Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
14-05-2025, 20:40
Mirzoyan Kallasla sülhdən danışdı


Mirzoyan Kallasla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
Bu haqda Ermənistan XİN məlumat yayıb.
Tərəflər regionda sabitliyin bərqərar edilməsi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlərarası əlaqələrin qurulması ətrafında müzakirələr aparıblar.
Görüşdə Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsi də müzakirə olunub.
14-05-2025, 20:03
Pakistandan Azərbaycana təşəkkür


Pakistandan Azərbaycana təşəkkür

Pakistanın Baş naziri Şahbaz Şərif Pakistanla sarsılmaz həmrəyliyə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.
Baş nazir Şahbaz Şərif ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edərkən, Azərbaycanın nümayiş etdirdiyi mövqenin iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürü olduğunu deyib.
Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir ölkəsinin gələcəkdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.
Baş nazir strateji xarakter daşıyan Azərbaycan-Pakistan münasibətlərinin inkişafından söz açaraq, ikitərəfli əməkdaşlığın müsbət inkişafından məmnunluğunu ifadə edib. O, Prezident Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın ikitərəfli əlaqələri qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqləyib.
Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov, dövlətimizin başçısı İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.
14-05-2025, 19:20
Rusiya Hüseyn Həsənovu axtarışa verdi


Rusiya Hüseyn Həsənovu axtarışa verdi

Rusiya Azərbaycanəsilli bloger Hüseyn Həsənovu axtarışa verib.
O, çirkli pulların yuyulmasında ittiham edilir.
Hüseyn Həsənovun barəsində qiyabi həbs qərarı çıxarılıb. Blogeri 7 ilə qədər həbs cəzası gözləyir.

14-05-2025, 19:12
Təbrik edirik!

Təbrik edirik!
Bu gün bizim sevimlimiz gözəl ana, gözəl qaynana güclü xanım Bəsirə anamızın doğum günüdür. Bəsirə anamızı oğlanları, qızı, gəlinləri, nəvələri xüsusi ilə Mətanət gəlini təbrik edir, ona Allahdan can sağlığı, xoş günlər arzu edir. Onu ana kimi çox sevdiyini bildirir. İllər keçsədə hər zaman simanızdakı nurunuz qalmaqdadır. Nəfəsiniz daima övladlarınızın üzərində olsun. Doğum gününüz mübarək olsun Bəsirə ANA!
Bəyaz Ağazadə
14-05-2025, 18:58
İslandiya-Azərbaycan oyunu harada keçiriləcək?


İslandiya-Azərbaycan oyunu harada keçiriləcək?

DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib.
D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək.
Oyun sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, millimiz İslandiya ilə yanaşı Fransa və Ukrayna ilə yarışacaq.
14-05-2025, 18:27
4 uşaq anası xəstəxanada öldü


4 uşaq anası xəstəxanada öldü

Gəncə şəhərində müayinəyə gedən qadın xəstəxanada ölüb.
1966-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinə zamanı həyatını itirib.
Onun hansı səbəbdən vəfat etdyi bilinmir, hadisə ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, R. Bayramovanın 4 övladı var.
14-05-2025, 17:30
Erməni rəsmilərlə görüşüb nəyi müzakirə edəcəyik? - Elmar Məmmədyarov


Erməni rəsmilərlə görüşüb nəyi müzakirə edəcəyik? - Elmar Məmmədyarov

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın mətbuata bir müddət əvvəlki açıqlaması diqqət çəkib.
"Tezliklə sülh müqaviləsinin imzalanması ilə əlaqədar xoş xəbər gələ bilər", - o deyib.
Qeyd edək ki, Azərbaycanın sülh sazişinə dair irəli sürdüyü şərtlər Ermənistan tərəfindən qəbul edilib. Onu da demək olar ki, artıq son zamanlar iki ölkə arasında müxtəlif səviyyəli görüşlər də səngiyib.
Bu isə maraq doğurur.
“Görüşüb nəyi müzakirə edəcəyik?”
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, artıq sülh mətni razılaşdırılıb:
“Azərbaycan Ermənistandan tələb edir ki, konstitusiyasında bizə qarşı ərazi iddialarından imtina etsin. Ermənistan konstitusiyası yenilənməlidir. Artıq elan olunub ki, 10 ay ərzində konstitusiyanı referenduma çıxaracaqlar. Ondan sonra sülh sazişi imzalamaq olar. Bundan öncə sülh sazişi imzalansa, gələcəkdə müəyyən problemlər yaşana bilər. Məsələn, bu gün baş nazir Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan var, amma onlar sabah olmayacaqlar, onda yeni qüvvələr hakimiyyətə gələndə məsələ qaldırıb, sülh sazişinin konstitusiyaya zidd olduğunu deyəcəklər. Buna görə də, ilk növbədə konstitusiya dəyişdirilməlidir. Minsk qrupu da ləğv olunmalıdır. Amma mən inanıram ki, Minsk qrupu sülh sazişi imzalandıqdan sonra ləğv olunacaq. Artıq sülh sazişinin mətni razılaşdırılıb. Görüşməyin mənası yoxdur, nəyi müzakirə edək? Azərbaycanın mövqeyi bəllidir”.
“Mirzoyanın çıxışı təzyiq formasıdır”
"Mirzoyanın dediklərinə gəlincə, bu, təzyiq formasıdır. Onunla demək istəyirlər ki, gəlin Azərbaycana təzyiq göstərək, sülh sazişinə qol çəksin. Sadəcə təzyiqdir",- sabiq nazir vurğulayıb.
14-05-2025, 17:00
Daha bir məktəbdə "Son zəng"ə pul yığlır? - AÇIQLAMA


Daha bir məktəbdə "Son zəng"ə pul yığlır? - AÇIQLAMA

308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir.
Bu barədə 308 nömrəli tam orta məktəbdən bildirilib.
Qeyd edilib ki, "Son zəng" tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır.
Həmçinin sözügedən məktəbin XI sinif şagirdlərindən dərsdə iştirakdan azad olmaq üçün ayda 100 manat tələb olunma iddiasına da münasibət bildirilib. Qeyd olunub ki, 308 nömrəli məktəbdə XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.
Qeyd edək ki, 308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
14-05-2025, 16:49
Xaçmazda maşın 11-ci sinif şagirdini vurub öldürdü


Xaçmazda maşın 11-ci sinif şagirdini vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətlər alan piyada ölüb.
Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu.
Faktla bağlı araşdırma aparılır.
14-05-2025, 16:33
II və III ixtisas qruplarının imtahanı keçiriləcək


II və III ixtisas qruplarının imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.
Qeyd: III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək və həmin imtahan üçün “İmtahana buraxılış vərəqəsi” növbəti həftəsonu saytımıza yerləşdiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!