Sumqayıtda zəhərlənənlərin sayı 21-ə çatdı .....                        Daha bir küçədə avtobus zolağı .....                        Prezidentin sərəncamı 2469 nəfərə şamil ediləcək .....                        Yağış yenidən başlayır - XƏBƏRDARLIQ .....                        Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu .....                        Yeni Roma Papası kim olacaq? - SİYAHI+DOSYE .....                        Papanın ölümünə görə 3 ölkədə matəm elan olundu .....                        Bakının bir rayonunda 110 bina söküləcək .....                        Növbəti delimitasiya harada aparılacaq? - Mher Qriqoryandan cavab .....                       
28-03-2025, 22:40
Bu sənəd Türkiyənin daxili işlərinə qarışmağa yönəlib


Bu sənəd Türkiyənin daxili işlərinə qarışmağa yönəlib

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bir gün əvvəl Ankaraya qarşı qərəzli Bəyannamə qəbul edən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin ünvanına sərt tənqidlə çıxış edib.
O, Avropa Şurasının bu strukturunun mövqeyini “hüquqi reallıqdan uzaq” adlandırıb, onun qərəzsizlik prinsipini pozduğunu vurğulayıb.
Y.Tunç sosial şəbəkədəki paylaşımında Türkiyənin hüquqi dövlət olduğunu, müstəqil məhkəmələrin fəaliyyət göstərdiyi və “hüququn aliliyi” prinsipinə hörmət edildiyini vurğulayıb.
“Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Bəyannaməsi kimi siyasi xarakterli sənədlər müstəqil məhkəmə sisteminə deyil, Türkiyənin daxili işlərinə qarışmağa yönəlib. Davam edən məhkəmə prosesləri ilə bağlı qərəzli və birtərəfli bəyanatların nazirliyin ümumi qəbul edilmiş hüquqi normaları ilə heç bir əlaqəsi yoxdur”, - deyə nazir qeyd edib.
O əlavə edib ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi siyasiləşmiş və qərəzli ritorikaya əl atır ki, bu da ona olan inamı sarsıdır.
28-03-2025, 21:51
"Qarabağ"dan 4 qolluq qələbə


"Qarabağ"dan 4 qolluq qələbə

Misli Premyer Liqasında 18-ci tura start verilib.
Açılış oyununda son çempion "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb.
Matç qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu 67 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 43 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, tur martın 30-da başa çatacaq.
28-03-2025, 21:33
ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirmək istəyir


ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirmək istəyir

ABŞ Ukraynanın təbii sərvətləri üzərində nəzarət əldə etmək istəyir, lakin bu prosesdə Ukraynanın təhlükəsizliyinə zəmanət verilmir.
Bu barədə “Financial Times”, “Bloomberg” və “Reuters” kimi nüfuzlu media orqanları məlumat yayıb.
Yeni layihəyə görə, ABŞ Ukraynanın bütün təbii sərvətləri, o cümlədən neft və qaz yataqları üzərində geniş nəzarət əldə etmək istəyir. Layihə ABŞ-ın təbii sərvətlərin istismarına aid infrastruktur, dəmir yolları, avtomobil yolları, limanlar, mədənlər və emal zavodları üzərində də nəzarət əldə etməsini nəzərdə tutur.
Ukrayna tərəfi bildirir ki, ABŞ-ın təklifi ölkənin suverenliyinə təhlükə yaradır və Kiyevin Vaşinqtondan asılılığını daha da gücləndirir. Bir neçə Ukrayna rəsmisi ABŞ-ın yeni təklifini "ədalətsiz saziş" və "talan" kimi xarakterizə edib.
Amerikanın təqdim etdiyi təklifə əsasən, Ukrayna təbii sərvətlərin istismarı və infrastruktur layihələrindən əldə etdiyi gəlirin yarısını ABŞ-la birgə yaradılmış xüsusi investisiya fonduna köçürməlidir. Bununla yanaşı, ABŞ fondun bütün mənfəətini və illik 4% gəliri əldə edəcək, bu da ABŞ-ın Ukraynaya göstərdiyi 100 milyard dollarlıq "hərbi borcu" geri qaytarmaq məqsədilə nəzərdə tutulub.
ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası (DFC) fondun idarəçiliyini həyata keçirəcək və beş müşahidə şurası üzvündən üçünü təyin edəcək. Bu isə Ukraynanın fond üzərində nəzarət imkanlarını məhdudlaşdırır.
Həmçinin, sazişə görə, ABŞ Ukrayna təbii sərvətlərini, xüsusən də neft və qazı, digər potensial alıcılardan əvvəl almaq hüququna malik olacaq. Vaşinqton həmçinin Ukraynanın təbii sərvətlərini ABŞ-ın "strateji rəqibləri"nə satmasını qadağan edir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, saziş layihəsi hələ də müzakirə mərhələsindədir və rəsmi Kiyev ABŞ-la əməkdaşlığa açıqdır. Lakin o, ABŞ-ın hərbi yardımını dayandırmasından və ya kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırmasından ehtiyat etdiyini qeyd edib.
ABŞ rəsmiləri bildirirlər ki, təklif olunan saziş Ukrayna üçün iqtisadi cəhətdən əlverişli olacaq və iki ölkə arasındakı əlaqələri gücləndirəcək. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ceyms Hyuitt deyib ki, bu saziş uzunmüddətli sülhün və təhlükəsizliyin təməlini qoyacaq.
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, saziş yaxın həftələrdə imzalana bilər. Lakin Ukrayna rəsmiləri sazişin bu formada qəbul ediləcəyinə şübhə ilə yanaşırlar.
ABŞ Prezidenti Donald Tramp isə deyib ki, saziş ABŞ-a Ukraynaya edilən milyardlarla dollarlıq investisiyaları geri qaytarmağa kömək edəcək. Onun sözlərinə görə, Avropa ölkələri Ukraynaya yalnız kreditlər təqdim etdiyi halda, ABŞ ona təmənnasız yardım göstərib.
Ümumilikdə, ABŞ-ın əsas məqsədi Ukraynanın təbii sərvətlərini nəzarət altına almaq və eyni zamanda Vaşinqtona sərf edilən maliyyə vəsaitlərini geri qaytarmaqdır. Lakin bu təklifin Ukrayna tərəfindən qəbul ediləcəyi hələ ki, qeyri-müəyyəndir.
28-03-2025, 21:15
Ağsuda qəza - 8 nəfər yaralandı


