Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
16-04-2025, 16:25
ABŞ İranda səfirlik açır? - Tehrandan reaksiya


ABŞ İranda səfirlik açır? - Tehrandan reaksiya

İran hökumətinin sözçüsü Fatma Mühacirani ABŞ-ın Tehranda səfirlik açıb-açmayacağı ilə bağlı açıqlama verib.
Fatma Mühacirani ABŞ-ın İrana sərmayə qoyacağı və Tehranda səfirlik açacağı iddialarını cavablandırarkən deyib:
"Hazırda ABŞ səfirliyinin yenidən açılması vacib deyil, məsələ hələ çox təzədir və bu sualın cavabının hazırda heç bir mənası yoxdur. Xarici investisiya məsələsinin də öz proseduru var və bütün ölkələr üçün eynidir. İstənilən sərmayə, bunu kimin yatırmasından asılı olmayaraq, ölkənin qanunları və “qırmızı xətlər”i çərçivəsində həyata keçirilməlidir".
16-04-2025, 16:21
8 nəfərin yaralandığı avtobus qəzası ilə bağlı AÇIQLAMA


8 nəfərin yaralandığı avtobus qəzası ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşutu üzrə hərəkət edən avtobus qəzaya uğrayıb. Qəza zamanı avtobusda xəsarət alan 8 nəfər sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə aparılıblar.
Hadisə ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 16-da Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən 99-LV-202 dövlət qeydiyyat nömrə nişanlı “Mercedec Travego” markalı sərnişin avtobusu Yevlax-Zaqatala-Gürcüstan yolunun Xanabad kəndindən keçən hissəsində qəzaya düşüb.
Qeyd edilib ki, qəza nəticəsində ölüm faktı qeydə alınmayıb. Xəsarət alan sərnişinlər xəstəxanaya aparılıb.:
“Baş verən qəza ilə bağlı təəssüfləndiyimizi bildirir, xəsarət alanlara şəfa diləyirik. Hadisə ilə əlaqədər hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən, ictimaiyyətə əlavə məlumat veriləcək”.
16-04-2025, 16:14
Xınalığa 71 sm qar yağıb


Xınalığa 71 sm qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətdən bildirilib ki, ölkənin əksər rayonlarında leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü yağış müşahidə olunur.
Dağlıq ərazilərdə qar yağır.
Düşən yağıntının miqdarında artım qeydə alınıb. Belə ki, düşən yağıntının miqdarı Xaltanda 98 mm (aylıq normanın 145%-i), Qubada 65 mm (aylıq normanın 136%-i), Xaçmazda 64 mm (aylıq normanın 212%-i), Sabirabadda 44 mm (aylıq normanın 137%-i), Mingəçevirdə 52 mm (aylıq normanın 101%-i), İsmayıllıda 44 mm (aylıq normanın 43%-i), Şəkidə 29 mm (aylıq normanın 136%-i), Göyçayda 31 mm (aylıq normanın 63%-i), Ağstafada 29 mm (aylıq normanın 77 %-i), Gəncədə 26 mm (aylıq normanın 84%-i), Neftçalada 23 mm (aylıq normanın 70%-i), Ağdamda 16 mm (aylıq normanın 33%-i), Daşkəsəndə 15 mm (aylıq normanın 22%-i), Bakıda və Abşeron yarımadasında 57 mm (aylıq normanın 247%-i) təşkil edib.
Qarın hündürlüyü Xınalıqda 71 sm, Ləzədə (Qusar) 50 sm, Qrızda 40 sm olub.
Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Şabrançay, Dəvəçiçay, Ağçay, Qaraçay, Qusarçay, Vəlvələçay, Gilgilçay, Pirsaatçay, Ataçay, Ağsuçay, Qabırrıçay, Dəmiraparançay, Qudiyalçay, Girdimançay və Göyçaydan sel keçib.
Avtomat hidroloji stansiyaların məlumatına əsasən ötən sutka ilə müqayisədə əksər çaylarda sululuq artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda baş verib. Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 49 sm, Qarasuçayda 29 sm, Əyriçayda 27 sm, Qudiyalçayda 25 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 22 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Köndələnçayda 18 sm, Bəsitçayda 11 sm artım qeydə alınıb.
Kür Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi səhər saatları ilə müqayisədə 17 sm artıb, su sərfi 825 m³/san qeydə alınıb ki, bu da aylıq normanın 111%-ni təşkil edir.
16-04-2025, 16:07
Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldı


Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldı

Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.
Onun sözlərinə görə, podratçı şirkət artıq seçilib.
"Yaxın zamanlarda tikinti işlərinə başlanılacaq. İki ilə layihənin tamamlanması planlaşdırılır", - o bildirib.
16-04-2025, 15:50
Ələt-Astara dəmir yolu xəttinin tikintisi bu tarixdə tamamlanacaq


Ələt-Astara dəmir yolu xəttinin tikintisi bu tarixdə tamamlanacaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
"Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir. Ələtdən Osmanlı istiqamətli olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri aktiv olaraq davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Yolun ümumi uzunluğu 243 kilometr təşkil edir", - o vurğulayıb.
Xatırladaq ki, bu layihə "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.
Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.
Ələt-Osmanlı-Astara dəmir yolu xətti sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisinin əhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumi dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd edilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəli kəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işləri görülür.
16-04-2025, 15:41
Paşinyandan Sarkisyana sərt cavab: Qarabağ hərəkatı davam etməyəcək!


Paşinyandan Sarkisyana sərt cavab: Qarabağ hərəkatı davam etməyəcək!

“Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, aprelin 16-da jurnalistlərlə söhbətində müxalifətin və eks-prezident Serj Sarkisyanın Qarabağ səhifəsinin bağlanmadığına və bu məsələnin siyasi gündəmə qaytarılmasına dair bəyanatlarına reaksiya verərəkən bildirib:
“Mən bu bəyanatları hələ onlar verilməzdən əvvəl cavablandırmışam və demişəm ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.
O, Serj Sarkisyanın hakimiyyətin ələ keçirildiyi barədə iddiasına da münasibət bildirib.
“Qoy Serj Sarkisyan görsün ki, o zaman nə deyib” – deyə hökumət başçısı fikrini yekunlaşdırıb.
16-04-2025, 15:17
Sahibə Qafarova sloveniyalı deputatları qəbul edib


Sahibə Qafarova sloveniyalı deputatları qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə bildirilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqla yanaşı, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı ticarətin genişləndirilməsi, nəqliyyat, yaşıl enerji və digər sahələrdə əməkdaşlıq üçün potensial var. Təhsil, elm, mədəniyyət sahələrində də əməkdaşlığın, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsinin xalqlarımızı daha da yaxınlaşdırdığı ifadə edilib. Söhbət zamanı, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin qarşılıqlı fəaliyyətinin mühüm amillərdən biri olduğu vurğulanaraq, parlament sədrlərinin və deputatların qarşılıqlı səfərlərinin parlamentlərarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının oynadığı mühüm rolu qeyd edib. Boyan Çebela parlamentlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini ifadə edib. Eyni zamanda Azərbaycanın COP29-a yüksək səviyyədə evsahibliyi etdiyini vurğulayaraq, ölkəmizin uğurlu təşkilatçılığı ilə bağlı təbriklərini çatdırıb. COP29 çərçivəsində keçirilən parlament görüşündə Sloveniyanın da təmsil olunduğu bildirilib.
Görüşdə qeyd olunub ki, Sloveniya xalqı bu ölkənin faşizmdən azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadə-Mixaylonun xatirəsini ehtiramla yad edir. Vurğulanıb ki, bu, xalqlarımız arasında dostluğun təzahürüdür.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
16-04-2025, 15:10
Zakir Həsənov Hulusi Akarla görüşüb - FOTO


Zakir Həsənov Hulusi Akarla görüşüb - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin Azərbaycan və Türkiyə arasında bütün sahələrin, o cümlədən hərbi əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Cənab H.Akar isə öz növbəsində Azərbaycana cari ildə ilk səfərindən razılıq ifadə edib, hər zaman olduğu kimi göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən qonaq Azərbaycan və Türkiyənin strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrinin daim inkişaf etdiyini xüsusi vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran, o cümlədən regional təhlükəsizliyə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



16-04-2025, 14:51
Prezidentlərin geniş təkibdə görüşü


Prezidentlərin geniş təkibdə görüşü

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

16-04-2025, 14:25
İtaliya prezidenti ürəyindən əməliyyat olundu


İtaliya prezidenti ürəyindən əməliyyat olundu

İtaliya Prezidenti Sercio Mattarella əməliyyat olunub.
Bu barədə məlumatı ölkənin “L’Unione Sarda” qəzeti yayıb.
Bildirilib ki, Romada “Santo Spirito” xəstənasında 83 yaşlı dövlət başçısının ürəyinə kardiostimulyator quraşdırılıb.
Məlumata görə, əməliyyat planlaşdırılmış olub. Həmçinin hazırda İtaliya liderinin vəziyyətinin stabil olduğu vurğulanıb.
Xatırladaq ki, Mattarella 2015-ci ildən İtaliya Prezidentidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!