Google-dan BBC-yə: Yeni baş dirketor kimdir?Google-un keçmiş icraçı direktoru Mett Brittin BBC-nin yeni baş direktoru olacaq.
Bu barədə BBC məlumat yayıb.
57 yaşlı Brittin əvvəllər Google-un Avropa, Yaxın Şərq və Afrika üzrə biznes əməliyyatlarına rəhbərlik edib.
Karyerasının əvvəlində o, "McKinsey" konsaltinq firmasında və "Trinity Mirror" media şirkətində çalışıb. O, 2007-ci ildən 2025-ci ilə qədər Google-da müxtəlif vəzifələrdə çalışıb.
Brittin Kembric Universitetinin məzunudur və 1989-cu il Dünya Avarçəkmə Çempionatında Böyük Britaniya komandasının bürünc medalçısıdır.
Brittin yeni vəzifəsinə mayın 18-də başlayacaq.
Onun sələfi Tim Deyvi ötən il ABŞ Prezidenti Donald Trampın çıxışının təhrif edilməsi ilə bağlı mübahisələr fonunda istefa verdiyini açıqlayıb.