SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
27-04-2025, 16:50
Sabah İranda Milli Matəm Günü olacaq


Sabah İranda Milli Matəm Günü olacaq

İranda 28 aprel Milli Matəm Günü elan edilib.
Bu barədə İran hökuməti məlumat yayıb.
Qeyd edilib ki, Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar 28 aprel Milli Matəmi Günü elan olunub.
Bundan əvvəl Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilmişdi.
Xatırladaq ki, son məlumata əsasən, aprelin 26-da İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə nəfərə çatıb, 6 nəfər itkin düşüb, 1139 yaralı var.
27-04-2025, 16:36
ABŞ-dən Yəmənə son 41 gündə 1200 hücum


ABŞ-dən Yəmənə son 41 gündə 1200 hücum

Yəmənin “Ənsar Allah” hərəkatı ABŞ döyüş təyyarələrinin martın 15-dən bəri Yəmənə 1200-dən çox hava hücumu təşkil etdiyini açıqlayıb.
Yəmənin husilərdən ibarət hökumətinin Xarici İşlər Nazirliyi hücumlar nəticəsində yüzlərlə dinc sakinin həlak olduğunu, yüzlərlə insanın yaralandığını, çoxsaylı mülki obyektlərin, o cümlədən yaşayış məntəqələri, limanlar, səhiyyə müəssisələri, su anbarları və tarixi yerlərin dağıdıldığını açıqlayıb.
27-04-2025, 15:48
Cüdoçularımızdan Avropa çempionatında 5 medal


Cüdoçularımızdan Avropa çempionatında 5 medal

Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatını 5 medalla başa vurub.
Yığma Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə edib.
100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnib. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıb.
Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (-60 kq) isə 7-ci pillədə tamamlayıb. Yığma mötəbər turnirdə qarışıq komanda yarışında da iştirak edib.
Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-cı yeri tutub.
Qeyd edək ki, Zelim Kotsoyevdən başqa bütün mükafatçılarımız karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olublar. Azəbaycan cüdo tarixində ilk dəfə olaraq idmançılarımız qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.
Ölkəmizi Avropa çempionatında 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.
27-04-2025, 15:04
51 mindən çox şagird imtahan verdi


51 mindən çox şagird imtahan verdi

Bu gün Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bu gün Bakı şəhəri üzrə xüsusi təhsil müəssisələrinin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi ayrılıb.
İmtahanda 51908 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 74 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.
Aprelin 28-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

***

00:55

27 aprel 2025-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, imtahanda Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Aprelin 27-də Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri iştirak edəcəklər.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda 51908 şagirdin iştirakı nəzərdə tutulur.
27-04-2025, 14:11
7 sərhəd pozucudan biri zərərsizləşdirildi, üçü saxlanıldı


7 sərhəd pozucudan biri zərərsizləşdirildi, üçü saxlanıldı

Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.
Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilib, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılıb.
Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb.
Baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilib.
Fakt üzrə Azərbaycan Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
27-04-2025, 13:19
Hindistan-Pakistan sərhədində yenidən atışma


Hindistan-Pakistan sərhədində yenidən atışma

Pakistan hərbçiləri şənbə günündən bazar gününə keçən gecə Hindistanın Cammu və Kəşmirdəki nəzarət xəttini atəşə tutub.
Bu barədə Hindistanın “Press Trust India” (PTI) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, sərhəddə atışma Tutmari Qali və Rampur rayonlarında qeydə alınıb. Mənbələrin bildirdiyinə görə, Hindistan ordusunun şəxsi heyəti atıcı silahlardan cavab verib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
PTI qeyd edib ki, Hindistan-Pakistan sərhədində atəşkəs razılaşması Cammu və Kəşmirdə Pahalqam terror aktından sonra üçüncü dəfədir ki pozulur.
27-04-2025, 13:04
Sabahın havası


Sabahın havası

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Ayın 27-dən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.
27-04-2025, 10:49
Trampdan Ukrayna ilə bağlı xahiş


Trampdan Ukrayna ilə bağlı xahiş

ABŞ prezidenti Donald Tramp estoniyalı həmkarı Alar Karisi əmin edib ki, Vaşinqton Kiyev və Moskva arasında danışıqlar prosesindən geri çəkilməyəcək.
Bu barədə “RBC-Ukrayna” ERR-ə istinadən məlumat yayıb.
A.Karis bildirib ki, o, Trampdan sülh prosesinin necə getdiyini soruşub və ondan ABŞ-nin Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçi kimi qalması üçün əlindən gələni etməsini istəyib.
“Mən sülh prosesinin necə getdiyini soruşdum və ondan prosesin davam etməsi, ABŞ-nin (vasitəçi rolundan – red.) geri çəkilməməsi üçün hər şeyi etməsini xahiş etdim”, - Estoniya prezidenti bildirib.
26-04-2025, 22:40
"Fənərbağça"dan inamlı qələbə


"Fənərbağça"dan inamlı qələbə

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunu keçirilib.
“Fənərbağça” səfərdə “Qaziantep”in qonağı olub. Gərgin və maraqlı keçən görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı meydan sahibləri açsa da, “sarı lacivərdlilər” üç top vuraraq qələbə qazanıb.
Bu nəticədən sonra xallarını 75-ə çatdıran “Fənərbağça” ikinci pillədə qərarlaşıb.
26-04-2025, 22:14
Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı


Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistan prezidenti Vaaqn Xaçatryanla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Bu barədə K.Kallas "X"dəki səhifəsində yazıb.
“Mən Romada prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim. Biz Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və regionda sülhün əldə edilməsi səyləri barədə fikir mübadiləsi aparmışıq”, - o söyləyib.
Xatırladaq ki, ötən gün K.Kallas Azərbaycanda səfərdə olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!