Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
6-04-2025, 14:25
Türk xalqlarının ədəbi yaddaşına işıq salan kitab


Türk xalqlarının ədəbi yaddaşına işıq salan kitab

Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” (təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşr) dərsliyi işıq üzü görüb.
Layihənin rəhbəri və ön sözün müəllifi fondun prezidenti, millət vəkili Cavanşir Feyziyev, elmi redaktoru akademik İsa Həbibbəylidir. Nəşrə akademiklər Gövhər Baxşəliyeva, Nizami Cəfərov, professorlar Mahirə Hüseynova, Qəzənfər Paşayev, Əskər Rəsulov (Azərbaycan), Şohrat Sirojiddin (Özbəkistan), Şükrü Haluk Akalın, Selçuk Kırlı, Alev Sınar Uğurlu və Nazife Güngör (hər üçü Türkiyədən) kimi Türk dünyasının görkəmli elm xadimləri rəy veriblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dərslik kimi təsdiq olunan kitabın məsləhətçiləri isə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türkiyənin Azərbaycandakı səfiri professor Birol Akgün, Özbəkistan səfiri Bahrom Aşrafxanov və Qırğızıstan səfiri Maksat Mamıtkanovdur. Kitabın ölkəmizlə yanaşı, bütün Türk dünyasının ali təhsil ocaqlarında ortaq türk ədəbiyyatı dərsliyi kimi istifadəsi nəzərdə tutulur.
Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunan 864 səhifəlik kitabda Azərbaycan, Türkiyə, özbək, türkmən, qazax, qırğız, tatar, İraq-türkman ədəbiyyatlarının yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları geniş şəkildə tədqiq və təhlil edilib.
“Türk xalqları ədəbiyyatı” dərsliyinin əvvəlki nəşri 2022-ci ildə Daşkəndə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə, 2024-cü ildə isə Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap olunub.
Türkdilli dövlətlərin bir çox universitetlərində tədris olunan kitab türk xalqları ədəbiyyatının geniş şəkildə təbliği və öyrənilməsi sahəsində qiymətli mənbədir.
Professor Elman Quliyev kitabda türk xalqlarının qohumluq əlaqələrini əsas götürərək mövzunu ümumtürk ədəbi-mədəni hadisəsi kontekstində təhlilə cəlb edib. Kitabda türklərin bəşər sivilizasiyasının inkişafında, dünya ədəbi-bədii fikrinin formalaşmasında oynadığı müstəsna rol diqqətə çatdırılır, bu zəngin irsin təbliği və öyrənilməsinin zəruriliyi vurğulanır.
6-04-2025, 13:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
6-04-2025, 13:09
Ümit Uysal CHP başqanlığına namizədlikdən çəkildi


Ümit Uysal CHP başqanlığına namizədlikdən çəkildi

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində başqanlıq uğrunda mübarizə davam edərkən, namizədlərdən biri olan Antalya Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı Ümit Uysal gözlənilməz bir qərarla namizədliyini geri çəkdiyini elan edib.
Uysal açıqlamasında partiyasını zəiflətməmək məqsədilə səbəbləri ictimaiyyətlə bölüşmədiyini bildirib:
"Partiyamı yıpratmamaq üçün burada detalları açıqlamayacağım səbəblərlə namizədliyimi davam etdirməmə qərarı verdim".
Bununla yanaşı, Uysal CHP sıralarındakı siyasi fəaliyyətini davam etdirəcəyini və partiyasının uğuru üçün çalışacağını vurğulayıb:
"CHP üçün mübarizəm ən güclü şəkildə davam edəcək. Birləşə-birləşə qalib gələcəyik".
Qeyd edək ki, Uysal CHP daxilində yenilənmə və demokratikləşmə çağırışları ilə önə çıxan simalardan biri kimi tanınır. Onun bu qərarı partiya daxilindəki balanslara və başqanlıq yarışına necə təsir edəcəyi maraqla gözlənilir.
6-04-2025, 12:35
Tələbə dəm qazından öldü


Tələbə dəm qazından öldü

Qərbi Kaspi Universitetinin tələbəsi faciəvi şəkildə ölüb.
Bu barədə Qərbi Kaspi Universiteti məlumat yayıb.
Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq dünyasını dəyişib.
6-04-2025, 11:54
İran: ABŞ ilə birbaşa danışıqlar mənasızdır


İran: ABŞ ilə birbaşa danışıqlar mənasızdır

Rəsmi Tehran ABŞ ilə birbaşa danışıqları mənasız hesab edir.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“BMT Nizamnaməsini pozaraq daim güc tətbiq etməklə hədələyən tərəflə birbaşa danışıqlar mənasız olardı”, – nazir söyləyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran rəhbərliyinin Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa danışıqlarla aparmaq istədiyini söyləmişdi.

6-04-2025, 11:41
Qarabağda daha bir mina partladı - Yaralı var


Qarabağda daha bir mina partladı - Yaralı var

Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində mina hadisəsi baş verib.
1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
“ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl ANAMA, əməkdaşının Cəbrayıl rayonunda minaya düşdüyünü bildirmişdi.
6-04-2025, 11:27
Rusiya təhlükəsi - Polşa qırıcıları havaya qalxdı


Rusiya təhlükəsi - Polşa qırıcıları havaya qalxdı

Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb.
Bu barədə ölkənin Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunları Qərbi Ukrayna ərazisindəki obyektlərə zərbələr endirir. Bununla əlaqədar olaraq Varşava NATO üzrə müttəfiqləri ilə birlikdə qırıcı təyyarələri havalandırıb. Bundan başqa, yerüstü hava hücumundan müdafiə (HHM) və radiolokasiya kəşfiyyatı sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Polşa SQ Komandanlığı qeyd edib ki, görülən tədbirlər “təhlükəli ərazilərə bitişik olan yerlərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib”.
Hazırda iqtidarı vəziyyəti izləməyə davam edir. Məlumatda vəziyyət nəzarət altında olduğu vurğulanıb.
6-04-2025, 11:06
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində - FOTO


Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənddə Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasiminə qatılıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
"Daşkənd şəhərində Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib", – məlumatda qeyd olunub.
Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər.
Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub. Azərbaycan parlamentinin sədri həmçinin tədbir çərçivəsində bir sıra ölkələrin qanunverici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirir.




6-04-2025, 10:43
ANAMA-nın əməkdaşı minaya düşdü


ANAMA-nın əməkdaşı minaya düşdü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.
Bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
6-04-2025, 10:27
Kiyevə raket zərbələri - Yaralılar var


Kiyevə raket zərbələri - Yaralılar var

Rusiya ordusu Kiyevə raket zərbələri endirib.
Qara dənizdən “Kalibr” və “ТУ-95М” bombardmançı təyyarəsindən “Х-101” raketləri buraxılıb.
Bir mebel sexində yanğın baş verib, beşmərtəbəli biznes mərkəzinin 3,4 və 5-ci mərtəbələrində qismən dağıntı olub, 3 avtomobil yanıb.
Raket hücumu nəticəsində 3 nəfər yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!