İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
14-03-2025, 16:29
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı


Milli Məclisin növbəti iclasının tarixi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
Milli Məclisin növbəti iclası martın 18-də keçiriləcək.
14-03-2025, 16:27
Parlamentdə hökumətin hesabatı qəbul edildi


Parlamentdə hökumətin hesabatı qəbul edildi

Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib.
Hesabat qəbul edildikdən sonra Baş nazir Əli Əsədov deputatların səsləndirdiyi fikirlərə münasibət bildirir, qaldırılan məsələlərə aydınlıq gətirir.
14-03-2025, 16:23
Məhkəmə işdən çıxarılan məktəb direktoruna "YOX" dedi


Məhkəmə işdən çıxarılan məktəb direktoruna "YOX" dedi

Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbində aparılmış yoxlamalar nəticəsində sabiq direktor Qazıyev Azər Arif oğlunun fəaliyyəti zamanı dövlət büdcəsi vəsaitlərinin düzgün istifadə edilməməsi və ya təyinatı üzrə xərclənməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Azər Qazıyev 27 fevral 2024-cü il tarixində vəzifəsindən azad olunub.
O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunmaq və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.
Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən, sabiq direktorun iddiası təmin edilməyib və onun işə bərpa olunması ilə bağlı tələbi rədd edilib.
14-03-2025, 16:18
Qusarda dağlıq ərazidə yanğın başlayıb


Qusarda dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.
14-03-2025, 15:57
Qarabağda “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb - Bako Sahakyan


Qarabağda “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb - Bako Sahakyan

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş ərazilərdə “İskəndər M”, “Toçka U” və digər dağıdıcı silahlar barədə də sualları cavablandırıb.
O, sadalanan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirərək deyib: “Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. “Prezident” olduğum müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm”.
O, həmçinin qeyd edib: “Müdafiə qurumları”nın “rəhbəri” qondarma rejimin “prezident”inə məruzə etməyə borclu olmasa da, bu silahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, “ordu komandiri” bu barədə mənə məlumat verməli idi”.
B.Sahakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: “Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
14-03-2025, 15:46
Qəbul imtahanının nəticələri AÇIQLANDI


Qəbul imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.
Bu barədə DİM-dən bildirilib.
Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 19-da olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.
Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2025-ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 mart saat 17:00-dan 17 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
Bakalavrların nəzərinə çatdırırıq ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2025-ci il tarixlərində aparılacaq. İmtahan isə mayın 11-də keçiriləcək.
14-03-2025, 15:42
Magistraturaya qəbul imtahanının ikinci cəhdi bu tarixdə keçiriləcək


Magistraturaya qəbul imtahanının ikinci cəhdi bu tarixdə keçiriləcək

Magistraturaya qəbul imtahanının ikinci cəhdinin vaxtı açıqlanıb.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2025-ci il tarixlərində aparılacaq.
İmtahan isə mayın 11-də keçiriləcək.
14-03-2025, 15:33
Qondarma rejimin “ordusu” Ermənistanın böyük silahlı birləşməsi idi - Bako Sahakyan


Qondarma rejimin “ordusu” Ermənistanın böyük silahlı birləşməsi idi - Bako Sahakyan

Martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib ki, qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinə tabe olub.
O, qondarma rejimin “ordusu”nun Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi olduğunu deyib.
B.Sahakyan qeyd edib ki, qondarma rejimin “müdafiə naziri”, “Silahlı Qüvvələrin baş qərargah rəisi” və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib: “Biz bunu gizlətmirdik”.
Təqsirləndirilən şəxs etiraf edib ki, qondarma rejimin “hərbi qurum”ları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
14-03-2025, 15:30
Orta aylıq pensiya 500 manata yaxınlaşır


Orta aylıq pensiya 500 manata yaxınlaşır

2025-ci il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1098,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1096,0 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir. Onların 64,3 faizi yaşa, 23,2 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 49,2 faizinə bərabər olmuşdur.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli sərəncamına əsasən 2025-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılmışdır.
“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanununda edilmiş müvafiq
dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunmuşdur.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 156,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 143,7 min) nəfər, əlilliyə görə - 42,6 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 218,4 min (müvafiq olaraq 47,0 min və 217,7 min) nəfər, ailə başçısını itirməyə görə - 56,4 min (57,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,2 min (23,4 min) nəfər olmuşdur.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 163 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,4 min ailəsinə 6,4 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 2376 nəfər bir yaşınadək uşağı olan 2308 aztəminatlı ailəyə, övladlığa götürülən və himayədar ailəyə verilmiş, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 42 uşağa görə 40 ailəyə və beşdən çox uşağı olan 2,8 min qadına 12,3 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 285 şəxsə isə kompensasiya verilmişdir.
2024-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 43,2 min ailəyə 45,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,8 min nəfərə birdəfəlik müavinətlər verilmişdir.
2025-ci il yanvarın 1-i vəziyyətinə 76,0 min aztəminatlı ailənin 334,5 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 107,5 manat təşkil etmişdir.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 401,4 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.
14-03-2025, 15:07
Qarabağa silah-sursat Ermənistandan gətirilirdi


Qarabağa silah-sursat Ermənistandan gətirilirdi

Qarabağa silah-sursat Ermənistan Respublikasından gətirilirdi.
Bunu martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib.
O, işğal altında olan ərazilərdə hərbçilərin maaşının necə verilməsi barədə sualı da cavablandırıb: “Dağlıq Qarabağ”ın “büdcə”sində və “ordusu”nda bizim belə bir xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan “kreditlərə” aidiyyəti yox idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!