SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
20-04-2025, 13:10
Türkiyədə uçuşlar ləğv edildi


Türkiyədə uçuşlar ləğv edildi

2025-ci il aprelin 20-də Orta və Şərqi Qara dəniz bölgəsində müşahidə olunan qatı duman hava nəqliyyatında ciddi çətinliklərə səbəb olub.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bu səbəbdən bəzi uçuşlar ləğv edilib, bəziləri isə təxirə salınıb.
Dumanın təsirini itirməsindən sonra uçuşların normal rejimə qayıtması planlaşdırılır.
20-04-2025, 12:55
Trampa qarşı etiraz aksiyası


Trampa qarşı etiraz aksiyası

ABŞ-də Prezident Donald Trampın siyasətinə qarşı etiraz aksiyası keçirilib.
Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Etirazçılar hesab edirlər ki, Tramp vətəndaş azadlıqlarını və hüququn aliliyini heçə sayır, miqrasiya siyasətində həddindən artıq sərt addımlar atır, federal iş yerlərini ixtisar edir və bu davranışları ilə ölkə iqtisadiyyatına zərər vurur.
20-04-2025, 12:43
Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı


Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb.
Bu barədə erməni KİV-i məlumat yayıb.
Onlar rüşvət almaqda şübhəli bilinirlər.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.
Məmurların adları və vəzifələri açıqlanmır.
20-04-2025, 12:40
Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar


Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb.
O, oğlunun həbs edilmədiyini bildirib:
“Oğlum yanımdadır, həbs edilməyib. Əgər tutulsaydı rəsmi qurum məlumat yayardı”.
20-04-2025, 12:07
İrəvanda kütləvi dava - Ölən və yaralananlar var


İrəvanda kütləvi dava - Ölən və yaralananlar var

Ermənistanın paytaxtı İrəvanda silahlı qarşıdurma zamanı yeniyetmə öldürülüb.
Nəşrin məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Hadisə zamanı zərərçəkənlərdən biri Tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib. Daha iki yaralı müxtəlif xəsarətlərlə başqa klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən iki şəxsi müəyyən edərək saxlayıblar.
20-04-2025, 11:18
Sumqayıtda hündürlükdən yıxılan kişi öldü


Sumqayıtda hündürlükdən yıxılan kişi öldü

Sumqayıt şəhərində hündürlükdən yıxılan kişi ölüb.
Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
4-cü mərtəbədən yıxılan 51 yaşlı Mübariz Tağıyev hadisə yerində ölüb.
Fakt araşdırılır.
20-04-2025, 10:53
DİN-dən antinarkotik təbliğatı ilə bağlı sosial çarx


DİN-dən antinarkotik təbliğatı ilə bağlı sosial çarx

DİN-dən daha bir çağırış: “Narkotik təkcə səni yox, ailəni də məhrumiyyətə düçar edir”.
Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə növbəti sosial çarx hazırlayıb.
Sosial çarxda narkotikin təkcə ondan istifadə edənlərin yox, doğmalarının da həyatını necə məhv etdiyi göstərilir.

20-04-2025, 10:40
Tramp rüsumların tətbiqini dayandırdı


Tramp rüsumların tətbiqini dayandırdı

ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lyutniklə söhbətdən sonra ticarət rüsumlarının tətbiqini dayandırmaq qərarına gəlib.
Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Bessent və Lyutnik Trampı “aqressiv qlobal tarif planını” dayandırmağa inandırmaq istəyiblər.
Nəticədə, nazirlər Trampla planlaşdırılmamış bir görüş imkanı taparaq, onu rüsumların tətbiqindən imtina etməyə inandıra biliblər.
20-04-2025, 10:04
Çin “hidrogen bombasını” uğurla sınaqdan keçirdi


Çin “hidrogen bombasını” uğurla sınaqdan keçirdi

Çin, nüvə materiallarından istifadə etmədən
işləyən qeyri-nüvə "hidrogen bombası"nın uğurlu sınağını həyata keçirib.
Bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) 705 saylı Tədqiqat İnstitutu tərəfindən hazırlanan bu cihaz, maqnezium hidrid adlı kimyəvi birləşməyə əsaslanır. Sınaq zamanı 2 kq-lıq bu cihaz, 1000°C-dən yüksək temperaturda və 2 saniyədən çox davam edən alov topu yaradıb. Bu, ekvivalent TNT partlayışından 15 dəfə uzun müddətlidir.
Maqnezium hidrid, yüksək miqdarda hidrogen qazı saxlaya bilən bərk vəziyyətli hidrogen saxlama materialıdır. Ənənəvi partlayıcılarla aktivləşdirildikdə, bu material sürətli termal parçalanmaya məruz qalaraq hidrogen qazı buraxır və bu qaz alovlanaraq geniş sahəyə yayılan güclü bir partlayış yaradır.
Bu texnologiya, nüvə materiallarından istifadə etmədən yüksək enerjili partlayışlar yaratmaqla, həm hərbi, həm də enerji sahəsində yeni imkanlar aça bilər. Lakin, hazırda Çin Xalq Azadlıq Ordusunun bu texnologiyanı hansı məqsədlərlə istifadə edəcəyi və ya silahlandıracağı barədə rəsmi məlumat yoxdur.
Bu inkişaf, Çin və digər ölkələrin nüvə texnologiyaları sahəsindəki yarışının bir hissəsi kimi qiymətləndirilə bilər. Xüsusilə, nüvə enerjisinin sülh məqsədli istifadəsi və nüvə silahlarının yayılmasının qarşısının alınması məsələləri qlobal gündəmdə önəmli yer tutur.
20-04-2025, 09:42
Nigeriyada silahlı basqın - 56 nəfər öldü


Nigeriyada silahlı basqın - 56 nəfər öldü

Nigeriyanın mərkəzi hissəsində yerləşən Benue ştatında silahlıların hücumu 56 insanın ölümünə səbəb olub.
Qubernatorun mətbuat üzrə müşaviri Solomon İorpev hücumlar nəticəsində ölənlərin sayının 56 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, axtarış əməliyyatları zamanı qurbanların sayı arta bilər.
Daha əvvəl silahlı maldarlar tərəfindən törədildiyi güman edilən hücum nəticəsində 17 nəfərin öldüyü bildirilirdi.
Hadisə cümə günü gecə baş verib və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!