
O, 2020-ci ildə 44 günlük müharibə zamanı Qarabağda olduğunu bildirib: “Bu, o vaxta təsadüf etdi ki, mən Qarabağa gəlmişdim. Demək olar ki, müharibənin 2-ci günü biz digər "keçmiş prezident" Bako Saakyanla birgə, Arayik Harutyunyanla görüş tələb elədik.
Biz onunla görüşdük. Ondan xahiş etdik ki, əlindəki bütün imkanlardan istifadə edərək Ermənistandan müharibəni dayandırmağı xahiş etsin”.
A.Qukasyan iddia edib ki, Qarabağ ərazisində heç bir muzdlu olmayıb: “Müdafiə Nazirliyi və Ermənistan ordusu olub, hansı ki, Ermənistan Respublikası tərəfindən maliyyələşdirilirdi”.
Ardınca təqsirləndirilən şəxs Bako Sahakyan ifadə verib. O, istintaqın gedişində hüquqlarının təmin olunduğunu bildirib: “2023-cü il oktyabrın 3-də bizi – məni, Arkadi Qukasyanı Qarabağdan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına gətirdilər. Həmin gün Bakı 12 saylı vəkil bürosunun vəkili Nigar Mirbabayeva Azərbaycan Respublikasın tərəfindən mənim hüquqlarımı müdafiə etmək üçün təyin edilidi. Mənə həmçinin tərcüməçi təqdim edildi.
İstintaq prosesi zamanı mənim müstəntiqim tərəfindən mənim bütün hüquqlarım təmin olunub ki, suallara tam şəkildə cavab verim. Həmçinin öz fikrimi bildirməyə və nöqteyi-nəzərimi də ortaya qoymağa şəraitim olub.
İstintaqın başlanğıcında mən bildirmişəm və həmin bəyanatı indi də vermək, təsdiqləmək istəyirəm ki, bu münaqişə, bu tarix cinayət və məhkəmə istintaqı predmeti deyil. Mən bu fikri bildirərkən də nə məhkəmənin, nə də istintaqın səlahiyyətlərini şübhə altına almamışam”.
Daha sonra təqsirləndirilən şəxs Arayik Harutyunyana sərbəst ifadə verməsi təklif olunub. O, ifadəsinə hazırlaşmaq üçün məhkəmədən əlavə vaxt istəyib. Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alıb.
Bundan sonra təqsirəndirilən şəxs Davit İşxanyan sərbəst ifadə verib. O, elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.
Sonra təqsirəndirilən şəxs Davit Babayan sərbəst ifadə verib. O da elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib.
“İttiham aktında qeyd olunan əməlləri törətmək iqtidarında olmamışam. Azərbaycan xalqına qarşı nifrət təbliğ etməmişəm. Öz xalqımı sevirəm, lakin milliyyətçi deyiləm”, - deyə D.Babayan bildirib.
Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.


27-02-2025, 20:51
Ərdoğanın partiyasından Öcalanın çağırışına daha bir reaksiya


Ərdoğanın partiyasından Öcalanın çağırışına daha bir reaksiya

AK Partiya sədr müavini Hayati Yazıcı da Öcalanın çağırışını dəyərləndirib.
Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
“Ölkəmizi “Terrorsuz Türkiyə” hədəfinə çatdıracaq, terrora son qoyacaq hər addım və hər çağırış dəyərlidir”, - o qeyd edib.
"Terror təşkilatına bütün elementləri ilə birlikdə tərksilah və dağılma çağırışını mühüm addım hesab edirik.
Bu torpaqların mahiyyətində birlik, birlik, qardaşlıq, həmrəylik dayanır.
Ümid edirik ki, prezidentimiz Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalının açdığı tarixi fürsət pəncərəsi boşa getməyəcək”, - sədr müavini əlavə edib.
27-02-2025, 20:27
PKK-nın Suriya qolu: "Silahı yerə qoyacağıq, amma..."


PKK-nın Suriya qolu: "Silahı yerə qoyacağıq, amma..."

PKK-nın Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslim reaksiya verib.
Müslim Öcalanın çağırışını dəstəkləyib.
"Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.
Xatırladaq ki, Öcalan PKK terrorçularını silahları dərhal yerə qoymağa çağırıb. "Silahlıları dərhal yerə qoyun. Bu tarixi məsuliyyəti öz üzərimə götürürəm. Sülh cəmiyyənin inkişaf etməsi lazımdır", - müraciətdə deyilir.
O qeyd edib ki, bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır
27-02-2025, 19:46
Kadırov təyyarə qəzasından sağ çıxanları təltif edəcək


Kadırov təyyarə qəzasından sağ çıxanları təltif edəcək

2024-cü ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin stüardessalarına “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında məlumat verib.
"Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Embraer E190 sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən ekipaj üzvləri Zülfüqar Əsədov və Aydan Rəhimlinin adları “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatına təqdim edilib. Qroznıda təyyarə qəzasında həlak olanların xatirəsinə xatirə lövhəsi qoyulacaq”, - deyə o yazıb.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!