Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                        Maşın kanala aşdı, 5 nəfər yaralandı .....                        İlham Əliyev Şahbaz Şəriflə danışıqlar apardı .....                        3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi - Cəmi 28 yaşında... .....                       
19-04-2025, 11:40
6 kq narkotiki ölkəmizə keçirmək istəyənlər tutuldu


6 kq narkotiki ölkəmizə keçirmək istəyənlər tutuldu

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Belə ki, aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılmışdır.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991 ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılmışdır.
Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülmüşdür
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
19-04-2025, 11:09
İşə düzəltmək adı ilə 88 minlik dələduzluq


İşə düzəltmək adı ilə 88 minlik dələduzluq

Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların ümumilikdə 88600 manatının dələduzluq yolu ilə mənimsənilməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.
Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.
Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
19-04-2025, 10:48
Gəmidəki yanğın 148 nəfərin ölümünə səbəb oldu


Gəmidəki yanğın 148 nəfərin ölümünə səbəb oldu

Konqo Demokratik Cümhuriyyətində ynan gəminin batması nəticəsində 148 nəfər ölüb.
Daha 100-dən çox adam itkin düşüb.
Qeyd olunub ki, göyərtəsində təxminən 500 nəfərin olduğu “HB Kongolo” gəmisi aprelin 16-da Matankum limanından çıxaraq Konqo çayı ilə Bolomba şəhərinə doğru üzüb.
Sərnişinlər üçün yemək hazırlanan mətbəxdə başlayan yanğın qısa müddətdə gəmini bürüyüb və məhz buna görə sağ qalanların çoxu ağır yanıq xəsarətləri alıb.
Konqo səlahiyyətliləri Qırmızı Xaçla birlikdə itkin düşənlərin axtarışını davam etdirir.
19-04-2025, 07:05
Təbrizin "Tıraktur" marşı

Təbrizin "Tıraktur" marşı

Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinov Təbrizin "Tıraktur" futbol klubu üçün "Zəfər marşı" bəstələyib. Bu barədə danışan Xalq artisti "Tırktur" üçün marş yazılmasını akademik Rafael Hüseynovun təklif etdiyini bildirib. F.Sücəddinovun sözlərinə görə, marş 12 nəfərlik xor tərəfindən ifa olunub:
"Ancaq biz bunu elə formaya salmışıq ki, 60 nəfərlik xorun ifası kimi səslənir. Solo ifa isə Tural Ağasıyevə məxsusdur. Biz bu təşəbbüsü can-başla işlədik, hesab edirik ki, bu marş "Tıraxtur" klubunu daha böyük zəfərlərə aparacaq".
"Tıraxtur" möcüzəsi öz fəlsəfəsi etibarilə yalnız Azərbaycan hadisəsi deyil, dərindən düşünülərsə və daha nəhəng müstəvidə götürülərsə, əks-sədası sonralar hələ daha qabarıq duyulacaq, ənənəyə çevrilməli qüvvətli milli xarakter təzahürüdür".
"Fəlsəfəsi etibarilə vahid rəmz – istiqlalın, daxili azadlığın, müstəqilliyin, öz iradəsinin şəriksiz sahibi olmağın, elin, dilin simgəsi; amma “Tıraxtur” həm də bu anlayışların hər birini təcəssüm etdirən bir-birindən sevimli rəmzlər silsiləsidir".
Zəfər Marşı
Hücuma keç, üstünlüyü al ələ,
Rəqiblərin meydanını dar elə.
Qalibiyyət inamı yay hər kəsə,
Təbrizimlə, Güneyimlə səs-səsə!

Dərsini ver səni zəif bilənin,
Hərdən sənə üstdən baxıb gülənin.
Hamı görsün sən bir yatmış aslansan,
Coşduğunda sən gur selsən, vulkansan!

İrəli qoş, sıranı yar, qol vur, qol,
Milyonlarla qollar qalxsın, fateh ol!
Atdığın top bütün xalqı oyadır,
Sən millətə ruh verənsən, “Tıraxtur”!

