3 gün sonra məktəblərdə dərslər başlayır .....                        İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək .....                        ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari .....                        İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp .....                        Azərbaycana soyuqlar gəlib .....                        Bakının ən rahat iş tapılan rayonları - SİYAHI .....                        Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb .....                        Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır .....                        Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək .....                       
Tarix : Bu gün, 12:13
Sahibə Qafarova: Dialoq və əməkdaşlıq artıq zərurətə çevrilib


Sahibə Qafarova: Dialoq və əməkdaşlıq artıq zərurətə çevrilib

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunun İllik Konfransında çıxış edib.
Spiker çıxışında ilk olaraq Boao Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. O bildirib ki, artan geosiyasi gərginliklər, dərinləşən bərabərsizliklər və qlobal çağırışlar fonunda dialoq və əməkdaşlıq artıq seçim deyil, zərurətə çevrilib. Bu baxımdan, Forum kollektiv düşüncə və əlaqələndirilmiş fəaliyyət üçün mühüm platforma rolunu oynayır.
Sahibə Qafarova qeyd edib ki, 25 ildən artıq müddətdə Boao Forumu liderlərin və ekspertlərin bir araya gəldiyi, praktik həll yollarının müzakirə olunduğu və beynəlxalq əməkdaşlığın təşviq edildiyi nüfuzlu platforma kimi özünü təsdiqləyib.
Spiker çıxışında müasir beynəlxalq arenada Çinin artan roluna da diqqət çəkib. O vurğulayıb ki, Çin iqtisadi, sosial və texnoloji inkişaf sahələrində əldə etdiyi nailiyyətlərlə qlobal miqyasda mühüm və konstruktiv rol oynayır.
Çıxış zamanı Azərbaycan-Çin münasibətlərinə toxunan Sahibə Qafarova bildirib ki, ortaq baxışlar iki ölkəni daha da yaxınlaşdırır. Onun sözlərinə görə, gələn il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq və bu münasibətlər artıq yeni mərhələyə yüksəlib.
Spiker əlavə edib ki, son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin Çinə səfərləri, eləcə də strateji tərəfdaşlığa dair imzalanan sənədlər ölkələr arasında siyasi dialoqun və qarşılıqlı etimadın gücləndiyini göstərir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu prinsiplərə xüsusi önəm verir. O qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi milli inkişaf baxışı sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanır.
Spiker çıxışında Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirak etdiyini də vurğulayıb. O bildirib ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Qlobal Cənubun maraqlarını təşviq edib və bu platformanın institusional inkişafına töhfə verib.
Bununla yanaşı, Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində qlobal iqlim gündəliyinə verdiyi töhfələr və müxtəlif beynəlxalq platformalarda fəal iştirakı da xüsusi qeyd olunub.
Çıxışda həmçinin Azərbaycanın enerji təhlükəsizliyi və nəqliyyat sahəsində strateji rolu vurğulanıb. Bildirilib ki, ölkə geniş regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və yaşıl enerji sahəsinə yatırımlar bu rolu daha da gücləndirir.
Qeyd edilib ki, Azərbaycan Avrasiya üzrə əsas nəqliyyat qovşaqlarından birinə çevrilib və “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçılarından biridir. Orta Dəhlizin Avropa ilə Asiyanı birləşdirən ən optimal və təhlükəsiz marşrutlardan biri olduğu diqqətə çatdırılıb.
Sahibə Qafarova çıxışının sonunda bildirib ki, Azərbaycanın həyata keçirdiyi layihələr yalnız iqtisadi fayda deyil, həm də sabitlik və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.






Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!