Maksim Medvedev baş məşqçi oldu .....                        Ermənistan Hindistandan qırıcı almaq istəyir .....                        Zaxarovadan azərbaycanlıların öldürülməsinə reaksiya .....                        Paşinyan söyüşləri dayandırır .....                        Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı .....                        Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                       
16-05-2025, 17:08
"Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı


"Abzas Media" işinin məhkəmə istintaqı yekunlaşdı

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində qurumun ofisində axtarış aparılan zaman istintaq tərəfindən qeydə alınan videogörüntülər nümayiş etdirilib.
Təqsirləndirilənlərin vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər. Məhkəmə müşavirəsindən sonra vəsatətlər təmin olunmayıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Proses mayın 20-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.
16-05-2025, 17:00
Xocasəndə taxta yeşikləri sexində yanğın


Xocasəndə taxta yeşikləri sexində yanğın

Xocasəndə taxta yeşiklər yığılan ərazi yanır.
FHN-dən verilən məlumata görə, “112" qaynar telefon xəttinə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklər yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
16-05-2025, 16:49
Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi


Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya ilə Ukrayna arasında İstanbul sülh danışıqları sayəsində münaqişənin həlli üçün açılmış fürsətdən istifadə etməyə çağırıb.
Türkiyə diplomatiyasının rəhbəri bunu İstanbuldakı Dolmabağça iqamətgahında Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin üçtərəfli görüşünün açılışında deyib.
"Biz sülh yolunda irəliləmək üçün bu fürsətdən istifadə etməliyik", - nazir bildirib.
O qeyd edib ki, bu görüş “2022-ci ilin martından bəri tərəflər arasında ilk birbaşa yüksək səviyyəli təmasdır”.
Nazir həmçinin Türkiyənin dialoqun asanlaşdırılmasındakı aparıcı rolunu vurğulayıb və hər iki tərəfi “tarixi fürsətdən” istifadə etməyə çağırdığını təkrarlayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Donald Trampın sülh çağırışlarının prezidentlər Vladimir Putin və Vladimir Zelenski tərəfindən dinlənilməsini çox vacib hesab edirik.
Başa düşdüyünüz kimi, biz indi iki yol olduğu bir nöqtəyə çatmışıq. Yollardan biri bizi sülhə aparacaq bir prosesə başlayacaq, digəri isə daha böyük dağıntılara və insan tələfatına səbəb olacaq", - nazir əlavə edib.
O xatırladıb ki, Türkiyə münaqişənin lap əvvəlindən qarşı tərəfi danışıqlar masasına oturtmaq üçün aktiv səylər göstərib. Fidanın sözlərinə görə, həm Rusiya, həm də Ukrayna nümayəndələrinin İstanbulda qəbulu “Ankaranın müharibəni bitirmək üçün qəti iradəsini” əks etdirir.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ukraynada dərhal atəşkəs zərurəti mülki əhali arasında itkilərin davam etməsi ilə bağlıdır.
“Müharibənin insan tələfatı davam etdiyi üçün sürətli atəşkəs vacibdir”, - Hakan Fidan bildirib.
Nazir həmçinin tərəfləri liderlər arasında gələcək sammitə zəmin yarada biləcək konstruktiv yanaşmaya çağırıb.
"Növbəti mərhələ, etdiyimiz seçimlər və atdığımız addımlar vasitəsilə kollektiv şəkildə müəyyən ediləcək. Biz səmimi şəkildə inanırıq ki, sülhə konstruktiv danışıqlar yolu ilə nail olmaq olar", - deyə o, yekunlaşdırıb.
16-05-2025, 16:33
UFC ulduzları Bakıya gəlir


UFC ulduzları Bakıya gəlir

UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping UFC-nin Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat şirkətindən məlumat verilib.
Bildirilib ki, Maykl Bisping, Brendon Fitzcerald və Pol Felder 21 iyun tarixində Baku Crystal Hall-da baş tutacaq bu möhtəşəm UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin co-main eventi isə Azərbaycan təmsilçisi Rafael Fiziev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.
"Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz", - məlumatda qeyd edilib.
16-05-2025, 16:21
Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB


Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB

İstanbulda keçrilən Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar başa çatıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Nümayəndə heyətlərinin görüşü iki saata yaxın daavm edib.
Görüş İstanbulun Dolmabaxça sarayında baş tutub və danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Rusiyadan olan danışıqlar qrupuna Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib.
Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edib.

