Pezeşkian İlham Əliyevə məktub yazdı .....                        Hosteldən meyit tapıldı .....                        Ərdoğandan Özəlin çağırışına reaksiya .....                        Ana 14 aylıq körpəsindən imtina edib? .....                        CHP qurultaya gedir .....                        Sudan ordusu qiyamçılara hücum etdi .....                        Gəncədə qaz balonu partladı - yaralı var .....                        İmamoğlu ifadə verdi .....                        Qar uçqununa düşən hərbçilərimizin nəşi tapıldı .....                       
Dünən, 17:34
Ukrayna Kurskda 69 min döyüşçü itirib? - Rusiyanın iddiası


Ukrayna Kurskda 69 min döyüşçü itirib? - Rusiyanın iddiası

Rusiyanın Kursk vilayətindəki hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələri 69 min nəfərdən çox itki verib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
“Ümumilikdə, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı düşmən 69 120-dən çox hərbçisini, 400 tankını, 322 piyadaların döyüş maşını, 289 zirehli transportyoru, 2 210 zirehli döyüş maşını, 2 503 avtomobil, 568 artilleriya qurğusu, ABŞ istehsalı olan 13 HIMARS və 7 MLRS daxil olmaqla, 52 reaktiv yaylım atəşi sistemi buraxılış qurğusu itirib”, - məlumatda bildirilib.
Dünən, 17:13
Türkiyədə bir ilk - Ərdoğan Novruz tonqalı yandırdı


Türkiyədə bir ilk - Ərdoğan Novruz tonqalı yandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Haliç Konqres Mərkəzində təşkil olunan Novruz bayramı proqrama qatılıb.
Dövlət başçısı mərkəzin həyətində Novruz tonqalını yandırıb, daha sonra tonqalın üzərindən atılıb.
Dünən, 16:45
"Kəlbəcərdə o heykəli ucaldın"


"Kəlbəcərdə o heykəli ucaldın"

Kəlbəcər sakini İlham Əliyevdən çox maraqlı xahiş edib...

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakultəsinin müdavimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı İlqar Vəliyəddin oğlu Misirzadə Prezident İlham Əliyevə müraciət edib.
İlqar Misirzadənin Prezidenə müraciətində bildirilir:
“Möhtərəm Prezident!
Sizi və ailənizi xalqımızın əsrlərdən süzülüb gələn milli-mənəvi dəyəri olan Novruz bayramı münasibəti ilə təbrik edirəm!
Azərbaycan xalqının böyük oğlu,Türk dünyasının görkəmli şəxsiyyəti, dahi siyasi xadim ümummilli lider Heydər Əliyev öz çıxışlarında qətiyyətlə vurğulayırdı: “...Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri ili Laçında, o biri ili Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik!”
Belə də oldu, dahi siyasətci Heydər Əliyev bu günləri xalqına yaşadacaq İlham Əliyev şəxsiyyətinə, siyasi iradəsinə tamlıqla əmin olduğu üçün xalqına da onun ətrafında birləşməyi tövsiyə etmişdir və qeyd etdiyi kimi: “...Özüm qədər inanıram”, - nəsihəti bu gün bizə tarixi zəfərimizə şahidlik etməyi nəsib etmişdir.
Cənab prezident!
Mərhum atam Vəliyəddin İsmayılovun Ulu Öndərin 100 illiyinə həsr etdiyi “Nəsillərə örnək insan” kitabındakı bir tarixi faktı qeyd etmək istəyirəm. Ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 2-də Kəlbəcərin işğalının anım günündə Nərimanov rayonunda kəlbəcərli məcburi köçkünlərlə görüşündə qeyd etmişdi.
“...Mən bu gün eyni zamanda kəlbəcərlilərdə öz xalqına, torpağına məhəbbət hissi olduğunu sübut edən, nümayiş etdirən faktları yada salmaq istəyirəm. Bu gün burada yenə dedilər ki, gəlinlər özlərini qayadan atdılar. Bu, Azərbaycan qadınının nə qədər yüksək mənəviyyata, namusa, qeyrətə malik olduğunu sübut edən faktdır. Mən keçən dəfə demişdim, bu gün də deyirəm, Kəlbəcərin Ermənistan işğalından azad olacağı gün gələcək. Biz sizinlə Kəlbəcərə qayıdacayıq, orada kəlbəcərlilərin qəhramanlığını əbədiləşdirən abidələr yaradılacaq, lakin ən birinci abidə özünü qayadan atan həmin gəlinlərin abidəsi olmalıdır. Bu abidə qoyulmalıdır!”
Cənab Ali Baş Komandan!
Mən bir Azərbaycan vətəndaşı, bir kəlbəcərli kimi əminəm ki, Siz Ulu Öndərin - Bu abidə qoyulmalıdır, - tövsiyəsi, nəsihəti və arzusunu yerinə yetirəcək və Türk dünyasının, Azərbaycan xalqının əzəmət simvolunu ucaldacaqsınız. Bu mənəviyyat abidəsi Türk dünyasının dünyaya açılan qapısının qürur mənbəyi olacaqdır və əsrlər keçəcək Siz hər zaman böyük Azərbaycan xalqının QÜRUR MƏNBƏYİ OLACAQSINIZ!
Bir daha Sizi səmimi qəlbdən təbrik edirəm və Sizinlə Kəlbəcərdə görüşmək arzusu ilə...
Allah Sizi və ailənizi qorusun!”

