"Qalatasaray" səfərdə qələbə qazandı .....                        O da Ankarada Suriya lideri ilə görüşdü .....                        74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər .....                        Qatarın qarşısına qəfil çıxan şəxs yaralandı .....                        "Neftçi" məğlub oldu .....                        Ərdoğanla Əhməd əl-Şaraa 1 saat yarım nələrdən danışdılar... .....                        Şuşada “Xarıbülbül” Festivalının açılışı - FOTO .....                        Cüdoçularımız erməni rəqiblərini məğlub etdi .....                        İsrail-Azərbaycan əlaqələrində 4 vacib amil - SƏFİR AÇIQLADI .....                       
23-05-2025, 19:14
Avropa liderləri Bakı və İrəvanda toplaşacaq


Avropa liderləri Bakı və İrəvanda toplaşacaq

Azərbaycan və Ermənistan Avropa Siyasi Birliyinin Sammitinin keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləyib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan, eyni zamanda, Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışladığını vurğulayıb.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcək.
23-05-2025, 18:23
Professor Mahirə Hüseynova ermənilərə cavab verdi

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi

Bədnam azərbaycanofob jurnalist, Amerika Erməni Milli Komitəsinin muzdlusu Lindzi Snell və ona istinadən Ermənistan mətbuatı ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumat yayıb. Bu barədə Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova məlumat verib.O, bildirib ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorlugu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti Ermənistanda təşvis doğurur davamlı olaraq bizim fəaliyyətimiz barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya bizim Mərkəzdə saxta xəritə düzəldilib və erməni toponimləri dəyişdirilib. Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları ərazisində yaradılması tarixşünaslıq tərəfindən öz təsdiqini tapmış faktir.Ancaq ermənilərin təşvisinə heç bir əsas yoxdur bizim mərkəz elmi mərkəzdir burada silah yox elmi informasiyalar və araşdırmalar istehsal olunur.Biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik bizi bu yolda heç kim döndərə bilməz.
23-05-2025, 18:14
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir

İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir

Tarix təkcə ötüb keçmiş hadisələrin yaddaşı deyil, həm də xalqın kimliyini daşıyan və gələcəyə yol göstərən mənəvi mayadır. Bu gün İrəvanın dini təmsilçiliyinə verilən yeni nəfəs sadəcə bir vəzifənin təyinatı yox, bütöv bir millətin tarixi yaddaşına ehtiramın simvoludur. Qafqaz Müsəlmanları İdarəsinin qərarı ilə İrəvan qazısı təyinatı təkcə dini idarəçilik aktı deyil, həm də milli-mənəvi varisliyin rəsmi olaraq tanınmasıdır. Bir zamanlar İslam mədəniyyətinin, dini təhsil və maarifçilik baxımından Cənubi Qafqazın mərkəzlərindən olan İrəvanın dini irsinin bərpası xalqımızın ruhuna qayıdışdır.
Bu fikirləri filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycanın İrəvan Şəhər İcmasının sədri Fəridə Səfiyeva bildirib.
Onun sözlərinə görə, tarixi qaynaqlarda adı çəkilən 300-dən çox məscid, onlarla mədrəsə və böyük alimlər bu torpağın mənəvi dərinliyini əks etdirir: “Ayətullah əl-uzma Mirzə Əli İrəvani kimi görkəmli şəxsiyyətlərin adı bu şəhərin yetirdiyi irfan övladlarına bariz nümunədir. Bu gün həmin nəslin nümayəndələrinin Nəcəf və Qum kimi dini elm mərkəzlərində yüksək mövqelərdə təmsil olunması da bu irsin canlılığını sübut edir.
Yeni qazının fəaliyyəti yalnız idarəetmə mexanizmi kimi deyil, həm də mənəvi mirasın daşıyıcısı kimi qəbul edilməlidir. Qazılar Şurasının təsdiqlədiyi əsasnamə, əslində, zamanın bizə verdiyi bir əmanətin hüquqi sənədlə möhürlənməsidir. Bu, keçmişin bizə söylədiyi bir çağırışdır”.
“Son illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə İrəvan irsinə dair bir sıra mühüm qərarlar qəbul olunub. İrəvan Dövlət Dram Teatrının yeni, müasir binaya köçürülməsi və teatrın yubileyinin yüksək səviyyədə qeyd olunması dövlətimizin bu şəhərə verdiyi dəyərin göstəricisidir. Eyni zamanda, böyük rəssam Mirzə Qədim İrəvaninin yubileyi ilə bağlı dövlət başçısının imzaladığı sərəncam və onun adının küçəyə verilməsi – bunlar da İrəvanla bağlı mədəni və tarixi yaddaşın canlandırılması yolunda atılmış mühüm addımlardır.
İndi isə bu təşəbbüslərə dini təmsilçiliyin də əlavə olunması bir mənəvi tamlığın bərpa olunması deməkdir. Bu hadisələr adi bir uğur kimi deyil, bütöv kimlik mücadiləsinin mərhələləri kimi dəyərləndirilməlidir. Bu addımlar sadəcə nostalji hisslərin təsiri ilə deyil, gələcək nəsillərin öz köklərini tanıması, bu irsi qürurla daşıması üçün atılır.
Bəli, bu təyinat gec gəldi. Amma bu, gecikmiş deyil. Tarix bu anı gözləyirdi. Əminəm ki, İrəvan Qazılığı bundan sonra yalnız dini idarəçilik orqanı kimi deyil, həm də İslam maarifçiliyinin, İrəvan irsinin öyrənilməsi və qorunmasının da əsas ünvanlarından birinə çevriləcək. İrəvan bizim mənəviyyatımızdır, kökümüzdür, adımızdır. Bu gün bu ad yenidən ucalırsa, demək ki, tarix bizi unutmayıb”, - deyə o bildirib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsində İrəvan Qazılığı ilə bağlı Əsasnamə qəbul olunub. İrəvan Qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Səsvermə nəticəsində Bəxtiyar Nəcəfov İrəvan qazısı seçilib.

