Qərb Rusiya – Ukrayna müharibəsində hansı rolu oynayır? .....                        Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiyanın tarixi və bu günü .....                        Filial müdiri piyadanı vurub öldürdü - RƏSMİ .....                        İmişlidə faciə: ana və iki azyaşlı övladı dəm qazından öldü .....                        Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşadan qovdu - Kulinardan sərt ittihamlar .....                        "Qarabağ"dan növbəti qələbə .....                        Doqquzuncu günün duası - İmsak və iftar vaxtı .....                        Kiyevdənsə, Moskva ilə işləmək daha asan olacaq - Tramp .....                        Axtarışda olan iki nəfər tutuldu .....                       
Bu gün, 15:52
Qərb Rusiya – Ukrayna müharibəsində hansı rolu oynayır?

Qərb Rusiya – Ukrayna müharibəsində hansı rolu oynayır?

Qərbin hərbi-siyasi dairələri tərəfindən Rusiya ilə müharibəyə cəlb edilən Ukrayna çətin və faciəvi günlərini yaşayır. ABŞ və Avropa İttifaqı arasında qarşıdurma yaşanır, Ukrayna isə taleyin ümidinə buraxılmış vəziyyətə salınıb. Hər gün Rusiya yeni-yeni ərazilərini tutur, şəhərlərini dağıdır, insanlar ölür. Hətta iş o yerə çatıb ki, ABŞ indiyə qədər Ukraynaya ayırdığı maliyyənin geri qaytarılmasını tələb edir. Bu gərginlik xüsusilə Münxen Təhlükəsizlik Konfransında daha qabarıq üzə çıxıb. Ukraynanın yaşadığı gərginlikdə şübhəsiz ki, əvvəlki ABŞ administrasiyasının, xüsusilə də prezident Cozef Bayden və dövlət katibi Antoni Blinkenin yarıtmaz siyasəti də az rol oynamadı. Bugünkü ABŞ-Avropa İttifaqı arasında gərginliyinə görə ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası birbaşa məsuliyyət daşıyır. Bu iddianı da əksəriyyət indi birmənalı şəkildə qəbul edir. Ukraynada 3 ildən artıqdır davam edən müharibə beynəlxalq geosiyasi vəziyyətə ciddi təsir göstərib. Bir çox siyasi liderin və ekspertin də dediyi kimi, bu savaş artıq Rusiya-Ukrayna müharibəsi deyil, Moskvanın Qərb ölkələri, o cümlədən ABŞ-la demək olar ki, hərbi qarşıdurmasıdır. Qərbin əsas məqsədi Ukraynanın müstəqilliyini qorumaq, Rusiyanın işğalını dayandırmaq və Moskvanı zəiflətməkdir. Bununla belə, bu müdaxilə Rusiya-Qərb münasibətlərini daha da gərginləşdirib və yeni bir geosiyasi bloklaşmaya səbəb olub. Müharibənin gedişatı və sonu hələ qeyri-müəyyəndir, lakin Qərbin dəstəyi Ukraynanın müqavimətini gücləndirib və Rusiya üçün ciddi çətinliklər yaradıb.
Qərbin Ukrayna-Rusiya müharibəsində rolu əvəzolunmazdır. Iqtisadi, hərbi, diplomatik və humanitar yardımlarla Ukraynanı dəstəkləməklə yanaşı, Qərb həm də Rusiya üzərində təzyiqi artırmağa çalışır. Müharibə Qərb və Rusiya arasındakı münasibətləri tamamilə yenidən formalaşdırıb və dünya siyasətində yeni güc balansının yaranmasına səbəb olub. Müharibənin gələcəyi hələ naməlumdur, amma Qərbin dəstəyi Ukraynanın müqavimətini gücləndirməkdə mühüm rol oynayır .
Turan Dənyarlı,
“Azərbaycan” universitetinin “Politologiya” ixtisası üzrə ikinci kurs tələbəsi

Bu gün, 15:38
Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiyanın tarixi və bu günü


Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiyanın tarixi və bu günü

Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiya strateji müttəfiqlik və “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Nəzərə almaq lazımdır ki, bu prinsipin tarixi kökləri dildən dinə qədər hər şeyi əhatə edir. Bu əlaqələr tarixi, mədəni və dil birliyi fonunda formalaşaraq, diplomatik, hərbi, iqtisadi və mədəni sahələrdə güclü əməkdaşlığa çevrilib. İstər regionda, istərsə də beynəlxalq sferada bu münasibətlər təqdirəlayiq səviyyədə inkişaf edir. İlk diplomatik münasibətlərin qurulması 1991-ci ildə baş verib.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Türkiyə onu tanıyan ilk dövlət oldu. 1992-ci ildə iki ölkə arasında rəsmi diplomatik münasibətlər quruldu və səfirliklər açıldı. Strateji müttəfiqlik isə 2010-cu ildə baş tutdu. “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi” imzalanan ilk müqavilə oldu. 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi” iki ölkə arasında müttəfiqlik münasibətlərini daha da möhkəmləndirdi. Bütün bunlar siyasi kommunikasiyanın uğurlarıdır. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın siyasi və informasiya dəstəyini təmin etdi.
Türkiyə və Azərbaycan arasında siyasi kommunikasiya mütəmadi görüşlər, strateji müqavilələr və regional əməkdaşlıq formatları vasitəsilə güclənməkdədir. Bu münasibətlər hər iki ölkənin milli maraqlarına və regional sabitliyə töhfə verir. Azərbaycan televiziyasında yayımlanan “Ertoğrul”, “Diriliş Osman” kimi tarixi motivli filmlər siyasi kommunikasiyanı daha da təkmilləşdirir. Belə filmlər daim maraq obyekti olmaqla bərabər, həm də qardaş xalqın tarixi zənginliklə dolu keçmişini öyrənməyə imkan yaradır. Film və televiziya sektorunun inkişafı qardaşlıq münasibətlərinə də müsbət mənada güclü təsir edir.

Fərid Hüseynov,
“Azərbaycan” Universitetinin 2-ci kurs tələbəsi
Bu gün, 00:56
Filial müdiri piyadanı vurub öldürdü - RƏSMİ


Filial müdiri piyadanı vurub öldürdü - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala filial müdiri Turan Əsədovun qəza törədərək piyadanı vurub öldürdüyünü təsdiqləyib.
Fondun mətbuat katibi Rəşad Mehdili açıqlamasında bildirib:
"Bu gün Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törətmişdir.
Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb.
Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat etmişdir.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir".
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!