Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
29-05-2025, 19:51
Nazir generalı işdən çıxardı


Nazir generalı işdən çıxardı

General-mayor Rəfail Mehdiyevin Fövqəladə Hallar Nazirliyindəki (FHN) fəaliyyətinə xitam verilib.
Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rəfail Mehdiyev nazirlikdəki vəzifələrindən azad edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında Xidmət rəisi əvəzedicisi təyin olunmuşdu.
29-05-2025, 19:25
Bağçada döyülən uşağın atası danışdı: “Pul təklif etdilər”


Bağçada döyülən uşağın atası danışdı: “Pul təklif etdilər”

“Hadisədən bir gün sonra evimə gəlib mənə 950 manat pul təklif ediblər”.
Bunu Lənkəranda bağçada fiziki zorakılığa məruz qalan uşağın atası Fuad Hüseynov deyib.
“Gördüm ki, başında açıq yara var. Müəlliməsi ilə əlaqə saxladıq. Dedi ki, başqa bir uşaq karandaşla vurub. Amma karandaş izi deyildi. Kamera görüntülərini açmağı tələb etdik. Əvvəlcə çəkindilər, təkidlərimizdən sonra görüntüləri açdılar. Kameraya baxanda müəlliməsi dedi ki, “mən vurmuşam, səhv etmişəm”. İddia edirlər ki, guya mən onlardan pul tələb etmişəm. Amma yalandır. Özləri hadisədən bir gün sonra gəlib mənə pul təklif ediblər. Dedilər ki, uşağın aylıq ödənişlərini geri qaytarırlar. Sonra məlumat yaydılar ki, guya uşağı 10 ay pulsuz oxutdurmuşam”.
Qeyd edək ki, Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib. Görüntülər sosial şəbəkələrdə ictimailəşib. Hadisə ilə bağlı araşdırma aparılır.
29-05-2025, 18:40
"Polad Həşimovun təxliyəsi zamanı atəşə tutulduq"


"Polad Həşimovun təxliyəsi zamanı atəşə tutulduq"

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vüqar Sultanlı Tovuz döyüşlərində, 2020-ci il iyulun 14-də şəhid olan zabitlərimiz – general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digərlərinin təxliyəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, yaxınlığa düşən düşmən mərmisinin partlayışı nəticəsində xəsarətlər aldığını bildirib.
O, təxliyənin çətin olduğunu söyləyərək deyib: “Xüsusilə vurğulamaq istəyirəm ki, düşmən artilleriyası bizim sanitar avtomobillərimizə və ümumilikdə tibb işçilərinə atəş açırdı. Bu da beynəlxalq humanitar hüquq normalarına görə qadağandır və hərbi cinayət hesab olunur.
Təkcə şəhidlərimiz yox, yaralanan hərbi qulluqçularımızın da təxliyəsi zamanı bütün yollar düşmən tərəfindən aramsız mərmi və minaatan atəşinə tutulurdu.
İki sanitar avtomobilimiz sıradan çıxarıldı. Feldşer (hərbi həkim - red.) İlqar Zeynallı həmin hadisə zamanı şəhid oldu. Sürücümüz və iki sanitar heyət üzvümüz də yaralandı”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 30-da davam etdiriləcək.
29-05-2025, 18:20
Prezidentdən kino sənayesi ilə bağlı mühüm SƏRƏNCAM


Prezidentdən kino sənayesi ilə bağlı mühüm SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.
Həmçinin Nazirlər Kabineti kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Sənəddə bildirilib ki, Sərəncam film istehsalı sənayesini gücləndirmək, həmçinin xarici film istehsalçılarını film məkanı kimi Azərbaycan Respublikasını seçməyə təşviq etmək məqsədilə imzalanıb.
29-05-2025, 17:49
Azərbaycanda 4 tondan artıq narkotik yandırıldı - FOTO


Azərbaycanda 4 tondan artıq narkotik yandırıldı - FOTO

Məhkəmə qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 2334 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 555 kiloqram müxtəlif narkotik vasitə və 93 min 228 ədəd psixotrop tərkibli həb “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.