Xalqın sənə daim arxa olubdur,
Elə güvən, sən də xalqa arxa dur.
Sən bu xalqın əzmi, eşqi, “Tıraxtur”,
Sən millətin zəfər məşqi “Tıraxtur”!


19-04-2025, 00:16
"Qalatasaray"dan iki qolluq qələbə


"Qalatasaray"dan iki qolluq qələbə

Futbol üzrə Türkiyə Superliqasında XXXII tura start verilib.
"Qalatasaray" doğma meydanda "Bodrum"u qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da İstanbul nəhəngi turnir cədvəlində 77 xalla liderliyini möhkəmlədib. Qonaqlar isə 34 xalla 14-cü pillədə yer alır.
18-04-2025, 23:34
İnternet Vergi İdarəsinə giriş təhlükəli ola bilər - ÇAĞIRIŞ


İnternet Vergi İdarəsinə giriş təhlükəli ola bilər - ÇAĞIRIŞ

Son vaxtlar Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsinə daxil olmaq üçün istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir.
Bu cür təhlükələrin qarşısını almaq və məlumatların təhlükəsizliyini təmin etmək üçün önləyici tədbirlərin görülməsi tövsiyə olunur.
Belə ki, Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyiciləri, torpaq istifadəçiləri və ailə kəndli təsərrüfatlarının başçıları istifadəçi kodu, parol və şifrədən imtina edərək daha təhlükəsiz olan gücləndirilmiş elektron imza növlərini (“Sima” imza, “Asan İmza” (mobil ID) və s.) əldə etməlidirlər.
Mövcud parolu ən azı 8 simvoldan ibarət, böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollardan (@, #, !, %) ibarət mürəkkəb bir şifrə ilə əvəz etmək və eyni şifrəni müxtəlif hesablar üçün istifadə edilməməli.
“Fișinq” hücumlarından (internet fırıldaqçılığından) qorunmaq üçün naməlum e-poçt ünvanlarından və mesajlardakı internet ünvanları (linklər) üzərindən keçid (klik) edilməməsi, mövcud şifrələrin başqalarına etibar olunmaması, mənbəyi yoxlamadan heç bir faylın endirilməməsi (yüklənməməsi), bankların və ya sosial şəbəkələrin adından e-poçt və SMS ilə göndərilən mesajlarda göstərilən şifrələrin daxil edilməməsi, linklərin yoxlanılması lazımdır.

Məsələn:

Doğru portal.

“Fişinq” portalı.

