Laçında möhtəşəm atəşfəşanlıq .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        Kurtulmuş yenidən sədr seçildi .....                        Atambayev barədə həbs qərarı verildi .....                        Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü .....                        Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi .....                        Onlar Vardanyanın məhkəməsində ifadə verdilər .....                        Daha iki tiktoker azadlığa buraxıldı .....                        Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI .....                       
26-05-2025, 15:36
Şahbaz Şərif İranda səfərdədir


Şahbaz Şərif İranda səfərdədir

Pakistanın Baş naziri Şahbaz Şərif İrana səfər edib.
Şahbaz Şərifi Tehranın Mehrabad hava limanında İranın daxili işlər naziri İskəndər Momeni qarşılayıb.
O, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlərlə bağlı İran rəsmiləri ilə görüşlər keçirəcək.
25-05-2025, 15:48
Putinin helikopterini vurmağa çalışdılar


Putinin helikopterini vurmağa çalışdılar

Mayın 20-də Rusiya prezidenti Vladimir Putinin olduğu helikopter Kursk vilayətinə səfəri zamanı Ukraynanın kütləvi PUA hücumunun episentrində olub.
Bu barədə Rusiya hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin bildirib.
Onun sözlərinə görə, Hava Hücumundan Müdafiə Qoşunları eyni vaxtda həm döyüş aparıb, həm də prezidentin helikopterinin havada təhlükəsizliyini təmin edib.
25-05-2025, 15:16
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, mayın 26-da bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
25-05-2025, 14:53
Azərbaycan investisiyaları Ukrayna üçün vacibdir - Sibiqa


Azərbaycan investisiyaları Ukrayna üçün vacibdir - Sibiqa

Ukrayna Azərbaycan investisiyalarını dəstəkləməyə hazırdır.
Bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, bugünkü təkbətək və geniş tərkibdə danışıqlar zamanı digər məsələlərlə yanaşı, ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri də müzakirə olunub:
“Ukrayna cəlbedici bazar və etibarlı tərəfdaş olaraq qalır. Biz Ukrayna iqtisadiyyatına Azərbaycan investisiyalarını dəstəkləyəcək və qoruyacağıq. Bəli, ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Bununla belə, daha böyük inkişaf üçün potensial mövcuddur. Biz bu məsələ ilə bağlı hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi barədə razılığa gəldik”.
Ukraynalı nazir həmçinin qeyd edib ki, danışıqların mühüm mövzularından biri Azərbaycanla enerji əməkdaşlığının inkişafı olub.
"Biz həm Ukraynanın, həm də bütün Mərkəzi Avropanın enerji müstəqilliyini gücləndirəcək birgə layihələr həyata keçirə bilərik. Ukrayna Azərbaycan və Avropa üçün enerji qovşağına çevrilməyə və əməkdaşlığın inkişafına yeni təkan verməyə hazırdır", - Sibiqa əlavə edib.
25-05-2025, 14:43
Kiyev Azərbaycanın bu qərarını alqışlayır


Kiyev Azərbaycanın bu qərarını alqışlayır

Kiyev Azərbaycanın bu ilin iyulunda Romada keçiriləcək Ukraynanın bərpası üzrə konfransda iştirak etmək qərarını alqışlayır.
Bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, qarşıdan gələn konfransda müharibədən sonra ölkənin bərpası üçün böyük yardım paketi ayrılacaq: “Şadam ki, Azərbaycan kimi sülhsevər bir ölkə bu konfransda iştirak edəcək. Biz gözləyirik ki, ayrılan vəsait həqiqətən də ölkəni qaydaya salmağa kömək edəcək”.
Ukraynalı nazir onu da əlavə edib ki, bugünkü danışıqlarda tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə ediblər: “Ərazilərin minalardan təmizlənməsi bərpa prosesinin tərkib hissəsidir”.
25-05-2025, 14:26
Təhlükəli yük daşıyan konteyner gəmisi batdı


Təhlükəli yük daşıyan konteyner gəmisi batdı

Liberiya bayrağı altında üzən “MSC ELSA 3” konteyner gəmisi Hindistanın cənubundakı Kerala ştatının Koçi şəhəri sahillərindən 38 dəniz mili aralıda Ərəb dənizində batıb.
Bu barədə Hindistan Sahil Mühafizəsi məlumat yayıb.
Qeyd olunub ki, təhlükəli yük daşıyan gəmidə 13-ü təhlükəli yük, 12-si kalsium karbid olmaqla 640 konteyner olub.
Gəminin çənlərində həmçinin 84,44 ton dizel yanacağı və 367,1 ton mazut olub.
Mövcud məlumata görə, konteyner gəmisi anbarlarından birində su basması nəticəsində tamamilə batıb. Eyni zamanda yanacağın dağılması riski var. Artıq gəminin bütün 24 ekipaj üzvü təhlükəsiz şəkildə xilas edilib.
“The Indian Express”in məlumatına görə, gəminin kapitanı rusdur, ekipajda həmçinin iyirmi Filippin, iki Ukrayna və bir Gürcüstan vətəndaşı var. 1997-ci ildə inşa edilmiş MSC Elsa 3 konteyner gəmisinin uzunluğu 184 metr, eni isə 25,3 metrdir.
Milli Fəlakətlərin İdarə Olunması İdarəsi sahil sakinlərinə batmış gəmiyə aid ola biləcək və dalğalar tərəfindən sahilə yuvarlana bilən obyektlərdən uzaq durmağı tövsiyə edib.
25-05-2025, 14:21
Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ


Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu.
Mayın 26-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.
25-05-2025, 14:00
II və III qruplar imtahan verdi


II və III qruplar imtahan verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
Xankəndi şəhərində keçirilən imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçirilib. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib. Bu faktla bağlı xüsusi araşdırma aparılacaq və həm imtahanda iştirak etməli olan şəxs, eyni zamanda onun yerinə imtahana gələn şəxslə bağlı lazımı tədbirlər görüləcək. Xatırladaq ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 54247 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər suallarını “Youtube”da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.
Mayın 26-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.
Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

***

09:11

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Xankəndi şəhərində keçiriləcək imtahan işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır. İmtahan Qarabağ Universitetində keçiriləcək. Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər. İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.
İştirakçılar mayın 14-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə biliblər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırılır ki, imtahan saat 10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 213 imtahan binası, 4 018 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 213 ümumi imtahan rəhbəri, 635 imtahan rəhbəri, 5 014 nəzarətçi, 717 buraxılış rejimi əməkdaşı, 213 bina nümayəndəsi cəlb olunub.
II ixtisas qrupu üzrə imtahanda 25 961, III ixtisas qrupu üzrə imtahanda isə 28 286 nəfər olmaqla, ümumilikdə 54 247 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 73 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 24-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
İmtahanların gedişini işıqlandırmaq üçün 45 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
25-05-2025, 13:37
Ukraynanın Bərpası Konfransında iştirak edəcəyik - Nazir


Ukraynanın Bərpası Konfransında iştirak edəcəyik - Nazir

Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
XİN başçısı vurğulayıb ki, Azərbaycan tərəfindən bu günə kimi 40 milyon dollardan artıq Ukraynaya humanitar yardım göstərilib.
O əlavə edib ki, Azərbaycan yaxın dövrdə keçiriləcək Ukraynanın Bərpası Konfransına önəm verir və bunun bərpa prosesi üçün əhəmiyyətli tədbir olduğunu düşünür:
“Ona görə Azərbaycan da bu tədbirin iştirakçısı olacaq”.
Qeyd edək ki, konfrans 10-11 iyun tarixlərində İtaliyanın paytaxtı Romada baş tutacaq.
25-05-2025, 12:44
Nazirlərin geniş tərkibdə görüşü başladı


Nazirlərin geniş tərkibdə görüşü başladı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında geniş tərkibdə görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıqlar siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat əlaqələri və davam edən humanitar əməkdaşlığı əhatə edir.
Nazirlər, həmçinin beynəlxalq və regional təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!