Ərdoğan Zelenski ilə sülhdən danışdı .....                        Yenidən spiker postuna namizəd oldu .....                        Telmanın atası da minaya düşübmüş... .....                        Buraxılış imtahanının cavabları elan edildi .....                        Tələbə xərçəngdən vəfat etdi .....                        Millimiz dünya çempionatının finalında .....                        Gəncəni raketlə vuranlar onlar imiş - Adlar AÇIQLANDI .....                        Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI .....                        Meloni Mərkəzi Asiya liderlərini bir araya topladı .....                       
29-04-2025, 15:57
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib


Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdəki məsələlər barədə məlumat verib.
Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda əvvəlcə milli mətbuatımızın 150 illiyinə dair planlaşdırılan fəaliyyətlə bağlı müzakirələr aparılıb. İH üzvləri Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamını yüksək qiymətləndiriblər, mühüm sənədə görə dövlət başçısına təşəkkürlərini çatdırıblar. Onlar Sərəncamın mətbuatımızın keçdiyi yola müstəsna dəyərin növbəti bariz nümunəsi olduğunu, özlüyündə ənənə mahiyyəti daşıdığını vurğulayıblar, sənədə əsasən Mətbuat Şurasının üzərinə də mühüm missiyanın düşdüyünü bildirərək, qurumun bununla bağlı fəaliyyətə hazır olduğunu bildiriblər.
Sonra Mətbuat Şurasının sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı dinlənilib.
İclasda həmçinin MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədovanın məlumatı dinlənilib. S.Məmmədova Şuraya müxtəlif media orqanlarının fəaliyyətinə dair həm şifahi, həm də yazılı narazılıqların daxil olduğunu diqqətə çatdırıb. O, 5 yazılı şikayətin rəhbərlik etdiyi komissiyada nəzərdən keçirildiyini qeyd edib və bildirib ki, onlardan yalnız biri barədə qərar çıxarılması rəyinə gəlinib.
S.Məmmədova fəaliyyəti narazılıq doğurmuş media subyektlərinin tənqid hədəflərinin fikirlərinin öyrənilməsinə biganə yanaşdıqlarını xarakterik mənfi hal kimi səciyyələndirib, habelə bir sıra şikayət müəlliflərinin mediadan narazılığının əsassız olduğunu deyib. Komissiya sədri Şuraya müraciətlərin düzgün əsaslandırılmaması, şikayət müəlliflərinin medianın ictimai missiyasını nəzərə almamaları kimi xarakterik cəhətlərin mövcudluğunu da vurğulayıb.
29-04-2025, 15:50
Bu küçədə hərəkət məhdudlaşdırılacaq


Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) bu gün axşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
29-04-2025, 15:31
“PAŞA Bank” Mərkəzi Bankın tələblərini pozdu


“PAŞA Bank” Mərkəzi Bankın tələblərini pozdu

“PAŞA Bank” ASC Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kreditlərinin məcmu həcmi ilə bağlı tələblərini pozub.
Məlumata görə, bank tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulduğu məlum olub.
“Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
Qeyd olunub ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.
29-04-2025, 15:24
Sarıcalıda daha 39 ailəyə evlərinin açarları təqdim edildi - FOTO


Sarıcalıda daha 39 ailəyə evlərinin açarları təqdim edildi - FOTO

Bu gün doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.
Bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.



29-04-2025, 15:11
Putin miqrantlarla bağlı yeni sərəncam verdi


Putin miqrantlarla bağlı yeni sərəncam verdi

Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddət 133 gün uzadılıb.
Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.
Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı sərəncama əsasən, miqrantlara hüquqi statuslarını nizama salmaq üçün aprelin 30-dək vaxt verilib.
Göstərilən müddətdə statuslarını nizamlamayan miqrantlar mayın 1-dən Rusiya ərazisindən deportasiya edilməli idi.
29-04-2025, 14:53
Restoranda yanğın oldu: 22 nəfər öldü


Restoranda yanğın oldu: 22 nəfər öldü

Çinin Liaoninq əyələtində yerləşən restoranlardan birində yanğın baş verib.
Yanğın nəticəsində 22 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yanğının səbəbi hələ ki məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Çin Xalq Respublikasının lideri yaralıların qısa müddət ərzində müalicə edilməsini və həyatını itirən 22 nəfərin ailələrinə lazımi dəstəyin göstərilməsini tapşırıb. Çin lideri həmçinin yanğının səbəbinin ən qısa müddətdə aydınlaşdırılıb təqsirkarların xalq önündə cəzalandırılmasına göstəriş verib.
29-04-2025, 14:28
İran-Azərbaycan münasibətlərinin bəzi özəllikləri


