SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi .....                        MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA .....                        Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi .....                        Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi .....                        Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi .....                        Yaponiyada güclü zəlzələ .....                        Məhkəmə Rüfət Səfərovla bağlı qərar verdi .....                        Kürdəmirdə həmkəndlisini öldürən şəxs saxlanıldı .....                        “Neftçi” 7 futbolçu ilə vidalaşdı .....                       
28-05-2025, 18:45
Zakir Həsənov Yaşar Gülərlə Laçında görüşdü


Zakir Həsənov Yaşar Gülərlə Laçında görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 28-də Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələr arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
28-05-2025, 18:35
Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir


Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir

Azərbaycan və Türkiyə Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirir.
Bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib: “Laçında Azərbaycan-Türkiyə-Pakistan Üçtərəfli Zirvəsinin II iclası çox səmərəli oldu. Bir çox məsələləri müzakirə etdik. Qərara gəldik ki, bu 3 dövlət arasında əlaqələndirmə, koordinasiya olsun. Bu füsunkar məkanda – Laçında qardaş dövlətin bayrağı dalğalanır. Bu onu sübut edir ki, bayraqlarımız hər zaman bir yerdə ucalıqlarda dalğalanacaq, gələcəyə, firəvanlığa doğru birgə irəliləyəcək. Hər iki qardaşıma təşəkkür edirəm ki, Pakistana ədalətli məsələsində - Cammu və Kəşmir məsələsində dəstək verirlər. Təəssüf ki, elə füsunkar bölgədə qan tökülüb. O insanlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Lakin hər zamankı kimi qətiyyətlidirlər və heç zaman təslim olmayacaqlar. BMT Nizamnaməsinə uyğun olaraq hüquqları bərpa olunanadək, Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilənədək mübarizə aparacaqlar. Pakistan hər zaman kəşmirlilərin yanında olub. Azərbaycan və Türkiyə də Kəşmir məsələsində eyni qətiyyəti nümayiş etdirib. İnşallah, gün gələcək, Kəşmir xalqı da öz hüquqlarını təmin edəcək, quldarlıqdan canlarını qurtaracaqlar”, - deyə Pakistan Baş naziri vurğulayıb.
28-05-2025, 18:21
3 ölkənin lideri seyrangahda


3 ölkənin lideri seyrangahda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 28-də Laçın şəhərində seyrəngahda olublar.
Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi.
Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.
Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunub.
28-05-2025, 17:20
Ərdoğan Laçında Səməd Vurğunun şeirini oxudu


Ərdoğan Laçında Səməd Vurğunun şeirini oxudu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən bir neçə bənd səsləndirib.
28-05-2025, 17:10
Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq


Laçından üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir.
Bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.
“Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.
28-05-2025, 17:06
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi

107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi.
Bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb.
28-05-2025, 16:59
Prezident Türkiyə və Pakistana minnətdarlığını bildirdi


Prezident Türkiyə və Pakistana minnətdarlığını bildirdi

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bununla bağlı deyib: “Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında olan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyə və Pakistan dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq”.
28-05-2025, 16:53
Bu gün üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır


Bu gün üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın (Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı – red.) yeni səhifəsi açılır.
Bunu Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı bildirib.
“Bu gün müzakirə etdiyimiz məsələlər, əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə yaxın edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
28-05-2025, 16:46
Araz Musayev bıçaqlandı


Araz Musayev bıçaqlandı

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.
Hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Hadisə ilə bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Olayın hansı şəraitdə baş verdiyi məlum deyil.
28-05-2025, 16:40
Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir


Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir.
Bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!