SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
29-05-2025, 16:59
Aybəniz Haşımovanın qardaşına hökm oxundu


Aybəniz Haşımovanın qardaşına hökm oxundu

Əməkdar artist Aybəniz Haşımovanın qardaşı Şaiq Həşimovun cinayət işi üzrə istintaq başa çatıb.
Quba Rayon Məhkəməsinin qərarı ilə Şaiq Həşimov dələduzluqda təqsirli bilinib və ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” edərək, sağlamlıqlarını bərpa edəcəyini deyərək aldadıb.
O, heç bir lisenziyası olmadan Rusiyada altı aylıq kurs keçərək sözügedən fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alaraq dələduzluq edib.
29-05-2025, 16:51
Pezeşkian ərəb ölkəsində Azərbaycan dilində şeir dedi


Pezeşkian ərəb ölkəsində Azərbaycan dilində şeir dedi

İran prezidenti Məsud Pezeşkian Omanın paytaxtı Maskat şəhərində İran vətəndaşları ilə görüşündə Güney Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxuyub.
Pezeşkian şeiri Azərbaycan dilində səsləndirib və onun bu hərəkəti alqışla qarşılanıb. Prezident məşhur “Heydər babaya salam” şeirindən bir parça səsləndirib.
Xatırladaq ki, Məsud Pezeşkian bu il aprelin 28-də Bakıda səfərdə olarkən də Şəhriyarın “Heydər babaya salam” şeirindən bir neçə bənd səsləndirmişdi.
Məsud Pezeşkian həmin şeiri Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləmişdi. İran Prezidentinin bu jesti salona toplaşan forum iştirakçılarının alqışı ilə qarşılanmışdı.
29-05-2025, 16:28
Hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi açıldı


Hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib.
Hazırda ibtidai istintaq aparılır.
29-05-2025, 16:22
Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər tutulub - Biri Rusiyaya qaçıbmış


Araz Musayevin bıçaqlanmasına görə 6 nəfər tutulub - Biri Rusiyaya qaçıbmış

Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin Antalyada bıçaqlanmasına görə 6 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən üçü Azərbaycan, üçü Özbəkistan vətəndaşıdır.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, hadisə ötən gün Türkiyənin Antalya şəhərinin Kemer bölgəsində keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı baş verib.
Kemerin Göynük məhəlləsində yerləşən Atatürk İdman Zalında baş verən hadisə zamanı Araz Musayev iki dəfə qarın nahiyəsindən bıçaqlanıb, baş nahiyəsindən isə zərbələr alıb. Yarışlar zamanı zalda olan həkimlər ona ilkin yardım edib. Daha sonra o, təcili olaraq Kemer Dövlət Xəstəxanasına, ardınca isə Antalya Şəhər Xəstəxanasına aparılıb. Araz Musayevin huşunun açıq olduğu və əməliyyat olunduğu bildirilib.
Təhlükəsizlik kamerasına düşən görüntülərdə Araz Musayevin zalın girişində dayandığı anda bir nəfərin ona yaxınlaşıb zərbə vurduğu görünür.
Bölgə prokurorluğunda aparılan araşdırma zamanı hadisədə iştirak etməkdə şübhəli bilinən şəxslərin kim olduqları müəyyən olunub. Hadisəni təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Kemer bölgəsində saxlanılıb.
Ondan başqa hadisədə 3-ü Özbəkistan, 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 nəfərin də iştirak etdiyi bəlli olub. Onlar hadisədən sonra kirayələdikləri avtomobillə qaçıblar, avtomobildə olan zaman onlardan bəziləri üst geyimlərini dəyişib, bəziləri saç-saqqallarını qırxıblar.
Şübhəlilərdən ikisi hava limanında tutulub. Birinin isə Rusiyaya getdiyi məlum olub və onun barəsində qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində həmin şəxs hava limanında saxlanılıb. Hazırda onun ekstradisiyası ilə bağlı işlər davam etdirilir.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Araz Musayevin ümumi vəziyyətinin yaxşı olduğu və həyati təhlükəsinin qalmadığı bildirilir. O, hazırda xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır və yaxın günlərdə evə buraxılması gözlənilir.
29-05-2025, 15:57
Bağçada azyaşlıya qarşı zorakılıq - Digər müəllimlə bağlı da tədbir görüləcək


