Bu ölkə Ukraynaya qaz ixracını dayandırırMacarıstan Ukraynaya qaz tədarükünü dayandırmaq qərarı verib.
Bu barədə ölkənin baş naziri Viktor Orban açıqlama verib.
Onun sözlərinə görə, Kiyev neft tranzitini bərpa etməyənə qədər Ukrayna Macarıstandan qaz ala bilməyəcək.
“Ukrayna neft tədarükünü bərpa etməyənədək, Macarıstandan qaz almayacaq. Biz ölkəmizin enerji təhlükəsizliyini qoruyacağıq, benzinin qorunan qiymətini və qazın aşağı tariflərini saxlayacağıq”, – deyə Orban bildirib.
Qeyd edək ki, bu qərar iki ölkə arasında enerji sahəsində münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər.