AK Partiyadan CHP-yə sərt cavab - Bu, siyasi əxlaqsızlığın zirvəsidir .....                        Putin Suriyanın yeni başçısına mesaj göndərdi .....                        Şuşadakı poçt filialına bank lisenziyası verildi .....                        Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərə baş çəkdi - FOTO .....                        İmamoğlu işində Acun Ilıcalının adı hallandı .....                        Sabahın hava prqonozu .....                        Sabah Ermənistan-Türkiyə sərhədi açılacaq .....                        Tramp Ukraynadan AES-ləri də istədi .....                        Azərbaycana yaz gəldi .....                       
Dünən, 16:03
AK Partiyadan CHP-yə sərt cavab -  Bu, siyasi əxlaqsızlığın zirvəsidir


AK Partiyadan CHP-yə sərt cavab - Bu, siyasi əxlaqsızlığın zirvəsidir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı başladılan istintaqla əlaqədar mətbuat konfransı keçirib.
Çelik Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin "sivil çevriliş" ittihamına sərt reaksiya verib.
"Siyasətçinin etməli olduğu məhkəmə prosesini izləməkdir. Heç birimiz dosyenin məzmunu ilə bağlı hər hansı məlumata sahib deyilik. Prokurorun ittiham aktını məhkəmənin necə dəyərləndirəcəyini qiymətləndirəcək olan siyasətçilər deyil. Ona görə də, heç birimizin məhkəmə prosesi ilə bağlı qiymətləndirməsi keçərli olmaz. Özgür Özel baş verənləri Prezidentimiz və AK Partiya tərəfindən CHP-yə qarşı "çevriliş" adlandırıb.
Onun istintaqla bağlı Prezidentimizə qarşı söylədikləri qəbuledilməzdir. Cənab Özgür Özel çevrilişə cəhd nədir, bunu siyasi təşkilatlar necə dəstəkləyər, deyə maraqlanırsa, bununla bağlı ən zəngin literatur CHP-nin tarixində mövcuddur. Özelin Prezidentimizi və partiyamızı "sivil çevriliş" ifadəsi ilə yan-yana anması siyasi əxlaqsızlığın zirvəsidir.
Siyasətdə harada dayanılmalıdır, CHP-nin öyrənməsi lazım, onun bununla bağlı qabiliyyətinin olmadığı görünür. Süni intellekt belə CHP-nin irəli sürdüyü arqumentlərdən daha yaxşısını ortaya qoya bilər. Süni intellektin CHP-yə öyrədəcəyi çox şey var. Süni intellektin daha ixtisaslı qiymətləndirmə aparacağı aşkardır".
Dünən, 15:50
Putin Suriyanın yeni başçısına mesaj göndərdi


Putin Suriyanın yeni başçısına mesaj göndərdi

Rusiya prezidenti Vladimir Putin Suriya dövlətinin başçısı Əhməd əl-Şaraaya mesaj göndərərək, ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün yeni hökumətin səylərini dəstəklədiyini bildirib.
Bu barədə martın 20-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. Rusiya liderinin mesajı ərəb respublikasında zorakılığın başlanması fonunda yaranmış böhranlı vəziyyətin ardınca verilib.
“Putin Əhməd əl-Şaraaya mesajında ölkənin suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi maraqları naminə vəziyyətin tez bir zamanda sabitləşdirilməsi səylərini dəstəkləyib”, - deyə Dmitri Peskov bildirib.
Martın əvvəlində islamçı qruplar tərəfindən devrilmiş Bəşər Əsədin mənsub olduğu Suriyanın sahilyanı rayonlarında ələvilərin üsyanı başlayıb. Bu, təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmaya çevrilib. Bundan sonra Rusiya və ABŞ martın 10-da Suriyanın qərbində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsini istəyib. Bu gün Dəməşqdəki keçid hökuməti qətliam baş verən ərazilərdə əməliyyatın başa çatdığını elan edərək, böhranda günahkar saydığı ölkənin keçmiş rəhbərliyinin fəal tərəfdarlarını aradan qaldırmaq planını açıqlayıb.
Daha sonra keçid dövrünün prezidenti Əhməd əl-Şaraa Reuters-ə ətraflı müsahibə verib və o, tərəfdarlarının özlərini ən yaxşı şəkildə göstərmədiyini etiraf edib. Ayrı-ayrılıqda verdiyi müsahibədə Əhməd əl-Şaraa Rusiya ilə münasibətlərə toxunaraq, yeni hökumətin Suriya ilə Rusiya arasında parçalanmasını istəmədiyini bildirib.
Dünən, 15:12
Şuşadakı poçt filialına bank lisenziyası verildi


