İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                        İcra başçısına birinci müavin təyin edildi .....                       
26-03-2025, 18:30
Bakıdan müəyyən məlumatlar almışıq - Paşinyan


Bakıdan müəyyən məlumatlar almışıq -Paşinyan

"İrəvan diplomatik kanallar vasitəsilə Bakıdan müəyyən məlumatlar alıb və indi onu öyrənir".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
"Biz konkret məlumat olan bütün halları araşdırmağa hazırıq. Və biz diplomatik kanallar vasitəsilə bu mesajı göndərmişik və göndəririk, eyni kanallar vasitəsilə də bir sıra məlumatlar almışıq və vəziyyəti daha dəqiq başa düşmək üçün bütün ciddilik və səmimiyyətlə araşdırma aparırıq", - deyə o, Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı Azərbaycan tərəfinin yaydığı məlumatlara münasibət bildirərkən qeyd edib.
26-03-2025, 18:00
Pezeşkian Urmiya gölünə getdi


Pezeşkian Urmiya gölünə getdi

İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünün vəziyyətini qiymətləndirmək və onun bərpası istiqamətində görülən işlərlə tanış olmaq üçün sözügedən ərazidə olub.
O, Urmiya gölünün 26 bənddən ibarət fəaliyyət planının iyirmi il əvvəl hazırlandığını, lakin sənədin böyük hissəsinin hələ də icra olunmadığını dilə gətirib.
Pezeşkian effektiv həll yollarını müəyyən etmək üçün həm yerli, həm də beynəlxalq ekspertlərlə məsləhətləşmələrin aparılacağını açıqlayıb:
“Biz universitet professorlarını, tədqiqatçıları və mütəxəssisləri cəlb etməyə çalışırıq və irəliyə doğru düzgün yollar tapmaqda bizə kömək etmək üçün xarici təcrübədən istifadə etməyi planlaşdırırıq. O cümlədən, təmizlənmiş tullantı sularının yönləndirilməsi, Zərrineh və Simine çaylarından gələn axının idarə olunması ilə bağlı müxtəlif təklifləri nəzərdən keçiririk”, - deyə o, bildirib.
26-03-2025, 17:38
İmamoğlunun yerinə o seçildi


İmamoğlunun yerinə o seçildi

İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri vəzifəsini CHP-nin üzvü Nuri Aslan icra edəcək.
Bu haqda “TRT haber” məlumat yayıb.
O, İBB məclisində baş tutan səsvermə nəticəsində “korrupsiya” ittihamı ilə həbs edilən Əkrəm İmamoğlunun yerinə seçilib.
26-03-2025, 17:32
Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu

Azərbaycanda 3.6 maqnitudalı zəlzələ olub.
Bu barədə Respublika Seymoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yeraltı təka yerli vaxtla saat 17:09-da baş verib.
Samuxda qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
26-03-2025, 17:24
"Sülh müqaviləsi imzalayana qədər müharibə təhlükəsi var" - Rubinyan


"Sülh müqaviləsi imzalayana qədər müharibə təhlükəsi var" - Rubinyan

Müharibə təhlükəsi Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana qədər qalmağa davam edəcək.
Bunu jurnalistlərə parlamentin vitse-spikeri Ruben Rubinyan bildirib.
"Müharibə təhlükəsi dünən var idi, sabah da olacaq. Lakin müharibə üçün səbəb və əsas yoxdur", - o qeyd edib.
Rubinyan vurğulayıb: "Biz sülhə doğru irəliləyirik".
"Sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağı gözləyir", - o əlavə edib.
26-03-2025, 17:10
Xamənei 15 mindən çox məhbusu əfv etdi


