Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
23-05-2025, 16:29
"Anadolu Ankası - 2025" təlimi başa çatdı - VİDEO


"Anadolu Ankası - 2025" təlimi başa çatdı - VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2025" (Anatolian Phoenix - 2025) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.
Beynəlxalq təlimdə keçirilən "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.
İştirakçılara təlimin gedişatı barədə statistik məlumatlar verilib, beynəlxalq axtarış-xilasetmə təliminə həsr olunmuş qısametrajlı videogörüntü təqdim edilib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda beynəlxalq təlimə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib.
Sonra Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib.
Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.
Qardaş ölkədə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimində Azərbaycan HHQ-nin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.


23-05-2025, 15:55
Xarici qüvvələrin iştirakı təsdiqləndi - Manukyanın etirafı


Xarici qüvvələrin iştirakı təsdiqləndi - Manukyanın etirafı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.
Kadrlarda bildirilir ki, dünyanın müxtəlif yerlərindən – ABŞ-dan, Kanadadan, Suriyadan, Ermənistandan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb.
Videomaterialda deyilir ki, “Qarabağın azad edilməsi” döyüşlərində iştirak edən təxminən 100 diaspor ermənisindən 65 nəfəri bu taborun döyüşçüsü olub.
Videogörüntülərdə özünün olduğunu təsdiq edən təqsirləndirilən şəxs David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.
D.Manukyan dövlət ittihamçısının suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
23-05-2025, 15:46
Azərbaycanda yeni qanun: blogerlər üçün qızıl dövr bitdi


Azərbaycanda yeni qanun: blogerlər üçün qızıl dövr bitdi

“Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürdü: bəzi blogerlər üçün qızıl dövr bitdi. Blogerlərin bazar payı nə qədərdir, yeni qanunun tətbiqində blogerlər və sosial media üçün risklər varmı? Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib”​.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz reklamla bağlı qüvvəyə minən yenilikləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, bloger reklam paylaşımında mütləq açıq şəkildə “reklam” və ya “sponsorluq” sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında məlumatlar verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s.
Ekspert “Blogerlər çoxdurmu, nə qədər qazanırdılar, bu bazarın həcmi nə qədərdir?” sualına da aydınlıq gətirib: “Azərbaycanda əsasən “Meta” (“İnstagram”, “Facebook” və s.) və “Google” (“Youtube” və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə “TikTok” da bu bazardan xeyli pay qopardır.
Azərbaycanda bu sektorda məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır. Sosialda az sayda bloger var ki, bu fəaliyyətdən aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər.
Ümumiyyətlə isə qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlayır. Bir kampaniya üçün ortalama 500-1500 manat, hətta 10-15 min manat alan blogerlər də var.
Əksəriyyət isə elə də böyük pullar qazanmır. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb. Bu rəqəm getdikcə artacaq. Baxmayaraq ki, bir neçə gün öncə bir dəfə də olsun auditi keçirilməyən, hesabatlılığı olmayan, TV-lərin reytinqini ölçən “Marsa Azərbaycan” media üçün reallığı əks etdirməyən başqa data açıqlayıb. Bu isə başqa bir müzakirə mövzusudur.

Blogerlər və influenserlik cəmiyyətə nə verir?

Bəzən bu sahədə çalışanlara qarşı mənfi münasibətin çox olması müşahidə olunur. Bu fəaliyyətlə məşğul olanların hamısına mənfi münasibət bəsləmək, tənqid hədəfinə çevirmək doğru olmazdı.
İnfluenserlərin və blogerlərin paylaşımları cəmiyyətin informasiya qəbuluna, davranış modellərinə və ictimai rəyə birbaşa təsir edir. Onlar təkcə reklam deyil, həm də maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında mühüm rol oynayırlar”.
O. Gündüz bu dəyişikliklərin reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcəyinə də münasibət bildirib: “Düşünürəm ki, ümumiyyətlə, bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli blogerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı. Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır. Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək. Amma risklər də var.
Qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloger və influenserlər üçün çətinlik yarada, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə, sosial medianın özünün inkişafı ilə bağlı problemlər yarana bilər. Yəni sosial media məhz müxtəlif fikirliliyə, rəngarəngliyə, hər bir istifadəçinin yaratdığı kontentin fərqliliyinə görə maraqlıdır.
Əgər yalnız yeknəsəng, yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil edərsə, bu sektorun inkişafına da mənfi təsirlər olacaq. Bu qanunun icrasında əsas məqam ictimai nəzarətlə və ictimai iştirakçılıqla bağlı olacaq. İctimai nəzarət addımlarının isə nifrət zəmininə çevrilməməsi üçün maarifləndirmə, cəmiyyətin inkişafı, ictimai maraqlar inkişaf etdirilməlidir.
Qanunun tətbiqi şəffaf, balanslı və maarifləndirici olmasa, gənclərdə bu sahəyə marağın azalmasına, yaradıcı azadlığın zədələnməsinə, nəzarətdə olan reklam sektorunun zəifləməsinə, gizli və xaricdən olan reklamın üstünlük qazanmasına gətirib çıxara bilər”.
23-05-2025, 15:38
Arazı üzərək İrandan Naxçıvana keçdi - 1000 manat CƏRİMƏLƏNDİ