Dünən, 16:38
Gürcü baş nazir Novruz bayramı tədbirinə qatılıb


Gürcü baş nazir Novruz bayramı tədbirinə qatılıb

“Biz xristianları və müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış və dostluqla fəxr edirik”.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Marneulidə Novruz bayramı tədbirində deyib.
Novruz bayramı astronomik Günəş təqviminə görə baharın və yeni ilin başlanğıcıdır. Gürcüstanın baş naziri bu münasibətlə etnik azərbaycanlıların kompakt yaşayış məntəqələrində məskunlaşdığı Marneuli şəhərinə səfər edib.
"Sizi bu gün münasibətilə təbrik etmək istəyirəm. Bu günü sizinlə qeyd etdiyim üçün xoşbəxtəm və qürur duyuram. Novruz bayramı yeniləşmə və xeyirxahlıq bayramıdır. Biz çoxəsrlik birgəyaşayışdan, bizi, xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən dostluqdan qürur duyuruq. Bu, bizim həqiqətən fəxr etməli olduğumuz dostluq münasibətləridir", - deyə Kobaxidze bildirib.
Dünən, 16:20
Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı - Rəsmi protokol genişlənəcək?


Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı - Rəsmi protokol genişlənəcək?

Son dövrlər ölkəmizə səfər edən dövlət başçılarının ziyarət etdiyi abidələr sırasına daha biri əlavə edilib. Belə ki, xarici dövlət və hökumət rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanı ilə yanaşı, indi həm də Zəfər parkını ziyarət edirlər. Bəs başqa hansı abidələr ziyarət üçün rəsmi protokola əlavə edilə bilər?
Mövzu ilə bağlı deputatlar Nəsib Məhəməliyev və Elman Məmmədov fikir bildiriblər.
Nəsib Məhəməliyevin sözlərinə görə, Zəfər parkının rəsmi protokola salınması müsbət haldır:
“Ölkəmizə gələn dövlət rəsmilərinin bu abidəni ziyarət etməsi Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi ilə tanışlıq deməkdir. Dövlət protokoluna əsasən, Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarı ziyarət olunduqdan sonra Şəhidlər xiyabanına gedilir. Son vaxtlar əlavə olaraq Zəfər parkı da dövlət protokoluna daxil edilib.
Əlavə olaraq hansısa abidənin bu proqrama daxil edilməsinin lazım olduğunu düşünmür və düzgün hesab etmirəm”.
Elman Məmmədov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra müxtəlif kateqoriyalardan insanlar Qarabağa səfərlər edirlər:
“Şuşamıza, Xankəndimizə, Ağdamımıza və digər rayonlarımıza insanlar səfərlər edirlər. Cənab Prezident 1 il əvvəl Xocalıda Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kompleksin təməlini qoydu. Bu il isə həmin kompleksin tikilişi üçün 18.3 milyon manat pul ayrıldı. Həmin kompleks böyük ərazidə tikiləcək və içərisində həmin faciənin yad edilməsi üçün lazım olan hər şey yer alacaq. Xankəndidə də çox böyük bir ərazidə Zəfər parkı salınır. Belə bir abidə yəqin ki, Xocalıda da olacaq. Önümüzdəki 1 il ərzində bu abidələrin inşası başa çatdırılacaq. Azərbaycana səfər rəsmi nümayəndələr, turistlər həmin torpaqlara səfər edən zaman həmin kompkekslər onlara göstəriləcək”.
Dünən, 16:02
Kreml Ermənistanı “dost ölkə” adlandırdı


