Hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq .....                        Avropa Siyasi Birliyinin Zirvə toplantısı Bakıda keçiriləcək .....                        Azərbaycanla İtaliya Xüsusi Təyinatlı Qüvvələri görüşdülər .....                        Bağçalı Ərdoğana qarşı çıxdı: "Yolundan dönməyə haqqı yoxdur" .....                        Qərbi Azərbaycan İcmasının Ankara tədbirində kimlər iştirak etdi .....                        Rusiyada helikopter qəzaya uğradı - Ekipaj həlak oldu .....                        Leysan yağacaq, çaylardan sel keçəcək - Hava xəbərdarlıq .....                        "Anadolu Ankası - 2025" təlimi başa çatdı - VİDEO .....                        Xarici qüvvələrin iştirakı təsdiqləndi - Manukyanın etirafı .....                       
Tarix : Dünən, 18:14
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir

İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir

Tarix təkcə ötüb keçmiş hadisələrin yaddaşı deyil, həm də xalqın kimliyini daşıyan və gələcəyə yol göstərən mənəvi mayadır. Bu gün İrəvanın dini təmsilçiliyinə verilən yeni nəfəs sadəcə bir vəzifənin təyinatı yox, bütöv bir millətin tarixi yaddaşına ehtiramın simvoludur. Qafqaz Müsəlmanları İdarəsinin qərarı ilə İrəvan qazısı təyinatı təkcə dini idarəçilik aktı deyil, həm də milli-mənəvi varisliyin rəsmi olaraq tanınmasıdır. Bir zamanlar İslam mədəniyyətinin, dini təhsil və maarifçilik baxımından Cənubi Qafqazın mərkəzlərindən olan İrəvanın dini irsinin bərpası xalqımızın ruhuna qayıdışdır.
Bu fikirləri filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycanın İrəvan Şəhər İcmasının sədri Fəridə Səfiyeva bildirib.
Onun sözlərinə görə, tarixi qaynaqlarda adı çəkilən 300-dən çox məscid, onlarla mədrəsə və böyük alimlər bu torpağın mənəvi dərinliyini əks etdirir: “Ayətullah əl-uzma Mirzə Əli İrəvani kimi görkəmli şəxsiyyətlərin adı bu şəhərin yetirdiyi irfan övladlarına bariz nümunədir. Bu gün həmin nəslin nümayəndələrinin Nəcəf və Qum kimi dini elm mərkəzlərində yüksək mövqelərdə təmsil olunması da bu irsin canlılığını sübut edir.
Yeni qazının fəaliyyəti yalnız idarəetmə mexanizmi kimi deyil, həm də mənəvi mirasın daşıyıcısı kimi qəbul edilməlidir. Qazılar Şurasının təsdiqlədiyi əsasnamə, əslində, zamanın bizə verdiyi bir əmanətin hüquqi sənədlə möhürlənməsidir. Bu, keçmişin bizə söylədiyi bir çağırışdır”.
“Son illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə İrəvan irsinə dair bir sıra mühüm qərarlar qəbul olunub. İrəvan Dövlət Dram Teatrının yeni, müasir binaya köçürülməsi və teatrın yubileyinin yüksək səviyyədə qeyd olunması dövlətimizin bu şəhərə verdiyi dəyərin göstəricisidir. Eyni zamanda, böyük rəssam Mirzə Qədim İrəvaninin yubileyi ilə bağlı dövlət başçısının imzaladığı sərəncam və onun adının küçəyə verilməsi – bunlar da İrəvanla bağlı mədəni və tarixi yaddaşın canlandırılması yolunda atılmış mühüm addımlardır.
İndi isə bu təşəbbüslərə dini təmsilçiliyin də əlavə olunması bir mənəvi tamlığın bərpa olunması deməkdir. Bu hadisələr adi bir uğur kimi deyil, bütöv kimlik mücadiləsinin mərhələləri kimi dəyərləndirilməlidir. Bu addımlar sadəcə nostalji hisslərin təsiri ilə deyil, gələcək nəsillərin öz köklərini tanıması, bu irsi qürurla daşıması üçün atılır.
Bəli, bu təyinat gec gəldi. Amma bu, gecikmiş deyil. Tarix bu anı gözləyirdi. Əminəm ki, İrəvan Qazılığı bundan sonra yalnız dini idarəçilik orqanı kimi deyil, həm də İslam maarifçiliyinin, İrəvan irsinin öyrənilməsi və qorunmasının da əsas ünvanlarından birinə çevriləcək. İrəvan bizim mənəviyyatımızdır, kökümüzdür, adımızdır. Bu gün bu ad yenidən ucalırsa, demək ki, tarix bizi unutmayıb”, - deyə o bildirib.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsində İrəvan Qazılığı ilə bağlı Əsasnamə qəbul olunub. İrəvan Qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Səsvermə nəticəsində Bəxtiyar Nəcəfov İrəvan qazısı seçilib.


Paylaş



Bölmə: İrəvan / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!