Ərdoğan Zelenski ilə sülhdən danışdı .....                        Yenidən spiker postuna namizəd oldu .....                        Telmanın atası da minaya düşübmüş... .....                        Buraxılış imtahanının cavabları elan edildi .....                        Tələbə xərçəngdən vəfat etdi .....                        Millimiz dünya çempionatının finalında .....                        Gəncəni raketlə vuranlar onlar imiş - Adlar AÇIQLANDI .....                        Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI .....                        Meloni Mərkəzi Asiya liderlərini bir araya topladı .....                       
28-04-2025, 18:51
İlham Əliyevdən İranla bağlı mühüm mesaj


İlham Əliyevdən İranla bağlı mühüm mesaj

Azərbaycanla İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var.
Bunu aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşdə deyib.
"Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək", - Prezident İlham Əliyev qeyd edib.
28-04-2025, 18:46
Prezidentlər biznes forumda iştirak edir


Prezidentlər biznes forumda iştirak edir

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak edirlər.
28-04-2025, 18:40
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian


Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian

Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq.
Bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.
"Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq", - Pezeşkian qeyd edib.

***

Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olub.
İran KİV-lərinin məlumatına görə, görüşdə Ermənistanın işğalındandan azad edilmiş Qarabağ da müzakirə mövzusu olub.
Prezident Pezeşkian deyib: "İnqilab rəhbərinin (ayətulla Xamenei-red.) salamlarını sizə çatdırıram. Burada, Azərbaycanda olmaqdan çox şadam. Ümid edirəm ki, bura səfərimiz və ekspertlər arasında əvvəlki görüşlər nəticəsində imzalanacaq sazişlər İran və Azərbaycan münasibətlərində daha böyük addımların başlanğıcı olacaq".
Pezeşkian həmçinin İran və Azərbaycan nümayəndə heyətlərinin birgə görüşündə verdiyi açıqlamada "Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. Bizim burada olmağımız iki ölkə arasında əlaqələri gücləndirmək, birlik və həmrəyliyi gücləndirmək məqsədi daşıyır" deyib.
İlham Əliyev görüşdə deyib: “Biz İran və Azərbaycan arasında əlaqələrin inkişafına önəm veririk. Şübhəsiz ki, əlaqələrimizin inkişafı iki qardaş xalqın mənafeyinə xidmət edəcəkdir.
Ümid edirəm ki, İran və Azərbaycan prezidentlərinin xüsusi tapşırıq və tövsiyələrinə uyğun olaraq, əlaqələrimizdə yeni təkan əldə edəcəyik”.
28-04-2025, 18:18
Azərbaycanla Səudiyyə arasında önəmli anlaşma


Azərbaycanla Səudiyyə arasında önəmli anlaşma

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
İclasdan əvvəl Komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih arasında ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı enerji sektorunda əməkdaşlıq, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının Səudiyyə Ərəbistanına ixracının genişləndirilməsi, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
Müştərək Komissiyanın 8-ci iclasında iqtisadiyyat, ticarət, logistika, investisiya və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Baş nazirin müavini Samir Şərifov iclasda çıxışı zamanı dövlət başçılarının müəyyən etdiyi strateji hədəflərə çatmaq istiqamətində atılan addımlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafının Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.
Energetika, yaşıl enerji və infrastruktur layihələri sahəsində əməkdaşlığa toxunan Baş nazirin müavini qeyd edib ki, “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin, “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyirlər. Bu təşəbbüs COP29 çərçivəsində imzalanmış üçtərəfli memorandum əsasında həyata keçirilir və Azərbaycanın enerji keçidi hədəflərinə mühüm töhfə verəcək.
Neft-qaz sektorunda əməkdaşlıq imkanlarına da toxunularaq, SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqların uğurla davam etdiyi bildirilib. Bu əməkdaşlıq hər iki şirkətin beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə xidmət edəcək.
Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini bildirib. O, Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətini də ifadə edib.

İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:

- Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;

- Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;

- Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.