23-05-2025, 17:52
Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq


Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Məlumatda deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 24-dən 25-i gündüzədək bəzi bölgələrdə yağış yağacağı və şimşək çaxacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir.
Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımla bağlı təhlükələrdən qorunmaq

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Bundan əlavə, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".​
23-05-2025, 17:37
Avropa Siyasi Birliyinin Zirvə toplantısı Bakıda keçiriləcək


Avropa Siyasi Birliyinin Zirvə toplantısı Bakıda keçiriləcək

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.
“Tiranada çox uğurlu Zirvə toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. EPC Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib”, - Koşta qeyd edib.
O bildirib ki, 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.
23-05-2025, 17:29
Azərbaycanla İtaliya Xüsusi Təyinatlı Qüvvələri görüşdülər


Azərbaycanla İtaliya Xüsusi Təyinatlı Qüvvələri görüşdülər

Azərbaycan və İtaliya Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında ekspert görüşü keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar XTQ-nin "N" hərbi hissəsini ziyarət ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb.
İtaliya nümayəndə heyətinə XTQ-nin yaranma tarixi və keçdiyi döyüş yolundan bəhs edən brifinq təqdim edilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.
Ekspert görüşü zamanı birgə əməkdaşlıq və maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Nümayəndələr XTQ mənsublarının təchizatı və istifadəsində olan PUA, silah və digər vasitələrlə tanış olublar.
İtaliya nümayəndə heyəti, həmçinin Azərbaycan XTQ mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.
23-05-2025, 17:21
Bağçalı Ərdoğana qarşı çıxdı: "Yolundan dönməyə haqqı yoxdur"


Bağçalı Ərdoğana qarşı çıxdı: "Yolundan dönməyə haqqı yoxdur"