“VPN” və “Şifrəli Bağlantılar”dan faydalanmaq üçün Wi-Fi şəbəkəsində WPA3 və ya WPA2 təhlükəsizlik protokolunun aktivləşdirilməsi, xüsusilə ictimai Wi-Fi şəbəkələrdə (kafe, hava limanı) etibarlı VPN-dən, hər zaman HTTPS protokolu olan saytlardan istifadə edilməsi (// yox, // olmalıdır) tövsiyə olunur. Lisenziyalı “Antivirus” proqram təminatlarının və Firewall (icazəsiz girişi bloklamaq üçün qurğu və ya qurğular sistemi) tətbiq edilməsi (antivirus proqram təminatının quraşdırılması, Firewall-un aktiv edilməsi və avtomatik yenilənmələrin aktiv saxlanılması), kompüterdə naməlum proqramların və əlavələrin silinməsi lazımdır.
İnternet brauzerlərdə (məsələn Google Chrome) və cihazlarda portala avtomatik girişin (“remember me” funksiyasının) deaktiv edilməsi, portaldan istifadədən sonra çıxış edilməsi (xüsusilə ictimai qaydada istifadə olunan kompüterlərdə), İnternet brauzerlərdə saxlanmış şifrələrin silinməsi və ya “şifrə menecerləri”ndən istifadə olunması təklif olunur. Proqram təminatının daim yenilənməsi (Android, iOS, Windows, macOS), naməlum mənbələrdən proqram təminatlarının endirilməməsi (yüklənməməsi), məlumat sızması (oğurluğu) baş verdikdə bütün cihazlardan çıxış edilməsi (“Log out of all devices” funksiyasının aktiv edilməsi), aşağıdakı şəkildə istifadəçi giriş məlumatlarının dərhal dəyişdirilməsi və (və ya) Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək lazımdır.
İstifadəçi kodu, parolu və şifrənin dəyişdirilməsi üçün İnternet Vergi İdarəsində “Giriş” düyməsi sıxılır, açılan pəncərənin “Kod/Parol/Şifrə” hissəsində “İstifadəçi kodu”, “Parol” və “Şifrə” məlumatları daxil edilir. Daha sonra “Bölmə” hissəsində “E-bəyannamə, ƏDV-DH və ŞHV” seçilərək “Daxil ol” düyməsi sıxılmaqla sistemə daxil olunur. Açılan pəncərədə İstifadəçi parolunun dəyişdirilməsi üçün “Dəyişiklik” - “Parol dəyiş” menyusu seçilir və parol dəyişdirilir. İstifadəçi parolu dəyişdirildikdən sonra “Qəbul” düyməsi sıxılaraq yeni parol təsdiq edilir.
"Asan İmza" istifadəçi ID-sinin portal üzərindən dəyişdirilməsi üçün İnternet Vergi İdarəsinə (//new.e-taxes.gov.az/etaxes/) daxil olaraq “Asan İmza şəxsi kabineti” düyməsi, açılan pəncərədə "Asan İmza" nömrəsi və İstifadəçi ID məlumatları daxil edilərək “daxil ol” düyməsi sıxılır. Sistemə daxil olduqdan sonra “İstifadəçi ID”sinin dəyişdirilməsi üçün “Ayarlar” bölməsi seçilir, sonra “Asan İmza İstifadəçi ID-sinin dəyişdirilməsi” üçün açılmış pəncərədəki “Dəyiş” düyməsi sıxılır. Açılan pəncərədə yeni İstifadəçi ID-si müəyyən edilir və “Təsdiqlə” düyməsi sıxılır. “Təsdiqlə” düyməsi sıxıldıqdan sonra telefona gəlmiş mesaj əsasında "Asan İmza" PİN-1 kodu yığılaraq əməliyyat sona çatdırılır.
"Asan İmza" istifadəçi ID-sinin AsanDoc proqramı vasitəsi dəyişdirilməsi üçün AsanDoc proqramı kompüterə yüklədikdən sonra açılan pəncərədə “Ayarlar” bölməsini seçərək “Mobil İmza istifadəçi ID-sinin dəyişdirilməsi” sıxılır. Açılan növbəti pəncərədə İstifadəçi ASAN İmza mobil telefon nömrəsi, cari ASAN imza İstifadəçi ID-si, sonra isə yeni ASAN İmza İstifadəçi ID-si daxil edilərək “İstifadəçi ID-sinin dəyişdirilməsi” düyməsi sıxılır.
DVX hesab edir ki, göstərilən qabaqlayıcı tədbirlər istifadəçi giriş məlumatlarınızın məxfiliyini qorumağa xidmət edəcək.
18-04-2025, 23:13
Paşinyan Qazaxla sərhədə gəldi


Paşinyan Qazaxla sərhədə gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə gəlib.
O, Qazaxla sərhədə baş çəkib.
Paşinyan sərhəddə yerləşən Kirants kəndində delimitasiydan sonra görülən işlərlə maraqlanıb.
18-04-2025, 22:07
Soyqırımı qurbanlarına baxmağa üzləri belə olmayıb... - FOTO