Kreml Ermənistanı “dost ölkə” adlandırdı

“Rusiya Ermənistanla münasibətləri daha da inkişaf etdirməyə yönəlib”.
Bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə əlaqələrin bərpası barədə göstəriş verməsi barədə məlumatı şərh edərkən deyib.
O qeyd edib ki, “Rusiya ilə Ermənistan arasında münasibətlər kəsilməyib”.
Kremlin sözçüsü Ermənistanı “dost ölkə” adlandırıb:
"Bizim çoxlu ortaq cəhətlərimiz var: ikitərəfli, tarixi və mədəni baxımdan. Eləcə də Aİİ kimi mühüm inteqrasiya birliyində birgə iştirak baxımından".
“Biz Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə inanırıq və onları hərtərəfli inkişaf etdirməyə hazırıq”, - Peskov əlavə edib.
Dünən, 15:56
Paşinyan İctimai Televiziyaya müsahibə verdi


Paşinyan İctimai Televiziyaya müsahibə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibə verib.
Bu barədə Paşinyan özünün sosial şəbəkə hesabında bildirib.
Baş nazir regionda və dünyada baş verən hadisələr, Ermənistan-Azərbaycan münasibətləri və digər məsələlərdən danışıb.
Müsahibənin tezliklə yayımlanacağı gözlənilir.
Dünən, 15:47
Rusların neçə faizi Putinə etibar edir? - Sorğu AÇIQLANDI


Rusların neçə faizi Putinə etibar edir? - Sorğu AÇIQLANDI

Rusların əksəriyyəti, yəni 79,8%-i prezident Vladimir Putinə güvənir.
Bu göstəricini Rusiyada sorğu keçirən Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi dərc edib.
Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 16%-i Rusiya prezidentinə inanmır. Rusiyalıların 78,1%-i Putinin fəaliyyətini müsbət, 13,6%-i isə mənfi qiymətləndirir.
Rusiyanın baş naziri Mixail Mişustinə respondentlərin 62,4%-i etibar edir, 18,4%-i ona etibar etmir, Rusiya vətəndaşlarının yarıdan çoxu (53,4%) hökumət başçısının fəaliyyətini bəyənir, 10,1%-i isə onun işini bəyənmir.
Gələn bazar günü Dövlət Dumasına seçkilər keçirilsə, hansı partiyaya səs verəcəklərini soruşduqda, rusiyalıların 35,9%-i “Vahid Rusiya”, 10,7%-i Rusiya Liberal Demokrat Partiyası (LDPR), 9,9%-i Rusiya Federasiyası Kommunist Partiyası (КПРФ), 6%-i “Yeni adamlar” partiyası, 3,9%-i "Ədalətli Rusiya - Patriotlar - Həqiqət naminə" partiyasının adını qeyd edib.
Sorğu 2025-ci il martın 10-dan 16-dək yaşı 18-dən yuxarı olan 1,6 min rusiyalı arasında keçirilib. Sorğu mobil nömrələrin təsadüfi seçimi ilə telefon vasitəsilə aparılıb.
Dünən, 14:51
Putindən İlham Əliyevə bayram təbriki


Putindən İlham Əliyevə bayram təbriki

Rusiya Federasiyasının Prezidenti Vldamir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Novruz - bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.
Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram".

Dünən, 14:50
Ermənistandan Türkiyəyə təşəkkür


Ermənistandan Türkiyəyə təşəkkür

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyaya humanitar yardımın çatdırılması üçün sərhədin müvəqqəti açılmasına görə türk həmkarlarına təşəkkür edib.
Ermənistan hökumətinin Türkiyə üzərindən Suriyaya göndərdiyi humanitar yardımı çatdırmaq üçün tibbi ləvazimat və ərzaq məhsulları daşıyan yük maşınlarının “Marqara” körpüsündən keçdiyi bildirilir.
“Mən türk həmkarlarıma bu humanitar missiyada əməkdaşlığa görə minnətdarlığımı bildirmək istəyirəm”, – Kostanyan X sosial şəbəkəsində yazıb.
Yüklərin çatdırılması üçün Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsi martın 21-dən 31-dək açıq olacaq.
Qeyd edək ki, 1993-cü ildən “Marqara” keçid məntəqəsindən praktiki olaraq ticarət və sərnişin daşınması üçün istifadə edilmir. Son illər Ermənistan onu modernləşdirib, keçid məntəqəsi fəaliyyətə hazırdır, lakin Türkiyə onu açmağa tələsmir və Ermənistanla münasibətlərin normallaşmasını İrəvanın Azərbaycanın şərtlərini yerinə yetirməsi ilə əlaqələndirir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!