Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
24-05-2025, 15:58
Bu fürsət qaçırılmamalıdır! — Ərdoğan


Bu fürsət qaçırılmamalıdır! — Ərdoğan

«Rusiya və Ukrayna arasında məhbus mübadiləsi tərəflər arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır».
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
«Prezident Ərdoğan qeyd edib ki, Türkiyə İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar zamanı müzakirə edilən məhbus mübadiləsi kimi məsələləri etimadın qurulmasında mühüm addım hesab edir», — Türkiyə liderinin ofisinin bəyanatında deyilir.
Ərdoğan əlavə edib ki, münaqişəyə son qoymaq fürsəti qaçırılmamalıdır.
Xatırladaq ki, ötən gün «1000-dən 1000-ə» formatında irimiqyaslı əsir mübadiləsinin birinci mərhələsi baş tutub və bu mərhələ çərçivəsində tərəflər yüzlərlə mülki və hərbi əsirləri bir-birinə təhvil verib.
Əsir mübadiləsinin növbəti mərhələləri bu gün, mayın 24-ü və mayın 25-nə təyin edilib. Bu gün artıq 307 nəfər qarşılıqlı olaraq dəyişdirilib.
24-05-2025, 15:33
Azərbaycanda IV kurs tələbəsi qəzada öldü


Azərbaycanda IV kurs tələbəsi qəzada öldü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) IV kurs tələbəsi vəfat edib.
Bu haqda ADPU-nun sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının tələbəsi Əmirova Gülnar Sabir qızı avtomobil qəzasında ölüb.
24-05-2025, 15:10
Əliyev İrəvana gedəcək? - Ermənilər təşvişdə


Əliyev İrəvana gedəcək? - Ermənilər təşvişdə

Cənubi Qafqazda baş verən hadisələr regionun geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açır. Xüsusilə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətlənməsi fonunda yayılan məlumatlar ciddi ictimai-siyasi rezonans doğurur.
Azərbaycan və Ermənistanın Avropa Siyasi Birliyinin növbəti sammitlərinin Bakı və İrəvanda keçirilməsi üçün bir-birinin namizədliyini dəstəkləməsi geniş müzakirələrə səbəb olub.
Ermənistanın Baş naziri Nikol Paşinyanın bununla bağlı yaydığı xəbər İrəvandakı revanşist dairələrdə ciddi təşviş yaradıb.
Ermənistan mediası və ekspert dairələrində, eləcə də sosial şəbəkələrdə səsləndirilən ehtimallardan biri Azərbaycan Prezidenti İlham Əliyevin də İrəvana səfər edə biləcəyi ilə bağlıdır.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin 2026-ci ildəki Zirvə toplantısı Ermənistanda, 2028-ci ildəki sammiti isə Azərbaycanda keçiriləcək.
Bu xəbər yayılandan sonra Ermənistandakı bəzi KİV-lər gələn ilin yazında İrəvana gələcək dövlət başçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də ola biləcəyini yazıblar.
“Əliyev gələn yazda İrəvana gələcəkmi?”, - deyə Ermənistanın müxalifyönlü “News.am” saytı təlaşla suala cavab axtarmağa çalışıb. Sayt hazırladığı reportajla erməni cəmiyyətində xof yaratmağa çalışıb ki, 44 günlük maharibəni qələbə ilə bitirən, vaxtaşırı “Zəngəzur dəhlizi”, “Qərbi Azərbaycan” məsələlərini gündəmə gətirən Azərbaycan liderinin İrəvana ayaq basmasının arxasında hansısa planlar ola bilər…
Bəzi erməni müxalifət nümayəndələri bir qədər də irəli gedərək, bu ehtimalı İrəvanın “tarixi təslimiyyət”i kimi qiymətləndirib, sosial şəbəkələrdə Paşinyanı “suverenliyi güzəştə getməkdə” ittiham ediblər. Xüsusilə radikal millətçi qruplar bu təşəbbüsün əleyhinə çıxır. Onlar hesab edirlər ki, belə bir səfər yalnız Azərbaycanın şərtləri ilə baş verə bilər və bu da Ermənistanın güzəştə getdiyi anlamına gəlir.
Bəzi erməni revanşistləri narahat edən digər məqam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək Zirvə toplantısında iştirak edə biləcəyi ehtimalıdır.
Aydındır ki, Qarabağ münaqişəsinin başa çatması və oradakı separatçı rejimin ləğvindən sonra Ermənistan cəmiyyətində dərin psixoloji və siyasi parçalanma müşahidə olunur. Azərbaycan liderinin İrəvanda rəsmi şəkildə qarşılanması, bu dairələr üçün həm psixoloji zərbə, həm də mövcud siyasi xətlə barışmaq məcburiyyəti ola bilər.
Şübhəsiz ki, qalib dövlətin liderini kapitulyasiya aktına imza atmış paytaxtda görmək bəzi dairələr üçün ağır olacaq.
Amma hələ indidən iddia etmək olmaz ki, cənab Əliyev İrəvana gedəcək. Mümkündür ki, rəsmi Bakı bu səfərdən ümumiyyətlə imtina etsin. Çünki bundan əvvəl də İlham Əliyev Avropa Siyasi Birliyinin bir neçə sammitinə getməyib.
Bununla belə, əgər Azərbaycan Prezidentinin İrəvana səfəri baş tutarsa, şübhəsiz ki, bu, əksər beynəlxalq dairələr tərəfindən ancaq alqışlanacaq. Çünki səfər tərəflər arasında inamın formalaşmasına və bölgədəki barış prosesinə müsbət təsir edə bilər.
Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmisinin İrəvana mümkün səfəri Cənubi Qafqaz tarixində yeni bir səhifənin açılması demək olar. Bu, regionda uzunmüddətli sülhə və əməkdaşlığa doğru atılan mühüm addım kimi qiymətləndirilə bilər.
24-05-2025, 14:51
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi - 307 nəfər


Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi - 307 nəfər

İstanbulda Ukrayna ilə razılaşdırılan mübadilə çərçivəsində əsir götürülmüş 307 Rusiya hərbçisi bu gün geri qaytarılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya həmçinin 307 əsir hərbçini Ukraynaya qaytarıb.
Qeyd edək ki, dünən - mayın 23-də 270 əsir və 120 mülki vətəndaş Rusiyaya qaytarılmış, eyni sayda da əsir Ukraynaya təhvil verilmişdi.
Xatırladırıq ki, mayın 16-da Rusiya və Ukrayna arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar İstanbulda baş tutub. Əsas nəticələrdən biri də tərəflərin “1000-dən 1000-ə” formatında əsirlərin mübadiləsinə dair razılaşması olub.
24-05-2025, 12:57
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
24-05-2025, 12:51
Qərbi Azərbaycan İcması İrəvan Qazılığı barədə bəyanat verdi


Qərbi Azərbaycan İcması İrəvan Qazılığı barədə bəyanat verdi

Qərbi Azərbaycan İcması (QAİ) Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayıb.
Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda qeyd edilir ki, İrəvan şəhərindəki Göy Məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib:
"Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılmış, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır".
"İrəvan Qazılığının fəaliyyətinin bərpası dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır:
Bu qərar, eyni zamanda, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir inkişafdır. Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik".
İcma dünya dövlətlərini, BMT və digər beynəlxalq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu ölkəyə təzyiq etməyə çağırıb.
24-05-2025, 00:48
Rusiyada helikopter qəzası: ölənlər var


Rusiyada helikopter qəzası: ölənlər var

Rusiyada Orlov vilayətinin Uritsk rayonunun Narışkino kəndi yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb. Ekipaj heyəti həlak olub.
Urits rayonu Vahid Növbətçi Dispetçer Xidmətinin məlumatına görə, hadisə yaşayış məntəqəsindən kənarda baş verib, yerli əhaliyə heç bir təhlükə yoxdur İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.
24-05-2025, 00:39
4 kəndin Azərbaycana qaytarılmasının birinci ili


4 kəndin Azərbaycana qaytarılmasının birinci ili

Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasından bir il ötür.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.
Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
5 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
24-05-2025, 00:02
Putinlə Zelenskinin görüşü üzərində iş gedir


Putinlə Zelenskinin görüşü üzərində iş gedir

Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyir.
Bunu Ukrayna XİN başçısı Andriy Sibiha bildirib.
“Üzərində işlədiyimiz mövqe prezidentlər səviyyəsində görüşdür. Biz bu görüşün genişləndirilmiş formatda ola biləcəyini ehtimal edirik”, – o qeyd edib.
Nazir xatırladıb ki, tərəflər hərbi əsirlərin mübadiləsini həyata keçirməyə razılaşıblar və bu proses artıq başlayıb. İndi Ukrayna Rusiyanın gələcək qeyd-şərtsiz atəşkəs barədə öz baxışını təqdim etməsini gözləyir. Oxşar sənəd Kiyevdə də hazırlanır.
23-05-2025, 23:19
Serj Sarkisyan haqqında daha bir cinayət işi


Serj Sarkisyan haqqında daha bir cinayət işi

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı daha bir cinayət işi məhkəməyə göndərilib.
Bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.
Məlumata görə, 2008-ci ilin fevralında Sarqsyan baş nazir postunu tutarkən baş köməkçisi (qeyri-rəsmi məlumatlara görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyandır) ilə birlikdə 2.9 milyon dollar məbləğində rüşvət alıb. Bunun müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəlinib.
İş yekunlaşaraq ittiham aktı ilə məhkəməyə göndərilib.
Xatırladaq ki, Serj Sarqsyan daha iki cinayət işi üzrə müttəhimdir. Onlardan biri neft məhsulları idxal edən "Flash" şirkətinin mühafizəsi, ikincisi İrəvandakı "Yerablur" hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!