29-05-2025, 17:38
Taksi sürücüləri üçün imtahan keçirildi


Taksi sürücüləri üçün imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən 29 may 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1560 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 119 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1162 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 30 may və 2 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.
29-05-2025, 17:26
Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı


Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakı şəhəri Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.
Onunla imzalanan əmək müqaviləsinə xitam verilib.
Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) saytımıza təsdiqləyiblər.
"Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib",- deyə BŞTİ-dən verilən cavabda qeyd edilib.
Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
29-05-2025, 17:18
Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı


Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanıldı

Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.
Bu barədə “ExoKavkaza” qondarma qurumun “Dövlət Təhlükəsizlik Xİdməti”nə istinadən məlumat yayıb.
Bildirilib ki, “DTX” Rusiya FTX-nin Sərhəd Departamenti ilə birlikdə Abxaziyanın Qali bölgəsində “dövlət sərhədini qanunsuz keçmək üçün kanal” aşkar edərək iki qrup xarici vətəndaşı saxlayıb.
Məlumata görə saxlanılan Türkiyə vətəndaşları əvvəllər sifarişli qəttlər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1997-ci il təvəllüdlü Səlcuq Güren və qətl, eləcə də narkotik alverinə görə axtarışda olan 2001-ci il təvəllüdlü Doğan Bersandır.
Azərbaycan vətəndaşları isə 1974-cü il təvəllüdlü Əzizov Həsən Etibar oğlu və 1990-cı il təvəllüdlü Təhməzli Namaz Təhməz oğludur. “DTX”nın məlumatına görə, Azərbaycan vətəndaşları onlar Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisində gizlənməyə cəhd ediblər.
“Azərbaycan vətəndaşlarından fərqli olaraq, Dövlət Təhlükəsizlik Xidməti saxlanılan Türkiyə vətəndaşlarının hara və hansı məqsədlə göndərildiyini dəqiqləşdirməyib”, - məlumatda qeyd edilib.
Qeyd olunub ki, saxlanılan şəxslər barəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi”də “cinayət işi” açılıb və iş üzrə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.
29-05-2025, 17:09
Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar, bununla barışın! - Simonyan


Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar, bununla barışın! - Simonyan

"Sülh müqaviləsi bağlayandan sonra niyə Türkiyə və Azərbaycanla ticarət etməməliyik? Bəlkə sərhədləri də öz tərəfimizdən bağlayaq?"
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan qonşularla ticarət-iqtisadi əlaqələrə qarşı çıxan ermənilərə cavab olaraq deyib
O, özünü təcrid etməyin heç bir yerə aparan yol olmadığını vurğulayıb:
"Siz nəqliyyatsız, təchizatsız, qazsız, işıqsız qalmağımızı istəyirsiniz? Və beləliklə, bu "qürurlu axmaqlıqla" xarabalıqda insanlarsız və iqtisadiyyatsız qalmalıyıq?"
Simonyanın fikrincə, qonşularla əlqələrə qarşı çıxan tənqidçilər ya cahildirlər, öz acizliklərindən kor olurlar, ya da düşmənlərin agenti kimi çıxış edirlər. "Düşünürəm ki, hamısı birlikdədir", -o deyib.
"Yaxşı xəbər budur ki, siz heç nəyi həll etmirsiniz və bu ölkədə heç nəyə qərar verməyəcəksiniz. Ermənistan və Azərbaycan bir-biri ilə sülh və ticarət şəraitində yaşayacaq. Azərbaycan malı bizim bazarlarda, erməni malı isə onların bazarlarında peyda olacaq. Ermənilər və azərbaycanlılar yan-yana yaşayacaqlar. Bununla barışın. Müharibə olmayacaq. Sülh olacaq", - Simonyan vurğulayıb.
29-05-2025, 17:03
ABŞ Səfirliyi 13 ildən sonra işini bərpa etdi


ABŞ Səfirliyi 13 ildən sonra işini bərpa etdi

ABŞ-nin Suriyadakı səfirliyi rəsmi olaraq fəaliyyətini bərpa edib.
Dəməşqdə bununla bağlı xüsusi mərasim keçirilib.
Səfirliyin ərazisində keçirilən mərasimdə ABŞ-nin Suriyadakı xüsusi nümayəndəsi Tom Barrak, Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və digər rəsmi şəxslər iştirak ediblər.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!