İran-Azərbaycan münasibətlərinin bəzi özəllikləri

İl ərzində onlarla xarici dövlət rəhbərinin ölkəmizə gəlişi bizi bu səfərlərin təbii və gözlənilən olduğuna alışdırıb. Ona görə də belə səfərlər cəmiyyət tərəfindən bir qayda olaraq Azərbaycan xarici siyasətinin fəal və təbii axarı kimi qavranılır. Çox az hallarda belə səfərlərin bəzisi xüsusi maraq doğurur və cəmiyyətin daha geniş təbəqələri tərəfindən diqqətlə və maraqla izlənilir.
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın ölkəmizə ilk səfəri də məhz hamının maraqla gözlədiyi bir səfər idi və nəhayət ki, bu rəsmi səfər baş tutdu. Aydın məsələdir ki, bir qayda olaraq dövlət rəhbərləri arasında müzakirə olunan məsələlərin hamısı və ya onların məzmununun bütün təfərrüatları mətbuata və cəmiyyətə açıqlanmaya bilər. Bununla belə Azərbaycan və İran prezidentlərinin mətbuata verdiyi açıqlamalar belə fikir yürütməyə əsas verir ki, qısamüddətli olmasına baxmayaraq səfərin gündəliyi kifayət qədər zəngin olub.
İran prezidentinin ölkəmizə ilk səfərinə göstərilən xüsusi maraq əlbəttə ilk növbədə cənab Pezeşkianın etnik mənşəyi ilə bağlıdır. Qonşu ölkədə yaşayan soydaşlarımızdan birinin İran kimi böyük bir dövlətin prezidenti seçilməsi istənilən halda xalqımız üçün qürur mənbəyidir. Belə bir seçim mənəvi səviyyədə xalqlarımızı daha da yaxınlaşdırır və qarşılıqlı əlaqələrimizin daha da gücləndirilməsinə əlavə stimul verir. Bu baxımdan müxtəlif səbəblərdən hər iki ölkənin dövlət institutları və vətəndaş cəmiyyətləri arasında zaman-zaman yaşanan uzaqlaşma və soyuqlaşma meylləri növbəti dəfə mədəni-mənəvi yaxınlaşma əhval-ruhiyyəsi ilə əvəzlənməkdədir. Məsud Pezeşkianın İran İslam Respublikasına rəhbərliyi Azərbaycan cəmiyyətinin İrana qarşı inam və etimadını artırmaqla yanaşı həm də bu etimadın dövlətlər arası əlaqələrin möhkəmlənməsinə və iki ölkə arasında sabit və real siyasi praktikaya çevrilməsinə münbit zəmin yaradır.
İran-Azərbaycan münasibətlərinin bu günkü real mənzərəsi dövlətlər arası münasibətlərin strateji xarakteri ilə seçilir. Strateji tərəfdaşlığın rəsmi sənədlərdən əməli praktikaya yansıdılması baxımından bu görüş xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər çox məhsuldar olmuşdur. Ölkə başçısı bəyan etdi ki, “...Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.” Prezident öz açıqlamasında qeyd etdi ki, hər iki ölkənin məramı və məqsədi Azərbaycan və İran arasında dövlətlərarası münasibətləri yüksək səviyyəyə qaldırmaqdan ibarətdir.
Mətbuat üçün verilən açıqlamalarda vurğulanır ki,tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq çərçivələri müzakirə edilib. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq nümunələri təqdir edilib. Görüşlər əsanasında regional təhlükəsizlik məsələlərində ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub və ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər verilib. Mədəni-humanitar əlaqələr sferasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi və o cümlədən, yaxın gələcəkdə qarşılıqlı olaraq hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi haqqında birgə qərar qəbul olunub.
Xalqlar arasında tarix və mədəniyyət ortaqlığı təbii olaraq dövlətlərarası münasibələrə xüsusi bir çalar gətirir və bu müsaibətlərin daha da zənginləşməsi üçün əlverişli mühit formalaşdırır. İran-Azərbaycan münasibətlərinin bu günkü səviyyəsi onu göstərir ki, dövlətlərarası münasibətlərə böyük pozitiv töhfə verə biləcək bu amildən indiyədək kifayət qədər səmərəli istifadə olunmayıb. Ölkə başçısının qeyd etdiyi kimi, “...xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikri və siyasətidir”.
Prezidentin bu açıqlamasının sonuncu cümləsi xüsusilə diqqəti cəlb edir. Regionda fikir və işbirliyinin lazımi qədər möhkənmədiyi son əsrlər ərzində Cənubi Qafqaz davamlı olaraq kənar güclərin müdaxiləsinə məruz qalıb və uzun sürən qeyri-sabitliyə yol açıb. Qarabağ torpaqlarının 30 ildən çox işğala məruz qalmasını da məhz bu siyasətin acı nəticələrindən biri hesab etmək olar. Son onilliklər ərzində İran İslam Respublikasının dünya siyasi və iqtisadi sistemindən təcrid edilməsi cəhdləri də məhz regional maraqların məqsəd və siyasət birgəliyi əsasında qoruna bilməməsindən irəli gələn vəziyyətdir. İran rəhbərliyinin bu dəyərləndirmə ilə razılaşması bir daha göstərir ki, Azərbaycan tərəfindən irəli sürülən bütün regional əməkdaşlıq təşəbbüsləri, o cümlədən region dövlətlərinin hərtərəfli sıx əməkdaşlığını özündə ehtiva edən 3+3 formatında əməkdaşlıq müasir beynəlxalq siyasi şəraitdə milli və regional maraqları birgə qorumağın ən etibarlı konstruksiyasıdır. Bu əməkdaşlıq formatı region ölkələrinin sabitlik şəraitində qarşılıqlı faydalı əməkdaşlığına yol açmaqla bərabər həm də regional təhlükəsiliyi gücləndirir və nəticə etibarilə beynəlxalq təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə və dayanıqlığına xidmət edir.
İran və Azərbaycan arasında regional əməkdaşlığın arzu olunan səviyyəyə qaldırılması üçün hüquqi-siyasi baza kifayət qədər zəngindir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 12 mart 1992-ci ildən indiyədək ölkə rəhbərləri və müxtəlif dövlət qurumları arasında çoxsaylı rəsmi səfərlər və görüşlər keçirilib. Bu görüşlər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. 1992-ci ildən etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bütün bunlar tam həcmli ikitərəfli faydalı strateji tərəfdaşlığın əməli fəaliyyət sahəsinə keçidi üçün möhkəm əsas yaradır.
Bu kimi həqiqətlərin anlaşılması və Cənubi Qafqazda uzun müddət davam edən qeyri-sabitlik dövründən sonra nəhayət ki, qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçilməsi bu günümüzün ən vacib çağırışlarından biridr. Bir çox siyasi, iqtisadi və digər xüsusiyyətlərinə görə bölgənin vacib aktorları kimi İran və Azərbaycan arasında münasibətlərin ruhu, səviyyəsi və məzmunu bölgəmizdə bu kimi çağırışların öhdəsindən layiqincə gəlinməsi üçün etibarlı zəmin yarada bilər. İran prezidenti Məsud Pezeşkianın səfərinə göstərilən xüsusi maraq da məhz bu reallıqdan irəli gəlir. Prezident Pezeşkianın ölkəmizə səfəri zamanı İranda baş vermiş faciəvi partlayış səbəbindən İran rəhbərinin ölkəmizə səfəri nəzərdə tutulduğundan daha qısa oldu. Lakin ümid etmək olar ki, bu qısa səfər ərzində əldə olunmuş razılaşmaların ömrü və fəaliyyəti daha uzun olacaq.
29-04-2025, 14:21
Qanunsuz saxlanılan silah-sursat aşkarlandı


Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Aprelin 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 qumbara, 5 tüfəng, 9 patron darağı və 646 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


29-04-2025, 14:16
Gürcüstan prezidenti Ermənistanla Azərbaycanı sülhə çağırdı


Gürcüstan prezidenti Ermənistanla Azərbaycanı sülhə çağırdı

“Həmkarımla görüşdə məmnunluqla qeyd etdim ki, dünyada mürəkkəb geosiyasi vəziyyət fonunda biz ölkələrimiz arasında sıx siyasi və iqtisadi əlaqələri, xalqlarımız arasında əlaqələri dərinləşdirməyə davam edirik. Sürətlə dəyişən geosiyasi şəraitdə regionda sabitliyin və sülhün bərqərar olması getdikcə daha çox əhəmiyyət kəsb edir”.
Bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 29-da İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib.
“Gürcüstan Ermənistan və Azərbaycanın sülh sazişinin şərtləri üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını birmənalı qarşılayıb. Hesab edirik ki, bu, Cənubi Qafqazın dinc, təhlükəsiz, sabit və inkişaf etmiş regionunun yaradılması üçün gələcək birgə səylər tələb edən mühüm prosesin başlanğıcıdır. Biz ümid edirik ki, Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi imzalayacaqlar", - Kavelaşvili deyib.
O vurğulayıb ki, Ermənistan prezidenti ilə görüş zamanı müzakirələr aprelin 17-də Tbilisidə keçirilən və Cənubi Qafqaz ölkələri arasında üçtərəfli əməkdaşlığın başlanğıcı olan üçtərəfli görüşə yönəlib.
"Gürcüstan Cənubi Qafqazda sülh və sabitlik prosesini dəstəkləyir. Biz bütün sahələrdə regional əməkdaşlığı dərinləşdirməyə və ədalətli və dinc çoxfunksiyalı beynəlxalq nizamın formalaşmasına töhfə verməyə hazırıq", - deyə Kavelaşvili vurğulayıb.
29-04-2025, 14:00
Ballıcada 15 ailəyə mənzillərin açarları verildi - FOTO


Ballıcada 15 ailəyə mənzillərin açarları verildi - FOTO

Aprelin 29-da Respublikanın müxtəlif şəhər və rayonlarından yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalının Ballıca kəndinə köçən 15 ailədən ibarət 68 nəfərə mənzillərin açarları təqdim olunub.
Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri də diqqətdə saxlanır.
Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
Biz Xocalını əvvəlkindən də gözəl, abad və firavan bir məkana çevirəcəyik deyən T. Kərimli Ballıcaya köç edən sakinlərə yeni evlərində xoşbəxt həyat arzulayıb.
Qeyd edək ki, Ballıca kəndində 172 ailənin, yəni 811 nəfərin daimi məskunlaşması təmin olunub. Kəndə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi prosesi bundan sonra da davam edəcək.








����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!