Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
16-04-2025, 17:35
Üç nəfəri qətlə yetirən şəxsə hökm oxundu


Üç nəfəri qətlə yetirən şəxsə hökm oxundu

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Müşfiq Tağıyevin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
16-04-2025, 17:30
Güclü külək işıqforlara zərər vurdu


Güclü külək işıqforlara zərər vurdu

Paytaxtda əsən güclü külək bir sıra yollar üzərində yerləşən svetoforlara zərər vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda NİİM-in əməkdaşları yollardakı vəziyyəti nəzarətdə saxlayır və yaranan problemlərin operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görülür.
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə vətəndaşlara müraciət olunub. Vətəndaşlardan xahiş edilir ki, əgər paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı nasazlıq və ya problem müşahidə edilərsə, bu barədə dərhal Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat fəaliyyət göstərən +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

16-04-2025, 17:23
Yağıntının miqdarı normadan 3 dəfə çoxdur


Yağıntının miqdarı normadan 3 dəfə çoxdur

Böyük və Kiçik Qafqaza düşən yağıntıların miqdarı normadan 2-3 dəfə çoxdur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iqlim dəyişikliklərinin təsiri fonunda leysan xarakterli hava şəraiti İspaniyada, Türkiyədə, Rusiyanın cənubunda və digər ölkələrdə də baş verir.
16-04-2025, 17:18
Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb


Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb

Yağışın davam etdiyini nəzərə alsaq, yağıntıların miqdarının artacağı gözləniləndir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb: “Son 15 saat ərzində bölgələrdən asılı olaraq, yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir. Bu isə aylıq normadan 2 dəfə çoxdur”.
16-04-2025, 17:13
Prezident onlara yeni vəzifə verdi - SİYAHI


Prezident onlara yeni vəzifə verdi - SİYAHI

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, tərkibə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri daxil edilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Bərdə, Goranboy, İsmayıllı, Qazax, Şəmkir, Tərtə və Tovuz Rayon İcra Hakimiyyətlərinin başçı müavinləri komitədən çıxarılıb.
Qeyd edək ki, Komitəsinin sədri Baş nazirin müavini Samir Şərifovdur.
16-04-2025, 16:53
Marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşdü


Marşrut avtobusu yoldan çıxaraq çökəkliyə düşdü

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəniz kənarında qəzaya uğrayan avtobusla bağlı məlumat yayıb.
Bu barədə AYNA-dan məlumat verilib.
Bildirilib ki, aprelin 16-da səhər saatlarında "BMH" MMC-nin müvəqqəti istismarında olan 164 nömrəli marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
16-04-2025, 16:50
Vitse-spiker Hulusi Akarla görüşdü


Vitse-spiker Hulusi Akarla görüşdü

Aprelin 16-da Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Ziyafət Əsgərov bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq və dostluğun ən yüksək zirvəsidir və dövlət başçılarımızın imzaladığı Şuşa Bəyannaməsi bu müttəfiqliyimizin hüquqi çərçivəsini təşkil edir.
Ziyafət Əsgərov vurğulayıb ki, müstəqil siyasət yürüdən Türkiyə və Azərbaycana təzyiqlər var və bu təzyiqləri dəf etmək üçün səylərimizi birləşdirməli, daha güclü olmalıyıq. O, Azərbaycan və Türkiyə, həmçinin türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
TBMM-in Milli müdafiə komitəsinin sədri Hulusi Akar qeyd edib ki, hər iki ölkə milli təhlükəsizliyin qorunması və cəmiyyətin rifahı naminə bütün lazım addımları həyata keçirir. O, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin səmimiyyət və qardaşlığa əsaslandığını qeyd edərək, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluğu sayəsində əməkdaşlığımızın bundan sonra daha da inkişaf edəcəyini bildirib.
Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayıb¸ Türk dövlətləri arasında əməkdaşlığın ortaq təhdidlərə qarşı birgə mübarizə, regional təhlükəsizlik və sabitlik baxımından əhəmiyyəti barədə danışıb.
Görüş tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
16-04-2025, 16:44
Bu imtahanın da nəticələri AÇIQLANDI


Bu imtahanın da nəticələri AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2025-ci il martın 16-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.
Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
16-04-2025, 16:35
Tarkana AĞIR İTKİ


Tarkana AĞIR İTKİ

Türkiyənin məşhur müğənnisi Tarkan Tevetoğlunun anası Neşe Tevetoğlu dünyasını dəyişib.
Müğənninin Antalyada yaşayan anası infarkt keçirib.
O, sabah İstanbulda dəfn olunacaq.
16-04-2025, 16:30
2025-ci ildə Kəlbəcərə köç olacaq


2025-ci ildə Kəlbəcərə köç olacaq

Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi də sürətlə davam edir. Bu il keçmiş məcburi köçkünlərin yeni ərazilərə köçürülməsi planlaşdırılır.
2025-ci ildə Kəlbəcər rayonuna da köç olacağı gözlənilir. Bu barədə ötən il rəsmi şəxslər məlumat verib. Artıq rayonda köçə hazırlıq getdiyi bildirilir.
Milli Məclisin Kəlbəcərdən olan sabiq deputatı, Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov bildirib ki, bu ilin may ayının sonu - iyun ayının əvvəllərində Kəlbəcər şəhərinə ilk köç gözlənilir:
“Bu il nəzərdə tutulan köç karvanının təxminən may ayının sonu - iyun ayının əvvəllərində yola düşməsini gözləyirik. Bizdə olan məlumata görə, artıq Kəlbəcər şəhərində 300-dən çox ailənin köçürülməsi üçün şərait yaradılıb”.
Sabiq deputatın sözlərinə görə, tikinti-quruculuq işləri də uğurla davam etdirilir.
“Bu işlər başa çatandan sonra digər işğaldan azad olunmuş bölgələrimizdəki kimi Kəlbəcərə də mütəmadi olaraq mərhələli şəkildə köç dalğası davamlı xarakter alacaq. Uğurlu-xeyirli olsun. Hələlik bizdə olan məlumatlar bunlardır”, - Aqil Məmmədov bildirib.
Xatırladaq ki, ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Qarabağ və Şərqi Zəngəzura köçürülüb. Hazırda sözügedən ərazilərdə 30 min nəfərdən çox şəxs yaşayır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!