Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
16-04-2025, 21:31
Şəhid Əkrəm Şadmanovun oğlu dünya birincisi oldu - FOTO


Şəhid Əkrəm Şadmanovun oğlu dünya birincisi oldu - FOTO

Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb.
Sidneydə keçirilən beynəlxalq olimpiyadada dünyanın dörd bir yerindən gələn iştirakçılar rəqabət apararaq biliklərini nümayiş etdirib.
Araz Şadmanov 64 nəfər arasında qızıl medal alaraq 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirib.
Qeyd edək ki, Araz Şadmanzadə ötən ilin dekabrında keçirilən IMEC Online Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq Sidney Olimpiadasında iştirak hüququ əldə etmişdi.


16-04-2025, 21:08
Seldə həyatını itirən sahə rəisi - FOTO


Seldə həyatını itirən sahə rəisi - FOTO

Xəbər verdiyimiz kimi, Ağsunun Kalva kəndində sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
İlkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hadisə nəticəsində həyatını itirən Həyatullayev Pərviz sahə rəisi olub.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

16-04-2025, 21:00
Şabranda güclü sel evi dağıtdı


Şabranda güclü sel evi dağıtdı

Güclü yağış Şabran rayonunda fəsadlar törədib.
Rayonda evlərdən biri sel nəticəsində dağılıb.
Görüntülər sosial şəbəkədə paylaşıb. Hadisənin 20 Yanvar küçəsində baş verdiyi bildirilir.
Qeyd edək ki, yağış nəticəsində rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb. Güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Ətraf ərazidə yaşayan 15 ailə təhlükəsiz yerə təxliyə edilib.
16-04-2025, 20:55
Sabunçu tunelindəki su çəkildi


Sabunçu tunelindəki su çəkildi

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.
Bu barədə FHN-dən məlumat verilib.
Hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.
16-04-2025, 20:06
Bu universitetdə dövlət imtahanı ləğv edildi


Bu universitetdə dövlət imtahanı ləğv edildi

Bu il Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə buraxılış sessiyasında Dövlət Buraxılış İmtahanları olmayacaq.
Gələn ildən etibarən Müalicə-profilaktika fakültəsinin tələbələri də adıçəkilən imtahanları verməyəcəklər:
Bütün fakültələrdə yeni formatda buraxılış imtahanları keçiriləcək. Yəni tələbələr bilet çəkib, sual-cavabla imtahanlarını verəcəklər.
Nəzərdə tutulmuş 100 ballıq sistemin 50-si OSKİ, 50-si isə şifahi imtahanlar hesabına toplanacaq. Şifahi imtahan isə 2 mərhələdən – nəzəri və praktik hissədən ibarət olacaq.
16-04-2025, 19:38
Kavelaşvilinin Azərbaycana səfəri başa çatdı - FOTO


Kavelaşvilinin Azərbaycana səfəri başa çatdı - FOTO

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 16-da başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.


16-04-2025, 18:38
Gürcüstan Prezidenti Milli Məclisdə - FOTO


Gürcüstan Prezidenti Milli Məclisdə - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Gürcüstan Prezidenti Milli Məclisin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Gürcüstan Prezidentini və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın Milli Məclisində səmimi salamlayan spiker Sahibə Qafarova bir müddət əvvəl Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.
Parlamentin sədri Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Bildirib ki, bu, eyni zamanda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bir göstəricisidir. Spiker bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri Gürcüstanla əlaqələrdən danışarkən, xalqlarımızın bütün dövrlərdə həmişə dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün də belə olduğunu vurğulayıb. Bu amilin münasibətlərimizin təməlində dayandığını söyləyib.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. Bildirilib ki, ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur.
İki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bu sahədə qarşılıqlı dostluq qruplarının rolunu xüsusi qeyd edib, parlament komitələri arasında əməkdaşlığın vacibliyindən danışıb, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq etdiklərini vurğulayıb. Spiker bəzi beynəlxalq qurumların ölkələrimizə qarşı qərəzli münasibəti fonunda, parlamentlərimizin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusilə aktual olduğunu qeyd edib.
Söhbətdə spiker Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu diqqətə çatdıraraq, Ermənistanla sülh müqaviləsinin imzalanmasının region üçün böyük perspektivlər açacağına inamını ifadə edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Prezident kimi ilk xarici səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.
O, Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Bildirib ki, bu çox əhəmiyyətli görüş oldu və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi baxımından çox faydalı idi. Prezident Mixeil Kavelaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin və strateji tərəfdaşlığının digər ölkələrə bir nümunə olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, son illər ölkələrimiz bir sıra çağırışlarla üzləşdi, kənar qüvvələrin ölkələrimizin daxili işlərinə qarışmaq cəhdləri bizə onu göstərdi ki, biz milli və ailə dəyərlərimizi, tariximizi, ənənələrimizi müdafiə etməliyik. Bir-birimizi dəstəkləməyimiz vacibdir və böyük əhəmiyyət kəsb edir.
İki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu deyən Gürcüstan Prezidenti bu baxımdan qarşılıqlı səfərlərin rolunu qeyd edib.
Görüşdə iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin gələcəyimiz üçün böyük önəm daşıdığı diqqətə çatdırılıb.
Prezident Mixeil Kavelaşvili Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışladıqlarını və tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını diqqətə çatdırıb. O, bildirib ki, sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyi təmin edəcək.
Cənubi Qafqaz regionunun böyük potensialının olduğunu vurğulayan Gürcüstanın dövlət başçısı bu potensialdan geniş istifadə olunmasının vacibliyini söyləyib.
Söhbət zamanı digər mövzularda da fikir mübadiləsi aparılıb.






16-04-2025, 18:19
Subasmış ərazilərdən vətəndaşların təxliyəsi davam edir - 19-u uşaqdır - FOTO


Subasmış ərazilərdən vətəndaşların təxliyəsi davam edir - 19-u uşaqdır - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Abşeron, Qobustan və Şamaxı rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.
Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 19-u uşaq olmaqla ümumilikdə 53 nəfər vətəndaş təxliyə olunub.







16-04-2025, 17:42
Gürcüstan prezidenti İrəvana gedir


Gürcüstan prezidenti İrəvana gedir

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 28-29-da Ermənistanda rəsmi səfərdə olacaq.
Bu barədə Gürcüstan hökumətinin saytında bildirilib.
Səfər zamanı Kavelaşvili baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 20-də İrəvana səfər edib və o, erməni həmkarı Nikol
Paşinyanla iki ölkənin milli komandaları arasında keçirilən futbol matçına baxıb. Martın 23-də Paşinyan milli komandaların ikinci oyununun keçirildiyi Tbilisiyə səfər edib.
16-04-2025, 17:38
Sel Ağsuda avtomobil yolunu yararsız hala saldı


Sel Ağsuda avtomobil yolunu yararsız hala saldı

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub.
Yolun açılması istiqamətində işlər görülür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!