***

İstanbul şəhərində tarixi danışıqlar başlayıb.
Rusiya və Ukrayna nümayəndələri arasında görüş keçirilir.
Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Görüş İstanbulda yerləşən Dolmabağça sarayında baş tutur.
16-05-2025, 16:06
İmtahanının nəticələri AÇIQLANDI


İmtahanının nəticələri AÇIQLANDI

Azərbaycan dili (dövlət dili) fənni üzrə mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 27337 nəfərdən 433 nəfər imtahana gəlməyib.
Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 22 may - 10 iyun tarixlərində aparılacaq.
Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (4 may və ya 29 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 may saat 10:00-dan 22 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Şagirdlərin (abituriyentlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Şagirdlərin (abituriyentlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra iştirakçılar apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl iştirakçılar DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İştirakçıların nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Qeyd edək ki, 2025-ci il 4 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.
16-05-2025, 15:54
Göytəpə şəhərinin Baş planı TƏSDİQLƏNDİ


Göytəpə şəhərinin Baş planı TƏSDİQLƏNDİ

Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
16-05-2025, 15:54
Göytəpə şəhərinin Baş planı TƏSDİQLƏNDİ


Göytəpə şəhərinin Baş planı TƏSDİQLƏNDİ

Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
16-05-2025, 15:42
Bakı və İrəvan sülh müqaviləsini imzalamağa çox yaxındırlar - Kallas


Bakı və İrəvan sülh müqaviləsini imzalamağa çox yaxındırlar - Kallas

Bakı və İrəvan sülh müqaviləsi üzrə razılaşmaya çox yaxındırlar.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Avropa Siyasi Birliyinin 6-cı sammitindən əvvəl keçirdiyi brifinqdə deyib.
"Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında mümkün qədər tez sülh müqaviləsinin imzalanmasını gözləyir. Bakı və İrəvan razılığa çox yaxındırlar. Hesab edirəm ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanması bütün tərəflərin maraqlarına cavab verir", - o qeyd edib.
16-05-2025, 08:21
Rasim müəllim, Təbrik edirik!

Rasim müəllim, Təbrik edirik!

Bu gün əzizimiz Rasim Tanrıverdiyevin doğum günüdür. Onu təbrik etməklə bərabər, tanımayan dostlara da təqdim etmək istədik. Rasim 1958-ci il mayın 16-da Zəngəzur mahalının Gığı kəndində, müəllim ailəsində, anadan olub. Qıraq kəndlərdə 10 illik məktəb olmadığından Pürülü, Mahmudlu, Həçəti, Gərd, Pəyhan, Keypəşin, Acıbac və Kirs-Kurud uşaqları da 9-10-cu sinifləri Gığı kənd orta məktəbində oxuyurdular. Elə Rasimlə tanışlığımızda orda başlayıb. Rasim sinif yoldaşımız, mərhum atası- sevimli müəllimimiz Baxış Tanrıverdiyev isə məktəbdə tədris işləri üzrə direktor müavini idi.
1975-ci ildə məktəbdən məzun olduq. Yollarımız ayrıldı. Bir-birimizdən xəbərsiz, hərə öz arzusunun dalınca getdi. Sonralar eşitdik ki, Rasim Tanrıverdiyev ali təhsil alaraq, məktəbimizə qayıdıb. Müəllimlərimizlə çiyin-çiyinə çalışmağa başlayıb. 1988-ci illərin hadisələrindən sonra ellərimiz də pərən- pərənə düşdü. Hərə bir yerdə məskunlaşdı. Toparlanmağımız xeyli zaman aldı.

Bir vaxtlar ayrıldığımız nazlı qızlarımızı ana gördük, dəliqanlı dostlarımızı saçı, saqqalı ağarmış ata gördük. Toylarına dəvət aldıq. Beləcə ocağımızdan uzaqlarda yeni növraq qura-qura yenidən bir-birimizə isinişdik. İmkan düşdükcə tez-tez görüşməyə can atdıq. Xeyirdə-şərdə görüşdük, dərdləşdik. Amma o illərimizi qaytara bilmədik.

Bu gün əziz dostumuz Rasimin 67 yaşı tamam olur. Bu yaş həm də Gığı məktəbindən məzun olduğumuz 50 ilin üzərinə qalanmış acılı, şirinli bir ömürdür. Rasimə sağlam, uzun ömür arzulayırıq. Arzu edirik ki, həmişə övladlarının xoş günün görsün, işləri ürəyincə getsin! Bir də ömrünün bu çağında ata ocağına ayaq basmaq nəsibi olsun!
Hörmətlə: Gığı kənd orta məktəbinin 1975-ci il məzunları adından
Tamxil Ziyəddinoğlu

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!