Xamənei 15 mindən çox məhbusu əfv etdi

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei 15 mindən çox iranlı məhbusun əfv edilməsinə, cəzasının yüngülləşdirilməsinə və cəzasının çəkilməyən hissəsinin azaldılmasına razılıq verib.
Bu barədə martın 26-da İranın məhkəmə sisteminin başçısı Qulamrza Möhsüni-Ejei bildirib.
Məlumata görə, Xamənei Ejeinin Ramazan bayramı ilə bağlı müraciətinə razılıq verib.
26-03-2025, 16:40
İrəvana gedib Azərbaycan dilində danışdı - Ermənilər təşvişdə


İrəvana gedib Azərbaycan dilində danışdı - Ermənilər təşvişdə

Türkiyəli gəncin İrəvanda Azərbaycan dilində danışaraq video çəkməsi maraqla qarşılanıb.
Belə bir addımı Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir atıb.
O, əvvəlcə Gürcüstana, oradan isə Ermənistanın paytaxtına yollanıb.
Gənc səfər zamanı demək olar ki, hər addımını lentə alıb və İrəvanı "tarixi torpaqlarımız" adlandırıb.
O.Özdemirin videosu sosial şəbəkələrdə geniş kütləyə yayılıb və Ermənistan seqmentində ciddi narahatlığa səbəb olub.
26-03-2025, 16:31
Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi


Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Bu barədə xarici KİV məlumat yayıb.
Telefon danışığı zamanı xarici işlər nazirləri regional və beynəlxalq hadisələri müzakirə ediblər. Tərəflər həmçinin İsrailin Fələstin, Qəzza, Livan və Suriyaya hücumları, ABŞ-nin Yəmənə hərbi hücumu ilə bağlı fikir mübadiləsi aparıblar.
Əraqçi Türkiyədəki daxili siyasi vəziyyətə də toxunub. O, Türkiyədə baş verənləri tamamilə bu ölkənin daxili işi hesab edərək İranın mövqeyini bir daha təsdiqləyib. İranın xarici işlər naziri həmçinin Türkiyə hakimiyyətinin bu hadisələri türk xalqının maraqları əsasında idarə edəcəyinə əminliyini ifadə edib.
26-03-2025, 16:08
COP30-un Prezidentliyi təsis edildi


COP30-un Prezidentliyi təsis edildi

Braziliya Prezidentinin səlahiyyətlərini icra edən, vitse-Prezident Jeraldu Alkmin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu Sessiyasının (COP30) bu ölkədə keçirilməsi və bundan irəli gələn məsələlər barədə sərəncam imzalayıb.
Sənədə əsasən, COP30-un Prezidentliyi təsis edilib və hazırlıq prosesinin koordinasiyası üçün Təşkilat Komitəsi yaradılıb.
Müəyyən edilib ki, COP30-un Prezidenti iştirakçı ölkələr arasında iqlim maliyyəsi məsələsində konsensusun əldə olunması prosesinə bilavasitə rəhbərliyi həyata keçirir.
Xatırladaq ki, COP30-un Prezidentinin səlahiyyətləri Braziliyanın iqlim, energetika və ətraf mühit naziri Andre Korrea Du Laqoya tapşırılıb.
26-03-2025, 15:35
Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır


Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır

"Türkiyədə hakimiyyət və cəmiyyət arasındakı münasibətləri pozmağa çalışan ayrı-ayrı qüvvələr var".
Məlumata görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun iclasında bildirib.
O vurğulayıb ki, vəzifələr, titullar gəldi-gedərdir, əsas olan ölkəyə, millətə xidmət etməkdir.
"Biz cəmiyyətlə münasibətləri möhkəmləndirməyə çalışarkən, bəzi qüvvələr nifaq salmağa çalışırlar. Bizə qarşı olan düşmənliklərin bir qismi, müxtəlif maskalar altında ölkəni istismar edənlərin soyğunçuluq fəaliyyətlərini pozmağımızdan qaynaqlanır. 23 il ərzində ən böyük nifrəti bunlardan gördük. Türkiyəyə düşmən münasibət bəsləyən dairələr bu qüvvələrdən öz məqsədləri üçün kifayət qədər istifadə ediblər", - deyə Ərdoğan əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!