Ərdoğan Zelenski ilə sülhdən danışdı .....                        Yenidən spiker postuna namizəd oldu .....                        Telmanın atası da minaya düşübmüş... .....                        Buraxılış imtahanının cavabları elan edildi .....                        Tələbə xərçəngdən vəfat etdi .....                        Millimiz dünya çempionatının finalında .....                        Gəncəni raketlə vuranlar onlar imiş - Adlar AÇIQLANDI .....                        Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI .....                        Meloni Mərkəzi Asiya liderlərini bir araya topladı .....                       
28-04-2025, 22:10
"Neftçi" Sumqayıtda xal itirdi


"Neftçi" Sumqayıtda xal itirdi

Misli Premyer Liqasında XXXII tura yekun vurulub.
Bağlanış oyununda “Neftçi” Sumqayıtın eyniadlı komandasının qonağı olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü baş hakim Fərid Hacıyev idarə edib.
Bu nəticədən sonra Bakı klubu 36 xalla 6-cı, "kimyaçılar" isə 30 xalla 8-ci yerdə qərarlaşıb.
Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Şamaxı” ilə, “Səbail” “Araz-Naxçıvan”la, “Sabah” “Qarabağ”la 1:1 hesablı heç-heçə edib, “Zirə” isə səfərdə “Kəpəz”ə qalib gəlib.
28-04-2025, 22:03
Pekin Trampı təkzib etdi - Liderlər danışmayıb...


Pekin Trampı təkzib etdi - Liderlər danışmayıb...

Çinin Xarici İşlər Nazirliyi Çin lideri Si Cinpin ilə ABŞ Prezident Donald Tramp arasında yaxın zamanlarda telefon danışığının olmadığını bəyan edib.
XİN rəsmisi Quo Ciakun Trampın “Time” jurnalının müsahibəsində Si Cinpinin ona zəng etməsi barədə açıqlamasını şərh edib.
O, iki ölkə arasında rüsum məsələsinə dair heç bir danışığın aparılmadığını deyib.
"Bir daha izah edim ki, Çin və Amerika Birləşmiş Ştatları rüsum məsələsi ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmır", - deyə Çin XİN rəsmisi qeyd edib
28-04-2025, 21:53
Rusiya ilə münasibətləri pozmaq niyyətimiz yoxdur - Paşinyan


Rusiya ilə münasibətləri pozmaq niyyətimiz yoxdur - Paşinyan

İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək və pozmaq niyyətində deyil, çünki iki ölkə arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Tallində estoniyalı həmkarı Kristen Mixal ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
O bildirib ki, Ermənistanın xarici siyasəti müxtəlif istiqamətlərdə qurulub.
"Ermənistanla Rusiya arasındakı münasibətlər qarşılıqlı maraqlar üzərində dayanır və dayanacaq. Amma mən çox aydın şəkildə demək istəyirəm ki, Ermənistanda çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur. Bizim Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətimiz yoxdur. İrəvan bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Azərbaycanla və Türkiyə ilə yaxşı münasibətlər qurmağı hədəfləyir”, - Paşinyan Moskvaya mesaj ünvanlayıb.
28-04-2025, 21:48
İrandakı partlayışda ölənlərin sayı artdı


İrandakı partlayışda ölənlərin sayı artdı

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.
Bu barədə əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə bildirib.
Onun sözlərinə görə, 138 nəfər hələ də xəstəxanadadır və onlara yardım göstərilir. Bundan başqa, 1072 yaralıya lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

***

İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 65-ə çatıb.
Bu barədə İranın Hörmüzqan əyalətinin qubernatoru Məhəmməd Aşuri bildirib.
Onun sözlərinə görə, limanda yanğınsöndürmə işləri yekunlaşıb.
Qeyd edək ki, aprelin 26-da İranın Şəhid Rəcai limanında güclü partlayış baş verib. Partlayışdan sonra baş verən yanğın böyük ərazini bürüyüb.
Şəhid Rəcai limanı 2,4 min hektar ərazidə yerləşir. Bu limanda ildə 70 milyon ton yük yüklənib-boşaldıla bilər.
28-04-2025, 21:35
Pakistan hava məkanını bağladı


Pakistan hava məkanını bağladı

Pakistan 28-30 aprel tarixlərində Lahor və İslamabad arasındakı hava məkanının bir hissəsini böyükmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirmək məqsədilə bağladığını elan edib.
Pakistan Hərbi Hava Qüvvələrinin hücum helikopterləri Hindistanla sərhəd zonasına yönəldilib.
Qeyd olunub ki, belə bir addımın atılması Pakistan-Hindistan sərhədində son dövrlərdə artan hərbi fəaliyyətlə əlaqədardır. Pakistan tərəfi hava məkanının bağlanmasını "planlaşdırılmış növbədənkənar hazırlıq" kimi qiymətləndirib.
28-04-2025, 21:00
İran Prezidenti Bibiheybət məscidində - FOTO


İran Prezidenti Bibiheybət məscidində - FOTO

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.
Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar.
İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin tikilməsi ilə bura insanların ziyarətgahına və ibadətgahına çevrilib.
Qeyd olunub ki, məscid keçmiş SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkədə məscidlərin bərpasına başlanıldı. Məscidin dağıdıldığı yerdə yenidən tikilməsi Ulu Öndər Heydər Əliyevin, kompleks şəklinə salınması işləri isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məscidin Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğu xüsusi qeyd edilib.
İran Prezidenti Həkimə xanımın ziyarətgahına baş çəkdi, fəxri qonaqlar üçün ziyarət kitabına ürək sözlərini yazdı.
Çay süfrəsi arxasında səmimi söhbət edən İran Prezidenti Məsud Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə bir-birilərinə xatirə hədiyyələri təqdim etdilər.





28-04-2025, 20:30
Gəncədə ağır qəza: ölən və yaralı var


Gəncədə ağır qəza: ölən və yaralı var

Gəncədə iki avtomobil toqquşub, ölən və xəsarət alan var.
Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Leyla Rüstəmli və 1970-ci il təvəllüdlü Sevinc Kələntərova xəsarət alıb.
Onlardan S.Kələntərovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
28-04-2025, 20:16
Biz sülh və rifah dolu region yarada bilərik


Biz sülh və rifah dolu region yarada bilərik

Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.
Prezident İlham Əliyevə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdiklərini deyən Prezident Məsud Pezeşkian qeyd edib: “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik”.
28-04-2025, 19:59
Araz dəhlizi layihəsi dünyada böyük diqqət cəlb edir


Araz dəhlizi layihəsi dünyada böyük diqqət cəlb edir

Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada. Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.
Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanı, onun əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq.
28-04-2025, 19:15
Bako Sahakyandan Şuşa etirafı


Bako Sahakyandan Şuşa etirafı

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib.
Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.
Təqsirləndirlilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 1-də davam etdiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!