Rusiyada helikopter qəzası: ölənlər varRusiyada Orlov vilayətinin Uritsk rayonunun Narışkino kəndi yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb. Ekipaj heyəti həlak olub.
Urits rayonu Vahid Növbətçi Dispetçer Xidmətinin məlumatına görə, hadisə yaşayış məntəqəsindən kənarda baş verib, yerli əhaliyə heç bir təhlükə yoxdur İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.