Tovuzda ailə münaqişəsi: 1 ölü, 1 yaralı .....                        Patriarx Lukaşenkonu təltif edib .....                        Səfirimiz Britaniyada lobbiçilərin cavabını verdi .....                        Ərdoğandan Ukrayna-Rusiya və Suriya mesajı .....                        Matviyenko İrəvanda Azərbaycanla bağlı bunu istədi .....                        Kremldən Tramp-Mask qarşıdurmasına reaksiya .....                        Paşinyan Matviyenko ilə görüşdü .....                        Paytaxtda qurbanlıq heyvanları bu qiymətə satırlar .....                        Azərbaycanda bank kartları yenə talandı .....                       
22-05-2025, 21:58
“Xankəndi” FK Region Liqasının qalibi oldu


“Xankəndi” FK Region Liqasının qalibi oldu

Mayın 22-də Qəbələ şəhər stadionunda Region Liqasının final oyunu keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, oyunda “Xankəndi” “Şirvan” klubu ilə qarşılaşıb. Həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, "Xankəndi" klubu tarixində ilk dəfədir ki kuboka sahib olur.

22-05-2025, 21:44
Azərbaycanda blogerlərlə bağlı qanun qüvvəyə mindi


Azərbaycanda blogerlərlə bağlı qanun qüvvəyə mindi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Reklam haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib.
Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər.
Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır.
Rəqəmsal platforma təsirçisi dedikdə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında qanuna edilən dəyişikliklə bağlı paylaşım edib.
O bildirib ki, bundan sonra hər bir influenser və ya bloqer sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir:
“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir".
22-05-2025, 21:31
Tramp Netanyahu ilə İranı müzakirə etdi


Tramp Netanyahu ilə İranı müzakirə etdi

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.
Tərəflər arasında Qəzza zolağında girovların azad edilməsi, HƏMAS-ın ləğvi və D. Trampın Fələstin anklavının transformasiyası planının irəliləyişi diqqət mərkəzində olub.
Liderlər mayın 22-də Vaşinqtonda İsrail səfirliyinin əməkdaşlarının öldürülməsini də müzakirə ediblər və Donald Tramp hadisə ilə bağlı başsağlığı verib.
Eyni zamanda Tramp İranın nüvə silahı əldə etməməsini təmin etmək zərurəti ilə razılaşıb.
22-05-2025, 20:50
"Xankəndi" tarixində ilk dəfə kubok qazandı


"Xankəndi" tarixində ilk dəfə kubok qazandı

Mayın 22-də Qəbələ şəhər stadionunda Region Liqasının final oyunu keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oyunda “Xankəndi” “Şirvan” klubu ilə qarşılaşıb. Həlledici qarşılaşmada "Xankəndi" futbol klubu rəqibini 3:0 məğlub edib.
Xatırladaq ki, "Xankəndi" klubu tarixində ilk dəfə kuboka sahib olur.
22-05-2025, 20:46
Nuranəni öldürən əri barədə qərar verildi


Nuranəni öldürən əri barədə qərar verildi

Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən 21 yaşlı həyat yoldaşı Seyidrəsul Talıbzadə barədə həbs qətimkan tədbiri seçilib.
Bu gün Sabirabad rayon məhkəməsi S.Talıbzadə barədə həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxıb. Təqdimat təmin edilib və S.Talıbzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
22-05-2025, 20:35
Təyyarə yaşayış binasına çırpıldı - ölənlər var


