Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
31-05-2025, 12:08
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.
31-05-2025, 12:00
Şıx çimərliyi yaxınlığında yanğın


Şıx çimərliyi yaxınlığında yanğın

Bakı şəhəri, Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
31-05-2025, 11:31
Polis əməliyyat keçirdi - 9 kiloqram narkotik aşkarlandı


Polis əməliyyat keçirdi - 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar. Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
31-05-2025, 11:00
Rusiyada ağır qəza - 3 azərbaycanlı həlak oldu


Rusiyada ağır qəza - 3 azərbaycanlı həlak oldu

Mayın 30-da Rusiyanın Şimali Osetiya bölgəsində yerləşən Dzuarikau–Arxon avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bildirilib ki, saat 14:00 radələrində baş verən qəzada 19 yaşlı sürücünün idarə etdiyi “Lada Priora” markalı avtomobil qarşı hərəkət zolağına çıxaraq “VAZ 21053” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
“Priora” markalı avtomobilin sürücüsünün 2006-cı il təvəllüdlü, digər avtomobilin sürücüsünün isə 1992-ci il təvəllüdlü olduğu qeyd edilib.
Qəza nəticəsində 5 nəfər hadisə yerində ölüb, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərdən 3 nəfərin Azərbaycan vətəndaşı olduğu bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.
Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.
Qəzada ölən üçüncü azərbaycanlı Ağstafa rayonunun Muğanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.
31-05-2025, 10:52
Zaqatalada maşınla motosiklet toqquşdü - Sürücü öldü


Zaqatalada maşınla motosiklet toqquşdü - Sürücü öldü

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.
Hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb
Belə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
31-05-2025, 10:40
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ


Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? - RƏSMİ

25 may ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak həyata keçirilib.
"Asan TV"də abituriyentlərin suallarını cavablayan Məleykə Abbaszadə qeyd edib ki, açıq sualların yoxlanılması prosesi uzun vaxt ala bilər. Bu səbəbdən də cavablar 4 həftədən sonra, təxminən iyunun 21-dən sonra açıqlanacaq.
Qeyd edək ki, mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə 50 mindən çox abituriyent imtahan verib. 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib.
31-05-2025, 10:33
Vasif Talıbovun səhhəti pisləşdi - Ölkədən buraxılmadı


Vasif Talıbovun səhhəti pisləşdi - Ölkədən buraxılmadı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində problem yaranıb.
Bu barədə V.Talıbovun qohumlarından biri məlumat verib.
Onun sözlərinə görə, V.Talıbovun səhhətində olan problemlər son bir neçə ayda özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ötən həftə isə keçmiş rəhbərin sağlıq durumu daha da pisləşib. Şəxsi həkimi onu evində müayinə edəndən sonra xəstəxana şəraitində müalicə almasını vacib olduğunu bildirib. Amma Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə getməkdən imtina edib.
Qohumu deyib ki, sabiq sədr xaricdə müalicə olunmağa üstünlük versə də, bu arzusunu reallaşdıra bilməyib. Bakı onun ölkəni tərk etməsinə imkan verməyib.
Qeyd edək ki, Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Bundan sonra o, Naxçıvandakı malikəsinə çəkilərək, kənar şəxslərlə əlaqəni tamamilə kəsib. Keçmiş “Xan”ın hətta yaxın qohumlarının xeyir-şər məclislərinə də qatılmadığı bildirilir.
31-05-2025, 10:21
Tanınmış müğənni qəzaya düşdü


Tanınmış müğənni qəzaya düşdü

Müğənni Rəvan Qarayev qəzaya düşüb.
Bu barədə "Gün ortası" verilişində məlumat verilib.
Proqrama gələrkən qəzaya düşən Rəvan özünün yaxşı olduğunu, amma maşınının ciddi zərər gördüyünü qeyd edib.
31-05-2025, 10:05
Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI


Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın hər iki cəhdin nəticələri tam şəkildə (esse nəticələri ilə birlikdə) elan olunub.
Ekspertlər qeyd edir ki, bu il keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi birinci ilə müqayisədə daha asan olub. İştirakçıların nəticələri yüksək qiymətləndirilib.
Bu halda magistratura üzrə ixtisaslara keçid balların artacağı da düşünülür.
Mövzu ilə bağlı DİM sədri Məleykə Abbaszadə vurğulayıb ki, keçən illə bu il balların paylanması diaqramına baxdıqda nəticələrin təxminən eyni səviyyədə olduğunu gördük.
“Biz bilmirik, hansı plan yerləri magistratura ilə əlaqədar təqdim olunacaqdır. Çünki nazirlər kabinetindən gələn yerlər hələ ki, bakalavriat və orta ixtisas məktəblərinə aiddir. Amma mən gözləyirəm ki, müsabiqə şərtləri ötənilki ilə eyni səviyyədə olacaq”. – deyə Asan TV-ə açıqlamasında DİM sədri bildirib.
31-05-2025, 07:12
Mən də bir döyüşçüyəm…


Mən də bir döyüşçüyəm…

18 iyul 2004-cü ildə Lerik rayonu Noda kəndində anadan olmuşam. Tam orta təhsil almışam. 18.07.2022-ci ildə hərbi xidmətə çağrılmışam. 3 ay ərzində gənc əsgər kimi hazırlıq mərhələsindən keçməklə Avqustun 27-də N saylı Hərbi hissəyə göndərilmişəm. Vəzifəm kəşfiyyatçı olub. Həmin ərəfələrdə öz vəzifəmdən əlavə digər vəzifələri də yerinə yetirirdim. Belə ki, rabitəçi, kəşfiyyatçı və s. kimi digər istiqamətlərdə də qulluq etmişəm. Hərbi qulluq zamanı inanırdım ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün torpaqlarımız düşmən işğalından azad olunacaq.
2023 ilin iyul ayında mənə baş kəşfiyyatçısı vəzifəsi tapşırıldı. Antiterror əməliyyatları başlamamışdan bir gün əvvəl biz çöl şəraitində qaldıq. Kəşfiyyatçı olduğuma görə, kamando heyətinə dəstək kimi təyinat almışdım. Ayın 18-i günorta vaxtlarında leytenantlar Cəbrayılov Kamran və Əliyev Şəhriyar, sıravi əsgərlər Abuzərov Qalib, Xəlilov Kamal və məni müvafiq əməliyyatları və xüsusi tapşırıqları yerinə yetirmək üçün Ağdama göndərildik.
Mən bir gənc əsgər olaraq digər silahdaşlarımızla birlikdə ön cəbhədə əlimizdə silah qanımızın son damlasına kimi Ana Vətəni qorumağa hazır idik.
19 Sentyabr səhər tezdən hərəkətə keçdik və Ağdam ilə Ağdərə arasındakı postun yuxarı hissəsindəki dağda mövqe tutduq. Əməliyyatın başlamasını gözləyirdik. Saat 12:50-də Artilleriya qurğuları hərəkətə başladı. 5-10 dəqiqə sonra biz hərəkətə keçdik, müəyyən qədər irəlilədikdən sonra cəbhəni yardıq. Qüdrətli ordumuz tərəfindən istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bilərək rəşadətlə vuruşurduq.
Artıq antiterror əməliyyatları başlanmışdı və biz hərbi komando heyyəti ilə birgə irəliləyirdik. Naməlum mövqelərdən bizə ağır toplardan və mina atanlardan atəş açmağa başladılar. Mən düşmənin top və mina atış nöqtələrinin koordinatlarını xüsusi cihazlarla aşkar edib rabitə vasitəsilə arxaya ötürdükcə, düşmənin mövqeləri bizim artilleriyanın dəqiq və sərrast atəşləri ilə məhv edilirdi. Hərbi qulluqçularımızdan şəhid olanlar və yaralılar varı idi. Biz rabitə vasitəsilə yardım çağırdıq. Dərhal hərbi-tibbi dəstək gəldi və yaralıları maşınlara mindirdik. Həmin yerdən 5-10 