Soyqırımı qurbanlarına baxmağa üzləri belə olmayıb... - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 18-də davam etdirilib.
Məhkəmədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş hadisələrlə bağlı müvafiq istintaq hərəkəti protokolları tədqiq olunub.
Daha sonra Xocalı soyqırımı ilə bağlı kadrların nümayiş etdiriləcəyi, videomateriallarda həssas məqamların olduğu nəzərə alınaraq, ürəyi zəif olanların zaldan çıxmaları barədə xəbərdarlıq edilib.
Videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub. Videonun nümayişi zamanı zalda olanlar kövrəlib.
Videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub.
33 il öncə Milli Qəhrəman Çingiz Mustafayevin “Üzünü qaldır, üzünü” deyərək lentə aldığı körpələrin görüntülərini təqsirləndirilən şəxslər də izləyib. Onların bəziləri videogörüntülərin onlara guya pis təsir etdiyini öz hərəkətləri ilə nümayişkəranə şəkildə göstəriblər. Bəzilərinin isə görüntülərə baxmağa üzü belə olmayıb.



18-04-2025, 18:08
Müavinət və təqaüdlərdə artım olacaq - Nazirlik


Müavinət və təqaüdlərdə artım olacaq - Nazirlik

Prezident İlham Əliyevin tapşırıqları əsasında 2025-ci ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılıb: minimum əməkhaqqının 16 faiz artımla 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib. Yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial ödənişlərin artırılması ilə yanaşı, sosial rifahda mühüm amil olan məşğulluğun təminatına yönələn proqramların getdikcə daha da genişləndirilməsinin, dövlət sosial xidmətlərində innovativ həllərin geniş tətbiqi işlərinin davam etdirilməsinin əsas prioritetlərdən olduğunu deyib.
İclasda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 mln. manat çox olmaqla 2 mlrd. 14 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 mln. manat artaraq 1 mlrd. 864 mln. manat təşkil etdiyi bildirilib. Bu dövrdə pensiya ödənişlərinə də ötən ilin müvafiq dövrünə nisbətən 156 mln. manat və ya 10 faiz çox olmaqla 1 mlrd. 768 mln. manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 mln. manat, 402 min nəfərə Prezident təqaüdləri olaraq 173 mln. manat ödənildiyi qeyd olunub.
Cari ilin birinci rübündə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 84,7 min şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, o cümlədən 27,2 min şəxsin işlə təminatının həyata keçirildiyi, 1195 şəxsin özünüməşğulluq proqramına, 1221 işsiz şəxsin peşə kurslarına, 55,1 min şəxsin peşəyönümü xidmətlərinə cəlb edildiyi bildirilib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin hesabat dövründə əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, habelə elektron əmək müqaviləsinə keçid sahəsində gördüyü işlər qeyd edilib. Eləcə də əməkhaqqı və digər sosial xarakterli ödənişlərdən ibarət 80 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi, bu vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin, işdən qanunsuz çıxarılmış 17 nəfərin əvvəlki işlərinə bərpasının təmin edildiyi diqqətə çatdırılıb.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, DOST Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübündə görülən işlərdən bəhs olunub. Qeyd olunan dövrdə 3,4 min tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, sosial xidmət müəssisələrində 2,3 min şəxsin xidmətlə təmin edildiyi, daha 32 uşağın övladlığa və 9 uşağın himayədar ailələrə verildiyi diqqətə çatdırılıb.
Həmin dövrdə 213 min, ümumən ötən dövrdə 3,4 milyon vətəndaşın DOST mərkəzlərinin xidmətlərindən yararlandığı, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam etdirildiyi qeyd edilib.
Yanvar-mart aylarında 11,6 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 27,9 min şəxsin reabilitasiya xidmətləri, 4,5 min şəxsin 29,4 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.
İclasda sənədlərlə və vətəndaş müraciətləri ilə iş, vətəndaşların qəbulu və s. sahələrdə ilk rüb ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
18-04-2025, 18:00
Sərhədimizdə PUA zərərsizləşdirildi - FOTO


Sərhədimizdə PUA zərərsizləşdirildi - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, aprelin 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!