Ağsuda qəza - 8 nəfər yaralandı

Ağsu rayonunda baş vermiş avtomobil qəzası nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər
Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.
28-03-2025, 20:05
Ramazanın 29-cu günü - İmsak və iftar vaxtı


Ramazanın 29-cu günü - İmsak və iftar vaxtı

Martın 29-u Ramazan ayının 29-cu günüdür.
Sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir.

İmsak duası:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”.

Tərcüməsi:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
28-03-2025, 18:28
Türkiyədə bələdiyyə sədrinin müavini həbs edildi


Türkiyədə bələdiyyə sədrinin müavini həbs edildi

Türkiyədə İstanbul şəhərinin Şişli bələdiyyə sədrinin müavini Ebru Özdemir həbs edilib.
Bu barədə TRT kanalı məlumat yayıb.
O, PKK terror təşkilatının "şəhər konsensusu" adı altında fəaliyyətləri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Ebru Özdemir "Silahlı terror təşkilatına köməklik göstərmək" maddəsi üzrə çıxarıldığı məhkəmədə həbs olunub.
28-03-2025, 17:51
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək


Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi ilin sonuna tam istifadəyə veriləcək. Ora 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.
Stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.
Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.
28-03-2025, 17:47
Kralı xəstəxanaya apardılar


Kralı xəstəxanaya apardılar

Martın 27-də Böyük Britaniya Kral III Çarlz xərçəng xəstəliyinin müalicəsi zamanı yaranan müvəqqəti yan təsirlərlə əlaqədar qısa müddətli xəstəxanaya gedib, müşahidə altına alınıb.
Bu barədə Bukinqem sarayı məlumat yayıb. Bildirilib ki, 76 yaşlı Kral həmin günün axşamı Klarens Haus rezidensiyasına qayıdıb və hazırda dövlət işlərini davam etdirir.
Kralın martın 28-də Birminqem şəhərində planlaşdırılan səfəri və orada keçirilməsi nəzərdə tutulan dörd tədbir, eləcə də üç səfirin etimadnamələrinin qəbulu təxirə salınıb. Saraydan bildirilib ki, Kral Çarlz bu tədbirlərin təxirə salınmasına görə məyusdur və onların yenidən planlaşdırılmasını səbirsizliklə gözləyir.
Bukinqem sarayının sözçüsü qeyd edib ki, bu cür yan təsirlər xərçəng müalicəsi alan xəstələr üçün qeyri-adi deyil və Kralın ümumi müalicə prosesi müsbət istiqamətdə davam edir. Saray mənbələri bu vəziyyəti yolda kiçik bir maneə kimi qiymətləndirib və Kralın səhhətinin çox yaxşı istiqamətdə irəlilədiyini vurğulayıblar.
28-03-2025, 17:29
İmamoğlunun vəkili sərbəst buraxıldı


İmamoğlunun vəkili sərbəst buraxıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan sərbəst buraxılıb.
İstanbul Respublika Baş Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddəsi üzrə saxlanılan Mehmet Pehlivanın polis bölməsindəki əməliyyatları tamamlanıb və ifadəsi alınıb.
Pehlivan xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbiri altında sərbəst buraxılıb.
28-03-2025, 17:23
Yeni filmdə Putini canlandırır - FOTO


Yeni filmdə Putini canlandırır - FOTO

Rusiya Prezidenti Vladimir Putindən bəhs edən "Kreml sehrbazı" filminin çəkilişləri başlayıb.
Filmdə Putin obrazını ingilis aktyor Cud Lou canlandırıb.
Filmin çəkilişləri Latviyada aparılır, aktyorun Putinə bənzədilməsi üçün xüsusi saç və makiyaj tətbiq olunub.
Ekran əsəri Giuliano da Empolinin eyniadlı kitabı əsasında çəkilib. Kitab 1990-cı illərdə Vladimir Putinin siyasi strateqinə çevrilən televiziya prodüseri Vadim Baranovun hekayəsindən bəhs edir.
Fransız rejissor Olivier Assayasın çəkdiyi filmdə Cud Lou Putinin prezidentliyinin ilk illərini canlandırır. Filmdə əsas diqqət Putinə deyil, onun köməkçisi Vadim Baranova yönəlib. Kadr heyətində Paul Dano, Alisia Vikander və Zax Qalifianakis kimi tanınmış aktyorlar yer alır.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!