Bağçada azyaşlıya qarşı zorakılıq - Digər müəllimlə bağlı da tədbir görüləcək

"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.
Sosial şəbəkələrdə yayılan görüntüdən məlum olur ki, müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli vasitəsilə uşağın başına zərbə endirir.
Hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb. Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
Şirkətdən bildirilib ki, hadisəni törədən müəllim işdən çıxarılıb. Həmçinin, bağçanı işlədən şirkətlə bağlanan françayzinq müqaviləsi ləğv edilib.
Məsələ ilə əlaqədədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq məsələləri üzrə şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova bildirib ki, Komitə yerli icra hakimiyyəti orqanı ilə əlaqə saxlayıb:
"Lənkəran şəhərində baş verən bu hadisə ilə bağlı biz dərhal yerli icra orqanı ilə - Lənkəran şəhər İcra Hakimiyyətinin uşaq hüquqlarını müdafiəsi üzrə komissiya ilə əlaqə saxlamışıq. Artıq bizə bildirildi ki, yerli icra hakimiyyəti orqanı tərəfindən uşağın ailəsinə dəstək göstərilib. Hazırda müəllim işdən azad olunub. Amma məsələ bununla yekunlaşmır. Cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarında cinayət işi açılıb".
Ş.Cəfərova videoda görünən digər müəllimlə də bağlı tədbir görüləcəyini deyib:
"Eyni zamanda videodanda göründüyü kimi həmin zorakılıq törədən müəllimin yanındakı digər müəllim də hadisəyə etinasızlıq göstərir. Bu özü də zorakılığın bir növüdür. Uşaq ağlayır, çətin vəziyyətdədir, amma digər müəllim heç reaksiya vermir. O, müəllimlə də bağlı iş həyata keçiriləcək. Ümumiyyətlə, bağçanın fəaliyyəti ilə bağlı məsələ ön plandadır. Hazırda iş davam etdirilir. İşin yekununa uyğun olaraq digər məlumatlar da veriləcək".
29-05-2025, 15:24
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı


Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Kanadanın Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
İşıqlandırma mərasimi Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) birgə təşkilatçılığı ilə baş tutub.
Kanadada yaşayan Azərbaycan icması, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri mərasimi böyük sevinc və coşğu ilə izləyiblər. Onlar “Azərbaycan”, “Xudayar təsnifi” və digər bir sıra musiqilərin sədaları altında rəqs ediblər.
Bundan əlavə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Kanada Azərbaycan Evinin təşkilatçılığı ilə Torontodan Niaqara Fols şəhərinə avtoyürüş də keçirilib.
Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında ətraflı məlumat verilib.



28-05-2025, 23:50
Ukrayna Rusiyaya atəşkəs sənədi göndərdi


Ukrayna Rusiyaya atəşkəs sənədi göndərdi

Ukrayna atəşkəs şərtləri ilə bağlı Rusiyaya müvafiq sənəd göndərib.
Bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib.
O, hər hansı əlavə məlumat verməyib.
28-05-2025, 22:22
Araz Musayev niyə bıçaqlanıb?


Araz Musayev niyə bıçaqlanıb?

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.
Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.
Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.
Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar.
Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Hazırda Araz Musayevin səhhəti sabit-ağır qiymətləndirilir.
28-05-2025, 20:16
Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir


Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir

Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl çıxışında deyib.
Ərdoğan keçmişdən dərs almağa və regionda davamlı sülh, etimad və mehriban qonşuluq istiqamətində addımlar atmağa çağırıb. "İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev regionda sülhün memarı kimi öz adını tarixə yazacaq", - Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, Türkiyə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdə qərarlıdır. “Biz həm kədərdə, həm də sevincdə Azərbaycan xalqının yanında olacağıq”, - deyən Türkiyə lideri Azərbaycan və Türkiyənin qardaşlığının əbədi olaraq davam edəcəyinə ümidvar olduğunu bildirib. O, qeyd edib ki, 1918-ci ildə Azərbaycanda yaradılmış Cümhuriyyət azadlıq və müstəqillik arzusunun təzahürü olduğu kimi, Qarabağdakı Qələbə də müasir Azərbaycanın güclənməsinə və çiçəklənməsinə töhfə verir.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib: "1918-ci ildə alovlanan azadlıq məşəli bu gün Azərbaycanın yolunu daha da işıqlandırır. Azad edilmiş Qarabağda səslənən hər not Azərbaycan xalqının dirçəlişinin səsidir".
28-05-2025, 19:25
Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu


Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.
Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1977-ci il təvəllüdlü Orxan Rüstəmov martın 22-də gedən döyüşlər zamanı həlak olub.
O, fevral ayında Rusiya-Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun qardaşı Sərxan Rüstəmov bildirilib ki, Orxan Rüstəmovun həlak olması ilə bağlı onlara 4 gün əvvəl məlumat verilib.
Orxan Rüstəmovun nəşi sabah Gəncə şəhərinə gətiriləcək. Mərhumun sabah Gəncədə dəfn olunması nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Orxan Rüstəmov ailəli olub, onun iki övladı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!