Arazı üzərək İrandan Naxçıvana keçdi - 1000 manat CƏRİMƏLƏNDİ

Araz çayını üzərək İrandan Azərbaycana keçən şəxsin başına gələnlər olduqca maraqlıdır. İranda onun sənədləri əlindən alınıb. Bakıya gələndən sonra isə özü könüllü təslim olub.
28 yaşlı Naxçıvan sakini Elmin Məmmədli ötən ilin sonlarında müalicə üçün İrana gedib. Orada daha əvvəldən tanıdığı Məhəmmədrza adlı İran vətəndaşı ilə görüşüb, onun evində qalıb. Bakıya qayıtmaq istəyəndə Məhəmmədrza onun sənədlərini əlindən alıb. Buna səbəb Elminin Tural adlı tanışının Məhəmmədrzaya 75 min manat borcu olması olub. Məhəmmədrza dostunun borcu qarşılığında Elminin sənədlərini girov götürüb.
Elmin oradan qaçaraq sərhədi qanunsuz olaraq keçib. O, Araz çayını üzərək Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndi istiqamətindən sərhədi keçib.
Elmin başına gələnləri belə danışıb: "Məhəmmədrza ilə Bakıda alış-verişlə məşğul olanda tanış olmuşdum. İrana gedəndə Məhəmmədrzaya xəbər etdim. Məni qarşılayaraq öz evlərinə apardı. Bir müddət onlarda qaldım. Sonra Məhəmmədrza sənədlərimi götürdü. Tural Novruzov adlı tanışımın ona 75 min manat borcu olduğunu dedi. Tural borcunu qaytardıqda sənədlərimi verəcəyini bildirdi.
Buna görə konsulluğa müraciət etdim. Mənə qayıdış şəhadətnaməsi verildi. Lakin Təbrizdəki miqrasiya xidmətinin rəisi Məhəmmədrzanın tanışı olduğundan şəhadətnaməyə möhür vurmadı. Yenidən konsulluğa müraciət etdim. 4 ay İranda qaldım, amma çıxış yolu tapa bilmədim. Məni konsulluğa gətirən taksi sürücüsü telefon nömrəsini verib kömək təklif etdi. 500 min tümən qarşılığında kömək edə biləcəyini dedi. Araz çayının yaxınlığında üzərək keçməyi təklif etdi".
Bu təkliflə razılaşan Elminə tikanlı məftilləri qaldırmaq üçün 2 ədəd ağac verib çayı keçəcəyi yerə gətiriblər.
Elmin Arazı üzərək Şahtaxtı kəndinə keçib. Oradan atasına zəng edərək kömək istəyib. Atası həmkəndlisi Fərid adlı şəxsdən Elmini Şahtaxtı kəndindən götürməsini istəyib.
Elmin sonra Dövlət Sərhəd Xidmətinə gedərək təslim olub.
Bundan sonra məsuliyyətə cəlb edilən Elmin əməlindən peşman olduğunu bildirib. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə Elmini 1600 manat cərimə edib.
23-05-2025, 15:20
Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirakını təsdiqlədi


Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirakını təsdiqlədi

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib.
L.Mnatsakanyan müxtəlif illər qondarma qurumda tabor komandiri, diviziya komandiri və artilleriya rəisi olduğunu bildirib.
Dövlət ittihamçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyanın rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini etiraf edərək deyib: “Ağdam, Cəbrayıl, Ağdərə, Füzuli və digər ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirak etmişəm”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
23-05-2025, 15:13
Sürücülərin nəzərinə - Bu yol təmirə bağlandı


Sürücülərin nəzərinə - Bu yol təmirə bağlandı

"24 may səhər saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq".
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
"Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
23-05-2025, 15:06
Pensiyaçılara ŞAD XƏBƏR


Pensiyaçılara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Mayın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə may ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
23-05-2025, 15:00
Rusiya və Ukrayna əsirləri “1000-ə 1000” dəyişdilər


Rusiya və Ukrayna əsirləri “1000-ə 1000” dəyişdilər

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın böyük məhbus mübadiləsini başa çatdırdığını açıqlayıb.
Tramp bu barədə özünün “Truth” sosial şəbəkəsində yazıb.
ABŞ prezidenti prosesin yenicə başa çatdığını qeyd edib.
O xatırladıb ki, tərəflər mayın 16-da “1000-ə 1000” düsturuna əsasən əsir mübadiləsi barədə razılığa gəliblər.
“Biz hər iki tərəfi danışıqların uğurla başa çatması münasibətilə təbrik edirik. Bəlkə bu, böyük bir işin başlanğıcı olacaq”, – o yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!