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliklə bağlı açıqlaması geniş rezonans doğurub.
“Mənim təkrar seçilmə və ya yenidən namizəd olma kimi bir dərdim yoxdur. Atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik – dərdimiz budur”, - o deyib.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Ərdoğanın sözlərinə münasibət bildirib.
O, Ərdoğanın sözlərini ədalətli və uyğun hesab etmədiyini deyib. MHP liderinin sözlərinə görə, Türkiyə və Türk millətinin yeni əsrin yol xəritəsini çəkən Ərdoğana ciddi şəkildə ehtiyacı var:
“Vətən və millət dərdi olan bir prezidentin yolundan dönməyə haqqı yoxdur. Bu, nə ölkə reallığına, nə də qlobal və regional proseslərə uyğundur”, – deyə o bildirib.
Bağçalı vurğulayıb ki, Türkiyə uzun illərdən sonra ilk dəfə güclü bir inkişaf tempi qazanıb. Ərdoğanın gecə-gündüz çalışan fədakar lider olduğunu qeyd edən MHP sədri onun mübarizəsini “hər cür tərifdən üstün” kimi dəyərləndirib. “Milli idealların iqtisadi-siyasi müstəvidə düzgün şərh olunduğu bir idarəetmə modeli formalaşıb”, – deyə o əlavə edib.
Milliyyətçi Hərəkat Partiyasının lideri ölkədə “böhran və xaosdan bəslənən siyasi fürsətçilərin” fəaliyyətinə qarşı ciddi dayanacaqlarını da bildirib: “MHP və Cümhur İttifaqında bu cür dağıdıcı niyyətlərə göz yumacaq nə bir vicdan, nə də siyasi əxlaq mövcuddur.”
MHP lideri Ərdoğanın yolunu davam etdirməsinin vacibliyini bir daha vurğulayaraq belə deyib: “Tayyip Ərdoğanın yayından çıxardığı ox hədəfinə çatmalıdır. Bunun üçün onun varlığı əvəzedilməz bir dəyər və zərurətdir.”
Qeyd edək ki, Ərdoğanın bu çıxışı ölkədə yeni konstitusiya ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrə təsadüf edir. Bəzi ekspertlər onun yeni konstitusiyanın qəbul edilməsindən sonra yenidən prezidentliyə namizəd ola biləcəyini düşünür.
Xatırladaq ki, Türkiyədə bir nəfər iki dəfədən artıq prezident seçilə bilməz. Ərdoğan artıq iki dəfə prezident seçilib.
23-05-2025, 17:18
Qərbi Azərbaycan İcmasının Ankara tədbirində kimlər iştirak etdi


Qərbi Azərbaycan İcmasının Ankara tədbirində kimlər iştirak etdi

Mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli konfransla bağlı danışıb.
İcma sədri bildirib ki, Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransla Qərbi Azərbaycana qayıdış yolunda irəliyə doğru növbəti, çox mühüm və tarixi bir addım atdıqlarını bildirib:
"Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə keçirilən konfransa Azərbaycan və Türkiyədən 250-dən artıq iştirakçı, o cümlədən Azərbaycanın və Türkiyənin dövlət nümayəndələri, millət vəkilləri, universitet rektorları, elm adamları, qeyri-hökumət təşkilatlarının və medianın təmsilçiləri qatılmışdı".
Ə.Ələkbərli vurğulayıb ki, açılışda Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətinin səsləndirilməsi toplantıda ədalət və sülh məsələləri üzrə aparılan müzakirələrə istiqamət verdi və konfransın işinə böyük dəyər qatdı:
"Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin və Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alanın açılış nitqləri ilə davam edən konfransda Türkiyənin və bütün Türk dünyasının Kamal Çiçək, İlbər Ortaylı, Tufan Gündüz, Okan Yeşilot, İbrahim Atnur kimi məşhur elm adamlarının, Böyük Millət Məclisinin komissiya sədrləri Çiğdem Ərdoğan, Vedat Bilgin, Derya Yanıkın Qərbi Azərbaycan tarixi və Qərbi Azərbaycanlı soydaşlarımızın qayıdış hüququ ilə bağlı çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı və Qərbi Azərbaycan məsələsinin Türkiyə ictimaiyyətinə effektiv şəkildə təqdim edilməsinə imkan verdi.
Hörmətli xanım sədrə millət vəkillərimizin böyük bir heyətinin sözügedən konfransda iştirakına şərait yaratdığına görə Qərbi Azərbaycan İcması və Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvləri adından bir daha təşəkkür edirəm".
23-05-2025, 17:02
Rusiyada helikopter qəzaya uğradı - Ekipaj həlak oldu


Rusiyada helikopter qəzaya uğradı - Ekipaj həlak oldu

Rusiyanın Oryol vilayətində “Mi-8” helikopteri qəzaya uğrayıb, ekipaj həlak olub.
Bu barədə Moskva hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.
Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.
23-05-2025, 16:40
Leysan yağacaq, çaylardan sel keçəcək - Hava xəbərdarlıq


Leysan yağacaq, çaylardan sel keçəcək - Hava xəbərdarlıq

Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!