Təyyarə yaşayış binasına çırpıldı - ölənlər var

ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində “Cessna” təyyarəsinin yaşayış məntəqəsinə çırpılması nəticəsində bir neçə nəfər ölüb.
Bu barədə “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb.
Məlumata görə, ölənlərin hamısı təyyarənin göyərtəsində olanlardır. Hələlik dəqiq neçə nəfərin öldüyü barədə məlumat yoxdur.
“BBC News” təyyarədə pilot da daxil olmaqla 8-10 nəfərin ola biləcəyini xəbər verib. İlkin məlumatlara görə, dağılmış 15 evin sakinlərindən heç biri ciddi xəsarət almayıb. 100-ə yaxın insan təxliyə edilib. Ərazidəki yanğınlardan biri istisna olmaqla, hamısı söndürülüb.
Agentliyin məlumatına görə, təyyarə yaxınlıqda yerləşən Montqomeri Fild hava limanına uçurdu.
22-05-2025, 20:14
Hikmət Hacıyev Brüsseldə mühüm görüş keçirdi


Hikmət Hacıyev Brüsseldə mühüm görüş keçirdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.
Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.
NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.
Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.
22-05-2025, 18:45
Qadın məhkuma telefon keçirən həbsxana işçisinə cinayət işi açıldı


Qadın məhkuma telefon keçirən həbsxana işçisinə cinayət işi açıldı

Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən, həmçinin həmin əşyanı istifadə edən şəxslər aşkarlanıb.
Bu barədə MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib.
Qeyd olunub ki, Penitensiar Xidmətin Əməliyyat-rejim şöbəsinə xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadın məhkumlar bölməsində məhkumlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyanın (mobil telefon) mövcud olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Penitensiar Xidmətin aidiyyəti əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.
Araşdırma zamanı cəzaçəkmə müəssisəsi əməkdaşının öz qulluq mövqeyindən istifadə edərək özünə məxsus çantada iki ədəd mobil telefonu və onlara aid aksesuarları yoxlamadan gizlətməklə müəsissəsinin daxilinə keçirərək cəzaçəkən qadın məhkuma verməsi və həmin məhkum tərəfindən qeyd edilən qadağan olunmuş əşyalardan istifadə edilməsi faktı müəyyən edilib.
Törədilmiş əməllərdə Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olduğundan, aidiyyəti üzrə araşdırmanın aparılması və hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar və maddi sübutlar Penitensiar Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinə göndərilib.
İstintaq bölməsi tərəfindən toplanmış materiallar istintaq aidiyyəti üzrə Muxtar Respublika Prokurorluğuna göndərilib, faktla bağlı Cinayət Məcəlləsinin 308.1, 317-1.2 və 317-2.2 maddələri ilə cinayət işi başlanmış və istintaq aparılıb.
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli hökmü ilə həmin iş üzrə cəzaçəkmə müəssisəsinin adı keçən əməkdaşı Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsinə, cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlar isə Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsinə əsasən məhkum edilərək, onlara qanunda nəzərdə tutulmuş cəzalar təyin edilib.
Hökm qanuni qüvvəsini almış və icraya yönəldilib.
Qeyd olunub ki, cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsinin təmin edilməsi, qadağan olunmuş əşyaların müəssisələrə keçirilməsinın qarşısının alınması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən daim nəzarətdə saxlanılır.
22-05-2025, 18:29
Məzahir Pənahov iclas keçirdi


Məzahir Pənahov iclas keçirdi

Mayın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib.
İclasda əvvəlcə Komissiyanın martın 18-də keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyası aparılan müzakirələrin ardınca 42 saylı Sumqayıt birinci, 47 saylı Sumqayıt- Abşeron-Qaradağ, 58 saylı Xaçmaz kənd, 62 saylı Kürdəmir, 100 saylı Göygöl- Daşkəsən-Kəlbəcər və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verib.
Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.
22-05-2025, 18:27
Ukrayna ilə sərhəddə bufer zona - Putindən şok qərar


[b]Ukrayna ilə sərhəddə bufer zona - Putindən şok qərar[/b]

Rusiya-Ukrayna sərhədində "bufer təhlükəsizlik zonası"nın yaradılması barədə qərar qəbul edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya ordusu bu problemi həll edir.
Putin, həmçinin sərhəd zonasında zədələnmiş evlərin bərpası üçün xüsusi proqramın yaradılmasına göstəriş verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!