QHT yeni layihəyə start verir .....                        “Blue Ghost” kosmik aparatı aya endi .....                        "Qar və şiddətli soyuqlarda döyüş" - VİDEO .....                        Rusiyada meşə yanğınları - Qəsəbələrə yaxınlaşır .....                        İsraildən Qəzzaya növbəti hücum .....                        Yeddi şagird imtahandan xaric edildi .....                        Buraxılış imtahanı keçirilib .....                        Türkiyədən Naxçıvana qaz ixrac ediləcək - Ərdoğan mərasimdə iştirak edəcək .....                        Separatçılara yeni "rəhbər" seçildi .....                       
Dünən, 13:07
Binədəki yanğında xəsarət alanların vəziyyəti ağırdır


Binədəki yanğında xəsarət alanların vəziyyəti ağırdır

Bu gün saat 04:25 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani 9 ünvanından yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
TƏBİB-dən bildirilib ki, dərhal hadisə yerinə briqadalar cəlb olunub.
Xəsarət alan 5 nəfər (2-si qadın, 3-ü kişi olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bildirilib ki, 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədən səthinin 80%-inin III-IV dərəcəli termiki alov yanığı şoku, 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədənin III-IV dərəcəli termiki alov yanığı şoku, 1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1978-ci il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı və 1974-cü il (qadın cinsli) sifətin, hər iki said əllərin, hər iki yuxarı ətrafın və yuxarı tənəffüs yollarının II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.
Hazırda 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 4 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.
Dünən, 12:47
Şəhriyar Məmmədyarov FIDE reytinqində 9 pillə irəlilədi


Şəhriyar Məmmədyarov FIDE reytinqində 9 pillə irəlilədi

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov FIDE-nin mart ayı üçün açıqlanan reytinqində 9 pillə irəliləyib.
Qrossmeyst bu nəticə ilə 2748 xalla 11-ci pillədə qərarlaşıb.
Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir. Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində ən yaxşı təmsilçimiz dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub.
Günay Məmmədzadə 2396 xalla 51-cidir. Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) 4 pillə irəliləyərək 85-ci olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.
Dünən, 12:30
Xankəndi, Ağdərə və Xocalıda buraxılış imtahanları - FOTO


Xankəndi, Ağdərə və Xocalıda buraxılış imtahanları - FOTO

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən orta məktəblərdə buraxılış imtahanı təşkil edilib.
Martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayon Talış kənd, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib. İşğaldan azad olunan ərazilərdə - Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.




Dünən, 12:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 5-9° isti, dağlarda gecə 9-14° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-19° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bəzi yollar buz bağlayacaq.
Dünən, 11:03
ABŞ İsrailə silah tədarükünü sürətləndirir


ABŞ İsrailə silah tədarükünü sürətləndirir

ABŞ dövlət katibi Marko Rubio İsrailə 4 milyard dollar dəyərində silah tədarükünün sürətləndirilməsi barədə göstəriş verib.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.
Rubio, həmçinin ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyasının bəzi silah növlərinin İsrailə verilməsinə qoyduğu məhdudiyyətləri əsassız və siyasiləşdirilmiş adlandırıb.
O, vurğulayıb ki, bu, İsrailin Ağ Evdə Trampdan daha böyük müttəfiqinin olmadığının başqa bir göstəricisidir.
Qeyd edək ki, Bayden 2024-cü ilin mayında Qəzza zolağında mərmilərdən istifadənin mülki şəxslərə vura biləcəyi zərəri əsas gətirərək İsrailə müasir hava bombalarının tədarükünə qadağa qoyub. Bu ilin yanvarında Tramp qadağanın aradan qaldırıldığını bəyan edib.
Dünən, 10:50
Zelenski ilə görüşdən sonra Tramp: Venslə fəxr edirəm!


Zelenski ilə görüşdən sonra Tramp: Venslə fəxr edirəm!

ABŞ rəhbəri Donald Tramp vitse-prezident Ceyms Devid Vensin Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə söylədiyi fikirlərdən təsirlənib.
Bu barədə “The Wall Street Journal” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Rəsmilərin dediyinə görə, Tramp tabeliyində olanlara dəfələrlə qeyd edib ki, onun keçmiş vitse-prezidenti Mayk Pens bunu etməzdi və o, Venslə fəxr edir.
Digər respublikaçılar da Vensin davranışını müsbət qiymətləndiriblər.
Eyni zamanda, vitse-prezidentin tabeliyində olan şəxslər onun görüşü pozmaq istəmədiyini, lakin danışıqlar zamanı Amerika dövlətinin başçısını dəstəkləmək istədiyini iddia ediblər.
Dünən, 10:14
Makrondan Ukraynaya böyük yardım anonsu


Makrondan Ukraynaya böyük yardım anonsu

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bir neçə milyard avro dəyərində böyük maliyyə yardımı ala bilər.
O, bu barədə “La Tribune” qəzetinə müsahibəsində məlumat verib.
Makron Avropa İttifaqından Ukraynaya bir neçə milyard avronun ayrılmasına icazə verib.
Yardımla bağlı qərar Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində qəbul edilə bilər.
“Martın 6-da keçiriləcək sammit çox vacibdir. Bu külli miqdarda vəsaitin yüz milyardlarla avroya bərabər olacağı ehtimal edilir”, - Makron deyib.
O həmçinin əlavə edib ki, sammitin məqsədi Avropa İttifaqının Ukraynaya dəstəyini gücləndirməkdir.
Dünən, 09:54
İngilis dili ABŞ-nin rəsmi dili elan edildi


İngilis dili ABŞ-nin rəsmi dili elan edildi

İngilis dili ABŞ-nin rəsmi dili elan edilib.
Bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.
Tramp keçmiş prezident Bill Klintonun ingilis dilini zəif bilən insanlara dövlət xidmətlərinin göstərilməsini məcbur edən sərəncamını ləğv edib.
"İngilis dilinin rəsmi dil kimi tanınması təkcə ünsiyyəti asanlaşdırmayacaq, həm də ümumi milli dəyərləri gücləndirəcək və daha vahid və effektiv cəmiyyət yaradacaq", - fərmanda deyilir.
Qeyd edək ki, Artıq 30-dan çox ştat ingilis dilini rəsmi dil kimi tanıyıb. Federal səviyyədə ilk dəfə olaraq ABŞ-ın rəsmi dili təsdiq edilib.
Donald Tramp 2000-ci ildə Bill Klintonun federal maliyyə alan bütün təşkilatların ingilis dili bilməyənləri yerləşdirməsini tələb edən sərəncamını ləğv edib. İndi şöbələr başqa dillərdə xidmət göstərib-göstərməmək barədə özləri qərar verəcəklər. Yanvar ayında Donald Trampın andiçmə mərasimindən sonra Ağ Ev rəsmi internet saytının ispandilli versiyasını ləğv edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!