Eyni zamanda Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.
Həmin gün Səudiyyə Ərəbistanı–Azərbaycan İnvestisiya Dəyirmi Masası təşkil olunub. Tədbirdə hər iki ölkənin hökumət nümayəndələri və iri biznes dairələrinin təmsilçiləri iştirak ediblər.
Dəyirmi Masada çıxış edən Baş nazirin müavini Samir Şərifov bu cür görüşlərin hökumət və biznes dairələri arasında açıq dialoq üçün mühüm platforma olduğunu qeyd edib.
Baş nazirin müavini Səudiyyə Ərəbistanının rəsmilərini və biznes nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və iqtisadi perspektivlərlə tanış edərək, onları bu bölgələrə investisiya qoymağa dəvət edib.
Baş nazirin müavini Səudiyyə Ərəbistanlı iş adamlarına Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verib və vurğulayıb ki, son beş ildə ölkəmizə ən böyük turist axını 2024-cü ildə qeydə alınıb. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 98 113 nəfər təşkil edib və bu 2023-cü illə müqayisədə 20 %-dən çox artım deməkdir. Bu dinamika Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici destinasiyaya çevrildiyini və turizm strategiyalarının uğurlu nəticə verdiyini göstərir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müntəzəm aviasiya reyslərinin mövcudluğu qarşılıqlı turist mübadiləsinin genişlənməsinə müsbət təsir edir.
Baş nazirin müavini əlavə edib ki, "Saudi Vision 2030" hədəfləri çərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlar tərəfindən böyük maraqla izlənilir və investisiya imkanları nəzərdən keçirilir.Azərbaycan tikinti şirkətləri böyük layihələrin həyata keçirilməsində uğurlu təcrübəyə malikdirlər və onlar "Saudi Vision 2030" hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər. Baş nazirin müavini qarşılıqlı investisiyaların təşviqi, sahibkarlara investisiya layihələrini həyata keçirmək üçün dəstəyin göstərilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının sahibkarların yanında olmağa və layihələrin reallaşdırılmasına kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Səfər çərçivəsində Baş nazirin müavini Samir Şərifov Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasında da iştirak edib. O, iclasda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və məhsul çeşidinin şaxələndirilməsi imkanları haqda danışıb.
Qeyd edək ki, Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkənin biznes nümayəndələrinin təmsil olunduğu bu Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin və görüşlərin təşkilinə, eləcə də informasiya mübadiləsinə yardım göstərir.
28-04-2025, 17:56
Pezeşkian Şəhidlər xiyabanında


Pezeşkian Şəhidlər xiyabanında

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.
Məsud Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
28-04-2025, 17:37
Pezeşkian Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO


Pezeşkian Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

28-04-2025, 17:30
Bakıda dairəvi yolda qəza


Bakıda dairəvi yolda qəza

Yasamal rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən işlər görülür.
28-04-2025, 17:25
Putin bu tarixdə müvəqqəti atəşkəs elan etdi


Putin bu tarixdə müvəqqəti atəşkəs elan etdi

Rusiya prezidenti Vladimir Putin 9 May faşizm üzərindəki Qələbə Gününün qeyd olunması üçün Ukrayna ilə müharibədə müvəqqəti atəşkəs elan edib.
Mayın 8-də gecə yarısı başlayacaq atəşkəs mayın 11-dək davam edəcək.
Atəşkəs İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə bağlı tədbirlərlə əlaqədar elan edilib.
28-04-2025, 17:20
Yol polisi Bakı-Qazax yolundakı ağır qəza ilə bağlı məlumat yaydı - FOTO


Yol polisi Bakı-Qazax yolundakı ağır qəza ilə bağlı məlumat yaydı - FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı-Qazax yolunda baş verən qəza barədə məlumat yayıb.
İdarədən verilən məlumatda qeyd olunub ki, dünən saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən, yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.
Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalı avtomobilin sürücüsü Pərviz Qəribov, güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, onun sərnişini - həyat yoldaşı isə xəsarət alıb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınması qaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır", idarədən bildirilib.


28-04-2025, 16:56
Qlobal Cənub QHT Platformasının mərkəzi qərargahı Bakıda yerləşəcək


Qlobal Cənub QHT Platformasının mərkəzi qərargahı Bakıda yerləşəcək

Qlobal Cənub Qeyri-Hökümət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib.
Bu, Qlobal Cənub Platformasının bugünkü təsis konfransında elan edilib.
Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının 1 il müddətinə müvəqqəti Baş katib seçilib, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşib.
Qeyd edək ki, 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!