Şuşadakı poçt filialına bank lisenziyası verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Şuşa filialına bank fəaliyyəti üçün lisenziya verib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 29-a çatıb. Şuşa filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış 2-ci poçt filialıdır. Obyekt Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Mərkəzində yerləşir. Lisenziya martın 19-də verilib.
Xatırladaq ki, AMB ötən il noyabrın 18-də "Azərpoçt"un Xankəndi filialına da bank fəaliyyəti üçün lisenziya verib. Bu, işğaldan azad edilmiş ərazilərdə poçt filiallarına verilən ilk lisenziya olub.
Dünən, 15:05
Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərə baş çəkdi - FOTO


Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərə baş çəkdi - FOTO

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi martın 20-də Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.
Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.



Dünən, 14:58
İmamoğlu işində Acun Ilıcalının adı hallandı


İmamoğlu işində Acun Ilıcalının adı hallandı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barədə açılan istintaq işində adı hallanan və barəsində həbs qətimkan tədbiri seçilən Merthan Açıl media maqnatı Acun Ilıcalının köhnə bacanağı imiş.
Bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bacısı Kübra Açıl ilə evli olan və Acuna məxsus futbol klubu "Hull City"də işləyən Merthan Açılın 2019-cu ildə qurduğu reklam şirkəti vasitəsi ilə İstanbul Böyükşəhər Bələdiyyəsindən ard-arda tenderlər aldığı üzə çıxıb.
Merthan Açıl hazırda xaricdə olduğu üçün saxlanılmayıb.
Məlum olub ki, əməliyyatların başlamasının ardından Merthan Açıl tələm-tələsik sosial media hesablarını bağlayıb. Onun həyat yoldaşı isə sosial media hesablarını bağlamayıb, Kübra Açılın əməliyyat və iddialarla bağlı danışmaması, səssiz qalması diqqətlərdən yayınmayıb.
Qeyd edək ki, İstintaq çərçivəsində "Hull City"də işləyən Merthan Açılın sahibi olduğu şirkətin İstanbul Böyükşəhər Bələdiyyəsindən 334 milyon 718 min 500 TL (təxminən 10 milyon dollar) dəyərində müstəsna tenderlər aldığı məlum olub. Haqqında həbs qətimkan tədbiri seçilən Merthan Açıla məxsus "Creative Medya Reklam A.Ş" şirkəti konqreslər, toplantılar, mərasimlər, yarmarkalar, seminarlar, konsertlər, festivallar, teatr tamaşaları, sərgilər və təqdimatlar təşkil etməklə məşğul olub.
Dünən, 14:49
Sabahın hava prqonozu


Sabahın hava prqonozu

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +4 dərəcədən +6 dərəcəyədək, gündüz +9 dərəcədən +13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +3 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən -5 dərəcəyədək, gündüz 0 dərəcədən +5 dərəcəyədək olacaq.
Dünən, 13:53
Sabah Ermənistan-Türkiyə sərhədi açılacaq


Sabah Ermənistan-Türkiyə sərhədi açılacaq

Martın 21-dən 31-dək Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi Suriyaya humanitar yüklərin daşınması üçün fəaliyyətə başlayacaq.
Bu barədə Ermənistan hökuməti martın 20-də keçirdiyi iclasda qərar qəbul edib.
“Ermənistan və Suriyanın müvafiq departamentlərinin nümayəndələri arasında keçirilən işgüzar görüşlər nəticəsində Ermənistan Respublikası tərəfindən Suriyaya humanitar yardım göstərilməsi məsələsinin də müzakirəsi barədə razılıq əldə olunub. Bu qərar layihəsinin qəbulu Ermənistan adından Suriyaya göndərilən humanitar yardım yüklərinin quru yolu ilə Türkiyə ərazisindən daşınması zərurətindən irəli gəlir”, - deyə qərarda bildirilir.
Xatırladaq ki, Nikol Paşinyan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasəti çərçivəsində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Türkiyə ilə sərhədlərin açılmasına dair razılaşmanın nə vaxtsa həyata keçəcəyi ümidi ilə Marqara keçid məntəqəsini təmir edib.
Dünən, 13:42
Tramp Ukraynadan AES-ləri də istədi