metr uzaqlaşmışdıq ki, yaralılarımızı daşıyan təcili tibbi yardım avtomobili ermənilər tərəfindən vuruldu. Bu zaman biz 3 nəfər də ermənilər tərəfindən atılan D30 topunun mərmisinin təsiretmə zonasına düşdük və beləliklə, çox ciddi xəsarət aldıq. Ayılıb özümüzə gələndən sonra bizim üçün çətin olsa da yaralı vəziyyətdə irəliləyirdik. Xeyli döyüşçümüz qəhrəmancasına vuruşaraq şəhid oldu. Biz neytral adlandırılan ərazidə qalmışdıq və Narlıq adlanan əraziyə yaxın yerdə özümüzü qorumaq üçün səngərə düşdük. Bu zaman ermənilər bizi gördülər və ağır texnikarla atəş açmağa başladılar. Yenidən üstümüzdə olan cihazlarla ermənilərin bir neçə mövqelərini təyin edərək hərbi qulluqçulara ötürdük. Onlar da həmin koordinatlara əsasən düşmən mövqelərini məhv etdilər. Düşmənə layiqli cavab vermək, onların bütün həmlələrini dəf etmək üçün bütün gücümüzlə vuruşurduq.
Artıq gecə düşmüşdü, biz rabitə qurğuları vasitəsilə digərləri ilə əlaqəyə çıxdıq və onlara dəstək olmaq üçün yerlərini soruşduq. Onlar da Narlıq adlı ərazinin sonunda olduqlarını dedilər. Gecə heç bir işıqdan istifadə etməyərək irəlilədik. Bir qədər getdikdən sora ermənilər 5,45 kalibrli işıqlandırıcı güllələrlə atəş açdılar. Düşmən faqotla yaxınlığımıza atəş açdığına görə yerə yatmalı olduq. Gecə idi, heç nə görmürdük. Rabitə vasitəsilə dəstək istəmək cəhdlərimizə baxmayaraq heç bir əlaqə yaratmaq mümkün olmurdu. Əlaqə tamamilə kəsilmişdi. Ona görə də əvvəlki yerə qayıtmalı olduq və beləliklə, ac- susuz səhərə kimi neytral zonada qaldıq.
Səhər saatlarında ermənilərin ağ bayraq qaldırdıqlarını bildik. Ümumi vəziyyət sakitləşmişdi. H/h kömək qurupu şəhidlərimizi ərazidən çıxarmağa gəldilər və bu işdə biz onlara kömək etdik. Öz postumuza irəliləyərkən postun yanında dayanan tanımadığımız Polkovnik antiterror əməliyyatlarında yaxşı istirak etdiyimizə görə bizə təşəkkür etdi və yaralı olduğumuza görə öz h/h-nin həkimləri tərəfindən üçümüzü də Ağdamda yerləşən hospitala yolladı. 2 gün müalicə aldıqdan sonra bizi yoxlanışa - Ağdaş Rayon Mərkəzi xəstəxanasına göndərdilər. Bədənimdə ağrılar və başımda şiddətli səs-küy varıydı. Həkimlər kontuziya aldığımı dedilər. Orda bir neçə gün qaldım və müalicə aldıqdan sora h/h-yə yollandıq. Səhhətimdə ciddi problem olduğu üçün yenidən Müdəfiə Nazirliyinin Bakı şəhərində (Papanindəki) olan Baş Hərbi Hospitalına göndərildim.
Hərbi xidmətdə xüsusi fəallıq və rəşadət göstərdiyimə, eləcə də antiterror əməliyyatlarında fəal iştirak etdiyimə görə Təşəkkür məktubu və Təltifnamə, Ali Baş Komandanın əmri ilə " Şücaətə görə" medalı təltif olundum. Həmçinin hərbi hissə komandanlığı valideynlərimə zəng edərək onlara xüsusi qaydada təşəkkür etmişlər.
Fəxr edirəm ki, mən də Qarabağda bayrağımızı dalğalandıran şanlı ordumuzun on minlərlə əsgərindən biriyəm. Bundan sonra da şərəfli Azərbaycan əsgərinin formasını geyinərək Vətənimizin müdafiəsinə həmişə hazıram.
Yaşasın Ali Baş Komandan!
Var olsun Azərbaycan əsgəri!
Qarabağ Azərbaycandır!

N saylı hərbi hissənin əsgəri Elmar Elxan oğlu Ağayev
20.05.2024-cü il



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!