Tramp Ukraynadan AES-ləri də istədi

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbəti zamanı təhlükəsizliyi təmin etmək üçün Ukraynanın nüvə stansiyalarının ABŞ mülkiyyətinə verilməsini təklif edib. Məlumatı Ağ Ev yayıb.
ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals bildiriblər ki, Ukraynanın dörd atom elektrik stansiyasının ABŞ-ın mülkiyyətinə verilməsi onun enerji infrastrukturu üçün ən yaxşı müdafiə olacaq.
Onların sözlərinə görə, Tramp Zelenskiyə çərşənbə günü telefon danışığı zamanı belə bir təklif edib.
Bu arada Zelenski bildirib ki, Trampla söhbət zamanı yalnız Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyətə toxunulub.
"Sual yalnız hazırda müvəqqəti işğal altında olan stansiyaya aiddir", - Ukrayna dövlətinin başçısı vurğulayıb.
“Stansiya işləmir, çünki Rusiya onu əlində tamamilə qeyri-qanuni saxlayır”.
Zelenskinin sözlərinə görə, bu stansiyanın bərpasının mümkünlüyü məsələsi qaldırılıb.
"Prezident soruşdu: "Əgər Amerikanın onu bərpa edə biləcəyi anlayışı olarsa necə?" ", - Ukrayna lideri bildirib.
“Mən ona dedim: bəli, modernləşmək olarsa, biz sizinlə bunu müzakirə etməyə hazırıq. Lakin biz eksklüziv olaraq Rusiyanın müvəqqəti işğalı altında olan bir stansiya haqqında danışdıq", - deyə Ukrayna dövlətinin başçısı fikrini yekunlaşdırıb.
Dünən, 13:20
Azərbaycana yaz gəldi


Azərbaycana yaz gəldi

Bu gün saat 13:01:25-də Azərbaycana yaz fəsli gəlib
Qeyd olunan saatda gecə ilə gündüz bərabərləşib.
Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayıb.
Dünən, 11:30
Trampın oval kabineti: “...qırmızı düyməni bassam, dünyanın sonu gələcək” - FOTO


Trampın oval kabineti: “...qırmızı düyməni bassam, dünyanın sonu gələcək” - FOTO

ABŞ prezidenti Donald Tramp deyib ki, Ağ Evin Oval kabinetindəki qırmızı düymə nüvə silahı buraxmaq üçün deyil, “dietin Cola” sifariş etmək üçündür.
Tramp bu barədə “Foks Nyus”a müsahibəsində bildirib.
“Hamı bunun nüvə düyməsi olduğunu düşünür. Deyirlər ki, mən onu bassam, dünyanın sonu gələcək”, - Tramp bildirib.
Qeyd edək ki, Trampın Oval kabinetdəki iş masası belə bir cihazla hələ onun ilk prezidentliyi dövründə təchiz edilmişdi.
Lakin 2021-ci ildə hakimiyyətə gələn və 2025-ci ilə qədər dövlət başçısı vəzifəsini icra edən Co Baydenin əmri ilə prezidentin iş masasındakı otağa bir stəkan qazlı içki gətirməyə xidmət edən qırmızı düyməni oradan çıxarmışdılar.
Amerikanın Respublikaçılar Partiyasını təmsil edən president Donal Tramp bu il yanvarın 20-də ikinci dəfə ABŞ administrasiyasının rəhbəri vəzifəsinə başlayıb. O, 2024-cü il noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. Tramp seçkilərdə Co Baydenin rəhbərlik etdiyi əvvəlki Vaşinqton administrasiyasının vitse-prezidenti olmuş Demokratlar Partiyasının namizədi Kamala Harrisi üstələyib.
Tramp ilk dəfə 2017-2021-ci illərdə Amerika prezidenti olub. O, ABŞ tarixində fasilədən sonra yenidən ən yüksək posta seçilən ikinci şəxs olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə 22-ci və 1893-1897-ci illərdə 24-cü prezident) nail ola bilmişdi.
Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti oldu.
"Oval kabinet" Ağ Evdə ən rəmzi məkan hesab olunur, prezidentliyin əzəmətini və gücünü nümayiş etdirir, bura ABŞ prezidentlərinin iş otağıdır.
"Oval kabinet"in binanın qərb hissəsində yerləşən və cənuba baxan üç böyük pəncərəsi və dörd qapısı var.
"Oval kabinet"in ilk versiyası 1909-cu ildə Prezident Uilyam Taftın rəhbərliyi altında memar Neytan Vayt tərəfindən hazırlanıb.
1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında kabinet yenidən qurulub. Onun modernləşdirilməsi Erik Qaqler tərəfindən həyata keçirilib.
Donald Trampın Ağ Evdəki "Oval kabinet"ə qayıtması ilə birlikdə gümüş qartal fiqurları və kaminin yanındakı masada Böyük Britaniyanın baş naziri Uinston Çörçillin büstü də qoyulub.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!